Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə181/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   177   178   179   180   181   182   183   184   ...   230

 

 

382



dövrlər  üzrə  hesablanması;  yarım  dövrlər  baxımından  uzunmüddətli  (qısa-

müddətli) maliyyələşmədə ümumi tələbatın müəyyən edilməsi.  

Pul vəsaitlərinin optimal səviyyəsinin müəyyən edilməsi pul vəsaitlərinin 

daim  çatışmazlığı vəziyyətlərindən  özünü  qorumaq arzusu və əlavə  gəlir  əldə 

edilməsi  məqsədilə  hansısa  işə  boş  pul  vəsaitlərini  qoymaq  arzusu  arasında 

razılığın əldə edilməsi zəruriyyətindən irəli gəlir. Artıq qalmış pul vəsaitlərinin 

optimallaşdırılması  üçün  bir  sıra  metodlar  mövcuddur.  Daha  çox  Baumol, 

Miller Orr, Stoun metodları və Monte-Karlo metodu üzrə immitasiyalı model-

ləşdirmə  məşhurluq  qazanmışdır.  Onların  mahiyyəti  pul  vəsaitləri  qalığının 

müxtəlif  şəkildə  dəyişilməsi  keçidi  haqqında  tövsiyələrin  hazırlanmasından 

ibarətdir. Bu keçidin hüdudlarından kənara çıxılması ya pul vəsaitlərinin likvid 

qiymətli kağızlara çevrilməsini, ya da əks proseduru nəzərdə tutur.  



Bank  sistemində  -Pul  vəsaitlərinin  hərəkəti

11

.  Bank  sistemində  -Pul 

vəsaitlərinin  hərəkəti  barədə  hesabatın  məqsədi  maliyyə  hesabatlarının  istifa-

dəçilərinin  bankın  pul  vəsaitlərinin  və  onların  ekvivalentlərinin  hərəkəti,  bu 

istiqamətdə  bankın  fəaliyyətinin  düzgün  qiymətləndirilməsinə  xidmət  göstər-

məkdir.  

Pul vəsaitlərinin ekvivalentləri əsasən investisiya və  ya digər məqsədlər 

üçün  deyil,  qısamüddətli  maliyyə  öhdəliklərinin  həyata  keçirilməsi  üçün  is-

tifadə olunur.  nvestisiyalar pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilmək 

üçün  müəyyən  məbləğdə  pul  vəsaitlərinə  asanlıqla  çevrilmək  qabiliyyətinə 

malik  olmalıdır  və  dəyərin  dəyişməsi  nəticəsində  əhəmiyyətli  riskə  məruz 

qalmamalıdır.  Yəni  investisiyalar,  pul  vəsaitlərinin  ekvivalenti  kimi  yalnız  o 

zaman tanınır ki, ilkin tarixdən 3 ay və ya daha qısamüddətli ödəmə müddətinə 

malik  olsun.  Pul  vəsaitlərinin  hərəkətinə  pul  vəsaitləri  və  ya  onların  ekvi-

valentindən  ibarət  olan  maddələr  arasındakı  hərəkət  aid  edilmir,  çünki  bu 

komponentlər  bankın  əməliyyat,  investisiya  və  ya  maliyyə  fəaliyyətinin  bir 

hissəsi deyil, bankın pul əməliyyatının tənzimlənməsi və nəzarətinin bir hissəsi 

hesab olunur.  

Pul vəsaitlərinin hərəkəti barədə hesabatda, dövr ərzində pul vəsaitlərinin 

hərəkəti  əməliyyat,  investisiya  və  ya  maliyyə  fəaliyyəti  üzrə  təsnifləşdirilərək 

ə

ks etdirilməlidir.  Bankın əməliyyat,  investisiya  və  ya maliyyə  fəaliyyətindən 



ə

ldə  olunan  pul  vəsaitlərinin  hərəkəti  onun  fəaliyyətinin  xarakterinə  uyğun 

şə

kildə  əks  etdirilməlidir.  Fəaliyyət  növləri  üzrə  təsnifat,  istifadəçilərə  bu 



fəaliyyətin bankın maliyyə vəziyyətinə təsirini, bankın vəsaitlərinin və onların 

ekvivalentlərinin  məbləğini  qiymətləndirmək  imkanı  verən  məlumatla  təmin 

edir.  Bu  məlumat  həmçinin  fəaliyyət  növləri  arasında  olan  qarşılıqlı  əlaqənin 

qiymətləndirilməsində istifadə olunur. 

                                                            

11

 



Daha geniş bax:

 

Azərbaycan Respublikasının bank sistemində pul vəsaitlərinin hərəkəti 



barədə hesabatın tərtib olunması Qaydaları  

 



 

 

383



Eyni əməliyyat müxtəlif cür təsnifləşdirilə bilər. Məsələn, kreditlərin pul 

vasitəsilə ödənişi həm əsas borcu, həm də faizləri əks etdirir. Bu zaman faizləri 

ə

ks  etdirilən  hissə  əməliyyat  fəaliyyəti,  əsas  məbləği  əks  etdirən  hissə  isə 



maliyyə fəaliyyəti kimi təsnifləşdirilir. 

Ə

məliyyat fəaliyyəti. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti 



ə

sasən  bankın  mənfəət  gətirən  əsas  fəaliyyət  sahələrindən  yaranır.  Əməliyyat 

fəaliyyətindən pul vəsaitlərinin hərəkətlərinə aşağıdakılar daxildir: 

-  xidmətlərin göstərilməsi üzrə pulların daxil olması; 

-  icarə  gəlirləri,  qonorarlar,  komissiyalar  və  digər  gəlirlərdən  pulların 

daxil olması; 

-  mal və xidmətlərə görə pul ödənişləri; 

-  işçilərə ödəmələr və onların adından pul ödəmələri; 

-  maliyyə  və  investisiya  fəaliyyəti  ilə  əlaqədar  olmadıqda,  mənfəətdən 

vergi ödənişlərinin kompensasiyası və ya pul ödənişləri; 

-  dilinq  məqsədləri  üçün  imzalanmış  müqavilələr  üzrə  ödənişlər  və 

pulların daxil olması.  

Bank  dilinq  məqsədləri  üçün  qiymətli  kağızlara  və  kreditlərə  malik 

olduqda, bu qiymətli kağızlar alınıb-satılmaq üçün əldə edilmiş vəsaitlər kimi 

təsnifləşdirilir və onların alış və  ya satışından alınan pul vəsaitlərinin hərəkəti 

ə

məliyyat fəaliyyəti kimi təsnifləşdirilir. 



nvestisiya  fəaliyyəti.  nvestisiya  fəaliyyəti  nəticəsində  əldə  olunan  pul 

vəsaitlərinin  hərəkətinin  ayrı-ayrılıqda  açıqlanması  mühüm  əhəmiyyətə  ma-

likdir.  Çünki  pul  vəsaitlərinin  investisiya  fəaliyyəti  nəticəsində  hərəkəti  çə-

kilmiş  xərclərin  gələcək  gəlirliyini  və  pul  vəsaitlərinin  hərəkətinin  yaranması 

üçün nəzərdə tutulmuş mənbələrə doğru istiqamətlənmə dərəcəsini əks etdirir.  

nvestisiya  fəaliyyətindən  əldə  olunan  pul  vəsaitləri  hərəkətinə  aşağı-

dakılar aiddir: 

- əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin 

alınması üçün pul ödənişləri; 

- əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin 

satışından daxil olan pul vəsaitləri; 

- digər  bankların  pay  və  ya  borc  alətləri  və  birgə  müəssisələrdə  iştirak 

paylarının  əldə  olunması  üçün  ödənilən  pul  vəsaitləri  (pul  vəsaitlərinin  ek-

vivalenti  kimi  nəzərdə  tutulan,  dilinq  məqsədləri  üçün  müəyyən  olunmuş 

alətlərə görə ödənişlər istisna olmaqla); 

- digər  bankların  pay  və  ya  borc  alətləri  və  birgə  müəssisələrdə  iştirak 

paylarının satılması üzrə daxil olan pul vəsaitləri (pul vəsaitlərinin ekvivalenti 

kimi  nəzərdə  tutulan,  dilinq  məqsədləri  üçün  müəyyən  olunmuş  alətlərə  görə 

ödənişlər istisna olmaqla); 

- digər  tərəflərə  verilmiş  avanslar  və  kreditlər  (maliyyə  sektoruna  ve-

rilmiş avanslar və kreditlər istisna olmaqla); 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə