Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə185/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   181   182   183   184   185   186   187   188   ...   230

 

 

392



biq olunmalıdır. Audit prosedurları  rəhbərliyə  daxili qayda və nəzarət sistem-

lərinin  adekvat  olması  və  onlara  riayət  edilməsi  haqqında  məlumatın  veril-

məsini  nəzərdə  tutmalıdır.  Aşkar  olunmuş  çatışmazlıqların  aradan  qaldırıl-

masında  darə Heyətinin gördüyü işlər audit hesabatlarında əks olunur və onun 

Müşahidə  Şurasına  təqdim  edilməsi  nəzərdə  tutulur.  Göstərilənlər  sənəddə  öz 

həllini tapmazsa audit xidmətinin əhəmiyyəti itirilmiş olur. 

Daxili  audit  bankın  Müşahidə  Şurasından  v  ə  darə  Heyətindən  müs-

təqil olaraq fəaliyyət göstərir. Audit Komitəsinin üzvləri vəzifəyə Səhmdarların 

Ümumi Yığıncağı tərəfindən təyin olunurlar. 

Daxili  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit  Komitəsinin 

nəzarəti  altında  fəaliyyət  göstərir  və  bankın  icra  orqanı  ilə  qarşılıqlı  surətdə 

bankda  daxili  nəzarət  və  risklərin  idarə  edilməsi  sistemlərinin  fəaliyyətinin 

səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir. 

Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdi-

matı ilə  bankın  Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən 

azad olunur. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin 

standartlarını və qaydalarını Mərkəzi Bank müəyyən edir. 

Audit  Komitəsi,  banklarda  mükəmməl  nəzarət  sisteminin  mövcudlu-

ğ

unu  və  adekvatlığını  təmin  etməklə  Müşahidə  Şurasına  və  darə  Heyətinə 



köməklik göstərir. 

Audit Komitəsinin Sədri Komitənin yığıncaqlarında iştirak etmək üçün 

darə Heyətinin Sədrini,  darə  Heyətinin digər üzvlərini, DAB direktorunu və 

kənar auditorları dəvət edə bilər. Müşahidə Şurası və Audit Komitəsi daxili və 

kənar  auditorların  seçiminə,  qiymətləndirilməsinə,  habelə  daxili  auditorların 

mükafatlandırılmasına  nəzarət  edir.  Auditorların  səriştəsi  vaxtaşırı  qiymət-

ləndirilir.  Auditor  rəyinin  əhəmiyyəti  onların  peşəkarlığından  və  baçarığından 

asılıdır.  Audit  xidmətinin  əldə  etdiyi  məlumatlar  haqqında  hesabat  verməsi 

üçün Müşahidə Şurası ilə görüşlər keçirməsi nəzərdə tutulur. Rəhbərliyin ildə 

ə

n azı bir dəfə audit qaydalarının adekvatlığını, auditə cəlb olunmuş əməkdaş-



ların  peşəkarlığı  və  auditin  əhatə  sahəsini  nəzərdən  keçirməsi  müəyyən  olun-

malıdır.  

Daxili  audit,  həmçinin  bank  aktivlərinin  təhlükəsizliyini  təmin  edən 

müvafiq nəzarət mexanizmlərinin adekvatlığını, yaxud mövcudluğunu, bankın 

səhmdarlara,  nəzarətedici  orqanlara  və  ictimaiyyətə  təqdim  etdiyi  dövri  hesa-

batların dəqiqliyini, tamlığını və dürüstlüyünü təsdiq etməlidir. 

Daxili  nəzarət  mexanizmləri  bank  fəaliyyətində  potensial  səhvlərin, 

nöqsanların və itkilərin vaxtında aşkar edilməsi və qarşısının alınmasının, bank 

risklərinin minimuma endirilməsinin mühüm vasitəsidir. Daxili nəzarət mexa-

nizmlərinin yaradılması bank əməliyyatlarının etibarlılığı, təhlükəsizliyi, səmə-

rəliliyi və qanunvericiliyə uyğunluğunu təmin etmək üçün zəruridir. 



 

 

393



Hər bir bank öz fəaliyyətində daxili nəzarət mexanizmlərinin adekvatlı-

ğ

ını  təmin  etmək  məqsədilə  aşağıdakı  əsas  prinsipləri  və  qaydaları  rəhbər 



tutmalıdır: 

1.  Mükəmməl təşkilati struktur; 

2.  Zəruri siyasət və uçot qaydaları; 

3.  Aktivlərin qorunması üçün tədbirlər; 

4.  Daxili audit üzrə səmərəli proqram. 

Daxili audit Müşahidə Şurasının, Maliyyə-təftiş komissiyanın və  darə 

Heyətinin sərəncamında olan ən səmərəli daxili nəzarət vasitəsidir. Daxili audit 

proqramı  o  zaman  mükəmməl  hesab  edilə  bilər  ki,  müəyyən  edilmiş  nəzarət 

mexanizmləri,  əməliyyat  proseduraları  -  qeyri-səmərəlilik,  uyğunsuzluqlar, 

yaxud saxtakarlıq və ya qəsdən manipulyasiya nəticəsində dəyə biləcək zərərin 

minimuma  endirilməsini  təmin  etsin.  Auditorun  rolu  əməliyyat  sistemləri, 

prossesual nəzarət mexanizmləri və sənədləşmənin mükəmməlliyi, təsirliyinin 

və  etibarlığının  müəyyənləşdirilməsinə  yönəldilmiş  yoxlamalar  və  təhlillər 

aparmaq yolu ilə bankın əmlakının qorunmasına kömək göstərməkdir. Səmərəli 

audit zəruri nəzarət atmosferi yaradır, bank əməliyyatlarının dəqiqliyinə və eti-

barlılığına  xidmət  göstərir.  Daxili  auditin  bu  qaydalarla  müəyyən  olunmuş 

məqsəd  və  vəzifələri,  bankın  Maliyyə-təftiş  komissiyasının  qanunvericiliklə 

ona həvalə edilmiş səlahiyyətlərinin icrasını istisna etmir. Maliyyə-təftiş komis-

siyası  öz  vəzifə  və  səlahiyyətlərinin  icrasında  daxili  və  xarici  audit  yoxlama-

larına əsaslana bilər. 

Aktivlərin keyfiyyətinə nəzarət (kreditlərə nəzarət daxil olmaqla) bankın 

aktivlərinin  qiymətləndirilməsi  üsuludur.  Onların  dəyəri  bankın  maliyyə 

vəziyyətinə  uzun  müddətli  təsir  göstərir.  Təhlilə  problemli  aktivlərin  qiymət-

ləndirilməsi  və  kreditləşdirmə  prosesində  zəifliklərin  müəyyən  edilməsi  da-

xildir.  Effektiv  sistemə  müstəqil  təhlil  və  əməkdaşlar  tərəfindən  kreditlərin 

təsnifləşdirilməsi də daxildir. Sənəddə aktivlərin keyfiyyətinin təhlili haqqında 

nəticələrin  Müşahidə  Şurasına  və  ya  müvafiq  komitələrə  təqdim  olunması 

nəzərdə tutulmalıdır.  

Daxili  audit,  bank  aktivlərinin  təhlükəsizliyini  təmin  edən  müvafiq 

nəzarət mexanizmlərinin adekvatlığını, yaxud mövcudluğunu, bankın səhmdar-

lara, nəzarətedici orqanlara və ictimaiyyətə təqdim etdiyi dövri hesabatların də-

qiqliyini, tamlığını və dürüstlüyünü təsdiq etməlidir. 

Daxili nəzarət mexanizmləri bank fəaliyyətində potensial səhvlərin, nöq-

sanların  və  itkilərin  vaxtında  aşkar  edilməsi  və  qarşısının  alınmasının,  bank 

risqklərinin minimuma endirilməsinin mühüm vasitəsidir. Daxili nəzarət mexa-

nizmlərinin yaradılması bank əməliyyatlarının etibarlılığı, təhlükəsizliyi, səmə-

rəliliyi və qanunvericiliyə uyğunluğunu təmin etmək üçün zəruridir. 

Daxili audit bölməsi - DAB bank daxilində daxili audit işini  yerinə  ye-

tirir. DAB audit planlarını tərtib edir, onları həyata keçirir və auditin nəticələri 

haqqında məlumat verir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə