Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə187/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   183   184   185   186   187   188   189   190   ...   230

 

 

397



2. qanunvericiliyin, təlimat və qaydaların tələblərinin pozulması, həmçi-

nin  banka  zərər  vurulması  faktları  barədə  daxili  audit  xidmətinə  məlumat 

vermək; 

3. ayrı-ayrı əməliyyatların qanunvericiliyin, normativ aktların, daxili sə-

nədlərin və peşə etikası standartlarının tələblərinə uyğunluğu şübhə doğurduq-

da, daxili audit xidməti əməkdaşları ilə məsləhətləşmələr aparmaq; 

4.  «maraqlı  tərəf»  hesab  edilə  biləcəyi  hallarda,  bankın  əməkdaşları 

daxili  audit  xidmətini  əvvəlcədən  xəbərdar  etmədən,  müvafiq  əməliyyatların 

aparılmasında iştirak edə bilməzlər. 

Bundan  başqa  Mərkəzi  Bank  tərəfindən  kredit  təşkilatlarından  vaxtaşırı 

olaraq daxili nəzarət sisteminin vəziyyəti və keçirilmiş audit yoxlamalarının nə-

ticələrinə dair hesabatlar tələb edilə bilər.  

Bankların  audit  funksiyası  aşağıdakı  minimum  normalara  uyğun 

olmalıdır. 

1) Auditor müstəqil olmalıdır:  

1.1.  bilavasitə  bankın  Müşahidə  Şurası  və  Maliyyə-təftiş  komissiyasına 

hesabat verməlidir; 

1.2. öz vəzifələrini icra etmək üçün lazımi səlahiyyətlərə malik olmalıdır 

(sənədlərə və şöbələrə sərbəst icazəsi olmalıdır); 

1.3. yüksək etika və peşə keyfiyyətlərinə malik olmalıdır; 

1.4. yoxlanılan sahə funksiyasına aidiyyatı olmamalıdır; 

1.5.  audit  proqramlarının  həyata  keçirilməsi  qrafiki,  yaxud  miqyası 

üzərində heç bir məhdudiyyət olmamalıdır. 

2). Auditor səriştəli olmalıdır: 

2.1.  ali  iqtisadi  təhsilə,  müvafiq  peşə  təcrübəsinə  malik  olmalı,  habelə 

peşə biliklərini daim artırmaq arzusunda olmalıdır; 

2.2. bank əməliyyatlarına və audit keçirilməsinin beynəlxalq qaydalarına 

bələd olmalıdır; 

2.3. beynəlxalq miqyasda qəbul olunmuş uçot standartlarından xəbərdar 

olmalıdır.  

3) Audit proqramı: 

3.1.  bankın  Maliyyə-təftiş  komissiyası  və  Müşahidə  Şurası  tərəfindən 

təsdiq edilməli və müntəzəm surətdə nəzərdən keçirilməlidir; 

3.2. yazılı formada olmalı və auditin məqsədlərini əks etdirməlidir; 

3.3. auditin məqsədlərinə nail olmaq üçün kifayət qədər geniş miqyasda 

olmalıdır; 

3.4.  yoxlanılan  hər  bir  sahə  üzrə  ətraflı  iş  proqramlarını  nəzərdə  tut-

malıdır; 

3.5.  hər  bir  proqramda  zəruri  audit  işinin  aydın  və  dəqiq  təsviri  olmalı, 

habelə  işin  miqyasından  asılı  olaraq  bankın  ayrı-ayrı  departamentlərində 

konkret  əməliyyatların  yoxlanılması  proseduraları  göstərilməlidir.  Proqramda 



 

 

398



nəzərdə tutulan proseduralar, digər amillərlə yanaşı bank əməliyyatlarının həc-

mindən və mürəkkəbliyindən asılı olaraq dəyişdirilə bilər; 

3.6.  lazım  gəldikdə  proqramda  balans  hesablarının,  xüsusilə  kredit, 

depozit və müxbir hesablarının təsdiqi nəzərdə tutulmalıdır; 

3.7. audit yoxlamalarının keçirilməsi müddətləri, hər bir sahə ilə əlaqədar 

riskdən asılı olmalıdır. Bank riskləri təhlil edilərkən auditor tərəfindən konkret 

ə

məliyyatın,  əlaqədar  aktivlərin  və  passivlərin  xarakteri,  müvafiq  siyasətin  və 



daxili  nəzarət  normalarının  mövcudluğu,  daxili  nəzarət  mexanizmlərinin 

səmərəliliyi kimi amillərə xüsusi diqqət yetirilməlidir; 

3.8. görülən işlər sənədləşdirilməlidir. Daxili audit barədə iş sənədlərində 

audit işlərinin proqramı, yoxlamanın həcmini və aparılmış əməliyyatları təsvir 

edən təhlillər və təqdim olunmuş rəylərin əsasları olmalıdır. 

   Daxili audit proqramı əsasən aşağıdakı məsələlərin həllinə yönəldilmə-

lidir: 

1.  Müşahidə Şurası və rəhbərlik tərəfindən müəyyən olunmuş siyasətə və 



qaydalara  əməl  edilməsi,  o  cümlədən  əməliyyatların  aparılmasına  müvafiq 

icazələr alınmasının təsdiqi; 

2.  Qüvvədə olan qanunvericiliyə və normativ aktlara əməl edilməsi; 

3.  Bank sənədlərinin müfəssəlliyi, o cümlədən bütün əməliyyatların mü-

vafiq hesablarda uçotunun düzgün və vaxtında aparılması; 

4.  Bank  aktivlərinin  təhlükəsizliyi,  maliyyə  hesabatlarında  onların 

düzgün uçotu; 

5.  Gəlir  və  xərclərin  dəqiq  uçotunu,  qanuniliyini  və  bankın  siyasətinə 

uyğunluğunu müəyyən etmək üçün onların ətraflı təhlili. Bura hesablamaların 

və  sənədlərin  dəqiqliyini  təmin  etmək  məqsədilə  depozitlər  və  kreditlər  üzrə 

faizlər, vaxtında aparılmamış ödənişlər üçün cərimələr, xidmət haqqı və s. kimi 

kompyuter  hesablamalarının  və  sənədlərin  seçmə  yolu  ilə  yoxlanılması  da 

daxildir; 

6.  Müvafiq sənədləşmələrin aparılması və girova nəzarət, habelə  akkre-

ditivlər və təminatlar kimi balansarxası maddələrin uçotunun aparılması; 

7.  Balansdan silinmiş kreditlərdən dəyən zərər barədə sənədlərin təhlili; 

8.  Əvvəldən axıradək hər bir əməliyyat üzrə dəqiq və lazımi qaydada təs-

diq edilmiş sənədlərin olması; 

9.  Kompyuter  texnikasının,  proqram  təminatının  təhlükəsizliyi  və  eti-

barlığı,  habelə  fövqəladə  vəziyyətlər  üçün  planların  tərtib  edilməsi  (məlumat-

ların təhlükəsizliyi, saxlanması və bərpası). 

 4) Auditor rəyi: 

1.  - audit başa çatdıqdan dərhal sonra tərtib edilməlidir;  

2.  - auditin məqsədlərini, miqyasını, nəticələri barədə hesabatı və prob-

lemlərin aşkara çıxarıldığı hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirməlidir; 



 

 

399



3.  - tövsiyələrdə auditin nəticələrinin qısa xarakterik təsviri, tələb olunan 

islah tədbirləri, bu tədbirlərin həyata keçirilməsi üçün məsul şəxlərin adı və on-

ların həyata keçirilməsi müddətləri göstərilməlidir; 

4.  - rəylər bilavasitə Müşahidə Şurasına və Maliyyə-təftiş komissiyasına, 

rəylərin surətləri isə bankın  darə Heyətinə və şöbə rəislərinə (rəyin yalnız mü-

vafiq bölmələri) təqdim edilməlidir; 

5.  - daxili auditin səmərəliliyi, daha çox tövsiyələrin yerinə yetirilməsini 

təmin  etmək  məqsədilə,  nəzarətin  davam  etdirilməsindən  asılıdır.  Müşahidə 

Ş

urası nəzarəti yoxlamalar siyasətini formalaşdırmalıdır. Rəhbər heyət və daxili 



auditor sonradan nəzarət qaydalarını müəyyən etməlidirlər. 

 5) Auditin keçirilməsi müddəti: 

Auditin  keçirilməsi müddəti, adətən  auditin  keçiriləcəyi hər bir  sahə ilə 

ə

laqədar risq dərəcəsindən asılıdır. Audit ildə azı bir dəfə keçirilməlidir. 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə