Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə192/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   188   189   190   191   192   193   194   195   ...   230

 

 

410



Avropa Şurasına göndərməlidir. Maaştraxt Sazişi üzrə Avropa Mərkəzi Banklar 

Sistemi (AMBS) aşağıdakı funksiyaların yerinə yetirilməsinə görə cavabdehdir: 

•  Monetar siyasətin müəyyənləşdirilməsi və realizasiyası; 

•  Xarici valyuta əməliyyatlarının idarə olunması; 

•  Üzv  ölkələrin  rəsmi  xarici  ehtiyatlarının  saxlanılması  və  idarə 

olunması; 

•  Ödəniş  sistemləri  üzrə  hamar  əməliyyatlarının  keçirilməsinin  dəstək-

lənməsi.  

1998-ci ildə Avropa mərkəzi bankının təsisatı ilə Maastrixt müqaviləsinin 

maddələrinə  uyğun  olaraq  AV   ləğv  edilmiş,  onun  bütün  aktivləri  və  öhdə-

likləri  isə  Avropa  Mərkəzi  Bankına  keçmişdir.  Elə  həmin  dövrdən  də  baş-

layaraq,  Avropa  Mərkəzi  Bankının  rəhbərliyi  ilə  Avropa  mərkəzi  banklar 

sistemi (AMBS) yaradılmış və Avropa Birliyinə üzv olan 15 ölkənin mərkəzi 

bankları  bu  sistemə  daxil  olmuşdur.  Beləliklə,  bu  sistem  qismən  ABŞ-ın 

Federal rezerv sisteminə – Nyu-York bankının başçılığı ilə 12 bankı əhatə edən 

və mərkəzi bank rolunu yerinə yetirən Federal rezerv sisteminə oxşardır.  

Avropa  mərkəzi  bankı  üçün  xarakterik  xüsusiyyət  ondan  ibarətdir  ki, 

sadə  və  ya  peşəkar  (səslərin  üçdə  ikisi)  çoxluqla  qəbul  edilən  bütün  mühüm 

qərarlar mərkəzi bank rəhbərlərinin «çəkiyə malik» səsverməsini nəzərdə tutur 

və  bu  halda  «çəki»  (yəni,  hər  birinin  səslərinin  sayı)  AMB-nin  ümumi  kapi-

talında  ölkənin  (onun  mərkəzi  bankının)  payı  ilə  müəyyənləşir.  Bu,  craiyyə 

ş

urasının  üzvlərinə  aid  edilmir  və  onların  hər  biri  yalnız  bir  səsə  malik  olur. 



Avropa  Mərkəzi  Bankının  Direktorlar  Şurası  ildə  10  dəfədən  az  olmayaraq 

iclas keçirir.  

AMBS-in  funksiyaları  istənilən  digər  mərkəzi  bankın  funksiyaları 

kimidir. Lakin bu funksiyalar bir dövlətə deyil, ölkələr qrupuna tətbiq olunur. 

Onlar aşağıdakılardır: 

•  Avropa Birliyinin monetar siyasətinin müəyyənləşdirilməsi və həyata 

keçirilməsi; 

•  valyuta əməliyyatlarının idarəetməsi; 

•  AB-yə üzv  ölkələrin rəsmi valyuta ehtiyatlarının  saxlanması və idarə 

edilməsi (bu halda valyuta ehtiyatlarının müəyyən hissəsi – «cari balanslar» – 

iştirakçı ölkə hökumətlərinin sərəncamında qalır); 

•  ödəniş sisteminin normal fəaliyyətinin təmin edilməsi. 

Bundan  başqa,  Avropa  mərkəzi  bankı  (öz  səlahiyyətləri  çərçivəsində) 

məsləhətçi funksiyaları yerinə yetirir, statistik məlumatları toplayır və əsasən də 

beynəlxalq əməkdaşlıqda iştirak edir, xüsusi halda, AB-ni beynəlxalq maliyyə 

təşkilatlarında  təmsil  edir.  Maraqlıdır  ki,  AMB-nin  razılığı  və  istəyi  ilə  bu 

təşkilatların işində milli mərkəzi banklar da iştirak edə bilər.  

AMB-nin  əsas  funksional  vəzifəsi  Avropa  Birliyinin  vahid  monetar 

siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik ölkələrində qiymətlərin stabil-

liyinin  təmin  edilməsinə  istiqamətlənmişdir.  Avropa  mərkəzi  bankı  inflyasiya 

məqsədi  qismində  «avro  zonası»  üçün  istehlak  qiymətlərinin  harmoniza-



 

 

411



siyalaşmış indeksindən ( QH ) istifadə edir. Fərdi milli inflyasiya göstəriciləri 

«avro zonasında» monetar siyasət üçün əhəmiyyət kəsb etmirlər. Məsələ bun-

dadır  ki,  AMB  valyuta  zonasındakı  qiymətlərin  orta  inkişafına  yalnız  bəra-

bərləşdirilə  bilir.  QH   hər  il  2%-dən  çox  olmayaraq  arta  bilir.  Bununla  da 

Avropa mərkəzi bankı  QH  zənbilindəki məhsulların keyfiyyətinin yüksəlməsi 

səbəbindən qiymət artımının qaçılmazlığını mümkün hesab edir və bununla da 

real qiymət artımının yüksəlmə effektinə gətirib çıxarır. 

Avropa Mərkəzi Bankı avro zonasında vahid monetar siyasətinin tətbiqi 

üçün aşağıdakı vasitələrdən istifadə edir. 

Birincisi, inflyasiya səviyyəsinə nəzarət ilə bağlı əsas pul aqreqatları üçün 

məqsədyönlü cari qiymətlərin müəyyən olunması nəzərdə tutulur. 

kincisi,  baza  faiz  dərəcələrinin,  o  cümlədən,  onların  bütün  avro  zonası 

üzrə  yayılması müəyyən  olunur.  AMB  bütün  avro zonası ölkələri üçün  vahid 

sayılan  yenidən  maliyyələşmə  qiymətini  müəyyən  edir.  Faiz  dərəcələrinin 

xarakteri və dəyişilməsi həcmi onların həcmindən asılıdır.  

Üçüncüsü, kommersiya bankları üçün, eləcə də, faiz mükafatına nisbətdə 

minimal ehtiyat tələbləri müəyyən olunur. Öhdəliklərin vahid siyahısı müəyyən 

edilmişdir və bunun üçün normativ, həmçinin vəsaitlərin ehtiyatda saxlanması 

müddətinə  əməl  edilməməsi  üçün  cərimə  sanksiyaları  tətbiq  edilir.  Bu  vəzi-

fələrdən  biri  kimi  minimal  ehtiyat  tələblərinin  müəyyən  olunması  AV

 

ölkə-


lərində faiz dərəcələri bərabərləşdirilməlidir. 

Dördüncüsü,  daim  fəaliyyətdə  olan  mexanizmlər  adlanan  avro  pul 

bazarında likvidliyin tənzimlənməsi üzrə qısamüddətli əməliyyatların məcmusu 

müəyyən olunur. Onlar bütövlükdə AMB-nin kredit və depozit mexanizmlərinə 

bölünür.  Beləliklə,  depozit  mexanizminə  kredit  institutlarının  müvəqqəti  əldə 

olan pul vəsaitlərinin birgünlük AMB-nin depozitlərinə (overnight depozitləri) 

yerləşdirilməsi  aid  edilir.  Bu  depozitlər  üzrə  müəyyən  olunan  dərəcə  (norma) 

avro bazarının birgünlük banklararası kreditlərinin aşağı həddini təşkil edir və 

AMB  faiz  dərəcələri  sistemində  minimal  baza  dərəcəsi  hesab  olunur.  Analoji 

olaraq kredit mexanizmlərinə Avrosistemin istənilən mərkəzi bankı tərəfindən 

birgünlük  kreditlərin  verilməsi  aid  edilr.  Müvafiq  faiz  dərəcəsi  birgünlük 

banklararası avro kreditləri bazar qiymətinin yüksək həddini müəyyən edir.  

AMB AV  mərkəzi banklarına birgünlük kreditlərin verilməsi formasını 

müstəqil  seçmək  hüququ  vermişdir  və  girov  (lombard)  kreditləri  və  birbaşa 

birgünlük repo sövdələşmələri onların içərisində ən əsası hesab olunur. 

Birgünlük kreditlər üzrə AMB tərəfindən müəyyən olunan və iki kateqo-

riyaya  bölünən  aktivlər  girov  kimi  istifadə  edilə  bilər.  Hər  iki  kateqoriyadan 

olan  aktivlər  üzrə  kriteriyalar  da,  həmçinin  AMB  tərəfindən  müəyyən  olun-

muşdur. Kredit institutu özünün milli mərkəzi bankında yenidən maliyyələşmə 

kreditlərinin  alınması  zamanı  bu  kateqoriyalardan  birində  olan  aktivləri  AB  

ə

razisində  hər  hansı  depozitara  yerləşdirir.  AMB  girov  qoyulmuş  aktivlərin 



bazar qiymətindən asılı olaraq verilən kreditlərin həcmini, eləcə də qeyd olunan 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə