Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə194/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   190   191   192   193   194   195   196   197   ...   230

 

 

414



AMB-nin monetar funksiyalarına aşağıdakılar daxildir:  

1. kredit  təşkilatları,  dövlət  və  digər  bazar  orqanları  üçün  hesabların 

yaradılması; 

2. bazar və kredit əməliyyatlarının açılması; 

3. səmərəli  və  möhkəm  klirinq  və  ödəniş  sisteminin  yaradılması  məq-

sədilə kredit təşkilatlarından minimal ehtiyat saxlamasının tələb edilməsi; 

4. üçüncü  qrup  ölkələrin  mərkəzi  bankları,  kredit  təşkilatları  və  bey-

nəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi.  

AMB-nin  strukturu  (xüsusən  siyasi  müstəqillik  baxımından)  Almaniya 

Federal  Bankına uyğun  olaraq modelləşdirilmişdir. Bank  Avropa və ölkələrin 

milli institutları ilə münasibətdə müstəqil fəaliyyət göstərir və ayrı büdcəsinin 

olması baxımından milli mərkəzi banklarla münasibətdə maliyyə müstəqilliyini 

saxlayır. AMB-nin aşağıda qeyd olunan idarəetmə orqanları, həmçinin AMB-

dən və Avropa  ttifaqının bütün milli mərkəzi banklarından ibarət olan Avropa 

Mərkəzi Bankları Sistemini də (“Avrosistem” isə AMB-dən Avrozonanın milli 

mərkəzi banklarından ibarətdir) idarə edir:  

♦ 

RəhbəŞura – AMB-nin ali qərarverici orqanıdır. O, avronu qəbul 

edən milli mərkəzi bankların idarə heyəti üzvləri və sədrlərindən ibarətdir. Şura 

Avropa  Mərkəzi  Banklar  Sisteminin  monetar  siyasəti,  faiz  dərəcələri  və 

ehtiyatları ilə bağlı qərarların qəbul edilməsi, bundan əlavə əskinazların bura-

xılması və qanunvericiliyin ilkin formaları ilə bağlı digər institutlara məsləhət 

xidməti  göstərilməsindən  cavabdehdir.  l  ərzində  ən  azı  10  dəfə  toplanan 

Ş

uranın toplantılarında üzvlər, Şura Prezidenti və Komissiya Prezidenti iştirak 



edir. Hər üzvü bir səs hüququna malik olduğu (Şura və Komissiya Prezidentləri 

səs vermir) səsvermə nəticəsində qərarlar çoxluq prinsipi əsasında verilir; 

♦ 

darə  Heyəti  –  Rəhbər  Şura  tərəfindən  müəyyən  olunan  monetar 

siyasətin  icrası  və  bankın  gündəlik  fəaliyyətindən  cavabdehdir.  Heyət  Prezi-

dent, vitse-prezident və dörd başqa üzvdən ibarətdir. Onların hamısı avrozona 

hökumətlərinin ümumi razılığı əsasında 8 illik (yenilənməyən) müddətə seçilir. 

Yazılmayan  qanuna  görə  2005-ci  ildən  etibarən  qeyd  olunan  altı  vəzifədən 

dördü Fransa, Almaniya,  taliya və  spaniya mərkəzi bankları üçün saxlanılır; 

♦ 

Ümumi  Şura  –  Avronun  qəbul  edilməsi  ilə  bağlı  keçid  dövrü 

qarşıya çıxan məsələlərlə məşğuldur (daha əvvəl Avropa Monetar  nstitutunun 

gördüyü  işlər).  Bütün  dövlətlərin  qəbul  edilməsinədək  mövcudluğunu  davam 

etdirəcəkdir.  Prezident,  vitse-prezident  və  Avropa  ttifaqının  bütün  milli  mər-

kəzi banklarının sədrlərindən ibarətdir.  

Beynəlxalq  və  Avropa  əlaqələri  üzrə  Baş  direktorluq  aşağıdakı  şö-

bələrdən ibarətdir: 

♦ 

Avropa  ttifaqı  nstitutları və Forumları şöbəsi; 



♦ 

Avropa  ttifaqı ilə Qonşu Regionlar şöbəsi;  

♦ 

Beynəlxalq Siyasi Təhlillər və Mövcud  qtisadiyyatlar şöbəsi.  



 

 


 

 

415



V FƏS L. ALMAN YANIN BANK S STEM  

 

 

Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin 

dövrdə imperiyanın elan edilməsindən sonra pul vahidi – qızıl tərkibi 0,358423 

q olan reyxsmarka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı 

demək idi. 

1875-ci ildə mərkəzi emissiya bankı – Reyxsban (Reichsbank) fəaliyyətə 

başladı. 

1957-ci  ilin  iyulun  30-da  bundestaq  tərəfindən  federal  bank  haqqında 

qanunun qəbulundan və avqustun 1-də həmin qanunun qüvvəyə minməsindən 

sonra  vahid  struktur  –  Admaq  Federal  bankı  (Deutshe  Bundesbank)  yaradıl-

mışdır. Alman federal bankı torpaqların mərkəzi banklarını və alman torpaqları 

Bankını birləşdirdi və uyğun olaraq, onların fəaliyyətini tənzimləyən qanunlar 

da  öz  qüvvəsini  itirdi.  Torpaqların  mərkəzi  bankları  «Doyçe  Bundesbank»ın 

baş  idarələri  adlandırılmağa  başladı,  hərçənd  onların  əvvəlki  adı  da  –  torpaq-

ların mərkəzi bankları adı da qalmaqda idi. 

Pul–kredit  sisteminin  fəaliyyətinə  nəzarəti  «Bundesbank»dan  başqa, 

Nəzarət üzrə federal bank xidməti (NFBX) həyata keçirir. Nəzarət üzrə federal 

bank xidməti Maliyyə Nazirliyinə tabe olur. Bankların itkilərdən müdafiəsi və 

hədsiz  borcların  xəbərdar  edilməsi  üçün  Almaniyada  kredit-maliyyə  müəs-

sisələrinin  müştərək  təşkilatları  yaradılmışdır.  Hal-hazırda  doqquz  müstəqil 

cəmiyyət fəaliyyət göstərir. Onlar kreditlərin təminatı üzrə federal cəmiyyətdə 

birləşmişlər. 

AFR və ADR-in valyuta, iqtisadi və sosial ittifaqının yaradılması barədə 

1990-cı  il  18  may  tarixli  Dövlət  müqaviləsi  ilə  AFR  və  ADR  pul-kredit 

sistemlərinin birləşməsindən sonra AFR markası 1990-cı il iyulun 1-dən bütün 

Almaniya ərazisində yeganə qanuni ödəniş vasitəsi oldu. 

1991-ci  ilin  dekabrında  Maastrixt  şəhərində  avronun  mərhələli  şəkildə 

tətbiq  edilməsi  barədə  Müqavilənin  imzalanmasından  sonra  alman  pul  sis-

temində radikal dəyişikliklər başladı. Avropa Birliyi ölkələri öz valyuta-iqtisadi 

siyasətlərini  konverqensiya  kriteriyalarının  yerinə  yetirilməsinə  yönəltməyə 

başladılar.  1994-cü  ildə  yanvarın  1-də  Avropa  valyuta  institutunun  əsası 

qoyuldu. 1999-cu il yanvarın 1-də Avropa  ttifaqının 15 ölkəsindən 11-i qeyri-

nağd  avronu  tətbiq  edərək,  öz  valyutalarının  kurslarını  yeni  vahid  valyutaya 

nəzərən qeyd etdilər. Artıq 2002-ci ilin birinci  yarısında 12 ölkə avronu nağd 

dövriyyəyə tətbiq edərək öz milli pul vahidlərindən imtina etdi. Beləliklə, 2002-

ci ildə AFR markadan imtina edərək vahid Avropa valyutasına keçdi. 

1999-cu  ildən  sonra  «Bundesbank»  artıq  monetar  siyasətdə  aparıcı  rol 

oynamırdı.  O,  bu  rolu  Avropanın  mərkəzi  bankına  verərək,  özü  mərkəzi 

bankların  Avropa  sisteminin  sistem  yaradan  elementi  oldu.  Nağd  avronun 

tətbiqindən  sonra  «Bundesbank»ın  yeni  funksiyası  markanın  yox,  avronun 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə