Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə195/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   191   192   193   194   195   196   197   198   ...   230

 

 

416



emissiyasıdır.  Qalan  məsələlərdə  isə  alman  federal  bankı  yenə  də  alman  və 

Avropa monetar siyasətinin lokomotivi olaraq qalır. 

Almaniyanın  bank  sisteminin  ikinci  hissəsi  kommersiya  bankları  ilə 

təmsil olunmuşdur. 

Sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin bank sistemləri ilə müqayi-

sədə  alman  bank  sisteminin  özünəməxsus  xüsusiyyəti  universal  kredit  müəs-

sisələrinin  üstünlük  təşkil  etməsidir.  Təşkilati-hüquqi  formalardan,  mülkiyyət 

münasibətlərindən,  ölçülərdən  asılı  olmayaraq  kredit  müəssisələrinin  əksəriy-

yəti bütün bank əməliyyatlarını yerinə yetirirlər. 

Bank  sisteminin  belə  universallığı  onunla  izah  olunur  ki,  Almaniya 

sənayenin inkişafının əvvəlindən özünün kifayət qədər kapitalına malik deyildi. 

Bu isə bank kreditlərinin böyük həcmlərdə istifadəsini zəruri etmişdi. Universal 

banklar aşağıdakı depozit-borc və investisiya əməliyyatlarını həyata keçirirlər: 

depozitlərin  qəbulu,  kreditlərin  və  akseptlərin  təqdim  edilməsi,  veksellərin 

uçotu  və  çeklərin  ödənilməsi,  qiymətli  kağızların  tapşırıqla  alınması  və 

satılması, qiymətli kağızların saxlanması və idarəetməsi, qiymətli kağızlara və 

digər  uzunmüddətli  aktivlərə  investisiya  qoyuluşları,  vaxtı  qurtarana  qədər 

tələbnamələrin  alışı  üzrə  öhdəliklərin  qəbul  edilməsi,  zəmanətlərin  təqdim 

edilməsi, qeyri-nağd hesablaşmaların həyata keçirilməsi. 

Universal  bank  sisteminin  birinci  pilləsində  üç  iri  bank  –  qrossbanklar 

(Grossbank)  durur.  Onlar  aşağıdakılardır:  «Doyçe  bank»  (Deutsche  bank» 

(Dresdner Bank). 



ALMAN YA FEDERAL BANKI.  kinci Dünya müharibəsindən sonra 

Federal  Bankın  tarixi  alman  valyutasının  tarixi  ilə  əlaqəlidir.  Hərbi  alyans 

hökuməti tərəfindən aparılan valyuta islahatları nəticəsində 21 iyun 1948-ci il 

tarixində  alman  markı  reyxmarkla  əvəz  olunmuşdur.  Qərb  Qüvvələri  ələ 

keçirilmiş  ərazilərdə  federal  strukturu  baxımından  ABŞ  Federal  Ehtiyat  Sis-

teminə uyğun formada modelləşdirilmiş ikipilləli mərkəzi bank sistemini təsis 

etmişdir. O, Qərbi Almaniyanın işğal altındakı ərazilərindəki ştatların (Lənder) 

mərkəzi  bankları  və  Bank  Doyçe  Lənderdən  ibarət  idi.  Mərkəzi  bankın 

hökumətin sifarişləri əsasında fəaliyyət göstərməsi ilə bağlı neqativ təcrübənin 

yaranması səbəbindən, müstəqil mərkəzi bank prinsipi meydana gəldi və Bank 

Doyçe Lənder 1951-ci ildən etibarən müstəqil fəaliyyət göstərdi.  

1949-cu  ildə  qəbul  olunan  “Əsas  Qanun”  (müvəqqəti  konstitusiya) 

Federal hökumət qanunvericiliyinin qarşısında valyutanın buraxılmasına cavab-

deh  olacaq  federal  bankın  təsis  olunması  öhdəliyini  qoymuşdur.  Qanun-

vericiliyin  bu  öhdəliyi  yerinə  yetirilərək  1957-ci  ildə  Federal  Bank  haqqında 

Qanunu  qəbul  edilmişdir  ki,  bunun  nəticəsində  mərkəzi  bank  sisteminin 

ikipilləli  strukturu  ləğv  olunmuşdur.  Lənderin  mərkəzi  bankları  öz  müstəqil-

liklərini itirərək Federal Bankın regional ofislərinə çevrilmişlər (“ştat mərkəzi 

bankı” adını saxlamalarına baxmayaraq). 



 

 

417



Berlin  Divarının  dağıdılmasından  sonra  18  may  1990-cı  il  tarixində 

anlaşmasının  imzalanması  ilə  hər  iki  alman  respublikasının  iqtisadi,  sosial  və 

valyuta  ittifaqının  yaranması  nəticəsində  alman  frankı  vahid  valyutaya  çev-

rilmişdir. 1992-ci ildə Federal Bank haqqında Qanunda dəyişikliklərin edilməsi 

nəticəsində  Lənderin  11  mərkəzi  bankı  və  Müvəqqəti  nzibati  Orqan  oxşar 

iqtisadi ölçülərə malik 9 mərkəzi bank ilə əvəz olunmuşdur.  

1993-cü ildə imzalanan  Maaştrixt Sazişi nəticəsində Avropa  qtisadi və 

Valyuta  ttifaqı  yaranmışdır.  Monetar  siyasətlə  bağlı  cavabdehlik  Avropa 

Mərkəzi  Bankı  və  Avropa  ttifaqı  dövlətlərinin  milli  mərkəzi  banklarından 

ibarət  olan  Avropa  Mərkəzi  Banklar  Sisteminə  ötürülmüşdür.  2001-ci  ildən 

etibarən Avropa Mərkəzi Bankı valyuta üzərində tam nəzarəti ələ keçirmişdir. 

2002-ci  ildə  Federal  Bank  haqqında  Qanunda  aparılan  düzəlişlər  nəticəsində 

Federal Bankın strukturu hazırkı vəziyyətə gətirilmişdir.  

Federal Bankın Avropa Mərkəzi Bankı ilə birgə idarə olunan 4 fəaliyyət 

sahəsi aşağıdakılardır:  

• Pul buraxan bank olaraq – iqtisadiyyatın nağd pulla təmin edilməsi və 

nağd pulun fiziki dövriyyəsinin təşkili; 

• Bankların  bankı  olaraq  –  kommersiya  bankları  sistemi  ilə  əlaqadər 

olaraq  iki  funksiyası  var:  kommersiya  bankları  üçün  klirinq  palatası  və  bank 

nəzarəti; 

• Dövlətin bankı olaraq – federal, ştat və yerli hakimiyyət orqanlarını və 

eləcə  də  qanunla  təsis  olunmuş  sosial  təhlükəsizlik  təşkilarını  hesabla  təmin 

edir və onlar üçün adi bank əməliyyatlarını yerinə yetirir;  

• Valyuta ehtiyatlarını saxlayan orqan olaraq – valyuta ehtiyatları Federal 

Bankın  qızıl  ehtiyatları,  xarici  valyutada  olan  qiymətli  kağızlar,  xarici 

banklarda  saxlanılan  kredit,  xarici  valyuta  və  s.  daxil  olmaqla  avroda  ifadə 

olunmayan bütün aktivləridir.  

Federal  Bank  9  regional  ofis,  Lənderin  keçmiş  mərkəzi  bankları  və  66 

filialdan ibarətdir.  

Federal  Bankın  ali  idarəetmə  orqanı  olan  darə  Heyətinin  tərkibi  aşa-

ğ

ıdakı kimidir:  



• Almaniya  hökuməti  tərəfindən  namizədliyi  irəli  sürülən  prezident, 

vitse-prezident və  darə Heyətinin 2 əlavə üzvü; 

•  darə  Heyətinin  Bundesrat tərəfindən namizədliyi irəli sürülən 4  əlavə 

üzvü.  


darə Heyətinin hər bir üzvü Federal Prezident tərəfindən, ümumiyyətlə 

8, minimal olaraq isə 5 illik müddətə təyin olunur.  

Beynəlxalq əlaqələr departamenti aşağıda qeyd olunan 1 ofis və 3 şöbə-

dən ibarətdir: 

• Avropa ilə əlaqələr idarəsi; 

• Avropa monetar məsələləri, BVF, G7 və Beynəlxalq inkişaf məsələləri 

üzrə şöbə; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə