Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə196/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   192   193   194   195   196   197   198   199   ...   230

 

 

418



• Beynəlxalq monetar və iqtisadi məsələlər üzrə tendensiyalar şöbəsi; 

• Beynəlxalq maliyyə sistemi şöbəsi. 

Alman federal bankının əsas funksiyaları.  

Almaniyanın  bank  sisteminin  ikinci  halqası  -  kommersiya  bankları. 

Universal  banklar.  Universal  bank  sisteminin  birinci  pilləsində  üç  iri  bank  – 

qrossbankların fəaliyyəti. Regional banklar.  xtisaslaşmış banklar. 



 


 

 

419



V FƏS L. FRANSANIN BANK S STEM  

 

 



Avropanın ən qədim mərkəzi banklarından biri olan Fransa Bankı 1800-

ci  ildə  Napoleon  Bonapart  tərəfindən  təsis  edilmişdir.  1803-cü  ildə  Banka 

təqdim  edilmiş  və  1806-cı  ildə  təsdiq  olunmuş  emissiya  hüququ  1945-ci  ilə 

qədər dörd dəfə təzələnmişdir. Doqquz əyalət emissiya bankının udulmasından 

sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün ərazisində inhisarçı 

emissiya hüququnu əldə etdi. 

Fransanın  mərkəzi  bankı  olan  Fransa  Bankının  əsas  vəzifəsi  Avropa 

Mərkəzi  Banklar  Sisteminin  (AMBS)  valyuta  siyasətini  tətbiq  etməkdir. 

AMBS-in  qurumu  olan  Fransa  Bankı  mərkəzi  bank  sisteminin  fəaliyyət  öh-

dəliklərini  Avropa  Mərkəzi  Bankı  ilə  bölüşür.  Fransa  Mərkəzi  Bankı  daxili 

iqtisadi siyasətin aparılmasında məsuliyyəti Maliyyə Nazirliyi ilə bölüşür.

  

Bank Royalın xələfi olan Fransa Bankı 18 yanvar 1800-cü il tarixində o 

zaman  Fransa  Respublikasının  Birinci  Konsulu  olan  Napoleon  I  Bonapart 

tərəfindən təsis edilmişdir.



 

Bankın  əsas  vəzifəsi  endirimli  kommersiya  istiqrazlarının  mübadiləsi 

məqsədilə banknotların çap olunması idi. 1808-ci ildən 1936-cı ilə qədər olan 

dövr ərzində Fransa Bankı əskinazların buraxılması ilə məşğul olmuşdur XIX 

ə

srin  ikinci  yarısından  etibarən  Fransa  Bankı  özünün  filial  şəbəkəsini  sürətlə 



genişləndirmişdir.  1936-cı  ildə  Xalq  Cəbhəsi  Partiyasının  seçkilərdə  qalib 

gəlməsi  nəticəsində  Fransa  Bankının  milliləşdirilməsinə  qərar  verilmişdir. 

1973-cü ildən etibarən Bankın statusuna dair islahatlara başlanmış və müvafiq 

işlərin həyata keçirilməsi məqsədilə Ümumi Şura yaradılmışdır. 4 avqust 1993-

cü il tarixində qəbul edilmiş Fransa Bankı haqqında Qanun onun müstəqilliyinə 

zəmin hazırlamış oldu. 1998-ci il tarixində Avropa Mərkəzi Banklar Sisteminə 

daxil olan Fransa Bankının əsas vəzifəsi bu sisteminin fəaliyyətləri çərçivəsində 

vahid monetar siyasətin həyata keçirilməsidir.  

Fransa Bankının əsas funksiyaları aşağıdakılardır: 

♦  Avropa Mərkəzi Banklar sistemi çərçivəsində birgə monetar siyasətin 

həyata keçirilməsi; 

♦  Bank sisteminin və investisiya təşkilatlarının idarə olunması və onlara 

nəzarət  edilməsi.  Bu  məqsədlə  Bankda  Bankçılıq  və  Maliyyə  Tənzimlənməsi 

Komitəsi, Bankçılıq Komissiyası, Kredit və qiymətli Kağızlar üzrə Milli Şura;  

♦  Pul əskinazlarının çap edilməsi;.  

♦  Ödəniş və hesablaşmalar sistemlərinin fasiləsiz işinin təmin edilməsi.  

nflyasiyanın  targetinq  siyasəti  bir  neçə  elementdən  ibarətdir:  1.  nflya-

siyanın  konkret  göstəricilərinin  əldə  edilməsi  üzrə  ortamüddətli  deklarasiya;               

2.  nflyasiyanın  məqsədli  parametrlərinin  ölkə  inkişafının  uzunmüddətli  kon-

sepsiyasına daxil edilməsi; 3.  nflyasiyanın optimal səviyyəsinin əldə edilməsi 

üzrə ümumi strategiyada aralıq göstəricilərin, məsələn, pul kütləsi artımının ro-



 

 

420



lunun  azalması;  4.  Uzunmüddətli  monetal  siyasətin  şəffaflığı,  cari  vəzifələrin 

və  planların  aşkarlığı;  5.  nflyasiyanın  məqsədli  səviyyələrinin  əldə  edilməsi 

üçün mərkəzi bankın hesabat verməsi.  

nflyasiyanın  məqsədli  səviyyələrinin  əldə  edilməsi  üçün  Fransa  Ban-

kının istifadə etdiyi əsas alətlər aşağıdakılardır: 

*  dinamikası  bilavasitə  frankın  valyuta  kursunun  dinamikasına  və  döv-

riyyədəki pulların miqdarına təsir  edən  faiz dərəcələrinin  tənzimlənməsi.  Faiz 

dərəcələrinin  tənzimlənmə  mexanizmi  banklararası  bazarda  kredit  hərracları 

vasitədə və ya veksellərin 5-10 günlük girovu altında kredit intervensiyalarına 

ə

saslanır; 



*  valyuta  intervensiyaları.  Monetar  tənzimlənmə  orqanları  valyuta 

bazarlarında intervensiyaları müxtəlif məqsədlərlə,  o cümlədən mübadilə kur-

sunun saxlanması və beynəlxalq ehtiyatların arzuolunan səviyyəsinin əldə edil-

məsi üçün apara bilər. Milli valyuta kursunun qaldırılması üçün xarici valyutanı 

satmaq, milli valyuta kursunun aşağı salınması üçün isə xarici valyutanı almaq 

lazımdır. 

*  məcburi  ehtiyat  normaları  vasitəsilə  manevretmə  (1971-ci  ilin 

aprelindən tətbiq olunmuşdur; 

* açıq bazarda əməliyyatlar və başqaları. 

Fransanın  kredit-maliyyə  sisteminin  fəaliyyəti  1984-cü  ilin  qanunu  ilə 

tənzimlənir.  O,  üç  səviyyədən  ibarətdir:  mərkəzi  bank  (Fransa  Bankı); 

kommersiya  bankları;  ixtisaslaşmış  kredit-maliyyə  müəssisələri;  investisiya, 

ipoteka, xarici ticarət bankları, sığorta və maliyyə şirkətləri, pensiya fondları və 

başqaları. 

Fransa  Bankı  96  regional,  21  iqtisadi  və  7  kreditvermə  mərkəzindən 

ibarət strukturdur. Bankın şəbəkə strukturu aşağıdakı kimi işləyir: regionlarda – 

idarəçilik  səviyyəsində  -  bölgələrin  paytaxtda  yerləşən  regional  mərkəzi.  Bu 

mərkəzlər  bölgələrdə  olan  əməliyyat  bölmələrinin  fəaliyyətini  idarə  edir  və 

nəzarətini  aparır.  Regional  Müdirlər  Kollegiyası  Baş  Katibin  və  filliallar  şə-

bəkələri üzrə menecerin rəhbərliyi altında iki aydan bir keçirilir.  

Bankın sərmayə qoyuluşu və bazar əməlliyatları siyasətində iki həlledici 

qurum  –  Risklərin  idarəedilməsi  komitəsi  və  Aktiv  və  Passivlər  Komitəsi. 

Aktiv  və  Passivlərin  darə  edilməsi  Komitəsi  Sədri  başçılıq  etdiyi  Bankın 

investisiya strategiyası üzrə öz məsləhətlərini verir. Sədr müavininin rəhbərlik 

etdiyi  Risklərin  darə  Edilməsi  Komitəsi  bazar  əməliyyatlarının  aparılması 

şə

rtlərini müəyyənləşdirir.  



Fransa Bankının Sədr və iki sədr müavini Nazirlər Şurası tərəfindən 6 il 

müddətinə  seçilirlər.  Sədr,  həmçinin  bütün  departament  rəhbərlərinin  daxil 

olduğu  cra Komitəsində və baş rəhbəlik vəzifələrinə təyinata baxan Peşəkarlıq 

Komitəsi başçılıq edir. Həmçinin o, Avropa Mərkəzi Bankının  darəetmə Şu-

rasının  üzvüdür.  Bankın  Sədri  Ümumi  Şuranın  başçısıdır.  Monetar  Siyasət 

Komitəsi  Sədr,  iki  müavini  və  Senat  və  Milli  Assambleyanın  Bankın  Ali 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə