Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə197/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   193   194   195   196   197   198   199   200   ...   230

 

 

421



Ş

urasına  daxil  olan  üzvlərindən  ibarətdir.  Komitə  monetar  siyasətin  inkşaf 

etdirilməsi  və  bu  sahədə  bankın  fəaliyyətinin  Avropa  Mərkəzi  Banklar  Siste-

minə uyğunlaşdırılması ilə məşğuldur. 

Fransa  Bankının  Sədri  Avropa  Mərkəzi  Bankının  darə  Şurasının 

üzvüdür.  

Maliyyə Nazirliyi ilə birgə Fransa Bankı Beynəlxalq Valyuta Fondunun 

idarəetmə islahatları üzərində çalışır. Fransa Bankı kvotalar üzrə islahatların və 

BVF-də səsvermə şərtlərinin dəyişdirilməsini təhlil edir.  

Fransa Bankının rəhbərliyi fransız dilli Afrika ölkələrinin maliyyə nazir-

ləri  və  mərkəzi  bank  sədrləri  ilə  fəal  şəkildə  görüşlər  keçirir.  Bu  növ  görüş-

lərdən biri Fransada, digəri isə Afrika ölkələrində olmaqla ildə iki dəfə keçirilir.  

Avropa  ölkələri  texniki  yardım  proqramı  çərçivəsində  Fransa  Bankı  və 

Bolqarıstan Milli Bankı ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, Avropa Mərkəzi 

Bankının  texniki  yardım  layihəsi  çərçivəsində  Fransa  Bankı  Bosniya  və 

Hersoqovina, Misir və Rusiya kimi dövlətlərə yardım göstərmişdir.  

Kredit  müəssisələrinin  daha  böyük  əhəmiyyət  kəsb  edən  kateqoriyası 

kommersiya banklarıdır. Onlar, bir qayda olaraq, səhmdar müəssisələri forma-

sında  olurlar.  Kommersiya  banklarının  fəaliyyəti  qısamüddətli  kreditlərin  ve-

rilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir. Lakin banklar əma-

nətlər  və  ya  borclar  şəklində  kapital  almaqla,  borcları  daha  uzun  müddətə 

təqdim  etməklə,  digər  müəssisələrin  kapitalında  iştirak  etməklə,  qiymətli  ka-

ğ

ızların emissiyasını və yerləşdirilməsini təşkil etməklə, müştərilərin əmlakının 



idarəetməsini həyata keçirməklə öz fəaliyyət sferalarını genişləndirə də bilərlər. 

Kommersiya bankları beş əsas funksiyanı yerinə yetirirlər: 

* ehtiyatların formalaşdırılması; 

* xüsusi aktivlərin idarədilməsi; 

* ödəniş vasitələrinin idarəedilməsi; 

* banklararası əməliyyatların yerinə yetirilməsi; 

* maliyyə və digər xidmətlərin göstərilməsi. 

Fransız  banklarında  xüsusi  kapital  iki  hissədən  ibarət  olur:  baza  vəsait-

lərindən və əlavə vəsaitlərdən. Bankın passivlərinə xüsusi kapitalla yanaşı, cəlb 

edilmiş vəsaitlər də – depozit və qeyri-depozit vəsaitlər daxil olur. Kredit əmə-

liyyatları  bank  aktivlərinin  ən  böyük  maddələr  qrupudur.  Kreditləşmənin  ən 

geniş  yayılmış  növləri:  müəssisələrin  cari  ehtiyaclarının  maliyyələşdirilməsi 

üçün,  onların  investisiyaları,  şəxsi  adamların  istehlakı  və  investisiya  xərcləri 

üçün. 


nvestisiya  bankları  müəssisələrə  onların  yatırımlarının  maliyyələşdiril-

məsi  üçün  kreditlər  verir  və  uzunmüddətli,  ortamüddətli  əməliyyatları  həyata 

keçirirlər. 

 

 



 


 

 

422



Bəzi Avropa Birliyi ölkələrinin bank sektorunun ümumi aktivləri 

 

 



Ümumi aktivlə

(milyard ekyü) 

Ümumi aktivlər/ 

milli gəlir (%) 

Bankların 

miqdarı 

Almaniya 

3.151 

191 


3.769 

Avstriya 

397 

228 


1.063 

Danimarka 

154 

119 


112 

Fransa 


2.834 

235 


1.635 

Hollandiya 

573 

194 


175 

ngiltərə 

1.016 

109 


37 

taliya 


728 

97 


170 

Yunanıstan 

825 

91 


176 

spaniya 


48 

62 


21 

 



 

 

423



VI FƏS L. BÖYÜK BR TAN YANIN BANK S STEM  

 

 

Britaniya  Krallığının  mərkəzi  bankı  olan  ngiltərə  Bankı  dünyada  ən 

qədim  mərkəzi  bank  hesab  edilir.  Dövlət  tərəfindən  özəlləşdirilən  ngiltərə 

Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. 

1844-cu ildə qəbul olunan yeni Bank Qanununa əsasən pulun çap olun-

ması  ölkənin  qızıl  ehtiyatları  ilə  əlaqələndirildi.  ngiltərə  Bankı  1920-ci  ildən 

kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi 

bank  funksiyalarını  yetirməyə  başladı.  1946-cı  ildə  Bank  dövlət  tərəfindən 

milliləşdirildi. 1997-ci ildə Banka monetar siyasətdə tam müstəqillik verildi. 

Hal-hazırda  ngiltərə  Bankının  fəaliyyəti  1946-cı  ildə  qəbul  edilmiş 

ngiltərə  Bankı  haqqında  qanunla  tənzimlənir.  Bu  qanuna  əsasən,  səhmdar 

kapital xəzinəyə verilmiş, onun keçmiş sahibləri isə dövlət istiqrazları şəklində 

yaxşı kompensasiya almışlar. Bu kompensasiya səhmlərin nominal dəyərini 4 

dəfə üstələyirdi. Beləliklə, Bank hökumət aparatının bir hissəsi olmasa da, bank 

rəhbərlərindən məlumat almaq və onlara tövsiyələr vermək səlahiyyətinə malik 

idi.  ngiltərə  Bankı  öz  tövsiyələrinin  və  ya  xahişlərinin  yerinə  yetirilməsini 

təmin  etmək  üçün  xəzinənin  sanksiyası  ilə  istənilən  banka  direktivlər  verə 

bilərdi. 

ngiltərə  Bankı mərkəzi bankın  bütün  funksiyalarını icra  edir.  Onlardan 

ə

n vacibi iqtisadi inkişafın artımı məqsədilə qiymətlərin sabitliyi və hökumətin 



iqtisadi siyasətinə dəstəyin göstərilməsidir. Bankıın əsas funksiyaları aşağıdakı-

lardır:  

♦ 

Monetar  siyasətin  sabitliyi  –milli  valyutanın  (funt  sterlinqin) 

kursunun  sabitliiyini  və  alıcılıq  qabilliyətini  təmin  etmək.  Bu  vəzifəni  Bank 

ə

sasən  faiz  dərəcəsinin  dəyişdirilməsi  yolu  ilə  həyata  keçirir.  Faiz  dərəcəsi 



Bankın Monetar Siyasət  Komitəsi tərəfindən  müəyyən  edilir.  Həmçinin  Bank 

iqtisadiyyatı  nağd  pulla  təmin  etmək  və  nağd  pulun  fiziki  dövriyyəsini  təşkil 

etmək  funksiyasına  malikdir.  Bank  ngiltərə  və  Uelsdə  əskinazların  çap 

olunması üzrə inhisar hüququna malikdir. Şotlandiya bankları (The Royal Bank 

of  Scotland,  The  Bank  of  Scotland  və  The  Clydesdale  Bank)  və  Şimali 

rlandiya bankları (Bank of  reland, First Trust Bank, Nothern Bank və Ulster 

Bank)  öz  əskinazlarını  buraxmaq  hüququnu  saxlayırlar,  lakin  bu  əskinazların 

buxarılması  ngiltərə Bankında birə-bir depozit ilə təyin edilməlididr.  

♦ 

Maliyyə  sabitliyinin  dəstəklənilməsi  –  burada  maliyyə  sistemi 

üçün təhlükələrin aradan qaldırılması nəzərdə tutulur. Bu təhlükələr bankın ana-

litik xidmət və digər nəzarət orqanları tərəfindən müəyyən edilir. Bu təhlükə-

lərin  aradan  qaldırılması  üçün  Bank  daxili  və  xarici  bazarlarda  maliyyə  əmə-

liyyatlarını  aparır.  ngiltərənin maliyyə  sektorunun  sabitliyinin təmin  edilməsi 

məqsədilə  Bank  bir  necə  dövlət  maliyyə  qurumu,  o  cümlədən  ngiltərə 

Xəzinədarlığı və Maliyyə Xidmətləri Təşkilatı ilə əməkdaşlıq edir.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə