Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə198/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   194   195   196   197   198   199   200   201   ...   230

 

 

424



Bank  Direktorlar  Şurası  tərəfindən  idarə  olunur.  Şura  sədr,  iki  sədr 

müavini və 16 üzvdən ibarətdir. Vəzifələrə təyinat Parlament tərəfindən təsdiq 

olunduqdan  sonra  Kraliçanın  fərmanı  əsasında  həyata  keçirilir.  Sədr  və  onun 

müavinləri  5  il  müddətinə,  Şuranın  üzvləri  isə  3  il  müddətinə  təyin  edilirlər. 

Onlar yenidən seçilmək imkanına malikdirlər. Direktorlar Şurası ən azı ayda bir 

dəfə  görüş  keçirməlidir.  Direktorlar  Şurasının  səlahiyyətlərinə  ngiltərə  Ban-

kının  pul-kredit  siyasətindən  başqa  bütün  idarəedilmə  məsələləri  aiddir.  Pul-

kredit  siyasəti  Monetar  Siyasət  Komitəsinin  səlahiyyətindədir.  Komitənin 

rəhbəri  ngiltərə Bankının  darə Heyətinin Sədridir. Komitə rəsmi faiz dərəcə-

lərini müəyyən edən yeganə dövlət qurumudur. 

ngiltərə  Bankı  dünyanın  qədim  mərkəzi  bankıdır.  Bu  bank  dörd  əsr 

bundan əvvəl, demək olar ki, müflisləşmiş hökumətlə maliyyəçilər – kreditorlar 

qrupu arasındakı sövdələşmə nəticəsində yaranmışdır. 

ndiki  zamanda  ngiltərə  Bankı  öz  fəaliyyətini  üç  prioritet  məqsəddən 

çıxış edərək həyata keçirir: 

1.  milli valyuta dəyərinin müdafiəsi; 

2.  maliyyə sisteminin stabilliyinin təmin edilməsi; 

3.  ölkə daxilində və beynəlxalq aləmdə maliyyə sisteminin effektivliyinin və 

rəqabətədavamlılığının təmin edilməsi və yüksəldilməsi. 

ngiltərə Bankı aşağıdakı funksiyaları yerinə yetirir: 

1.  kommersiya  və  digər  mərkəzi  banklar,  həmçinin  hökumət  üçün  bank 

rolunu oynayır; 

2.  pul siyasətini reallaşdırır; 

3.  banknotların emitenti olur və başqaları. 

Birinci  funksiyanın  yerinə  yetirilməsi  zamanı  ngiltərə  Bankında  he-

sabları  var.  Klirinq  əməliyyatlarda  klirinq  bankların  ngiltərə  Bankındakı  he-

sablarından istifadə olunur. Banklar hesabda müəyyən məbləğə malik olmalı və 

onu  aşmamalıdırlar.  Fəaliyyətlərini  Böyük  Britaniyada  həyata  keçirən  bütün 

banklar  özlərinin  bütün  depozitlərinin  cəminin  0,35%-ni  ngiltərə  Bankının 

hesabında (depozit) saxlayırlar. Ehtiyatların bu norması  ngiltərə bankının əsas 

gəlir mənbəyidir. 

kinci  qrup  –  digər  ölkələrin  mərkəzi  banklarıdır.  Xarici  ölkələrin 

mərkəzi  bankları  ngiltərə  Bankında  qızıl  saxlayır  və  hesablara  malik  olur, 

Londondakı işləri  ngiltərə Bankı vasitəsilə apara bilirlər. 

Üçüncüsü  –  hökumətdir.  Hökumətin  ngiltərə  Bankında  hesabları  olur. 

Beləliklə,  büdcəyə  gedən  ödənişlər,  vergilər  və  büdcədən  sosial  ehtiyaclara 

gələn ödənişlər  ngiltərə Bankının hesabları vasitəsilə keçir. 

Böyük Britaniyanın pul siyasətinin əsas məqsədi qiymət stabilliyinin əldə 

edilməsidir.  Qiymətlərin  optimal  səviyyəsinin  saxlanması  indiki  zamanda  iki 

istiqamətə malikdir:  nflyasiya səviyyəsinin 2,5% və daha az olması, monetar 

siyasətin  daha  açıq  (sərbəst)  rejimi.  ngiltərənin  pul  siyasətinin  mühüm  aləti 

faiz dərəcələrinin səviyyəsinin tənzimlənməsidir. 




 

 

425



Monetar  siyasətin  alətlərindən  biri  ngiltərə  Bankının  açıq  bazardakı 

ə

məliyyatlarıdır. O, ilk dəfə XX əsrin 30-cu illərinin əvvəllərində tətbiq olun-



mağa  başlamış  və  ngiltərə  Bankının  uçot  dərəcələrinin  payını  tədriclə  azalt-

mışdır. 


Böyük  Britaniyanın  kredit  sisteminin  ikinci  hissəsi  bank  idarələridir. 

Bank  müəssisələri  tarixən  depozitlərin  cəlb  edilməsində  ixtisaslaşdığına  görə, 

bir çox hallarda depozit müəssisələr adlandırılır. Kommersiya bankları depozit 

fəaliyyətlərini  həyata  keçirməkdən  əlavə,  qısamüddətli  kreditlər  verir,  xarici 

ticarəti  maliyyələşdirir,  həmçinin  əmanətçilərin  vəsaitlərini  idarə  edirlər. 

Depozit  bankların  müştəriləri  müxtəlif  cür  həm  iri  müəssisələr  və  təşkilatlar, 

həm də şəxsi adamlar ola bilir. Ona görə də depozit bankları bəzən pərakəndə 

banklar adlandırırlar. 

Böyük  Britaniyanın  kommersiya  banklarının  digər  hissəsi  ticarət  bank-

larıdır. Onlar bank əməliyyatlarını tədriclə mənimsəmiş ticarət müəssisələrində 

yaranmışlar.  Uzun  müddət  ticarət  banklarının  fəaliyyətinin  əsasını  aksept 

ə

məliyyatlar  təşkil  etmişdir.  Bu  da  ticarət  banklarını  aksept  evlər  sırasına  aid 



etməyə imkan verir. Bəzi müasir ticarət bankları bank əməliyyatları ilə yanaşı 

sənaye və ticarət funksiyalarını da yerinə yetirirlər. Belə ki, ticarət bankları əsl 

bank  əməliyyatları  ilə  yanaşı,  sahibkarlara  xidmət  göstərir  və  qiymətli 

kağızlarla idarəetməni  həyata keçirirlər.  Bütövlükdə,  bu institutların fəaliyyəti 

çoxcəhətlidir.  Onlar  xarici  ticarətin  maliyyələşməsi,  aksept  biznesi  ilə  məşğul 

olur,  korporativ  borcalanları  aktiv  şəkildə  kreditləşdirir,  investisiyaları  idarə 

edir, investisiya məsələləri üzrə məsləhətlər verir, maliyyə konsorsiumları təşkil 

edir,  təsisçilik  fəaliyyətində,  şirkətlərin  birləşməsi  və  udulması  kampaniya-

larında iştirak edir və ya vasitəçi kimi çıxış edir, valyuta bazarında və qiymətli 

metallar  bazarında  əməliyyatlar  keçirir,  maliyyə  əməliyyatlarının  aparılması 

məsələləri üzrə məsləhətlər verirlər.  

Konsorsial banklar – heç biri səhmlərin nəzarət paketinə malik olmayan 

ə

n azı iki ölkə bankının iştirakları ilə olan maliyyə-kredit institutlarıdır. Bunlar, 



ə

sasən  çoxmilli  borcalanların  xüsusi  banklarıdır  və  onlara,  hər  şeydən  əvvəl, 

transmilli  və  multimilli  sənaye  konsernləri  aiddir.  Bu  növ  iri  banklara  brita-

niyalı,  kanadalı  və  avstraliyalı  tərəfdaşlarla  işləyən  «Midlend  and  interneyşnl 

bakn Ltd» (Midland and international bank Ltd), britaniyalı, amerikalı və yapon 

tərəfdaşlarla işləyən «Vestern Ameriken BenkYurop Ltd» (Western American 

bank Europe Ltd), yaponiyalı, britaniyalı ( ndustrial Commercial Barle) aiddir. 

Məsələ  bundadır  ki,  bu  banklar  aparıcı  ölkələrin  banklarının  pay  iştirakı 

ə

sasında yaradılmışdır, ona görə də onlar avrobazarda çox böyük vəsaitləri ən 



davamlı müddət üçün səfərbər etmək iqtidarındadırlar. Bankların heç bir başqa 

növü buna qadir deyil. 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə