Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə2/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   230

 

 



depozit  əməliyyatları  isə  yalnız  banklar  və  poçt  rabitəsinin  milli  operatoru 

tərəfindən həyata keçirilir.  

Mərkəzi Bank - pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata 

keçirilməsi,  ödəniş  sisteminin  tənzimlənməsi  və  inkişafı,  bank  nəzarətinin 

həyata  keçirilməsi,  dövlətin  beynəlxalq  qızıl-valyuta  ehtiyatlarının  saxlanması 

və  idarə  edilməsi  kimi  mühüm  strateji  dövlət  əhəmiyyətli  funksiyaları  həyata 

keçirir.  

Mərkəzi  banklar  pul  siyasətinin  məqsəd  və  vəzifələrini  yerinə  yetirmək 

üzrə  maliyyə  alətlərindən  istifadə  edərək  bankların  fəaliyyətinə  təsir  göstərir. 

Mərkəzi Bank açıq bazar əməliyyatı vasitəsilə bankların likvidliyinə və bazarda 

pul  miqdarındakı  dəyişikliyə  yol  aça  bilir.  Bankların  likvidliyində  meydana 

gələn dəyişmələr isə öz növbəsində kredit və fond həcminə təsir edir. 

Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini 

müəyyənləşdirir.  Mərkəzi  Bank  uçot  dərəcəsini  müəyyənləşdirərkən  ölkədəki 

mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.  

Mərkəzi  Bank  öz  əməliyyatları  üzrə  faiz  dərəcələrini  pul  bazarının  lik-

vidlik  vəziyyətini  nəzərə  alaraq  özünün  açıq  bazar,  yenidənmaliyyələşdirilmə 

və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda 

tələb və təklif əsasında müəyyənləşdirir.  

 Mərkəzi  Bank  kredit  təşkilatlarına  məcburi  ehtiyatlar  saxlamaq  barədə 

göstəriş verə bilər.  

Mərkəzi  Bank  pul  siyasətinin  məqsədləri  kontekstində  kredit  təşkilat-

larının yenidən maliyyələşdirilməsini həyata keçirir. Bu zaman verilən kreditlər 

dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və 

zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif  formada  qiymətli  metallar  və  digər 

aktivlərlə təmin olunur. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və 

həmin müddətə uzadıla bilər.  

Mərkəzi  Bank  özünün  müəyyən  etdiyi  şərtlərlə  və  qarşılıqlı  razılaşma 

ə

sasında  kredit  təşkilatlarından  depozitlər  cəlb  edə  və  kredit  təşkilatları 



tərəfindən  aparılan  ayrı-ayrı  əməliyyatları  müvəqqəti  məhdudlaşdıra,  o  cüm-

lədən  onların  əməliyyatları  üzrə  faiz  dərəcələrinin  aşağı  və  yuxarı  hədlərini 

müəyyənləşdirə bilər.  

Öz növbəsində də, banklar tərəfindən bəzi сektorlara kredit açılması, bə-

zilərinə  isə  kredit  verilməsində  rədd  siyasəti  I  halda  sektorun  inkişafına  yol 

açar, II halda isə sektorun daralması ilə nəticələnə bilər. Bankların kredit siya-

səti şirkətlərin istehsal siyasətinə və mənfəət həcminə birbaşa təsir edir. Hətta 

banklar şirkətlərin iflasından qurtarmaq imkanlarına malikdirlər. 

Ümumiyyətlə,  bank  kapitalının  adekvatlıq  əmsalı,  bankların  fəaliyyəti 

real sektorun tərkibinə daxil olan müəssisələrin fəaliyyətindən çox fərqlidir: 

1) Banklar fəaliyyətləri üçün lisenziyanı Mərkəzi Bankdan alır;  

2) Bankın тəsisçilərinin şəxsi keyfiyyətləri, vicdan və xarakterləri özəl bir 

araşdırma  mövzusudur.  Məsələn,  Azərbaycanda  bank  inzibatçılarının  mənəvi 



 

 



keyfiyyətləri ilə bağlı tələblər «Banklar haqqında» Qanunda nəzərdə tutulur. Bu 

da inzibatçıların «məqbul və lazımi keyfiyyətlərə malik şəxs» və «vətəndaş qü-

sursuzluğu»  göstəricilərinə  malik  olmasını  və  bank  sistemi  üçün  daha  layiqli 

namizədlərin seçilməsini şərtləndirir; 

3) Lakin bu çoxluq hüdudsuz deyil, qanunla tənzimlənir. Məsələn, Azər-

baycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları və xarici bank-

ların  yerli  filialları  üçün  kapitalın  tərkib  hissələrini  (komponentlərini),  habelə 

bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi prinsiplərə müvafiq surət-

də kapitalın adekvatlıq əmsallarını və onların hesablanması qaydalarını  «Bank 

kapitalının və onun adekvatlığının hesablanması qaydaları»müəyyən edir;  

4) Banklar mal deyil, satınalma gücü istehsal edir. Bankçılıq pul ticarəti 

deməkdir, yəni ucuz faizə aldığı pulları, daha yüksək faizə sataraq mənfəət əldə 

edir;  

5)  Banklar  rentabellik,  likvidlik  və  riskin  bölüşdürülməsi  prinsiplərinə 



çox bağlıdır. Banklar əlindəki pulu mümkün olduğu qədər çox fiziki və hüquqi 

şə

xslərə  paylamaqlа  yanaşı  kassadakı  aktivlərin  müəyyən  bir  hissəsini  likvid 



formada saxlamaq məcburiyyətindədir. Məsələn, Azərbaycan Mərkəzi Bankın 

bankların likvidliyinin idarə  olunması haqqında Qaydalar respublikada fəaliy-

yət göstərən kommersiya banklarının və xarici bankların  yerli filiallarının lik-

vidlik riski və likvidliyin idarə olunması üzrə bankların daxili siyasət, qayda və 

prosedurlarına dair minimum tələbləri müəyyən edir;  

6) Banklar dövlət orqanları tərəfindən çox ciddi nəzarət altındadır. Məsə-

lən, Azərbaycan Respublikasının «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin 

və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 

qarşı mübarizə haqqında» Qanunu - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin 

və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə 

bağlı  hüquq  pozuntularının  aşkar  edilməsi  və  qarşısının  alınması  üçün  hüquqi 

mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdı-

rılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə maliyyə sistemindən isti-

fadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin 

və cəmiyyətin maraqlarının qorunmasına yönəlmişdir;  

7) Qanun, banklara kassalarında borclarına qarşı hər an likvid aktivlərinin 

nisbətini təsbit etdiyi halda, digər müəssisələrdə belə bir məcburiyyət yoxdur;  

8) Banklar pul yaratmaqla tədavüldə pulun miqdarına təsir edərək qiymət 

mexanizminə  təsir  edə  bilir,  lakin  digər  müəssisələrin  belə  bir  təsiretmə 

imkanları mümkün deyildir;  

9) Nizamnamə kapitalının həcmi digər şirkətlərə nisbətətn çox yüksəkdir. 

Hazırda Azərbaycanda yeni bank təsis etmək üçün 50 milyon manat tələb edilir;  

10) MB bankların sağlamlaşdırılması və iflası zamanı lazımi tədbirlər və 

proqramlar hazırlayır. Ona görə də böhran dövründə Mərkəzi Bank öz siyasə-

tini makroiqtisadi sabitliyin, bankların və sistem əhəmiyyətli müəssisələrin ma-

liyyə sabitliyinin qorunmasına, habelə iqtisadi artımın dəstəklənməsinə yönəlt-






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə