Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə200/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   196   197   198   199   200   201   202   203   ...   230

 

 

428



yəndəliyi  və  regionlarda  beş  təmsilçi  ərazi  idarəsi  mövcuddur.  Həmçinin 

Bankın kantonlar üzrə 16 agentliyi mövcuddur.  

Bankın  baş  idarəetmə  orqanı  darə  Heyətidir.  darə  Heyətinin  funksi-

yaları  –  monetar  siyasət,  sərmayə  qoyuluşu  strategiyası  və  monetar  siyasət 

sahəsində beynəlxalq  əməkdaşlıqdan ibarətdir.  darə  Heyəti 3  daimi üzv və 3 

nümayəndədən  ibarətdir.  Onlar  dövlətin  Federal  Şurası  tərəfindən  Bank 

Ş

urasının tövsiyəsi əsasında seçilirlər.  



Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura 11 üzvdən 

ibarətdir.  6  üzvü  Şuranın  Prezidenti  və  vitse-prezidenti  daxil  olmaqla  Federal 

Ş

ura tərəfindən seçilir. Digər 5 üzvü səhmdarların yığıncağında təyin olunurlar. 



Bankın Şurasıında 5 komitə fəaliyyət göstərir.  

sveçrə  səmərəli  və  sabit  beynəlxalq  monetar  sistemdən  faydalanır. 

sveçrə  Milli  Bankı  müxtəlif  beynəlxalq  institut,  təşkilat  və  qruplarda  təmsil 

olunmaqla  beynəlxalq  monetar  səviyyədə  əməkdaşlıq  edir  və  eyni  zamanda 

Beynəlxalq  Hesablaşmalar  Bankının  üzvüdür.  Bundan  əlavə,  sveçrə  Milli 

Bankı Federal departamentlə birlikdə Beynəlxalq Valyuta Fondunda və Böyük 

Onluqda  sveçrəni təmsil edir. 

MB-nin  beynəlxalq  əməkdaşlığında  texniki  yardım  sahəsi  mühüm  yer 

tutur.  Bankın  bu  sahədə,  xüsusilə  monetar  siyasət,  nağd  əməliyyatlar  və  ya 

ehtiyatların  idarə  edilməsi  üzrə  spesifik  bacarıq  və  təcrübəsi  vardır.  Texniki 

yardımların köməyi ilə,  sveçrə Milli Bankı digər ölkələrin mərkəzi banklarına 

treyninq və seminarlar təşkil edir. 

 



 

 

429



VIII FƏS L. YAPON YANIN BANK S STEM  

 

 

1882-ci  ildə  Yaponiya  Bankı  yaradıldı  və  1885-ci  ildən  əskinazlar  çap 



etməyə  başladı.  Hazırda  bank  1942-ci  ildə  qəbul  edilmiş  qanun  əsasında  fəa-

liyyət  göstərir.  Bu  qanun  Bankı  hökumətin  sərt  nəzarəti  altında  saxlayırdı  və 

Yaponiyanın  Maliyyə  Nazirliyinə  Bankın  siyasətini  dəyişdirmək  imkanı 

verirdi. 1998-ci il aprelin 1-dən Yaponiya Mərkəzi Bankı haqqında yeni qanun 

qəbul  edilmişdir.  Bu  qanuna  əsasən  Bank  Maliyyə  Nazirliyindən  müstəqillik 

qazandı.  

1978-ci ildə Yaponiyada qızıl standartı sistemi tətbiq edilmişdir. 1931-ci 

ildə Yaponiyada qızıl pul standartı ləğv edilmiş və 1937-ci ildə pul kütləsinin 

tədavülü  1,6  dəfə  artmış  və  inflyasiya  tempi  illik  50%-dən  yuxarı  olmuşdur. 

1945-1951-ci  illər  arasında  inflyasiya  tempi  343  dəfə  artmış  və  yapon  pul 

vahidi olan iyenin dəyəri 99% azalmışdır. 1949-cu ildə iyenin dollara qarşı mə-

zənnəsi 360 iyen = 1 dollar olmuş və bu paritet 1971-ci ilə qədər qüvvədə qal

-

mışdır. 1971-ci ildən Yaponiya hökuməti üzən valyuta kursu tətbiq etməyə baş-



ladı. 1973-1980-ci illərdə illik qiymət artımı 9,5% olmuşdur. 1980-ci ildən son

-

ra  beynəlxalq  ticarət  münasibətlərində  yapon  iyenin  ödəniş  vasitəsi  olaraq 



Amerika dolları və alman markasından sonra üçüncü yerə keçmişdir və Asiya 

regionu ölkələri üçün iyen ən sabit və güclü pul və bu regionun mərkəz bankları 

üçün ehtiyat pul vahidi olaraq qəbul edilməkdədir. 

Dünyada beynəlxalq valyuta ehtiyatları içində Amerikan dollarının payı 

55 %,  yapon iyeninin payı 10 %-dir. Yapon mal və xidmət ticarət ixracatının 

34%-i, idxalının 12%-i yapon iyeni tərəfindən aparılır. Yapon iyeninin dollara 

qarşı  məzənnəsinin  dinamikasını  1970-ci  ildən  başlayaraq  dollara  qarşı  dəyər 

qazanmaqdadır.  

1998-ci  il  aprelin  1-dən  Yaponiya  Mərkəzi  Bankı  haqqında  yeni  qanun 

qəbul  edilmişdir.  Bu  qanuna  əsasən  Bank  Maliyyə  Nazirliyindən  müstəqillik 

qazandı. Yaponiya Bankı ölkənin mərkəzi bankıdır. Bank administrativ təşkilat 

deyil,  səhmdar  cəmiyyəti  kimi  fəaliyyət  göstərir.  Bankın  səhmlərinin  55%-i 

dövlətə məxsusdur.  

Yaponiya Bankının aşağıdakı funksiyaları var: 

1.  Pul əskinazlarının çap edilməsi və nağd pul təminatının idarəedilməsi;  

2.  Monetar siyasətin idarəedilməsi; 

3.  Maliyyə Sisteminin sabitliyinin qorunması və hesablaşma xidmətlərinin 

təqdim edilməsi;  

4.  Xəzinədarlıq funksiyaları.  

1949-cu  ildə  Bankın  Siyasət  Komitəsi  yaradılmışdır.  Komitə  Bankın 

siyasətinin tərtib edilməsi və dövlətin maliyyə və pul-kredit siyasətində maraq-

larını  müəyyənləşdirən  qurumdur.  Komitə  7  üzvdən  ibarətdir.  Onlardan  beşi 

səsvermə  hüququna  malikdirlər:  Komitənin  Sədri  hökumət  tərəfindən  5  il 



 

 

430



müddətinə təyin edilir və şəhər bankları,  regional  banklar, kənd təsərrüfatı  və 

sənaye  sektorunu  təmsil  edən  dörd  il  müddətinə  seçilən  4  üzv.  Bundan  əlavə 

Komitəyə Maliyyə Nazirliyinin və  qtisadi Planlaşdırma Komitəsinin səsvermə 

hüququ olmayan iki üzv daxildir. Komitə Bankın büdcəsinə aid qərarları Ma-

liyyə Nazirliyi ilə razılaşdıqdan sonra qəbul edir. Həmçinin Maliyyə Nazirliyi 

ilə  razılaşdıqdan  sonra  Parlament  qarşısında  hesabat  verir.  Bundan  əlavə, 

Komitə  faiz  dərəcələrinin  dəyişdirilməsini,  kreditvermə  prosesində  girovların 

qiymətləndirilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.  

1949-cu  ildə  Bankın  Siyasət  Komitəsi  yaradılmışdır.  Komitə  Bankın 

siyasətinin tərtib edilməsi və dövlətin maliyyə və pul-kredit siyasətində maraq-

larını  müəyyənləşdirən  qurumdur.  Komitə  7  üzvdən  ibarətdir.  Onlardan  beşi 

səsvermə hüququna malikdirlər: Komitənin Sədri hökumət tərəfindən 5 il müd-

dətinə təyin edilir və şəhər bankları, regional banklar, kənd təsərrüfatı və sənaye 

sektorunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan əlavə Komitəyə 

Maliyyə  Nazirliyinin  və  qtisadi  Planlaşdırma  Komitəsinin  səsvermə  hüququ 

olmayan  2  üzv  daxildir.  Komitə  Bankın  büdcəsinə  aid  qərarları  Maliyyə  Na-

zirliyi ilə razılaşdıqdan sonra qəbul edir. Həmçinin Maliyyə Nazirliyi ilə razı-

laşdıqdan sonra Parlament qarşısında hesabat verir. Bundan əlavə, Komitə faiz 

dərəcələrinin  dəyişdirilməsini,  kreditvermə  prosesində  girovların  qiymətləndi-

rilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.  

Yapon bankları ölkənin iqtisadi inkişafını gücləndirmək məqsədilə kredit 

faiz dərəcələrini aşağı düşürmək siyasətini aparır.  

Yaponiya  1990-cı  illərdə  əmanətlərin  cəlb  edilməsi  üçün  etibarlılığın 

zəruri səviyyəsini qazanaraq və zəruri  yerlərdə iqtisadi subyektlərə kiçik faiz-

lərlə  vəsaitlərin  verilməsini  təmin  edən  kredit  mexanizmini  yaradaraq,  kredit 

sisteminin  inkişafının  yüksək  səviyyəsinə  çatdı.  Bank  nəzarəti  sisteminin 

dəyişdirilməsi  nəticəsində  müharibədən  sonrakı  50  il  ərzində  Yaponiyada 

ə

manətlərin kütləvi şəkildə çıxardılması və ya bankların qəflətən müflisləşməsi 



hallarının biri də baş verməmişdir. Problemli bankların aşkar olunması zamanı 

problemlərin  digər  banklara  yayılmasının  qarşısının  alınması  məqsədilə  aşa-

ğ

ıdakı üsullardan istifadə olunurdu. Bu, bir tərəfdən, uyğun orqanların göstərişi 



ilə  problemli  bankların  hər  hansı  bir  iri  bankla  qovuşması,  digər  tərəfdən, 

psixoloji riskin (moral hazard) azaldılması üçün bankların ictimai xarakterinin 

hər cür vurğulanması (ictimai məsuliyyət prinsipi) idi. Korporativ istiqrazların 

emissiyası  üçün  də  ciddi  normalar  müəyyənləşdirilmişdir.  Emissiya  hüququ 

yalnız  maliyyə  vəziyyəti  dayanıqlı  olan  şirkətlərə  verilir  və  «dəyərsiz» 

istiqrazların  buraxılmasına  imkan  verilmirdi.  Məhz  buna  görə  də  korporativ 

istiqrazlar  üzrə  defolt  halları  yox  idi.  Defolt  təhlükəsinin  yaranması  zamanı 

problemli  kağızlar  agent  –  banklar  tərəfindən  alınır  və  bu  da  mahiyyətcə 

korporativ istiqrazların bank zəmanətini ifadə edirdi. 

Yapon  iqtisadiyyatının  kredit  sferasında  1990-cı  illərin  ortalarında  əldə 

edilmiş nisbi stabillik bütün maliyyə-kredit müəssisələri sisteminin kollapsı ilə 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə