Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə201/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   197   198   199   200   201   202   203   204   ...   230

 

 

431



kəsildi.  1996-1997-ci  illərdə  müharibədən  sonrakı  dövrdə  ilk  dəfə  olaraq 

bankların müflisləşməsi başlandı. Bu fakt iqtisadiyyatın maliyyə sektorundakı 

vəziyyətə  nəzarət  etmək  və  onun  stabilliyinin  qarantı  kimi  çıxış  etmək 

məsələsində  Maliyyə  Nazirliyinin  acizliyini  nümayiş  etdirdi  və  buna  görə  də 

stabilliyi  pozmaq  rolunu  oynadı.  lk  növbədə  Vakayama  prefekturasında  işlə-

yən  yerli  «Hanva  qinko»  (Hanva  ginko)  bankı  və  iri  «Hokkaydo  takseku 

qinko»  (Hakkaido  takuseku  ginko)  bankı  bağlandı.  1997-ci  ilin  noyabrında 

dörd broker şirkəti, o cümlədən qədim şirkətlərdən biri olan  «Yamaiti seken» 

(Yamaiti sekan) bağlandı.  lk dəfə olaraq onkol borclar bazarında (Yaponiyada 

banklararası kredit bazarı) defolt baş verdi. Yaponiyadakı bank böhranı zaman 

etibarilə  Cənub  –  Şərqi  Asiyada  yayılan  «Asiya  virusu»  ilə  üst-üstə  düşdü. 

Lakin mahiyyət etibarilə onlar tamamilə müxtəlif maliyyə sarsıntıları idi. Yapo-

niyanın  kredit-maliyyə  müəssisələrinin  fəaliyyətinin  qeyri-stabillik  səbəbləri 

arasında ikisini fərqləndirirlər: 

1.  90-cı illərin birinci  yarısında daşınmaz əmlak qiymətlərinin düşməsi 

ə

sasən  daşınmaz  əmlak  obyektlərindən  ibarət  olan  girov  təminatının  real  də-



yərini aşağı saldı; 

2.  bank  fəaliyyətinin  beynəlmilləşdirilməsi  çatışmazlıqları  üzə  çıxartdı. 

Pon banklarının menecerlərinin aşağısəviyyəli peşəkarlığı, Qərbin valyuta-fond 

bazarlarında  sövdələşmələrin  aparılma  təcrübəsinin  kifayət  qədər  olmaması 

nəticə  etibarilə  şübhəli  investisiya  layihələrinin  kreditləşdirilməsinə,  qiymətli 

kağızlarla  və  derivativlərlə  bağlı  riskli  əməliyyatlara  gətirib  çıxartdı.  Bütün 

bunlar  yapon  banklarının  əksəriyyətində  itkilərə  və  ABŞ-ın,  Qərbi  Avropa 

ölkələrinin maliyyə dairələri tərəfindən onlara olan etimadın azalmasına səbəb 

oldu. 

Vəziyyətdən çıxış yolu axtaran yapon hökuməti yenə də ölkənin iqtisadi 



sisteminin  qeyri  stabilliyinə  kömək  etmiş  üsul  və  alətlər  toplusunu  hərəkətə 

gətirdi.  Bank  menecmentinin  islahatı  əvəzinə  Maliyyə  Nazirliyinin  və  digər 

dövlət idarəetmə  orqanlarının protektoratı  gücləndirildi. Kommersiya bankları 

istiqrazlarının, adi və imtiyazlı səhmlərin dövlət tərəfindən alınma formasında 

büdcə vəsaitlərinin daxil olması gözlənilən nəticələrə gətirib çıxarmadı. 

1988-ci  il  aprelin  1-də  Yaponiya  Bankı  haqqında  yeni  qanun  qüvvəyə 

mindi.  Bu  qanuna  görə,  bank  Maliyyə  Nazirliyindən  asılı  deyildi.  Yaponiya 

Bankı  öz  statusuna  görə,  inzibati  orqan  yox,  səhmdar  şirkətdir.  Onun  kapita-

lının 55%-i hökumətə, 45%-i maliyyə institutlarına, sığorta şirkətlərinə və digər 

şə

xsi  səhmdarlara  məxsusdur.  Səhmdarlara  4%-lik  ölçüdə  dividentlərin 



verilməsi təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edildiyi halda bu 

dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət dövlət büdcəsinə toplanır. 

Yaponiya Bankının rəhbər orqanı Siyasi şuranın funksiyaları və strukturu 

bir qədər dəyişmişdir. 1998-ci il aprelin 1-dən başlayaraq, Siyasi Şura doqquz 

üzvdən ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və onun iki 



 

 

432



müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı auditor, üç icraçı direktor 

auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir. 

Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir: 

*  faizin  uçot  dərəcəsinin,  digər  faiz  dərəcələrinin,  veksellərin  diskon-

tedilmə şərtlərinin və tiplərinin müəyyənləşdirilməsi; 

* borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi; 

* məcburi bank ehtiyatları normalarının müəyyənləşdirilməsi və ya ləğv 

edilməsi; 

*  pul  bazarına  nəzarətin  strateji  xəttinin  müəyyənləşdirilməsi.  Tətbiq 

olunan nəzarət tədbirləri: əsasən açıq bazarda aparılan əməliyyatlar, istiqraz və 

veksellərin alqısı və satqısı; 

* Yaponiya Bankının valyuta nəzarəti və pul bazarına nəzarət məsələləri 

üzrə rəsmi mövqeyinin dəyişilməsi barədə qanunun qəbul edilməsi; 

* satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə bazarlarında satışın 

həyata keçirilmə müddəti barədə qərarın qəbul edilməsi; 

* şöbələrin, ofislərin, agentliklərin və Bankın birgə daxili struktur obyekt-

lərinin yaradılması, köçürülməsi və ləğv edilməsi. 

Yaponiya bankı mərkəzi bank kimi aşağıdakı funksiyaları yerinə yetirir. 



Banknotların  buraxılması.  Mərkəzi  bank  ölkədə  pulları  çap  etmək 

hüququna malik olan yeganə bankdır. Mərkəzi bank hələ 1889-cu ildə fidusiar 

banknot  emissiya  hüququna  sahib  olmuşdur.  Dövriyyədəki  pulların  miqdarı 

1999-cu ildə 7,4% artmışdır. Ölkədəki pulların miqdarı ÜDM-dən daha sürətlə 

artır. Lakin pullar əmanətlərdə yatıb qalır. 

Yaponiya  bankının  növbəti  funksiyası  pul-kredit  siyasətinin  reallaşdırıl-

masıdır.  Bu  siyasətin  üç  əsas  aləti  aşağıdakılardır:  məcburi  bank  ehtiyatları 

normasının  dəyişdirilməsi,  maliyyə  bazarlarındakı  əməliyyatlar,  faizin  uçot 

dərəcəsi. 

Məcburi  ehtiyat  saxlama  sistemi.  Yaponiyada  1957-ci  ildən  başlayaraq 

fəaliyyət  göstərir. Kredit  müəssisələri  ehtiyat  depozitlərin müəyyən məbləğini 

Yaponiya Bankında yerləşdirməyə borcludurlar. Yaponiya Bankı kommersiya 

banklarının öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit eks-

pansiyasına başlasınlar. Kommersiya bankları kredit ekspansiyasını həyata ke-

çirmək  iqtidarında  deyillər,  çünki  onların  kredit  portfellərində  həddən  çox 

qaytarılmayan  borclar  var.  Onlar  sərbəst  pulları  riskli,  lakin  mənfəət  gətirən 

aktivlərə – fond bazarı alətlərinə yatırırlar. 

Mərkəzi  bank  maliyyə  bazarlarındakı  əməliyyatlardan  (bankların  borc 

aldıqları  və  verdikləri  banklararası  bazarda,  şirkətlərin  istiqrazlar  və  səhmlər 

aldığı  və  satdığı  açıq  bazarlarda)  istifadə  edir  ki,  maliyyə  bazarlarındakı  və-

ziyyətə  təsir  göstərsin,  onları  iflasa  uğramaqdan  və  möhtəkirçi  xarakteri  ifrat 

tələbdən («sabın köpüyü») qorusun. 

Faizin  uçot  dərəcəsinin  tənzimlənməsi.  qtisadi  inkişafın  yüksək  sürəti 

üçün  zəruri  şərt  müəssisənin  ucuz  maliyyə  vəsaitlərindən  istifadə  edə  bilmə-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə