Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə203/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   199   200   201   202   203   204   205   206   ...   230

 

 

435



ixtisası  əvvəlki  kimi  trast  əməliyyatlarının  həyata  keçirilməsidir.  Ölkədə  belə 

bankların  sayı  yeddidir.  Onlardan  beşi  dünyanın  əlli  iri  bankları  sırasına  da-

xildir. Son dövrlərdə trast bankların və digər kommersiya banklarının qarşılıqlı 

nüfuzetmə  tendensiyası  güclənmişdir.  Trast-banklarda  bank  şöbələri,  kom-

mersiya banklarında isə etibarlı əməliyyat şöbələri fəaliyyət göstərir. 

Yaponiyada  xarici  banklar  dünyanın  88  dövlətini  təmsil  edirlər.  Bu 

mənada  ABŞ  və  Böyük  Britaniya  bankları  hakim  mövqe  tutur,  Almaniya  və 

Fransa  bankları  da  əhəmiyyətli  çəkiyə  malikdirlər.  Xarici  banklar  tərəfindən 

rəqabət  1960-cı  ildə  başlamışdır.  Həmin  dövrə  qədər  onların  fəaliyyəti  iki 

istiqamətlə  məhdudlaşırdı:  xarici  valyutada  olan  borcların  təqdim  edilməsi  və 

«Sarakin»  (Sarakin)  istehlak  krediti  müəssisələrinin  kreditləşdirilməsi.  Xarici 

bankların  ənənəvi  funksiyası  xarici  valyuta  ilə  ticarətdir.  Onların  sayəsində 

Yaponiyada  xarici  ticarətdəki  riskləri  sığortalayan  yeni  maliyyə  alətləri 

yaranmışdır. Xarici banklar faiz bazarında da öz tətbiqini tapmışdır. Hal-hazır-

da Yaponiya iri beynəlxalq svop bazarlarından biridir. 

2000-ci  ilin  sentyabrında  üç  aparıcı  bank  («Indastrial  Benk  of  Cepen», 

«Daiiti-Kanqe»  və  «Fudzi»,  yəni  iki  şəhər  bankı  və  bir  uzunmüddətli  kredit-

ləşmə  bankı)  «Midzuho»  (Midzuho)  holdinq  qrupunda  birləşməklə  bağlı 

planlarını reallaşdırmağa başladılar. Bu, aktivlərinin ölçüsünə görə dünyanın iri 

maliyyə  qruplarından  biri  olaraq  2001-ci  ildə  «Tokay»  (Tokai),  «Asahi» 

(Asahi)  və  «Sanva»  (Sanva)  banklarının  holinqdə  birləşməsi,  həmçinin 

«Sumitomo» (Sumitomo) və «Sakura» (Sakura) banklarının vahid «Sumitomo 

Misui» (Sumitomo Mizui) bankında birləşmə prosesi başlandı. Bu proses bank 

işindəki  qlobal  rəqabətin  nəticəsi  və  yapon  iqtisadiyyatı  üçün  qeyd  şərtsiz 

üstünlük idi. 

 

 




 

 

436



IX FƏS L. TÜRK YƏN N BANK S STEM  

 

 



Son iyirmi ildə dünya iqtisadiyyatında meydana gələn dəyişikliklər, mər-

kəzi  bank  əməliyyatlarına  əsaslı  şəkildə  təsir  etmişdi.  Xüsusilə  maliyyə  ba-

zarlarının  qloballaşması  və  inkişaf  edən  texnika  bu  bazarları  70-ci  illərdən 

fərqli  olaraq  daha  da  genişləndirmişdi.  Bu  dəyişikliklər  mərkəzi  bankların 

başlıca  vəzifələrinə  də  təsir  etmişdir.  Mərkəzi  banklar  əsas  2  əməliyyat  apa-

rırlar. Bunlardan biri pulun inkişafını təmin etmək, digəri isə maliyyə inkişafını 

qorumaqdır.  Bazar  sistemlərinə  üstünlük  verən  tətbiqetmələrə  paralel  olaraq 

daha müstəqil mərkəzi banklara ehtiyac var idi. Bank sisteminin daha da aktiv 

nəzarəti  ön  sıraya  çıxınca,  auditin  mərkəzi  banklar  istisna  olmaqla  müstəqil 

orqanlar  tərəfindən  aparılması  ön  plana  çıxmışdır.  Avropa  Mərkəzi  Bankı 

qurulduqdan  sonra  bir  çox  ölkələrin  mərkəzi  banklarının  funksiyaları  azalmış 

və  öz  ölkələrinin  pul  siyasətlərinin  istiqamətləndirmə  xüsusiyyətləri  də  dəyiş-

mişdir.  Mərkəzi  bankların  əsas  funksiyası  pul  və  kurs  siyasətlərini  tənzim-

ləməkdir.  90-cı  illərdə  pul  siyasətlərində  müstəqillik  əldəetmə  istəyi  artaraq, 

həmin  andan  da  vasitəçilik  müstəqilliyindən,  məqsəddəki  müstəqilliyə  keçid 

hazırlanmışdır. Mərkəzi bankların müstəqil pul siyasəti aparması qəbul edilən 

və tətbiq edilən əməliyyata çevrilmişdir. Bəzi ölkələrdə kurs siyasətinin tətbiqi 

mərkəzi  bankların  ixtiyarına  verilmişdir.  Məsələn,  Avropa  Mərkəzi  Bankı. 

Çünki  kurs  bir  qiymətdir  və  kurs  rejimi  ilə  hökumətin  tətbiq  etdikləri  siyasi 

nəticə yaradır. Bəzi ölkələrdə hökumət və Mərkəzi Bank bu mövzuda birlikdə 

qərar verirlər. Mərkəzi bankların digər vacib bir funksiyası da bank sisteminin 

auditidir. Bu mövzuda yeni istiqamət auditin aparılmasının müstəqil bir orqana 

verilməsi, onunla əməkdaşlıq edilərək bank sistemində inkişafa nail olmaqdır. 

Ödəmə  sistemləri  isə  bütün  dünyada  mərkəzi  bankların  funksiyalarına  aiddir. 

Banknot  buraxmaq,  hökumətə  bank  xidmətləri  göstərmə,  statistik  məlumatlar 

tamlama, tədqiqatlar aparma, beynəlxalq münasibətlərdə iştirak etmə, Mərkəzi 

Bankın funksiyalarına daxildir. 

Keçmişdə  dövlət  xərclərini  maliyyələşdirmək,  hökumətə  məsləhət  ver-

mək kimi məqsədləri ön plana çıxaran mərkəzi bankların, 90-cı illərdə iki əsas 

məqsədi  ortaya  çıxmışdır.  Bunlardan  biri,  pulun  dayanıqlığını  təmin  etmək, 

digəri isə maliyyə möhkəmliyini qorumaqdır. Pul dayanıqlığı aşağı inflyasiyanı 

həyata keçirərək orta müddətdə sağlam inkişaf və aşağı səviyyəli işsizlik olan 

bir iqtisadiyyat yaratmaqdır. Bunun üçün isə mütləq qiymət davamlılığı təmin 

edilmişdir.  Mərkəzi  bankların  2-ci  əsas  məqsədi  olan  maliyyə  möhkəmliyi, 

müasir dövrdə daha çox əhəmiyyət qazanmağa başlamışdır. Maliyyə möhkəm-

liyi, maliyyə bazarlarında bu bazarların orqanlarında və ödəmə sistemlərindəki 

davamlılığı  əhatə  edir.  Bu  üç  sahədəki  davamlılıq  əsasən  maliyyə  sisteminin 

sağlam və dayanıqlı işləməsini təmin edir. 

Türkiyədə Mərkəzi Bankın qurulması cümhuriyyət dövrünə təsadüf edir. 



 

 

437



Osmanlılar  dövründə  bank  və  buna  bənzər  kredit  təşkilatları  az  idi.  Osmanlı 

Bankı  Mərkəzi  Bankın  funksiyalarını  yerinə  yetirirdi.  Banka  Osmanlı 

imperiyası üçün banknot çıxarmaq və dövlətin xəzinə əməliyyatlarını aparmaq 

səlahiyyəti verilmişdir. Cümhuriyyətin qurulduğu ilk illərdə Osmanlı Bankının 

fəaliyyətinin  uzadılması  problemi  ortaya  çıxmışdır.  Cümhuriyyətin  idarəedi-

ciləri  iqtisadi  vəziyyətin  yeni  bank  təsis  etməyə  imkan  vermədiyi  üçün,  Os-

manlı  Bankının  səlahiyyət  müddəti  1935-ci  ilə  qədər  uzadılmışdır.  Yeni  mü-

qaviləyə hökumətin banknot ixrac edə biləcək dövlət bankı təsis etmək halında 

Osmanlı  Bankının  etiraz  etmək  haqqı  olmayacağını  bildirən  bir  qərar  daxil 

edilmişdir.  1926-cı  ildən  etibarən  Mərkəzi  Bank  təsisedilmə  hazırlıqları  baş-

lanılmış,  11.06.1930-cu  ildə  1715  saylı  Q.S.M.V.  qanunu  qəbul  edilmişdir. 

03.10.1931-ci  ildə  Mərkəzi  Bank  təsis  edilmiş,  01.01.1932-ci  ildən  fəaliyyətə 

başlamışdır. Bank qurulduğu ildən etibarən 30 il müddətli banknot ixrac etmək 

səlahiyyətinə  sahib  idi.  1955-ci  ildə  edilən  dəyişikliklə  banknot  ixracetmə 

səlahiyyəti 1999-cu ilə qədər, 25.04.1994-cü ildə edilən 2-ci bir dəyişikliklə isə 

müddətsiz olaraq uzadılmışdır. 

1715  saylı  qanunda  bankın  əsas  məqsədi  "ölkənin  iqtisadi  inkişafına 

kömək etmək" olaraq müəyyən edilmişdir. Bu məqsədi həyata keçirmək üçün 

banka: 

•  Reeskont nisbətini müəyyən etmək və pul bazarını tənzimləmək; 



•  Xəzinə əməliyyatları aparmaq; 

•  Hökumətlə  birlikdə  türk  pulunun  dəyərinin  qorunması  üçün  tədbirlər 

görmək vəzifələri verilmişdir. 

Qüvvədə  olduğu  müddətdə  1715  saylı  qanunda  müxtəlif  dəyişikliklər 

edilərək,  günün  tələblərinə  uyğun  olması  təmin  edilmişdir.  Bu  dəyişikliklər, 

daha çox xəzinəyə və K T-lərə kreditlər verilməsinə müvafiq olaraq edilmişdir. 

Buna  görə  də  bankın  əsas  işi,  aktiv  pul  siyasəti  aparmaqdan  çox,  dövlət 

sektorunun maliyyə kəsirlərini örtmək olmuşdur. 

1715 saylı qanun, 26.01.1970-ci ilə qədər,  yəni 1211 saylı qanun qəbul 

edilənədək  -  40  il  qüvvədə  qalmışdır.  Mərkəzi  Bank  qanunu  26.01.1970-ci  il 

1211  saylı  qanun  ilə  dəyişdirilmişdir.  1211  saylı  Qanun  ilə  Mərkəzi  Bank 

günün  iqtisadi  tələblərinə  uyğun  olaraq  yenidən  təşkilatlandırılmış,  vəzifə  və 

səlahiyyətlər  yenidən  müəyyənləşmişdir.  1211  saylı  qanuna  görə  bankın  əsas 

vəzifələri aşağıdakılardır: 

•  Pul  və  kredit  siyasətini  inkişaf  planlarına  və  illik  proqramlara  uyğun 

şə

kildə aparmaq; 



•  Hökumətlə  birlikdə  milli  pulun  daxili  və  xarici  dəyərini  qorumaq 

məqsədilə tədbirlər görmək; 

•  Milli  pulun  həcmini  və  tədavülünü  bu  qanuna  uyğun  olaraq  tənzim-

ləmək; 


•  Banklara pulvermə əməliyyatlarını qanunla göstərilən sərhədlər daxi-

lində həyata keçirmək. 






Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə