Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə204/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   200   201   202   203   204   205   206   207   ...   230

 

 

438



1211  saylı  qanun  ilə  Mərkəzi  Bankına  kredit  əməliyyatlarında  tətbiq 

edəcəyi  reeskont,  diskont  və  faiz  nisbətlərini  müəyyənləşdirmək,  borc  pul-

vermə,  əmanət  faizləri,  disponibilite  və  qarşılıqlar  mövzusunda  yüksək  plan-

lama təşkilatı vasitəsilə Nazirlər Kabinetinə təklif vermək və tətbiq ediləcək pul 

siyasətinin  inkişaf  planları  və  illik  proqramlara  uyğunluğunu  təmin  etmə  və 

bank  sektorunun  apardığı  əməliyyatların  bu  qanunlara  uyğunluğuna  nəzarət 

etmək səlahiyyəti verilmişdir. 

Mərkəzi  Bankın  əsas  müşavirlik  vəzifələri  arasında:  milli  pulun  xarici 

valyutalar  və  qızıl  qarşısındakı  paritetini  müəyyən  etməkdə  hökumətə  rəybil-

dirmə, bank qanununun tətbiqində hökumətlə rəy  mübadiləsi aparma, banklar 

və  digər  maliyyə  təşkilatları  ilə  bağlı  quruluş  icazələri  və  bunlarla  bağlı 

tövsiyədən öncə bankın rəyi soruşulduğunda bu rəy bildirmə sayıla bilər. 

1211  saylı  qanun  qüvvəyə  mindiyi  1970-ci  ildən  bu  vaxta  qədər  keçən 

müddətdə,  Türkiyədə  iqtisadi  şərtlər  əhəmiyyətli  dərəcədə  dəyişilmişdir. 

05.05.2001-ci ildə 4651 saylı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı qanununda 

dəyişiklik edilməsinə dair qanun rəsmi qəzetdə  yayımlanmışdır.  Bu  qanun ilə 

TCMB-nin  əsas  məqsədinin  qiymət  dayanıqlığını  təmin  etmək  olduğu  və 

bankın  ölkənin  siyasətinin  müəyyən  edilməsində  və  tətbiqində  yeganə  səla-

hiyyətli və məsuliyyətli orqan olduğu bildirilmişdir. Qanuna görə bankın əsas 

hədəfinə zidd olmamaq şərtilə bank hökumətin böyümə və məşğulluq siyasət-

lərini  dəstəkləyə  bilər.  Bundan  başqa  bank  əsas  hədəf  olan  inflyasiyayla  mü-

barizənin  fəal  olaraq  aparılması  məqsədilə  inflyasiya  hədəfini  hökumətlə  bir-

likdə  müəyyən  etməklə  vəzifələndirilmişdir.  Bank  qiymət  dayanıqlığını 

təminetmə,  inflyasiya  ilə  mübarizə  aparmaq  üçün  müasir  dövrdəki  mərkəzi 

bankçılıqda  istifadə  edilən  pul  siyasəti  vasitələrini  müəyyənləşdirməli  və  isti-

fadə etməlidir. 

Yeni  mərkəz  bankı  qanunu  ilə  edilən  dəyişikliklərin  əsasları  aşa-

ğ

ıdakılardır: 



1. 

Vasitə müstəqilliyi. Müstəqillik ölçüsü olaraq, bankın əsas məqsə-

dinin qiymət təmin  etmək olduğu və bankın pul siyasətinin müəyyən  edilmə-

sində və tətbiqində yeganə məsuliyyətli və səlahiyyətli olduğu qanuniləşmişdir. 

Bank  vasitə  müstəqilliyi  qazanarkən,  inflyasiya  hədəfini  hökumətlə  birlikdə 

müəyyənetmə  vəzifəsi  və  səlahiyyətilə  vəzifələndirilmişdir.  Bankın  hesab  və 

ə

məliyyatlarının auditinin müstəqil audit təşkilatları tərəfindən aparılması yeni 



qanunda nəzərdə tutulmuşdur. 

2. 


Pul  siyasəti  orqanı.  Qiymət  dayanıqlığının  aktivliyinin  təmin  edil-

məsi  məqsədilə  dünya  praktikası  da  nəzərə  alınaraq  pul  siyasəti  orqanı  yara-

dılmışdır.  Pul  siyasəti  orqanı  sədrin  rəhbərliyi  altında  sədr  müavinləri,  bank 

məclisinin  üzvləri  arasından  seçiləcək  nümayəndə  və  sədrin  məsləhəti  ilə 

müştərək qərarla seçilən nümayəndədən ibarətdir. Xəzinənin sədri və ya onun 

müavini səsvermə hüququ olmamaq şərtilə iştirak edirlər. 

3. 

Dövlət  sektoruna  kredit  verilməməsi.  Xəzinə  ilə  dövlət  orqanı  və 




 

 

439



təşkilatlarına  "avans  verilməsi"  və  kredit  verilməsi  qadağan  olunmuşdur.  Bu 

baxımdan da əvəzi olmadan pul kəsilməsi də dayandırılmışdır. 

Mərkəzi  Bankı  11.06.1930-cu  il  tarixli  ilk  qanunda  "xəzinənin  qısa-

müddətli avansı" adlı anlayış yox idi. Bu hesab 1938-ci ildə yaradılmış və daha 

sonrakı illər də, xüsusilə də 1952-ci ildən sonra pis niyyətlə istifadə edilmişdir. 

O  dövrdə  kənd  təsərrüfatı  sektoruna  verilən  subvansiyalar  Mərkəzi  Bankdan 

borc alınaraq maliyyələşdirilmişdir. Bunun nəticəsində də Türkiyə ciddi inflya-

siya ilə ilk dəfə bu dövrdə rastlaşmışdır. Maliyyə bazarlarının inkişaf etmədiyi 

həmin  dövrlərdə  Mərkəzi  Bankın  inflyasyonist  siyasət  aparıb-aparmadığı 

emissiya ilə ölçülürdü. Emissiya Mərkəzi Bankın bazara çıxardığı banknotların 

cəmi dəyəri olaraq, həmin müddətdə əhəmiyyət qazanmışdır. 11.06.1930-cu il 

tarixli  Mərkəzi  Bank  qanununun  32-ci  maddəsi  belədir:  "Bank  xəzinə  tədiy-

yələrinin ifa, ölkə daxili və xarici pul köçürmələrini təmin edir". Qanunun heç 

bir maddəsində qısamüddətli avans hesabı adlı bir termin istifadə edilməmişdir. 

Çünki  bu  qanun  çərçivəsində  xəzinənin  Mərkəzi  Bankdan  kredit  alması 

mümkün  deyildi.  Bankın  qurulmasından  sonra  vergi  gəlirləriylə  xərclər  ara-

sındakı  müddət  fərqinin  yaradacağı  nağd  ehtiyacının  Mərkəzi  Bankdan  avans 

alınaraq həll edilməsi fikri  yaranmışdır. Ancaq bu avansın büdcənin maliyyə-

ləşməsi  üçün  olmadığı,  il  sonunda  mütləq  sıfır  olacağı  ehtimal  edilmişdir. 

Avans  hesabının  üst  limiti,  dövlət  büdcəsinin  böyüklüyündə  deyil,  Mərkəzi 

Bankın ödənilmiş sərmayəsinə bağlı idi. 

02.07.1932-ci il tarixli 2062 saylı qanun ilə 32-ci maddə aşağıdakı kimi 

dəyişdirilmişdir. "Bank xəzinənin fəaliyyətinə xitam verilməsinə minimum 3 ay 

qalmış bonolarını diskont edə bilər. Bu işə bankın tədiyyə edilmiş sərmayəsinin 

40%-dən çoxu şamil edilə bilməz". 24.06.1938-ci il 3492 saylı qanun ilə 32-ci 

maddə daha da əhatəli vəziyyətə gətirilmiş və bura qısamüddətli avans hesabı 

daxil  edilmişdir.  32-ci  maddənin  ilk  ciddi  pozulması,  çoxpartiyalı  dövrə 

keçiddən sonra baş vermişdir. Bu dövrdə qanunun qoyduğu avans limiti yetərli 

olmamış və inflyasiya səbəbilə qanunun qoyduğu limit azalmışdır. 27.04.1955-

ci ildə 6544 saylı qanun ilə 32-ci maddənin 2-ci hissəsinin ilk cümləsi dəyişdi-

rilmişdir və belə olmuşdur: "Bank, miqdarı cari ilin məsrəf büdcəsi yekununun 

15%-ni  keçməmək  şərtilə  xəzinəyə  qısamüddətli  avans  hesabı  aça  bilər".  Bu 

ifadənin qüvvəyə minməsilə ilk dəfə 1955-ci ildə emissiya 30%-ə yüksəlmişdir. 

qtisadi  möhkəmliyin  təmin  edilməsi  ümidi  ilə  1961-ci  ildə  ilk  dəfə 

qısamüddətli avans hesabı konsolidə edilib sıfırlanmışdır. Avansın limiti büdcə 

ayırmalarının  5%-ni  təşkil  etmiş  və  maliyyə  ili  sonunda  bağlanılması  haqda 

qeyd  qanunda  göstərilmişdir.  21.04.1965-ci  il  586  saylı  qanun  ilə  32-ci  mad-

dənin  2-ci  bəndi  yenidən  dəyişdirilmiş  və  avansın  limiti  büdcə  ödənişlərinin 

10%-i qədər müəyyən edilmişdir. Edilən dəyişikliklə maliyyə ili sonunda avans 

hesabının bağlanmasından sonra tamamilə aradan qaldırılmışdır. 

1. 

Son  borcvermə  mərhələsi.  Son  kredit  mərhələsi  etibarilə  ödəniş 



sistemində  çatışmazlıqlara  səbəb  ola  biləcək  keçici  likvidlik  problemlərini  və 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə