Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə205/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   201   202   203   204   205   206   207   208   ...   230

 

 

440



maliyyə  bazarlarının  fəal  işləməsinə  mane  olacaq  texniki  mənbəli  ödəniş 

problemlərini  aradan  qaldırmaq  məqsədilə  Mərkəzi  Bankı  "sistemə  təminat 

qarşılığında" gündaxili və ya günsonu kredit vermə imkanı təmin edilmişdir. 

2. 


Maliyyə  sisteminin  və  ödəmə  sisteminin  nəzarəti.  Maliyyə  siste-

mində  davamlılığı  təminetmə  vəzifə  və  səlahiyyəti  daxilində  Banka  sistemin 

bazisinin  gücləndirilməsi  və  sistemin  risklərinin  müəyyənləşməsi  məqsədilə 

sistemi  izləmə  və  dəyərləndirmə,  sistemdəki  risklərin  bütün  sektora  yayılma-

sının  qarşısını  almaq  üçün  lazımi  tədbirləri  görmək  səlahiyyətləri  verilmişdir. 

Bu  səbəbdən  də  banklar,  özəl  maliyyə  təşkilatları  və  başqa  maliyyə  or-

qanlarından doğru və qanuni məlumat verilməsinin təmini barədə banka vəzi-

fələr verilmişdir. 

3. 

Vəzifə  müddətləri  və  etibarlılığı.  Bankın  vəzifə  müddətinə  paralel 



olaraq müdir müavinlərinin vəzifə müddətləri 3 ildən 5 ilə qədər artırılmışdır. 

Bu  baxımdan  sədrin  vəzifə  müddəti  müavinlərin  müddətləri  bitmədən  öncə 

dəyişdirilə  bilməzdi.  Bununla  da  vəzifələrin  etibarlılığı  və  təhlükəsizliyinə 

zəmanət verilmişdir. 

4. 

Məlumat  toplama  və  risklərin  cəmlənməsi.  Bankın  statistik  məlu-



matların toplanmasında, dövlət təşkilatları, xəzinə müşavirliyi, Dövlət Statistika 

idarəsi,  digər  ölkələrin  statistik  məlumat  toplamaqda  məsul  olan  orqanları  və 

beynəlxalq təşkilatlarla iş birliyi aparması mümkün olmuşdur. 

Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  pulların  buraxılması  hüququna 

malik birgə səhmdar cəmiyyətdir.  

Osmanlı  mperiyası dövründə xəzinə əməliyyatları, pul və kredit köçür-

mələri, qızıl və xarici valyuta ilə ticarət, xəzinədarlıq, kreditorlar, müəssisə və 

təşkilatlar tərəfindən icra olunurdu. Osmanlı  mperiyasının xarici köçürmələrini 

həyata  keçirmək  üçün  ilk  dəfə  1847-ci  ildə  Osmanlı  Hökuməti  “Bank-ı 

Dersaadet”in  yaradılmasına icazə vermişdir. 1856-cı ildə isə fransız və ingilis 

kapitalının iştirakı ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən etibarən isə 

mərkəzi  bankın  funksiyalarını  həyata  keçirməklə  dövlət  bankı  statusunu 

almışdır. 

1926-ci  ilədək  Osmanlı  Bankı  mərkəzi  bank  kimi  fəaliyyət  göstərmiş, 

1926-cı  ildən  isə  Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  adlandırılmışdır. 

Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankına  dair  Qanun  11  iyun  1930-cu  il 

tarixində qüvvəyə minmişdır. Bank 3 oktyabr 1931-ci il tarixində yaradılmış və 

1 yanvar 1932-ci il tarixində fəaliyyətə başlamışdır. Mərkəzi Bank haqqında ən 

son yenilənmiş qanun 14 yanvar 1970-ci il tarixində qəbul olunmuş və bankın 

ə

sas  məqsədi  kimi  qiymət  sabitliyinə  nail  olunması  və  saxlanılması  göstə-



rilmişdir. 

Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  haqqında  Qanuna  uyğun  olaraq 

Bankın fundamental vəzifələri aşağıdakılardır: 

♦  Açıq bazar əməliyyatlarının həyata keçirilməsi; 




 

 

441



♦  Türk  lirəsinin  daxili  və  beynəlxalq  dəyərinin  qorunması  məqsədilə 

zəruri tədbirlərin görülməsi və Türk lirəsinin qızıl və xarici valyutalara qarşı pa-

ritetinin müəyyənləşdirilməsi məqsədilə hökumətlə birlikdə valyuta siyasətinin 

həyata keçirilməsi; 

♦  Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarəedilməsi; 

♦  Türk  lirəsinin  həcminin  və  tədavülünün  tənzimlənməsi,  ödəniş, 

qiymətli kağızların transferi və hesablaşmalar sisteminin yaradılması; 

♦  Maliyyə  sistemində  sabitliyin  gücləndirilməsi,  pul  və  xarici  valyuta 

bazarlarına münasibətdə tədbirlərin görülməsi; 

♦  Maliyyə bazarlarının monitorinqinin aparılması; 

♦  Banklardakı  depozitlərin  şərtlərinin,  növlərinin  və  xüsusi  maliyyə 

qurumlarında iştirakla bağlı şərtlərin müəyyənləşdirilməsi. 

Bankın fundamental səlahiyyətləri aşağıdakılardır: 

♦ Türkiyədə pulların tədavülə buraxılması; 

♦ Hökumətlə  birgə  inflyasiya  hədəfini  və  buna  uyğun  olaraq  monetar 

siyasətin müəyyənləşdirilməsi; 

♦ Fövqəladə  hallarda  Əmanətlərin  Sığortalanması  Fondunun  resursları 

kifayət etmədikdə Fonda müəyyənləşdirəcəyi şərtlər və qaydalara uyğun olaraq 

Fonda avansın verilməsi; 

♦ Kommersiya banklarına kreditin verilməsi; 

♦ Maliyyə  bazarlarının  monitorinqini  aparmaq  məqsədilə  banklardan, 

digər maliyyə institutlarından və həmçinin qeyd edilən institutların fəaliyyətini 

tənzimləmək  və  nəzarət  etməkdə  səlahiyyətli  olan  idarələrdən  lazımi 

məlumatların tələb edilməsi və statistik informasiyaların toplanması. 

Türkiyyə Cümhuriyyəti Mərkəzi Bankının sədri  darə Heyəti və Monetar 

Siyasət Komitələrinə başçılıq edir. Sayı 4 olan sədr müavinləri Bankın Monetar 

Siyasət Komitəsinin üzvləridir.  

Hazırda  Bankda  15  departament  fəaliyyət  göstərir.  Bankın  Nyu-York, 

London, Frankfurt, Tokio və Berlində nümayəndilikləri mövcuddur.  

Türkiyə Cümhuriyyəti Mərkəzi  Bankı beynəlxalq  əlaqələrində əsas  yeri 

Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq tutur. Türkiyə 1947-ci ildən 

bəri  BVF-nin  üzvüdür  və  ölkəni  BVF-də  maliyyə  agenti  kimi  Mərkəzi  Bank 

təmsil edir. Bundan başqa bank digər beynəlxalq maliyyə təşkilatları və xarici 

ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq etməkdədir. 

24 yanvar 1980-ci il qərarlarına qədər qapalı bir iqtisadiyyatda varlığını 

sürdürən türk bank sistemi iqtisadiyyatın liberallaşmasına paralel olaraq maliy-

yə  sektorunda  baş  verən  yenidənqurma  dövründəki  tərəqqidən  çox  təsir-

lənmişdir. 

1982-ci  ildə  Sərmayə  bazarının  yaranmasından  sonra  1986-cı  ildə  s-

tanbul Qiymətli Kağızlar Birjası fəaliyyətə başlamış və Banklararası Pul Bazarı 

qurulmuşdur. 1989-cu ildə valyuta əməliyyatları və sərmayə hərəkətləri tama-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə