Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə206/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   202   203   204   205   206   207   208   209   ...   230

 

 

442



milə  sərbəstləşdirilmiş  və  qızıl  birjası  açılmışdır.  1990-cı  illərdə  beynəlxalq 

bankçılıq  əmsallarına,  xüsusilə  sərmayə  yetərliliyi  əmsalı  ilə  bağlı  düzəlişlər 

aparılmış vahid hesablar planına keçilmiş, Əmanət Sığorta Fondu qurulmuş və 

bankların  hesablarının  müstəqil  audit  təşkilatları  tərəfindən  nəzarət  edilməsi 

məcburiyyəti  yaranmışdır.  Türkiyədəki  şəxslərin  ölkə  daxilində  və  xaricində 

valyuta cinsindən əmanət hesabı məqsədlərinə, həmçinin Türkiyədən olmayan-

ların  da  maliyyə  sektoruna  investisiya  qoymalarına  icazə  verilmişdir.  Banklar 

1988-ci  ildə  faiz  nisbətlərini  və  1990-cı  ildə  də  valyuta  kurslarını  müəyyən 

etmədə sərbəstlik qazanmışdılar. Türkiyəyə gələn xarici banklardan mənbəyini 

götürən  kəskin  rəqabət  şəraitində  türk  bankları  müasirləşmə  istiqamətində 

önəmli addımlar atmışdılar. 

1990-cı  ildə  elektron  bankçılıq  xidmətləri  göstərilməyə  başlanmışdır. 

Banklararası ödəmələrin  mübadilə  üsulu ilə aparılmasını təmin  edən Elektron 

Fond Transferi sistemi 1992-ci ildə tətbiq edilmişdir. 

1994-cü  il  iqtisadi  böhranı,  xüsusilə  bank  sistemini  çox  zəiflətmişdi. 

Sistemdəki  3  bank  öhdəliklərini  vaxtında  yerinə  yetirə  bilməmiş  və  bu 

bankların fəaliyyətləri dondurulmuşdur. Bank sistemində inamın qorunması və 

inkişafın  yenidən  təmin  edilməsi  üçün  ehtiyat  əmanətlərin  hamısına  dövlətin 

zəmanəti  tətbiq  edilmişdir.  Mükafat  nisbətlərinin  yüksəldilməsi,  minimum 

ödənilmiş  sərmayə  həcminin  artırılması,  məcburi  müddət  nisbətinin  20%-dən 

25%-ə yüksəldilməsi kimi bank sisteminə yönələn, bankların valyuta mövqeləri 

ilə  sərmayə  maksimumu  arasında  yeni  izahlar  verilmiş  və  valyuta  mövqeyini 

sərmayə maksimumuna məhdudiyyət qoyulmuşdur. Bu nisbət 50% ikən 1999-

cu ilin iyun ayında edilən düzəlişlər ilə mərtəbəli olaraq 20%-ə düşmüşdür. 

Türkiyədə  1980-ci  ildən  sonra  qurulan  xarici  bankların  da  təsirilə  türk 

bankları xidmət təklifində texnikadan daha çox istifadə edilməyə başlanmışdır. 

Bu  dövrdə  banklar  bir  tərəfdən  istehlak  kreditləri,  kredit  kartları  və  internet 

bankçılıq  kimi  yeni  fərdi  bankçılıq  vəsaitlərini  gündəmə  çıxararkən,  digər 

tərəfdən sərmayə bazarlarındakı fəaliyyətlərini artırmışdılar. Sərmayə hərəkət-

lərinin sərbəstləşdirilməsindən sonra türk bank sistemi xarici maliyyələşdirmə 

imkanlarını  artırmış,  bundan  başqa  beynəlxalq  aləmdə  getdikcə  artan  ticarət 

həcminə  bağlı  olaraq  sektor  xarici  ticarətin  maliyyələşdirilməsinə  daha  çox 

önəm  verilmişdir.  Bu  inkişaf  bankların  ölkədaxili  mənbələrdəki  yüksək  real 

faiz  nisbətlərindən  mənbəyini  götürən  fond  məsrəflərini  qismən  də  olsa 

azaltmalarını təmin etmiş və böyümələrinə dəstəkləyici bir faktor olmuşdur. Bu 

inkişaf Türkiyədə getdikcə artan pul tədavülünün təsiri ilə bankların xarici pul 

cinsindən  öhdəliklərini  artırmış  və  xarici  pulun  açıq  mövqeyinin  yüksəldil-

məsinə səbəb olmuşdur. 

Türk  bank  sistemi  2  əsas  bank  qrupundan  ibarətdir.  Bunlar  ticarət 

bankları  və  inkişaf-investisiya  banklarıdır.  Bundan  başqa  hər  qrup  sərmayə 

mənbəyinə görə özəl, dövlət və xarici olmaqla 3 qrupa bölünür. 

Türkiyədə  bankların  mənbə  məsrəflərini  artıran  və  mənbələrin  istifadə-




 

 

443



sini məhdudlaşdıran səbəblərin birincisi əmanət qarşılıqları və disponibilitenin 

tətbiqidir.  Qarşılıqların  tətbiqinə  təqdim  edilən  təşkilatlar  topladıqları  mənbə-

lərin  vacib  bir  hissəsini  sərbəst  olaraq  istifadə  edə  bilməzlər.  Bu  vəziyyət 

istifadə edilməyən mənbələrin məsrəflərinin istifadə edilən mənbələrin üzərinə 

yüklənməsinə  yol  açır.  Beləliklə,  mənbə  məsrəfi  ilə  kredit  məsrəfi  arasındakı 

fərq  müəyyənləşmiş  olur.  Bu  da  iqtisadiyyatda  istehsal  edilən  əmtəə  və 

xidmətlərin məsrəflərini yüksəltmədə, həm də daxildə, həm də xaricdə rəqabəti 

azaldır. Mənbələrin maliyyə sistemində istifadəsi məhdudlaşır. 

Türkiyənin  rəqabət  apardığı  ölkələrdə  krediti  istifadə  edən  bir  firma 

sadəcə faiz ödəyərkən, Türkiyədə fəaliyyətdə olan bir firma faizə əlavə olaraq 

5%  nisbətində  əlavə  vergi  ödəyir.  Bu  da  kredit  məsrəflərini  yüksəltməkdə, 

beləliklə də həm əsas məsrəflərə, həm də iqtisadi fəaliyyətə mənfi təsir göstərir. 

Banklararası  əməliyyatlarda  tətbiq  edilən  kambiyo  və  məsrəf  vergisi,  beynəl-

xalq  əməliyyatların  və  inteqrasiyanın  getdikcə  artması  ilə  bağlı  olaraq  ciddi 

vəzifələr qarşısında qalmışdır. Bu vəziyyət konvertibl tətbiqi ilə də yaranır. Bu 

ə

məliyyyatlar Türkiyədəki təşkilatların rəqabət gücünü zəiflədir, kəskin rəqabə-



tin nəticəsində vergidən daha aşağı nisbətlərdə əməliyyat aparılmasını məcbur 

edərək,  ölkə  xaricindəki  banklarla  aparılan  əməliyyatlar  da  zərərlə  nəticələn-

məkdədir. 

Türkiyədə 1980-ci və 1990-cı illərdə bank sistemi, bank sayı və toplam 

aktiv  həcmi  baxımından  sürətli  bir  artma  göstərmişdir.  Xüsusi  vəsaitlərin 

yetərsizliyi,  kiçik  ölçülü  və  hissəli  bank  strukturu,  aktivin  keyfiyyətindəki 

zəiflik,  yetərsiz  daxili  audit  və  riskin  idarə  olunması  və  aktivlik  baxımından 

çatışmazlıqları  əhatə  edən  yetərsiz  idarəetmə,  bank  sistemini  daxili  və  xarici 

təsirlərə qarşı dözümlü və dayanıqlı vəziyyətə gətirmişdir. 2000-ci ilin noyabr 

və  2001-ci  il  fevral  böhranlarının  ardından  gerçəkləşən  kurs  və  faiz  riskləri 

bank  sisteminin  maliyyə  strukturunda  ciddi  bir  pozulmaya  səbəb  olmuşdur. 

1999-cu və 2000-ci illərdə müvafiq olaraq 133,5 və 155,2 milyard dollar olan 

bank  sisteminin  aktiv  böyüklüyü,  2001-ci  ilin  üçüncü  rübündə  110,8  milyard 

dollara  düşmüşdür.  Bu  dövrdə  ticarət  banklarının  aktiv  böyüklüyü  isə  127,2; 

148,3  və  106,4  milyard  dollar  olmuşdur.  Böhranın  təsirləri  nəticəsində  bank 

saylarında da əhəmiyyətli azalma olmuşdur. 1999 və 2000-ci illərdə 62 və 61 

ə

dəd  olan  ticarət  banklarının  sayı  2001-ci  ildə  46-ya  və  2002-ci  ilin  sentyab-



rında 43-ə düşmüşdür. Böhran dövründə dövlət banklarının bütün bank sistemi 

içərisindəki payında da əhəmiyyətli nisbətdə azalma müşahidə edilmişdir. 1999 

və  2000-ci  illərdə  34%  olan  dövlət  banklarının  cəmi  bank  sistemi  aktivləri 

içərisindəki payı 2001-ci ilin üçüncü yarısında 27,2%-ə düşmüşdü. 

25.11.2000-ci  ildə  rəsmi  qəzetdə  açıqlanan  4603  saylı  Türkiyə  Cüm-

huriyyəti Ziraət Bankı, Türkiyə Xalq Bankı və Türkiyə Əmlak Bankı haqqında 

qanun ilə bankların müasir bankçılığın və beynəlxalq rəqabətin əsaslarına görə 

çalışmalarını və özəlləşdirməyə hazırlığını təmin edəcək şəkildə yenidən qurul-

maları mümkün olmuşdur. 03.70.2001-ci ildə rəsmi qəzetdə yayımlanan 4684 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə