Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə208/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   204   205   206   207   208   209   210   211   ...   230

 

 

446



müvəqqəti  maddələr  istisna  olmaqla  qanun  25  maddədən  ibarətdir.  Ancaq 

maddələrin  məzmunları  çox  olduğundan  maddələrin  mahiyyətini  incələmək 

çox  çətindir.  Yeni  qanunla  yeni  bir  təşkilat  yaranmışdır.  Bank  qurulması  və 

nəzarət qurumu və Bank Qurulması və Nəzarəti Kabineti. 

Bankçılığın üst təşkilatı 31.03.2000-ci ildə yaradılaraq 31.8.2000-ci ildən 

fəaliyyətə  başlamışdır.  BVF-yə  təqdim  edilən  09.12.1999-cu  il  tarixli  Niyyət 

məktubu  əsasında  bank  sektorunun  nəzarət  və  auditindən  məsul  olan  dövlət 

təşkilatları  Bank  təşkilatlandırma və  Audit təşkilatı nəzdində birləşdirilmişdir. 

Bu təşkilatın vəzifələri aşağıdakılardır: 

•  Bankın  qurula  bilməsi  üçün  təşkilatın  üzvlərinin  ən  azı  5-nin  razılığı 

lazımdır; 

•  Banklar,  təşkilatın  rəyini  almadan  əsas  müqavilədə  dəyişiklik  edilə 

bilməz; 

•  Bankın  ortaqlıq  mövzusunda  dəyişikliklər,  təşkilatın  icazəsilə  müm-

kündür; 

•  Təşkilat istədiyi vaxt bankların şöbə açmasına icazə verə bilər; 

•  Banklar  xaricdə  şöbə  açmaq  və  fəaliyyət  göstərmək  üçün  təşkilatdan 

icazə alırlar; 

•  Təşkilat, maliyyə strukturu dağınıq olan bankların idarəetmə şuralarını 

dəyişdirə bilər; 

•  Maliyyə strukturlu dağınıq olan bankların fəaliyyəti təşkilat tərəfindən 

məhdudlaşdırıla bilər; 

•  Təşkilat  beş  üzvünün  qərarı  ilə  bankların  EƏSF-yə  dövr  edilməsinə 

qərar verə bilər. 

Təşkilatın  sədri  eyni  zamanda  Şuranın  da  sədridir.  Təşkilat  bank  sekto-

runda  çox  vacib  əməliyyatlar  aparır.  Bu  təşkilat  son  illərdə  ortaya  çıxan 

teleradio şirkəti, rəqabət təşkilatları kimi bir axın nəticəsində ortaya çıxmışdır. 

2001-ci  ildə  qəbul  edilən  4672  saylı  qanun  ilə  4389  saylı  Banklar  qa-

nununda  dəyişiklik  edilmişdir.  Qanuna  görə  bank  sektoru  ilə  bağlı  edilən 

dəyişikliklərlə əlaqədar AB əsasnamələrinə uyğunluq təmin edilmişdir. Qanun 

Bankqurma  və  Nəzarətetmə  təşkilatına  EƏSF  nəzdindəki  bankların  problemli 

vəsaitləri ilə bağlı edilən təhsilatla bağlı bir sıra səlahiyyətlər verilmişdir. 2002-

ci  ilin  iyulunda  icazə  mərhələsində  olan  satışlar  da  daxil  olmaqla  fond 

banklarının iştiraklarının satışından əldə edilən gəlir 2703 trilyon TL-ə çatmış-

dır. EƏSF nəzdindəki banklar üçün 2002-ci ilə aid əsas hədəflər arasında EƏSF 

nəzdində  yer  alan  banklardan  satış  əməliyyatları  aparan  banklara  aid  işlərin 

tamamlanması,  bir  başqasının  vəsaitləri  idarə  edilməsi  fəaliyyətini  həyata 

keçirəcək  bir  banka  çevrilməsi,  EƏSF-nin  2002-ci  ilin  mart  ayından  etibarən 

aylıq balans hazırlaması, ildə bir dəfə xarici auditdən keçməsi və s. sayıla bilər. 

1997-2002-ci  illərdə  EƏSF  tərəfindən  20  bank  dövr  edilmişdir.  Bu 

bankların 4-ü özəl sektor və xarici sərmayədarlara satılmış, 8-i 3 banka birləş-

dirilmişdir. 2002-ci ilin sentyabr ayı etibarilə EƏSF nəzdində 1 vasitəçi bank, 




 

 

447



satılma müddətində olan 3 bank və hüquqi olaraq fəaliyyəti davam edən 1 bank 

var  idi.  EƏSF  ilə  bağladığı  borc  müqavilələri  çərçivəsində  xəzinə  fondun 

nəzdinə  alınan  bankların  sərmayə  və  balans  strukturlarını  gücləndirmək  məq-

sədilə 2000-ci ilin dekabrından sonra müəyyən müddətdə özəl xassəli istiqraz 

buraxmışdı.  EƏSF-yə  verilən  istiqrazlar  fond  nəzdindəki  bankların  sərmayə 

strukturlarını  gücləndirmək  məqsədilə  bu  banklara  ehtiyat  kimi  verilmişdir. 

Valyuta və valyuta indeksli olaraq ixrac edilən sənədlər 31.12.2001-ci il kurs-

ları ilə türk lirəsinə çevrildiyində, EƏSF-nun xəzinəyə, 03.04.2002-ci ildə 378 

trilyon TL; 08.05.2002-ci ildə 357 trilyon TL və 15.05.2002-ci ildə 265 trilyon 

TL  olmaqla  cəmi  1  katrilyon  TL  sərmayə;  1,6  katrilyon  TL  əmanət  olmaqla 

cəmi 2,6 katrilyon TL dəstək göstərilmişdir. 

Özəl banklara yönələn proqramın ilk mərhələsində bu bankların sərmayə 

strukturlarının gücləndirilməsi, kredit probleminin həll edilməsi, xarici pul açıq 

mövqelərinin daralması, dövretmə və birləşmələrin həyata keçirilməsi ilə bağlı 

düzəlişlər  edilmişdir.  Bu  baxımdan  2000-ci  ildə  8,4  milyard  dollar  olan  özəl 

bankların  balans  daxili  valyuta  kəsirləri,  2001-ci  ildə  1,5  milyard  dollara  və 

2002-ci  ilin  iyun  ayında  274  milyon  dollara  düşmüşdür.  Bank  sektorunun 

gücləndirilməsinin məqsədi banklara sərmayə dəstəyi təmin edilərkən nöqsanlı 

aktivlərin  həll  edilməsini  sürətləndirmək  üçün  könüllü  olaraq  yenidən  qurul-

ması və vəsaitlərin idarəedilməsi kimi mexanizmlərin həyata keçirilməsidir. Bu 

məqsədə  yönəlmiş  olaraq  2002-ci  ilin  yanvarında  qüvvəyə  minən  4743  saylı 

Maliyyə sektoruna olan borcların yenidən əsaslandırılması və bəzi qanunlarda 

dəyişiklik  edilməsi  haqqında  qanunla  maliyyə  sistemi  təşkilatlarının  alacaq-

larının  yenidən  əsaslandırılması,  vəsaitlərin  idarəedilməsi  şirkətinin  təsis  edil-

məsi,  bankların  sərmayə  ehtiyaclarının  müəyyənləşə  bilməsi  üçün  tətbiq  edi-

ləcək  audit  standartları,  vergi  və  təşviqlər  banklarının  yenidən  qurulmalarının 

tamamlanması  və  bank  qurulması  və  nəzarət  edilməsi  komitəsinin  hesab  ve-

rilməsilə bağlı düzəlişlər  edilmişdir.  Buna  görə  bankların, özəl maliyyə təşki-

latlarının və digər maliyyə təşkilatlarının alacaqlarının, maliyyə cəhətdən yeni-

dən  təşkilatlandırılması  çərçivəsində  qurulmasına  və  ya  yeni  ödəmə  planına 

bağlanmasına imkan verilərkən, EƏSF bankları maliyyə cəhətdən yenidən qu-

rulma  müqavilələrində  əlavə  mənbə  təmin  etməmək  şərtilə  iştirak  edə  bilər-

dilər.  

Bank  qanununa  əlavə  edilən  müvəqqəti  4-cü  maddə  ilə  bankların  döv-

lətin  dəstəyi  ilə  sərmayələrinin  gücləndirilməsi  üç  mərhələdən  ibarətdir.  1-ci 

mərhələ sərmayə artırılmasında dövlətin iştirakının tam və doğru olaraq müəy-

yənləşməsi məqsədilə mühasibə  standartlarındakı dəyişikliklər də nəzərə alın-

maqla  3  mərhələli  nəzarət  mərhələsidir.  Sərmayə  ehtiyatı  müəyyənləşdikdən 

sonra  qarşılana  bilməyəcək  zərərin  olması  halında  sərmayə  artımının  öhdəyə 

götürülməsi üçün əsas şuraların təşkil ediləcəyi 2-ci mərhələ gəlir. Üçüncü mər-

hələ isə lazımlı şərtləri təşkil edən və sərmayənin yetərlilik nisbəti 8%-dən az 

olan  banklara  dövlət  dəstəyinin  təmin  edilməsidir.  Maliyyə  sektoruna  olan 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə