Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə21/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   17   18   19   20   21   22   23   24   ...   230

 

 

43



vəsaitlərinin  elektron  köçürülməsi,  bankomatlar,  ticarət  mərkəzlərində  ter-

minallar,  yaşayış  evlərini  tərk  etmədən  maliyyə  sazişləri  bağlamağa  imkan 

verən  personal  kompyuterlər,  həmçinin  telekommunikasiya  maliyyə  proses-

lərinin sürətlənməsinə səbəb olur və əmanətçilərin, borc alanların tələbatlarının 

daha  dolğun  şəkildə  ödənilməsinə  imkan  verən  maliyyə  məhsullarını  ortaya 

çıxarır.  Maliyyə  innovasiyaları  iqtisadi  aktivlik  səviyyəsindən  asılı  olaraq  da 

güclənməkdədir.  qtisadi  tsiklin  çiçəklənmə  dövründə  daha  yeni  maliyyə 

alətlərinə tələb yaranır. Eyni zamanda iqtisadi tsiklin enmə dövründə də riskin 

azaldılmasına və likvidliyin qorunub saxlanılmasına üstünlük verilir. Bu da ma-

liyyə  innovasiyası  tələb  edir.  Maliyyə  innovasiyaları  təkcə  maliyyə  vasi-

təçiliyinin dəyərini aşağı salmır. Eyni zamanda pula ehtiyacı olanların müəyyən 

növ  maliyyə  mənbələrinə  çıxışını  yüngülləşdirir  və  pul  vəsaitlərinin,  likvidli 

qiymətli kağızlar portfelinin idarə olunmasına müsbət təsir göstərir. 

Maliyyə  alətləri  birbaşa  və  dolayı  maliyyə  alətlərinə  ayrılır.  Tarixən 

maliyyə  alətlərinin  ən  qədim  növü  veksel  olmuşdur.  Veksel  tarixən  təsərrüfat 

həyatına daxil olan ilk qiymətli kağız növüdür. XVII-XVIII əsrlərdə isə Avro-

pada  veksel  qanunvericiliyi  qəbul  edilmişdir.  Veksel  bir  tərəfin  digər  tərəfə 

müəyyən müddətdə nəzərdə tutulmuş pul məbləğinin qeyd-şərtsiz məcburi ödə-

nməsini  və  sonuncunun  bu  məbləği  tələb  etmək  hüququnu  təsdiq  edən  ciddi 

formalı yazılı borc öhdəliyidir. Veksel hər şeydən əvvəl kredit alətidir. Veksel 

vasitəsilə müxtəlif kredit öhdəlikləri: alınmış əmtəənin və göstərilmiş xidmətin 

kommersiya  krediti  şərti  ilə  ödənilməsi,  alınmış  borcun  qaytarılması,  kreditin 

təqdim edilməsi, həmçinin əlavə dövriyyə kapitalının cəlb edilməsi rəsmiyyətə 

salınır. Hər  şeydən  əvvəl  veksel  tədiyyə vasitəsi rolunu oynayır.  Başqa sözlə, 

vekselin  əsas  xassəsi  onun  pul  hesablaşmalarının  aləti  olmasıdır.  Bu  zaman 

veksel tədavülü hesablaşmaları bir neçə dəfə sürətləndirir. Belə ki, veksel onun 

ödənilməsinə  qədər  onlarla  subyektin  əlindən  keçərək  pul  öhdəliklərini 

qarşılayır və nağd pula olan tələbatı azaldır. 

Veksellərin kommersiya bankları tərəfindən uçotunun aparılması onların 

likvidliyini xeyli artırır. Veksellərin likvidliyini daha da artırmaq üçün Mərkəzi 

Bank  tərəfindən  onların  yenidən  uçotu  siyasəti  aparılır.  Mərkəzi  Bankın  bu 

tədbiri kommersiya banklarının veksellərin uçotuna olan həvəsini artırır və eyni 

zamanda  iqtisadiyyatın  pula  olan  ehtiyacları  daha  dolğun  şəkildə  qarşılanır. 

Mərkəzi banklar tərəfindən veksellərin yenidən uçotu iqtisadiyyatın tənzimlən-

məsi məqsədilə aparılır. Veksellər borcun yaranması şəraitindən və onun yerinə 

yetirdiyi  funksiyalardan  asılı  olaraq  kommersiya,  maliyyə  və  təminat  vek-

sellərinə ayrılır. Kommersiya vekseli kreditə verilən əmtəənin alqı-satqısı üzrə 

real  sazişə  əsaslanır.  Kommersiya  vekseli  faktiki  olaraq  əmtəənin  girovu  ilə 

verilir  və  vekselin  vasitəsilə  əldə  edilmiş  həmin  əmtəənin  satışından  daxil 

olacaq pul vəsaiti ilə təmin olunur. Buna görə də həmin veksellər bəzən əmtəə 

vekseli, alıcı, yaxud örtülmüş veksel adlandırılır. Veksellərin digər bir növü də 

maliyyə vekselidir. Maliyyə vekseli bir tərəfin digər tərəfdən vekselin əvəzində 




 

 

44



pulun  borc  şəklində  alınmasına  əsaslanır.  Xüsusi  maliyyə  vekselləri  davamlı 

maliyyə vəziyyətinə malik olan iri məşhur firmalar tərəfindən buraxılır. Maliy-

yə  vekselləri  qısamüddətli  olduğundan  istiqrazlara  nisbətən  az  əhəmiyyətə 

malikdir. Bu veksellər banklar tərəfindən uçota qəbul edilmir. 

Ə

sasında konkret əmtəə sazişi dayanan kommersiya vekseli sadə və kö-



çürmə  formasında  olur.  Sadə  veksel  vekselverənin  veksel  sahibinə  konkret 

məbləği bitmiş müddət üzrə ödənilməsinin yerinə yetirilməsi barədə heç nə ilə 

şə

rtlənməyən  öhdəliyidir.  Sadə  vekselin  üzərində  yalnız  tədiyyəni  ödəməyə 



məsul şəxsin  bir imzası olur. Köçürmə veksel  (tratta) vekselverənin ödəyici  - 

borcluya ünvanlanınış, veksel sahibinə pulun ödənilməsi barədə əmrini nəzərdə 

tutan  yazılı sənəddir. Sadə vekseldən fərqli olaraq  köçürmə  vekseldə iki tərəf 

deyil, üç və daha artıq tərəf iştirak edir. 

Müddətli  hesablar  və  depozit  sertifıkatları  ilə  yanaşı  bank  vekselləri  də 

bankların vəsait cəlb etməsində mühüm rol oynayırlar. Bank vekseli vekselve-

rənin veksel sahibinə müəyyən məbləği konkret müddətdə ödəməsi barədə borc 

öhdəliyidir. Bank vekseli müddətli hesablardan və depozit sertifikatlarından öz 

likvidliyi  ilə  fərqlənir.  Belə  ki,  bank  vekseli  tədiyyə  vasitəsi  rolunu  oynamaq 

hüququna sahibdir və indossament qaydasında üçüncü şəxsə ötürülə bilər. Bank 

vekseli  banklar  üçün  də  əlverişlidir.  Bu  alətlərin  emissiyası  rəsmi  qeydiyyat 

tələb etmir. Lakin bank vekselinin buraxılması kommersiya vekselindən fərqli 

olaraq  real  əmtəə  sazişlərindən  qaynaqlanmaması  onların  iqtisadiyyatda  təda-

vülünə ciddi nəzarət olunması zərurətini ortaya çıxarır. Buna görə də Mərkəzi 

banklar tərəfindən veksel emissiyasına məhdudiyyət qoyan normativlər müəy-

yən  edilir.  Kommersiya  vekselindən  fərqli  olaraq  bank  vekselinin  banklar 

tərəfindən uçotu qadağan edilir. 

ndi isə maliyyə vasitəçiləri ilə olan bankların və qeyri-bank institutları-

nın emissiya etdikləri maliyyə alətləri növləri üzərində dayanaq. Məlumdur ki, 

dolayı maliyyə alətləri içərisində əsas yeri pul maliyyə alətləri tutur. Bu tip alət-

lər alqı-satqı prosesində tədiyyə vasitəsi rolunu oynamaq hüququna sahibdirlər. 

Banknot dövlətin rəsmi puludur, pul sisteminin əsil maliyyə alətidir, Mər-

kəzi  Bank  tərəfindən  tədavülə  buraxılır,  qanun  gücü  və  pul  siyasətinə  məsul 

rəsmilərin  qərarı  ilə  təşkil  edilən  satınalma  gücüdür,  dövlətin  cəmiyyətə 

borcudur. Banklar cari hesab açan başlıca maliyyə qurumlarıdır. Cari hesablar 

böyük hərəkət  göstərən  fondlardır. Hər hansı  bir  cari  hesaba  gündə  çoxlu pul 

yatırıla  və  çəkilə  bilir.  Milyonlar,  cari  hesablarda  aparılan  tək  bir  əməliyyatla 

ə

ldən-ələ  dəyişdirilə  bilir.  Müştərinin  hər  hansı  bir  anda  cari  hesabdan  çıxara 



biləcəyi miqdara provizyon deyilir. Provizyon müştərinin hesabındakı istifadə 

edilə bilən likvid limitidir. Provizyon müştərinin hesaba qoymuş olduğu ödəmə 

miqdarından  çox,  az  və  ya  ona  bərabər  ola  bilər.  Kommersiya  bankları  cari 

hesab kreditləri ilə əmanət və satınalma gücü yaradırlar.  

Çek  -  istifadəyə  hazır  provizyona  söykənən  bir  ödəmə  əmridir,  qeydiy-

yatlı pul ödəmələrində istifadə edilən başlıca alətdir. Banknot ilə çek arasında 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə