Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə210/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   206   207   208   209   210   211   212   213   ...   230

 

 

450



sənədləri olmaqla TL cinsindən aktiv tutmaları, açıq mövqelərini yüksəltmişdir. 

Bundan başqa bankların yüksək faizli dövlət qiymətlilərinin xarici mənbələrlə 

təmin  etmələri  bankları  kurs  riskinə  qarşı  dayanıqlı  vəziyyətə  gətirmişdir. 

Maliyyə sektorunda ortaya çıxan bu quruluş böhranların dərinləşməsinə səbəb 

olmuş və tətbiq edilən proqramların müvəffəqiyyətinə mane olmuşdur.  

Noyabr və fevral böhranları Türkiyədə bank sektorunun zəif olduğunu bir 

daha təstiqləmişdir. Sektorda ortaya çıxan böhranda ən vacib faktor, son illərdə 

baş  verən  iqtisadi  dayanıqsızlıqdır.  1990-cı  ildə  baş  verən  yüksək  inflyasiya, 

böyümə sürətindəki dalğalanmalar və sərmayə hərəkətlərinin qırılan strukturu, 

qeyri-müəyyənlikləri  artmış,  iqtisadi  fəaliyyətləri  qısa  müddətli  vəziyyətə  gə-

tirmiş və pul dövriyyəsini artırmışdır. Dövlət büdcəsi kəsirlərinə görə banklar 

real  iqtisadiyyata  mənbələr  verməkdən  uzaqlaşmış  və  dövlət  kəsirlərini 

maliyyələşdirməyə  istiqamətlənmişdir.  Yüksək  real  faizlərin  ortaya  çıxardığı 

orbitraj, bank sektorunun ölkə xaricindən borclanaraq dövlət kəsirlərini maliy-

yələşdirməsinə  şərait  yaratmışdır.  Dövlət  daxili  borclanma  ilində  10%  ikən 

böhrandan qabaq 30%-ə qalxmışdır. 

Dövlət daxili borclanma sənədlərinə şamil edən vergi güzəştləri, qarşılıq-

lar və disponibilitəylə bağlı qanuni tənzimləmələrdə bankların sənəd portfellə-

rindəki artmaya təsir etmişdir. 

Dövlət banklarının vəzifə məsrəflərinin ödənməməsi, əsas funksiyalardan 

ə

lavə verilən vəzifələr  və idarəetmədəki zəiflik nəticəsində  dövlət  banklarının 



strukturu  əsaslı  şəkildə  pozulmuşdur.  Bu  bankların  öz  ehtiyaclarını  yüksək 

məsrəflə bazardan əldə etmələri, həm məsrəflərin artmasını və həm də sistemdə 

dayanıqsızlığın yaranmasına səbəb olmuşdur. Dövlət bankları, bank əməliyyat-

larını  lazımınca  yerinə  yetirə  bilmirdi.  Dövlət  banklarında  Türkiyədəki 

ə

manətin 40%-i birləşərkən, kreditlər içindəki nisbət 25% enmişdir. Bank sis-



temi  bu  dəyişikliklər  qarşısında  likvidlik,  faiz  və  kurs  risklərinə  qarşı  daya-

nıqsız  vəziyyətə  düşmüşdür.  1990-cı  illərin  2-ci  yarısında  dövlət  borclarının 

maliyyələşməsini  asanlaşdırmağı  nəzərdə  tutan  makroiqtisadi  siyasətlər, 

sektorun bu riskli vəziyyətdən çıxmasını və idarə edilməni 2-ci plana salmışdır. 

Ə

manət sığorta sistemindən mənbələnən problemlər ilə nəzarət və audit təşki-



latlarının  idarə  və  maliyyə  xassəsinə  sahib  olmaması  da,  riskin  idarə  edilmə-

sindəki çətinlikləri artırmışdır. Qısaca onu demək olar ki, Türkiyədə bank sek-

torunda xüsusi vəsaitlər  yetərli deyildir, kiçik ölçülü və hissəli bank strukturu 

sektorda  hakimdir,  dövlət  banklarının  sistemdəki  payı  yüksəkdir.  Aktivin 

keyfiyyəti aşağıdır. Bazar risklərinə qarşı təsirli reaksiya vardır və qırıq struktur 

(müddət  uyğunsuzluğu,  açıq  mövqe)  sektorda  hakimdir.  Bundan  başqa  türk 

bank  sistemində  audit  yetərli  deyil  və  riskin  idarə  edilməsi  fəaliyyətləri  aktiv 

deyil.  


Dövrümüzün  iqtisadiyyatının  şərhində  diqqəti  cəlb  edən  başlıca  xüsu-

siyyət  iqtisadiyyatın  bütün  istiqamətlərində  qarşıya  çıxan  qloballaşma  pro-

sesidir. Bu proses iqtisad dünyasında maliyyə bazarları vasitəsilə bir inteqrasiya 



 

 

451



hadisəsini  ortaya  çıxarmaqdadır  və  bu  çərçivədə  beynəlxalq  sərmayə  axını 

dünya iqtisadiyyatında gözə çarpan ən əhəmiyyətli cəhətlərdəndir. 

Maliyyə bazarında, şübhəsiz, mərkəzi banklar və kommersiya bankları ən 

ə

həmiyyətli  maliyyə  qurumu  olaraq  diqqəti  çəkməkdədir.  Xüsusilə,  infor-



masiya  texnologiyalarının  getdikcə  yayıldığı  və  xəbərləşmə  imkanlarının  in-

kişafı nəticəsində müasir dövrdə ticarət bankları ənənəvi borc vermə, əmanət və 

yığım  xidmətlərini  inkişaf  etdirərək,  maliyyə  sistemində  daha  da  güclənmək-

dədir. Bir tərəfdən, kredit vermək, digər tərəfdən isə əsrin texniki imkanları ilə 

daha hazırlıqlı bir hala gələn banklar göstərdikləri xidmətin keyfiyyəti və həcmi 

ilə dünya iqtisadiyyatında əhəmiyyətli yerini saxlamaqdadır. 

2002-ci  ildən  başlayaraq,  Türkiyə  iqtisadiyyatında  milli  hasilatda  artım 

müşahidə olundu və üç ildə orta hesabla 7,5%, 2005-ci ildə isə 7,6% artım əldə 

edildi ki, bu da Türkiyə iqtisadiyyatının məhsuldarlıq göstəricisidir, bu müsbət 

dəyişikliklər mövcud vəziyyət baxımından böyük əhəmiyyət daşıyır. 

Vergilərin  ödənilməsindəki  müsbət  dəyişikliklər,  xərcə  ciddi  nəzarət, 

dövlət  sektorunun borca  olan  ehtiyacını ikiədədli rəqəmdən 6%-lik  səviyyəyə 

enməsini təmin etmiş, dövlət maliyyə tarazlılığında yaranan bu müsbət dəyişik-

lik dövlət sektorunun borc yığımının ÜDM-ə nisbətən azalmasına səbəb olmuş, 

yəni 106%-dən 77%-ə enmişdir. 

Türkiyə iqtisadiyyatı 2004-2005-ci illərdə tamamilə yeni bir inkişaf mər-

hələsinə  daxil  olmuş  və  bu,  maliyyə  sektoruna  da  əhəmiyyətli  təsir  gös-

tərmişdir. 

Türkiyənin  bank  sektorundakı  müsbət  dəyişikliklərlə  yanaşı  onun  cari 

ə

məliyyat  kəsirinin,  dalğalı  məzənnə  rejiminin  tətbiqi,  maliyyə  quruluşundakı 



aşağı həcmdə olan xarici valyuta pozisiyaları diqqəti cəlb etməkdədir. 

Türkiyə  bank  sektoruna  təsir  edən  makroiqtisadi  amillər,  yəni  yüksək 

böyümə  hədləri  və  dezinfilyasiya,  azalan  faiz  həddi  və  gəlirlər,  artan  istehlak 

cari  əməliyyatların  kəsiri  və  dalğalı  məzənnə  rejiminin  tətbiqindən  ibarətdir. 

Mərkəzi  bankın  tətbiq  etdiyi  pul  siyasəti,  maliyyə  sisteminin  səmərəliliyinin 

artırılmasına  yönəldilən tədbirlər və ölkənin Avropa Birliyinə üzvlük  yolunda 

göstərdiyi cəhdlər bu iqtisadi yüksəlişin əsas təməlləridir. 

Türkiyə  iqtisadiyyatnın  bu  inkişafı  və  inflyasiya  həddinin  ikirəqəmli 

səviyyədən  birrəqəmli  səviyyəyə  enməsi  Türkiyənin  maliyyə  sisteminin,  o 

cümlədən  bank  sektorunun  da  məhsuldarlığının  artmasına  şərait  yaratmışdır. 

Bank  sistemi  Türkiyə  maliyyə  sisteminin  ən  böyük  hissəsi  olmaqla,  maliyyə 

kapitalının  51,3  faizini  özündə  cəmləmişdir.  Maliyyə  sistemində  banklarla 

yanaşı, sığorta və digər maliyyə qurumları da inkişaf etməkdədir. Lakin bu in-

kişaf  digər  ölkələrlə  müqayisədə  olduqca  aşağı  səviyyədədir  və  gələcəkdə 

inkişaf etməsinə ümid edilir. 

Aktivlərin  böyüklüyü  baxımından  ilk  növbədə  59,7%-lik  payı  ilə  özəl 

banklar  nəzarəti  öz  əlində  saxlamaqdadır.  Xarici  banklardan  6-sı  Türkiyədə 

qurulan xarici bank, 7-si isə şöbə statusunda fəaliyyət göstərir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə