Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə211/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   207   208   209   210   211   212   213   214   ...   230

 

 

452



Hər  şeydən  əvvəl,  bank  sahəsində  aparılan  yenidənqurma  və  iqtisadi 

sağlamlaşma  sayəsində  Türkiyənin  bank  sektoru  böyüməkdədir.  2001-ci  ildə 

120 milyard ABŞ dolları səviyyəsində olan məcmu kapital 2005-ci ildə 295,6 

milyard ABŞ dolları səviyyəsinə qalxmış, kredit portfeli isə müvafıq dövrdə 23 

milyard  ABŞ dollarından 80 milyard  ABŞ dollarına çatmışdır. 2001-ci ili 6,4 

milyard ABŞ dollan məbləğində ziyanla başa vuran Türkiyə bank sistemi 2004-

cü  ildə  4,5  milyard  ABŞ  dollan  məbləğində  gəlir  əldə  etmişdir.  Sərmayə 

yetərliliyi  isə  2000-ci  ildə  9,3%-lik  səviyyədən  2004-cü  ildə  28,8%-ə  yüksəl-

mişdir.  Balansdaxili  kəsir  2001-ci  böhran  ilindəki  14,6  milyard  ABŞ  dollan 

səviyyəsindən 2004-cü ildə 1,4 milyard ABŞ dolları səviyyəsinə enmişdir. 

Bütün  bü  müsbət  nailiyyətlərlə  yanaşı,  bank  sisteminin  inkişafına  təsir 

edən  bir  sıra  amillər  vardır  ki,  bundan  da  bank  sistemi  rəqabət  təzyiqi  hiss 

etməkdədir: 

- maliyyə sistemində bank sektorunun ağırlığının qalması; 

- xidmət çeşidliliyinin azlığı; 

- dövlət maliyyələşdirmələrinin yaratdığı mənfi təsirlər; 

- vergi strukturunun səbəb olduğu pozucu təsirlər; 

-iqtisadiyyatın  bəzi  sektorları  tərəfındən  maliyyə  xidmətindən  yetərincə 

istifadə edə bilməməsi; 

- məhdud sayda xarici investorlarm iştirakı. 

Bank sektorunun ağırlığı bütövlükdə maliyyə sisteminin ÜDM-dəki payı 

ilə müəyyən olunur ki, bu da 80-82% təşkil edir. 

Xidmət  çeşidliliyinin  azlığına  gəldikdə  isə,  qiymətli  kağızlar  bazarının 

məhdud  olması  ilə  əlaqədar  qiymətli  kağızlar  dövriyyəsinin  aşağı  olmasını 

misal göstərmək olar. 

Bank sektorunun işində dövlətin yaratdığı mənfi təsirlər dedikdə, bazarda 

ə

n böyük kredit müştərisi olan dövlətin kreditə olan böyük ehtiyacıdır. 



Bank  sektoruna  təsir  edən  amillərdən  bəzi  sahələr  üzrə  qeydiyyatdan-

kənar  fəaliyyəti,  kreditlər  üzrə  yüksək  faizi,  yoxsulluq  və  bunun  arxasında 

duran səbəbləri də göstərmək olar. Xırda və orta ixracatla məşğul olan fırmalara 

verilən  kreditlərin  nisbi  azalması  onlara  beynəlxalq  rəqabət  qabiliyyəti  baxı-

mından  problemlər  yaratmaqdadır.  Həmçinin  gəlir  vergisi  üzrə  faiz  həddinin 

yüksək olması bank sisteminin inkişafına mənfi təsir etməkdədir. 

Ölkədə maliyyə sektorunun vergiyə cəlb edilməsinə çox ehtiyatla  yana-

ş

ılmalı, əks halda, banklar offşor zonalarda və xarici ölkələrdə öz qurumlarını 



açmaq məcburiyyətində qalacaqlar. 

Bank  sektorunda  2000-2001-ci  illərdə  böhranlara  səbəb  olan  struktur 

zəifliyi onun yenidən qurulması zərurətini doğurmuş və bunun üçün aşağıdakı 

tədbirlər aparılmışdır. 

- dövlət banklarının reabilitasiyası; 

- özəl bankların gücləndirilməsi; 

- zəif bankların çeşidlənməsi; 



 

 

453



- tənzimləyici və nəzarət çərçivəsinin optimallaşdırılması; 

- məhdud əmanət sığortasına keçid; 

- dövlət borclarının gözdən keçirilməsi və azaldılması. 

Bu məqsədlə 31 avqust 2000-ci ildə Bank  şini Tənzimləmə və Nəzarət 

Agentliyi  yaradılmış  (BDDK)  və  onun  daha  effektli  təşkilatlanmaqla,  nəzarət 

çərçivəsi istiqamətində əhəmiyyətli bir inkişafı olmuşdur. 

Bu  istiqamətdə  dövlət  banklarının  bazarlar  üzərindəki  pozucu  təsirləri 

aradan qaldırılmış, özəl bankların sərmayə və aktiv quruluşundakı zəiflik  yox 

edilmişdir. Sərmayə  yetərliliyinin hesablanmasına  bazar  riski daxil edilməklə, 

daxili nəzarət və risklərin idarə edilməsi sistemləri qurulmuş, beynəlxalq müha-

sibat standartlarının qəbulu və tətbiqi bu istiqamətdə olan yeniliklərdir. 

2004-cü ildə iki  yeni siyasət tətbiq olunmağa başlanmış, bank sistemin-

dəki  dövlət  yükü  nəzərdən  keçirilməklə  azaldılmış,  əmanətlər  üzərindəki  tam 

zəmanət aradan qaldırılmışdır. 

Zəif banklara gəldikdə isə, 21 bankın fəaliyyəti BDDK tərəfındən təhlil 

edilmiş, onların satış, birləşmə və ləğvetmə yolu ilə fəaliyyəti dayandırılmışdır. 

Eyni zamanda, 2002-ci ildən başlayan bankların sərmayələndirmə proqramının 

həyata keçirilməsi məqsədilə 27 özəl sərmayəli bank üç mərhələdə yoxlanılmış 

və onlardan yalnız ikisinin sərmayə yetərliliyinə malik olması müəyyənləşdiril-

mişdir. Yenidənqurma cəhdlərindəki sərmayə artırılması proqramı, bir tərəfdən 

sektordakı şəffaflığı, digər tərəfdən isə Türkiyə bank sektoruna olan etibarlılığı 

artırmışdır. 

Məhdud Əmanət Sığortasına keçid məqsədilə 2004-cü ildə tam zaminlik 

dayandırılmış və bu prosesə keçiddə heç bir neqativ dəyişmə baş verməmişdir. 

Müştərinin yalnız 29000 YTL məbləğindəki əmanətinə sığorta zəmanəti veril-

mişdir. 


Yeni  şəraitdə  bankların  daha  güclü  bir  maliyyə  sektoruna  sahib  olmaq 

istəyi güclü rəqabət təzyiqi ilə üzləşmişdir. Xüsusilə, azalan faiz gəlirləri bank-

ları yeni mənfəət sahələrini axtarmağa məcbur etmişdir. Bu səbəbdən aşağıdakı 

sahələrin  təhlili  və  orada  olan  boşluqların  aradan  qaldırılması  daha  böyük 

ə

həmiyyət kəsb edir: 



- kredit portfelinin təhlili; 

- yeni  maliyyə  xidmətlərinin  çeşidini  artırmaqla,  müştəri  şəbəkəsinin 

artırılması; 

- kredit portfelini qiymətləndirməklə, risklərin idarə edilməsi; 

- əməliyyatların həcminin artırılması; 

- məsrəflərin normalaşdırılması; 

- birləşmə  və  ya  xarici  kapitalın  iştirakını  artırmaqla  bankların  məhsul-

darlığının əhəmiyyətli həddə çatdırılması. 

Bankların  yeni şəraitdə inkişaf  etməsi üçün  «Bank  fəaliyyəti haqqında» 

qanunda dəyişikliklər edilməli və həmin qanunda aşağıdakı müddəaların nəzərə 

alınması məqsədəmüvafıqdir: 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə