Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə212/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   208   209   210   211   212   213   214   215   ...   230

 

 

454



- yeni  bank  fəaliyyəti  haqqında  qanun  layihəsi  işlənib  hazırlanmalı  və 

orada holdinq, lizinq, faktorinq şirkətlərinə nəzarət səlahiyyətlərinin BDDK-ya 

verilməsi əksini tapmalıdır; 

- bankların  həyata  keçirə  biləcək  əməliyyatlara  lisenziya  verilməsi  üzrə 

məhdudiyyət aradan qaldırılmalıdır; 

- bankların minimum sərmayə həddi yüksəldilməlidir; 

- bankların struktur idarəçiliyində dəyişikliklər aparılmalıdır; 

- problemli banklar sistematik olaraq yenidən qurulmalıdır; 

- bankların  işinə  nəzarət  mexanizmi  təkmilləşdirilməli  və  ixtisaslaşmış 

özəl nəzarət fırmalarının xidmətindən istifadə genişləndirilməlidir. 

Bank  sektorunun  inkişafının  gücləndirilməsi  məqsədilə  Basel  II 

inteqrasiya  prosesi  sürətləndirilməlidir.  Basel  II  keçidlə  əlaqədar  «Risk  mər-

kəzli  nəzarət»ə  keçid,  yeni  bank  qanunu  qəbul  edilməklə  artan  xarici  marağı 

təmin  etmək  məsələləri  həll  edilməlidir.  Risk  mərkəzli  nəzarətdə  nəzarət 

prosesi hər bir bankın risk portfelinə uyğun olaraq müəyyən olunur. 

Bir  çox  ölkələr  kimi,  Turkiyədə  də  bank  sisteminin  Basel  II  keçidi  ilə 

ə

laqədar  hazırlıq  işləri  görülməkdədir.  Belə  ki,  23  bank  üzrə  sərmayə  yetər-



liliyinin  minumum  səviyyəsi  nəzərdə  tutulan  8  faizdən  yuxarı  olması  təmin 

edilmişdir.  Planlaşmaya  əsasən  2005-2008-ci  illər  ərzində  bank  sektorunun 

məcmu  kapitalının  hər  il  12%  artırılması  nəzərdə  tutulmuş  və  2008-ci  ilin 

sonuna 350 milyard dollara çatması gözlənilir. Əlavə olaraq, daxili və xarici ba-

zarlardakı rəqabət nəticəsində bankların sayının azalması davam edəcəkdir və 

beynəlxalq arenada lazımi gücə malik Türkiyə banklarının yaradılması üzrə iş 

aparılacaqdır. Türkiyə iqtisadiyyatına etibarın artması, yeni razılaşmaların ger-

çəkləşməsi  nəticəsində  xarici  bankların  məcmu  varlığı  2005-ci  ilin  əvvəlində 

3,6% təşkil etdiyi halda, yaxın qısa müddətdə 20%-ə çatacağı gözlənilir. 

 

 




 

 

455



X FƏS L. ÇİN XALQ  RESPUBL KASININ  

MƏRKƏZ  BANKI 

 

 



Çin  Xalq  Respublikasının  Mərkəzi  Bankı  olan  Çin  Xalq  Bankı  Çinin 

monetar  siyasətinə  nəzarət  edir  və  Çinin  kontinental  hissəsində  fəaliyyət 

göstərən  maliyyə  institutlarının  fəaliyyətini  tənzimləyir.  Çin  Xalq  Bankı  Çin 

Bankı (kommersiya bankı) və ya Çin Mərkəzi Bankı (Tayvanın mərkəzi bankı) 

ilə səhv salınmamalıdır.  

Bank  1  dekabr  1948-ci  il  tarixində  Huabey  Bankı,  Beyhay  Bankı  və 

Xibey  Fermer  Bankının  birləşməsi  nəticəsində  təsis  edilmişdir.  lk  əvvəl 

Ş

izəçuanda  yerləşən  Baş  ofis  1949-cu  ildə  Pekinə  köçmüşdür.  1949-1978-ci 



illərdə  Çin  Xalq  Bankı  Çin  Xalq  Respublikasının  yeganə  bankı  idi  və  o, 

mərkəzi və kommersiya bankın funksiyasını yerinə yetirirdi.  

1980-ci  illərdə  iqtisadi  islahatların  tərkib  hissəsi  olaraq  Çin  Xalq 

Bankının  kommersiya  bankı  funksiyaları  müstəqil,  lakin  dövlətə  məxsus  olan 

dörd  bank  arasında  bölüşdürüldü  və  1983-cü  ildə  Dövlət  Şurası  Çin  Xalq 

Bankının  Çinin  mərkəzi  bankı  olaraq  fəaliyyət  göstərəcəyini  elan  etdi.  Onun 

mərkəzi  bank  statusu  Səkkizinci  Milli  Xalq  Qurultayının  18  mart  1995-ci  il 

tarixində keçirilən 3-cü iclasında təsdiqlənmişdir. 1988-ci ildə Çin Xalq Bankı 

ə

saslı  şəkildə  yenidən  formalaşdırılmışdır.  Əyalət  və  yerli  filialların  hamısı 



bağlanmış  və  əvəzində  fəaliyyət  hüdudları  yerli  inzibati  hüdudlara  uyğun 

olmayan  9  regional  filial  açılmışdır.  2003-cü  ilin  mart  ayında  Onuncu  Milli 

Xalq Qurultayının Birinci  clası Çin Xalq Bankının bank təsisatları, aktivlərin 

idarə olunması şirkətləri, inam və investisiya şirkətləri və digər depozit maliyyə 

institutları  üzrə  nəzarət  funksiyalarını  ayırmaqla  Dövlət  Şurasının  Təşkilati 

Struktur  slahatı  üzrə  Qərarını  təsdiqləmişdir.  Nəticədə  maliyyə  sektoruna 

nəzarət məqsədilə Çin Bank Nəzarət Komissiyası yaradılmışdır. 2003-cü ilin 27 

dekabr  tarixində  Onuncu  Milli  Xalq  Qurultayının  Daimi  Komitəsi  Çin  Xalq 

Bankının  ümumi  maliyyə  sabitliyi  və  maliyyə  xidmətləri  təminatının  qorun-

ması  üçün  monetar  siyasətin  hazırlanması  və  icrası  rolunun  gücləndirilməsi 

məqsədilə qanuna düzəlişi təsdiqləmişdir.  

Çin  Xalq  Bankının  fəaliyyəti  Dövlət  Şurasının  təlimatları  əsasında 

monetar  siyasətin  formalaşdırılması  və  həyata  keçirilməsi,  maliyyə  risklərinin 

qarşısının  alınması  və  həll  olunması  və  maliyyə  sabitliyinin  qorunmasından 

ibarətdir.  

Çin  Xalq  Respublikasının  Çin  Xalq  Bankı  haqqında  Qanunu  Çin  Xalq 

Bankının  bu  funksiyaları  yerinə  yetirməsini  təmin  edir:  müvafiq  sifariş  veril-

məsi  və  qaydaların  hazırlanması  və  həyata  keçirilməsi;  monetar  siyasətin 

formalaşdırılması və icra olunması; valyutanın buraxılması və onun dövriyyə-

sinin idarə olunması; banklararası kredit və istiqraz bazarlarının tənzimlənməsi; 




 

 

456



xarici  valyutanın  idarə  olunması  və  banklararası  xarici  valyuta  bazarının  tən-

zimlənməsi;  qızıl  bazarının  tənzimlənməsi;  rəsmi  xarici  valyuta  və  qızıl 

ehtiyatlarının saxlanması və idarə olunması; dövlət xəzinəsinin idarə olunması; 

ödəniş  və  hesablaşma  sisteminin  normal  fəaliyyətinin  dəstəklənməsi;  maliyyə 

sektorunda  çirkli  pulların  yuyulmasına  qarşı  tədbirlərin  təlimatlandırılması, 

təşkil  olunması  və  müvafiq  maliyyə  vəsaiti  axınlarının  monitorinqinin  həyata 

keçirilməsi; maliyyə statistikaları, sorğuları, analizləri və proqnozlarının həyata 

keçirilməsi; mərkəzi bank olaraq beynəlxalq maliyyə tədbirlərində iştirak edil-

məsi; Dövlət Şurası tərəfindən qeyd olunan digər funksiyaların icra olunması.  

Çin  Xalq  Bankının  yüksək  rəhbərliyi  sədr  və  sədr  müavinlərindən 

ibarətdir.  Sədr  Çin  Xalq  Respublikasının  prezidenti  tərəfindən  vəzifəyə  təyin 

olunur  və  vəzifəsindən  kənarlaşdırılır.  Sədr  vəzifəsinə  namizədlər  Dövlət 

Ş

urasının Birinci Katibi tərəfindən irəli sürülür və Milli Xalq Qurultayı tərəfin-



dən təsdiqlənir. Milli Xalq Qurultayının fasilə dövrü ərzində namizədlərlə bağlı 

qərarları,  Qurultayın  Daimi  Komitəsi  qəbul  edir.  Çin  Xalq  Bankının  sədr 

müavinləri Dövlət Şurasının Birinci Katibi tərəfindən vəzifəyə təyin olunur və 

ya vəzifədən kənarlaşdırılır.  

Çin  Xalq  Bankının  qəbul  etmiş  olduğu  sistemə  əsasən  sədr,  sədr  müa-

vinlərinin yardımı ilə Bankın ümumi fəaliyyətinə nəzarət edir.  

Çin  Xalq  Bankının  Pekində  yerləşən  baş  ofisi  18  funksional  departa-

mentdən (bürodan) ibarətdir.  

Çin Xalq Bankının Beynəlxalq departamentinin cavabdeh olduğu sahələr 

aşağıdakılardır:  

♦ 

Çin  Xalq  Bankının  beynəlxalq  maliyyə  təşkilatları,  xarici  mərkəzi 



banklar və Honq Konq və Makao Xüsusi  nzibati Regionlar və Tayvan əyaləti 

ilə rəsmi əlaqələri və işgüzar əməkdaşlıq münasibətləri; 

♦ 

Yerli  maliyyə  sənayesinin  açılışının  Çin  hökumətinin  ÜTT-yə 



qoşulduğu  zaman  üzərinə  götürmüş  olduğu  öhdəliklərə  uyğun  olaraq  koor-

dinasiyası; 

♦ 

Çin Xalq Bankının xarici işlərinin həyata keçirilməsi; 



♦ 

Çin Xalq Bankının xarici ofislərinin fəaliyyətinə nəzarət.  

 

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə