Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə214/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   210   211   212   213   214   215   216   217   ...   230

 

 

459



3.  Bankın  xalis  mənfəətinin  ən  azı  10  faizinə  qədəri  qanuni  yolla  ehtiyat 

fonduna  ayrılır  və  bu  məbləğ  şirkətin  açıqlanmış  kapitalına  bərabər  olana 

qədər götürülməyə davam edilir; 

4. 


Bank ölkədə bu növ fəaliyyətin tənzimlənməsini əhatə edən qüvvədə olan 

qanunvericiliyin riayət olunmasına məsuliyyət daşıyır.  

Misirdə 1977-ci ildə  qəbul edilən  47 saylı qanun  əsasında Misir  Feysəl 

Bankının  əsasını  formalaşdırmaqla  yanaşı  onun  fəaliyyətinin  başlıca  prinsip-

lərini formalaşdırmışdır. Bunlardan bir neçəsini aşağıdakı şəkildə qısaca olaraq 

sıralamaq olar:  

1. Bu tip bank xarici və dövlət sektoruna aid maliyyə bazarını tənzimləyən 

qanunların tətbiqi dairəsindən azaddır;  

2. Bank ənənəvi banklar və kreditləri tənzimləyən qanun maddələrinə tabe 

deyildir.  

3. stər mərkəzdə və istərsə  də şöbələrdəki bankın  əmlakı, qazancı,  gəlirin 

bölüşdürülməsi və bütün digər əməliyyatlar on beş il müddətinə hər cür vergi, 

rüsum və məcburi ödəmələrdən azaddır;  

4. Bankın  və  onun  səhmdarlarının  mülkiyyətinin  heç  bir  halda  mənimsə-

nilməsinə, dövlətləşdirilməsinə (milliləşdirilməsinə) və məhkəmə qərarı olma-

dan müsadirə olunmasına yol verilmir və s.  

ordaniyada isə hökumətin 1978-ci il 13 saylı qanunu ilə “ ordaniya  n-

vestitsiya və Maliyyə  slam Bankı” qurulur və bu bank məhz onun fəaliyyətinin 

tənzimlənməsini  nəzərdə  tutan  xüsusi  qanun  çərçivəsində  faizsiz  prinsiplər 

ə

sasında  fəaliyyət  göstərməyə  başlayır.  Həmin  qanundan  götürülmüş  bəzi 



maddələrə  görə  banka  verilən  səlahiyyətlər  və  əməliyyat  imkanları  aşağıda-

kılardan ibarətdir: 

1.   Bank faizsiz maliyyə sisteminə zidd olmayan bütün bank əməliyyat-

larını həyata keçirir və ölkədə bütün bankların fəaliyyətini tənzimləyən ümumi 

qanunvericiliyə riayət edir;  

2.  Bankın  idarə  heyətinin  qərarı  və  razılığı  əsasında  müəssisənin 

mənfəətinin 20 faizi ehtiyat fonduna yönəldilir; 

3.  Bank  və  onun  səhmdarları  ölkə  qanunvericiliyinə  uyğun  müvafiq 

vergilərin  ödənilməsinə  cavabdehlik  daşıyır.  Amma  bankın  illik  gəlirinin  8% 

vergi tutulmalarından azad edilir;  

4.  Bu bankın fəaliyyətini tənzimləyən qanununa riayət olunması Bankın 

idarə heyətinin də iştirak etdiyi Nazirlər Kabinetinin müvafiq qrupu tərəfindən 

həyata keçirilir və s.  

Qeyd  edək  ki,  keçən  əsrin  60-cı  illərindən  başlayaraq  Faizsiz  Bank 

sferasında  dünya  üzrə bir çox maliyyə  qurumlarının  ardıcıllıqla  yaranması ilə 

yanaşı  ümumilikdə  bu  sfera  böyük  keyfiyyət  dəyişikliyə  uğramışdır.  Yəni, 

faizsiz  bankçılığın  yarandığı  ilkin  dövrlərdə  bu  tip  maliyyə  qurumları  yalnız 

müştərilərdən əmanətlər toplayaraq həmin vəsaiti iş adamlarına təqdim edərək 

bu  birgə  iqtisadi  fəaliyyətin  idarə  olunması  ilə  məşğul  olurdular.  Sonralar  isə 



 

 

460



artıq  müştərilərə  iqtisadiyyatın  demək  olar  ki,  bütün  sahələri  (bura  şəriət 

prinsiplərinə əks olan sferalar aid edilmir. Məsələn, spirtli içki, tütün istehsalı 

və s. kimi fəaliyyət növləri) üzrə faizsiz kreditlərin verilməsi, icarə, pul köçür-

mələri, o cümlədən  ayrıca olaraq sığorta xidmətləri və faizlə əlaqəsi olmayan 

ə

nənəvi bankların həyata keçirdiyi hər növ maliyyə xidmətini təklif edirlər. 



Qeyd edək ki, faizsiz bankçılıq yarım əsrə bərabər qısa bir inkişaf yolunu 

keçməsinə  baxmayaraq  bu  sistem  praktikada  özünü  yüksək  səviyyədə 

doğruldaraq  rəqabətqabiliyyətli  və  müasir  tələblərə  cavab  verən  mütəşəkkil 

maliyyə institutları kimi formalaşmışdır.  

slam maliyyə hüququnun ərəb ölkələri arasında intensiv tətbiqi təcrübəsi 

bu gün daha fəal bir sıra ərəb ölkələrində (Səudiyyə Ərəbistanı, MƏR, Küveyt 

və  s.)  həyata  keçirilir.  Lakin  XX  əsrin  80-90-cı  illərində  bank  işinin  məq-

sədyönlü islamlaşdırılması və şəriət adətlərinə uyğun islam maliyyə hüququnun 

tətbiqi prosesi daha çox ilk növbədə  randa inkişaf etmişdir.  

1984-cü  ildə  ran  məclisi  ( slam  Məsləhətçi  Assambleya)  tərəfindən 

islam  maliyyə  hüququ  qəbul  olunub  təcrübədə  istifadə  edilməyə  başlandı. 

Qəbul olunmuş qanunvericilik aktlarına əsasən 1985-ci ilin mart ayına ölkədə 

tamamilə bütün fəaliyyət göstərən maliyyə institutlarının qəti islamlaşdırılması 

həyata keçirilmişdir. Lakin təcrübədə bank tənzimləməsi və nəzarəti üzrə yeni 

prinsiplərin və tələblərin tam real tətbiqi həqiqətdə beş ildən çox müddət tələb 

etmiş və yalnız keçən əsrin 90-cı illərinin əvvəlində başa çatdırılmışdır. Depozit 

və borc faizlərinin əlavə hesablanması və tutulması təcrübəsi bank əməliyyat və 

investisiya  fəaliyyətindən  tam  sıxışdırılıb  çıxarılmışdır.  Bu  gün  ölkə  bankları 

müştəri-əmanətçilərə  tələb  olunana  qədər  faizsiz  depozitlər  (cari  hesablar), 

faizsiz toplama hesablarını (əmanət depozitlərini),  həmçinin faizsiz uzunmüd-

dətli investisiya depozitlərini təklif edirlər. Tələb olunana qədər depozitlərin və 

cari hesabların (current account deposits) sahibləri, çek kitabçalarından istifadə 

etmək (açılmış hesab məbləğində) və çeklərlə hesablaşmalar aparmaq imkanını 

ə

ldə edirlər. Toplama hesablarının və əmanət depozitlərinin sahibləri həmçinin 



bank maliyyə ehtiyatları və borclarının alınması imkanı baxımından müəyyən 

preferensiyalardan  (üstünlüklərdən)  istifadə  edirlər.  Əmanət  qoyuluşları  və 

depozitlərini  saxlayan  şəxslərin  stimullarına  və  imtiyazlarına,  həmçinin  islam 

bankları  tərəfindən  hesab sahiblərinin  Məkkəyə dini səfərinin maliyyələşdiril-

məsi aid edilir.  

Uzunmüddətli  investisiya  depozitlərinin  sahibləri  hesabdan  vəsaitin 

götürülməsindən bir neçə ay qabaq banka yazılı bildiriş göndərmədən istənilən 

məbləğdə vəsait götürə bilməzlər. Lakin onlar islam maliyyələşdirmə üsulunun 

(sxeminin)  –  müdarabənin  (bəzən  təcrübədə  ehtikar  mübadilənin,  sərfəli  ehti-

karın  və  gəlirli  mübadilə  əqdlərinin  bəzi  cəhətlərinə  malikdir)  prinsiplərinə 

uyğun məcmu bank gəlirlərinin (mənfəətinin) birgə bölüşdürülməsində şərtsiz 

iştirak  hüququnu  əldə  edirlər.  stənilən  tip  borc  alan  müştərilərin  banklarla 

uzunmüddətli qlobal sazişləri və birbaşa tərəfdaşlıq münasibətləri hər cür təşviq 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə