Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə217/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   213   214   215   216   217   218   219   220   ...   230

 

 

465



Hətta yerli kiçik fərdi milli sahibkarlığın borc ehtiyatlarının alınması zəruriliyi 

daima  artdığından  paralel  “qara  maliyyə  bazarının”  fəaliyyəti  genişlənməyə 

başlamışdır.  Maliyyə  və  kredit-bank  strukturlarının  tam  islamlaşdırılması 

ə

sasında  ölkədə  aparılan  bank  islahatları  çərçivəsində  yerli  kredit  bazarında 



dövlət sektorunun mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi ehtimalı 

iri  sənaye  sahibləri  və  biznesmenlərdə  müəyyən  narahatlıq  doğururdu.  Digər 

tərəfdən iri fərdi sahibkarlar  və investorlar çox vaxt onlardan bank qarşısında 

özünün  real  balansının,  ilk  növbədə  onların  həyata  keçirilmiş  investisiya 

layihəsi  nəticəsində  aldıqları  faktiki  mənfəətin  həcmi  haqqında  məlumatların 

tam  açıqlanmasını  tələb  edən  islam  maliyyələşdirmə  üsullarından  istifadə 

etməkdən  birbaşa  boyun  qaçırırlar.  slam  bankının  borc  alan  müəssisənin 

faktiki  mənfəəti  haqqında  məlumatı  həmin  müəssisənin  biznesi  haqqında  bir 

çox digər məlumatları ilə olduğu kimi real əldə etmək imkanı, adətən olduqca 

məhdud,  zəif  unifikasiya  edilmiş  və  çox  vaxt  islam  banklarının  rəhbərləri 

tərəfindən ən münasib investisiya qərarının qəbulu üçün az faydalı olur. Yerli 

fərdi sahibkarların və investorların idarəetmə bacarıqları olduqca zəif olur, on-

lar üçün yüksək olmayan rəsmi davranış etikası, götürülmüş öhdəliklərin vax-

tında yerinə yetirilməməsi səciyyəvidir, bu da islam bankının əməliyyatlarında 

PLS-prinsipinin  tətbiqini  obyektiv  surətdə  çətinləşdirir.  Vəziyyət  onunla  çə-

tinləşirdi  ki,  ilk  növbədə  yeni  islam  maliyyələşdirməsi  prinsiplərinə  keçən 

banklar və maliyyə institutları avtomatik olaraq dövlət nəzarəti altına, yaxud bi-

lavasitə  olaraq  dövlət  sektoruna  keçirdilər.  Lakin  ölkədə  fərdi  milli  sahibkar-

lığın  möhkəmləndirilməsi  üzrə  ümumi  strategiya  ilə  hərəkət  edən  Pakistan 

hökuməti bu gün artıq bir sıra islam bankının və digər islamlaşdırılmış maliyyə 

və  kredit idarələrinin xüsusi sahibliyə  verilməsi ehtimalını istisna  etmir.  Milli 

kredit-bank  sektorunun  tam  islamlaşdırılması  əsasında  bank  islahatlarının 

olduqca  ciddi  problemi  ondan  ibarətdir  ki,  dövlət  (“milliləşdirilmiş”)  bankla-

rının  yerli  xüsusi  borc  alan  müəssisələrin  idarəetmə,  əməliyyat  və  investisiya 

fəaliyyətinə real müdaxiləsi Pakistanda onsuz da olduqca ağır olan korrupsiya 

problemini gücləndirə bilər. Tam islamlaşdırılmış maliyyə və kredit-bank struk-

turunun  effektiv  fəaliyyətinin  real  perspektivləri  əsasən,  həmçinin  hökumətin 

ölkədə bütün təsərrüfat və investisiya fəaliyyətini, bu zaman fərdi investorların 

islam banklarına qarşı etibarını sarsıtmadan, faizsiz əsasa real keçirə bilib-bil-

məyəcəyindən asılı olacaqlar. Mərkəzi bank özü yerli maliyyə (kredit) bazarın-

da,  daima  onun  daxilində,  ilk  növbədə  büdcə  kəsirinin  maliyyələşdirilməsi 

üçün, xəzinə istiqraz vərəqələrini  yerləşdirən bilavasitə iri borc alan qismində 

çıxış  edir.  Bu  cür  əməliyyatlar  dövlət  xəzinə  istiqraz  vərəqələri  üzrə  faizlərin 

ə

lavə  hesablanması  və  ödənilməsi  ilə  bağlıdır,  bu  da  həm  milli  kredit-bank 



sektorunun, həm də Pakistanın bütövlükdə maliyyə təsərrüfatının islamlaşdırıl-

ması proseslərini obyektiv surətdə çətinləşdirir.  

Kredit-bank sektorunun real tam islamlaşdırılması ilə bağlı çətinliklər bu 

gün  həmin  prosesə  məqsədyönlü  yanaşmanın  yayılmasını  şərtləndirmişlər, 




 

 

466



həmin  yanaşmaya  əsasən  bank  sahəsinin  islamlaşdırılması  istiqamətində  ilk 

addım  ölkədə  makroiqtisadi  idarəetmə  sahəsində  milli  sistemin  fəaliyyətinin 

islam  prinsiplərinə  keçidi  olmalıdır.  Yalnız  bundan  sonra  ölkənin  kredit-bank 

sektorunun  və  bütövlükdə  maliyyə  sahəsinin  islamlaşdırılması  üzrə  effektiv 

addımların  atılması  mümkün  olur.  Halbuki  Pakistanda  bu  sxemə  tam  zidd 

olaraq  ölkənin  bütün  kredit-bank  sahəsinin  islamlaşdırılması  üzrə  siyasi  qərar 

qəbul  olunduqdan  sonra  həmin  qərarın  praktiki  həyata  keçirilməsi  slam 

ideologiyası  şurasına,  slam  işləri  üzrə  nazirliyə,  şəriət  məhkəməsinə  həvalə 

olunmuşdur.  Ölkənin  mərkəzi  bankı  (Pakistan  Ehtiyat  Bankı)  yalnız  texniki 

funksiyaları yerinə yetirərək ölkənin kredit-bank sektorunun əsaslı transforma-

siyası prosesindən kənarda qalmışdır. Hətta 1999-cu ilin dekabrında Pakistanın 

Ali  məhkəməsi  30  iyun  2001-ci  il  üçün  hökumətə  xarici  dövlət  borcunun 

xidməti  sahəsindən  başqa  ölkənin  iqtisadi  həyatından  istənilən  faiz  əmə-

liyyatlarının tam çıxarılması haqqında xüsusi inzibati göstəriş vermişdir. Söhbət 

ə

n  qısa  müddətdə  iqtisadiyyatın  və  bank  sektorunun  faizsiz  əsasla  fəaliyyətə 



məcburi inzibati keçidi haqqında gedir.  

ranın  əsas  islamistləri  bir  çox  müsəlman  ölkələrində,  o  cümlədən 

Pakistanda,  Sudanda  bank  sektorunun  “islamlaşdırılması”  üzrə  real  təcrübəni 

daima tənqid edirlər. Onlar islam banklarının ekspansiyasını (onların terminolo-

giyasına  əsasən  “islam  bank  hərəkatı”nı)  mahiyyət  etibarilə  “kapitalizmin 

kamuflyajı” adlandırırlar. Onlar xüsusi qeyd edirlər ki, “islam bankı” söz birləş-

məsinin  sadə  istifadəsi  heç  də  bank  işinin  təbiətini  və  bankların  özlərinin 

mahiyyətini  dəyişmir.  “ slam  bank  işi”  ifadəsinin  özü  obyektiv  olaraq  açıq 

ziddiyyət  təşkil  edərək,  onların  fikrincə  bir  araya  sığmayan  əsas  anlayış  və 

terminlərinin  əlaqəsindən  ibarətdir.  Hətta  mahiyyət  etibarilə  “bank”  sözünün 

özü  onlar  tərəfindən  qəbuledilməz  hesab  edilir,  çünki  həmin  söz  keçən  dövr-

lərdə məhz sələmçilərin –  taliyanın Lombardiya əyalətinin pul kreditorlarının 

üzərinə  pul  düzüb  onun  xırdalanması  ilə  məşğul  olduqları  italyan  “masa”, 

yaxud  “skamya”  sözündən  əmələ  gəlir.  Şübhəsiz,  bu  cür  riskli  sərraflılıq  və 

borc  təcrübəsi  obyektiv  olaraq  islam  postulatlarına  əsasən  hər  zaman  bütün 

kontragentlərin və iştirakçıların etibarına əsaslanmalı olan əsl islam maliyyə və 

investisiya  tranzaksiyalarında  qətiyyən  qəbuledilməz  və  yolverilməzdir.  slam 

tərəfdarının təminatı (öhdəliyi), şübhəsiz xarakter daşıyır, və borc alan onun tə-

sirinin və, o cümlədən girov şəklində, üzərinə götürdüyü öhdəliyinin vaxtında 

icrasının hansısa əlavə sübutlarını göstərməyə məcbur deyil. Bununla, həmçinin 

belə bir fakt izah olunur ki, bir çox ərəb islam institutları bu gün heç də bank 

deyil, ilk növbədə ev (“Kuveyt Faynens Haus”, “Dar al-Maal al- slami” və s.)

*

 

adlandırılmağa başlayıblar.  



                                                            

*

 “ slam maliyyə evi” (“ slamik Haus of Fonds”) – “Dar al-Maal al- slami” (“DM ”) ərəb 



dilindən məhz bu cür tərcümə olunur.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə