Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə218/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   214   215   216   217   218   219   220   221   ...   230

 

 

467



 Xüsusilə,  onların  fikrincə  islam  kredit-bank  və  maliyyə  institutları 

özlərinin rəsmi statusuna görə şirkət və məhdud məsuliyyətli cəmiyyət (limited-

liability-company)  ola  bilməzlər,  çünki  valyuta  sazişlərini,  investisiya  müqa-

vilələrini,  maliyyə  tranzaksiyalarını  və  ödəniş  haqqında  sazişləri  bağlayan 

həmdin  müsəlmanlar  arasında  etibar,  qarşılıqlı  öhdəliklər  və  təminatlar  hər 

zaman  şərtsiz  və  qəti  olmalıdır.  nvestisiya  əməliyyatının  istənilən  iştirakçısı 

şə

xsi məsuliyyətdən (“şəxsi öhdəliklərdən”) azad edilə bilməz, onun əvvəl üzə-



rinə götürdüyü öhdəliklərin tam  yerinə yetirilməsi şərtsiz olmalıdır. Bank ins-

titutları isə öz növbəsində əksinə müştəri və kontragentlərlə bağlanmış depozit 

və  investisiya  müqavilələri  üzrə,  ümumiyyətlə,  əmlak  məsuliyyətini  daşıma-

malı (öz şəxsi aktivləri, fondları və əmlakı hesabına) və həmin münasibətləri ilk 

növbədə  tam  və  şərtsiz  qarşılıqlı  etibar  və  birgə  maddi  məsuliyyət  əsasında 

(borc  alan  investorla  maliyyələşdirən  bank  arasında  həyata  keçirilmiş  inves-

tisiya layihələri üzrə mənfəətin və zərərin pay bölgüsü əsasında) qurmalıdırlar.  

ranın kredit sistemi öz başlanğıcını 1906-1907-ci illərdən götürür, həmin 

dövrdə  konstitusiya  ölkənin  pul  təsərrüfat  idarəsində  feodal  üsullarını  ləğv 

etmiş və şahın ölkənin milli sərvəti üzərində nəzarətsiz sərəncamına son qoy-

muşdur. Lakin, həqiqətdə 20-ci əsr boyu konstitusiyanın vəziyyəti arabir dek-

larativ (rəsmi) xüsusiyyət daşıyırdı. 

Kredit-pul  təsərrüfat  islahatını  keçirmək  üçün  “neytral”  xarici  müşa-

virlərin  dəvətedilmə  təşəbbüsü  uğursuz  oldu.  1911-ci  ildə  rana  Morqan 

Ş

usterin  başçılığı  ilə  Amerika  ekspertlər  dəstəsi  gəlmişdir;  onun  1916-cı  ildə 



istefasından  sonra  kredit-maliyyə  idarələrində,  ölkəyə  zorla  son  dərəcə  ağır 

şə

rtlərlə saziş qəbul etdirmiş ingilis təlimatçıları rəhbərlik edirdi, həmin sazişə 



ə

sasən  ingilis  məmuru  ran  hökumətinin  baş  maliyyə  müfəttişinin  funksiya-

larını yerinə yetirirdi; 1921-ci ildə  ngiltərə -  ran sazişi ləğv edilmişdir. 

Eyni zamanda  randa müstəmləkə əsasları qorunub saxlanılırdı. 1907-ci 

ildə  ngiltərə  ilə  Rusiya  arasında  bağlanmış  sazişə  əsasən  ran-Rusiya  impe-

riyası  və  Böyük  Britaniyanın  təsir  sahələrinə  bölünmüşdür.  Nəticədə  kon-

sessiya sazişləri siyasəti möhkəmlənmişdir (32 belə sazişlərdən 32-si Rusiyanın 

payına  düşürdü):  bank,  yol,  nəqliyyat-sığorta,  dağ-mədən.  ngilis  sahibkarları 

banknotların  emissiyası  və  xəzinədarlıq  funksiyalarının  yerinə  yetirilməsi 

hüququ ilə Şahənşah bankının təşkili üçün konsessiya  almışdır. Rusiya  ranın 

Hesablama-borc bankının təşkili üçün konsessiyaya nail oldu. 

  1921-ci  ildə  sovet  hökuməti  ranın,  ona  çar  hökuməti  tərəfindən 

verilmiş borcların, ödəməsindən imtina  etdi. Eyni  zamanda  ran dövlətinə  rus 

kredit  institutları,  o  cümlədən  ranın  Hesablama-əmanət  bankı  (əvvəllər  He-

sablama-borc bankı) adlandırılan Rusiya imperiyasının Dövlət bankının kredit 

müəssisələri də havayı verilmişdir. 

Bu  bankın  əsas  kapitalının  mənbəyi  ran  hökumətinin  Şahənşah  ban-

kındakı hesablarında saxladığı xarici valyutada olan azad yığılmış vəsait, həm-




 

 

468



çinin gümüşü kranlarla (1930-cu ildə rial ilə dəyişilən sikkə pul) pul ehtiyatları 

olmuşdur. 

Milli  siyasətin  vacib  istiqamətlərindən  biri  1928-ci  ildə  ranın  Milli 

bankının təsis edilməsi olmuşdur. Artıq Milli bank mövcudluğunun ilk illərində 

kreditin ucuzlaşmasına istiqamətlənən diskont siyasəti sayəsində  ranın kredit-

pul sistemində aparıcı  yer tutmuşdur. Uçot  dərəcələri  6%  kimi  azalmışdır, bu 

yalnız  çox  saylı  sərrafların  təcrübəsinə  deyil,  həm  də  12%  və  daha  çox  faiz 

tutan Şahənşah bankının əməliyyatlarına təsir etmişdir. Dünya böhranı zamanı 

gümüş  və  qızılın  dəyərinin  nisbətinin  əlverişsizliyi  ilə  əlaqədar  olaraq  gümüş 

kranın  faciəli  qiymətdən  düşməsi  baş  vermişdir.  Kranın  və  funt-sterlinqin 

valyuta pariteti 2 dəfədən də çox aşağı düşmüşdür. 

1925-ci  ildə  Ticarət  haqqında  Qanunla  ran  hökuməti  kredit  əməliyyat-

larının  istehsal  nizamının  şəriət  şərhinə  son  qoymuş,  xüsusi  bankir  sənəti 

fəaliyyətinin  hüquqi  əsasını  müasirləşdirmişdir.  Lakin,  əvvəlcə  çox  saylı 

sərrafların və bir sıra ticarət kontorlarının geniş məşğul olduqları sələm krediti 

hələ  xüsusi  kommersiya  banklarının  bələdiyyə  mülkiyyəti  formasında  ifadə 

edilmirdi. 

1930-cu  ildə  ran  bimetallik  standartdan  qızıla  keçdi,  hansının  ki,  əsa-

sında  sterlinq  dövriyyəsinin  ingilis  sistemi  yerləşirdi.  Sikkə  vahidi  kimi  qızıl 

real oldu.  ranın Milli bankı ölkədə pul dövriyyəsinin tənzimçisi oldu. 

  1931-1932-ci  illərdə  xüsusi  borc  kapitalı  səhmdar  kredit  cəmiyyətlə-

rində(bank  tipli  şirkətlər)  yığılmağa  başlamışdır.  1939-cu  ildə  randa  dövlət 

ə

manət kassaları açılmışdır. 



kinci  Dünya  müharibəsinin  əvvəllərinə  randa  növbəti  milli  kredit 

institutları  fəaliyyət  göstərirdi:  Milli  bank,  Kənd  təsərrüfatı,  Sənaye,  poteka 

bankları.  Beləliklə,  konsessial  Şahənşah  bankının  ran  pul-kredit  bazarında 

monopoliya hüququ zəifləyirdi. 

Bundan  başqa,  baxılan  dövrdə  randa  xarici  kapital  ilə  daha  iki  bank: 

“Ruspersbank”  (“Rusfarsbank”)  və  Ottoman  bankı  var  idi.  “Ruspersbank” 

1923-cü  ildə  əsasən  Sovet- ran  ticarəti  üzrə  hesablamaların  aparılması  üçün 

qarışıq  Sovet- ran  cəmiyyəti  kimi  təşkil  edilmişdir,  onun  ölkənin  müxtəlif 

şə

hərlərində  bir  neçə  filialı  var  idi,  haradakı,  sovet  ticarətinin  nümayəndəlik 



bölmələri  yerləşirdi.  Ottoman  bankı  eyniadlı  bankın  bölmələrini  Türkiyədə 

Fransa- ngilis kapitalı və Londondakı idarə etmə ilə təmsil edirdi. 

Mahiyyətcə  milli  bank  sisteminin  inkişafı  1948-ci  ildən  başlamışdır,  nə 

vaxt  ki,  artıq  mövcud  olan  dövlət  banklarının  sayına  yeni  dövlət  və  xüsusi 

banklar  birləşməyə  başlamışdır.  Bu  vaxta  ranın  Milli  bankı  özünün  iki  - 

emissiya  və  kommersiya  bölmələri  ilə  ölkənin  kredit-pul  sisteminin  əsasına 

çevrilmişdir. 

Sonrakı  illərdə  əvvəlcə  Amerika  iqtisadi  ekspansiyasının  genişlənməsi, 

sonra  isə  Amerika  “qəyyumluğundan”  tam  imtina  və  nəticədə  iqtisadi 

təcridolunma baş vermişdir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə