Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə222/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   218   219   220   221   222   223   224   225   ...   230

 

 

476



1990-ci  ildə  SSR   Ali  Soveti  "Bank  və  bankların  fəaliyyəti  haqqında" 

Qanun  qəbul  etdi.  Qanuna  görə,  kommersiya  banklarına  depozit,  kredit 

siyasətini  və  faiz  dərəcələrini  sərbəst  şəkildə  müəyyən  etməyə  icazə  verildi. 

Bundan başqa, kommersiya banklarına valyuta əməliyyatı aparılmasına da izin 

verildi.  1997-ci  ildə  Rusiyanın  kredit  sisteminin  quruluşu  aşağıdakı  kimi 

olmuşdur: 

•  RF Mərkəzi bankı; 

•  Bank sistemi; 

•  Kommersiya bankları; 

•  Əmanət Bankı; 

• 

xtisaslaşdırılmış kredit qurumları sayılmayan maliyyə institutları: 



•  sığorta şirkətləri; 

•  investisiya fondları; 

•  lizinq və b. 

1921-ci  ildə  RSFSR-in  Dövlət  Bankı,  1923-cü  ildən  isə  SSR   Dövlət 

Bankı  kimi  fəaliyyət  göstərirdi.  13  iyul  1990-cı  ildə  SSR   Dövlət  Bankının 

Rusiya Respublika Bankı əsasında RSFSR Ali Şurasına hesabat verən RSFSR 

Dövlət  Bankı  yaradılmışdır.  Bu  Rusiya  Mərkəzi  Bankının  yaradılma  tarixi 

hesab  edilir.  20  dekabr  1991-ci  ildə  SSR   Dövlət  Bankı  ləğv  olunaraq  bütün 

aktiv  və  passivləri,  həmçinin  Rusiya  ərazisində  olan  əmlakı  RSFSR  Mərkəzi 

Bankına  verilmişdir.  1991-ci  ildən  adını  dəyişərək  Rusiya  Federasiyasının 

Mərkəzi  Bankı  adı  altında  fəaliyyətini  davam  etdirməkdədir.  1991-1992-ci 

illərdə  Rusiya  Mərkəzi  Bankın  nəzarəti  altında  xüsusi  bankların  kommersiya 

filialları əsasında kommersiya bankları yaradılmışdır. Bank rubla qarşı valyuta 

mübadiləsini  müəyyən  edir  və  valyuta  bazarını  yaradaraq  valyutanın  alqı-

satqısını aparmağa başlayır. 1992-ci ildə Mərkəzi Bank dövlət büdcəsinin kassa 

ə

məliyyatlarının  aparılması  funksiyasını  yeni  yaradılan  Federal  Xəzinədarlığa 



ötürülmüşdür.  1992-1995-ci  illərdə  Mərkəzi  Bank  kommersiya  banklarının 

fəaliyyətinə  nəzarət  və  yoxlama  sistemi,  valyuta  tənzimlənməsi  və  nəzarəti 

sistemləri yaratmışdır.  

Rusiyanın  valyuta  sistemi.  Bazar  iqtisadiyyatına  keçid  şəraitində 

Rusiyanın  valyuta  sistemi  Yamayka  valyuta  sisteminin  struktur  prinsipləri 

nəzərə  alınmaqla  formalaşır.  1992-ci  ilin  iyul  ayında  BVF-yə  daxil  olarkən 

Rusiya  Yamayka  valyuta  sisteminin  struktur  prinsiplərini  yerinə  yetirmək 

öhdəliyini götürmüşdür. 

Qeyd  etmək  lazımdır  ki,  SSR   Bretton-Vud  konfransında  (1994-cü  il), 

BVF və BY B haqqında sazişin işlənib hazırlanmasında iştirak etmiş, lakin nə 

fonda, nə də banka daxil olmamışdır. 

Rusiyada əsas milli valyuta 1993-cü ildə SSR  rublu əvəzinə dövriyyəyə 

buraxılmış rus rubludur. 




 

 

477



1992-ci  ilin  iyul  ayından  başlayaraq  Rusiyada  rublun  ABŞ  dollarına 

münasibətdə  rəsmi  kursu  tətbiq  edilmişdir,  həmin  kurs  Moskva  banklararası 

valyuta birjasında müəyyən edilir. 

1990-cı illərin əvvəllərində Rusiyada valyuta bazarının strukturu forma-

laşmağa  başladı,  həmin  struktur  valyuta  birjaları  və  RF  MB  (ölkədə  valyuta 

tənzimlənməsi və valyuta nəzarəti orqanı kimi) başda olmaqla ikisəviyyəli bank 

sistemi ilə təmsil olunmuşdur. 

Xarici  valyuta  və  xarici  valyuta  ilə  ifadə  olunmuş,  rezidentlərə  məxsus 

qiymətli  kağızların  icbari  köçürülməsi,  idxalı  və  ixracı,  göndərilməsi 

qaydasının  müəyyən  edilməsi  məsələlərinin  həlli,  yenidən  maliyyələşdirmə 

dərəcəsini,  səlahiyyətli  bankların  açıq  valyuta  mövqeyi  limitini  dəyişməklə 

valyuta  tənzimlənməsi  üzrə  tədbirlərin  görülməsi,  Rusiyanın  əsas  valyuta 

birjalarında  (Moskva  və  Sankt-Peterburqda)  valyuta  müdaxilələrinin  həyata 

keçirilməsi,  ən  başlıcası  isə  Rusiya  kommersiya  banklarının  fəaliyyətinin 

valyuta  lisenziyalaşdırılması  yalnız  Rusiya  Bankının  səlahiyyətinə  daxil  olan 

məsələlərdir. 

Daxili  valyuta  lısenziyası  almış  banklar  yalnız  MDB  iştirakçısı  olan 

dövlətlərin  səlahiyyətli  bankları,  həmçinin  SSR -nin  sabiq  xarici  bankları  ilə 

birbaşa müxbir münasibətləri qura bilər. 

Genişləndirilmiş valyuta lisenziyasına malik olan  banklar daxili valyuta 

lisenziyası  almış  bankların  həyata  keçirdiyi  əməliyyatları  apara  bılər.  Lakin 

onlar, bundan əlavə, lisenziyada göstərilmiş miqdar dairəsində xaricı banklarla 

müxbir münasibətləri qura bilər. 

Baş  valyuta  lisenziyası  banklara  daha  geniş  səlahiyyətlər  verir.  Baş 

valyuta  lisenziyasına  malik  olan  banklar  lisenziyada  göstərilmiş  bütün  növ 

valyuta  əməliyyatlarını  həyata  keçirmək  hüququna  malikdir.  Bundan  əlavə, 

qeyd edilən lisenziya xaricdə bankın fıliallarını açmağa və qeyri-rezident kredit 

təşkilatlarının nizamnamə kapitalının bir hissəsini əldə etməyə imkan verir. 

Valyuta birjaları Rusiya valyuta bazarının təşkilində mühüm rol oynayır. 

ş

güzar  silsilənin  pisləşməsi  və  konyunktur  dəyişmələri  şəraitində  valyuta 



bazarının təşkilində valyuta birjalarının rolu xüsusilə nəzərə çarpdı. 

1998-ci  ilin  avqust  böhranı  nəticəsində  MBVB-nin  işi  yenidən  təşkil 

edildi.  Burada  6  oktyabr  1998-ci  ildən  etibarən  iki  hərrac  sessiyası  rejiminə 

keçid  baş  verdi.  Arbitraj  əməliyyatlarını  həyata  keçirməyə  imkan  verməyən 

yeni  hərrac  rejimi  tənzimləyici  rolunda  çıxış  edərək  Rusiya  valyuta  bazarını 

ə

həmiyyətli dərəcədə sabitləşdirdi. 



Rusiya valyuta  bazarında pul axmlarının hərəkəti  aşağıdakılar vasitəsilə 

həyata keçirilir: 

1.  valyuta əməliyyatları; 

2.  əmtəə  və  xidmətlərin  alqı-satqısının  valyuta-kredit  və  hesablaşma 

təminatı; 

3.  qiymətli kağızlarla aparılan əməliyyatlar; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə