Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə223/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   219   220   221   222   223   224   225   226   ...   230

 

 

478



4.  xarici investisiyalar. 

Milli  valyuta  sisteminin  mühüm  xüsusiyyəti  onun  milli  pul  vahidinin 

mübadilə kursu rejimidir. 

Rusiyanın bazar iqtisadiyyatına keçməsi şəraitində rublun vahid  «üzən» 

valyuta  kursu  tətbiq  edildi.  Lakin  ölkə  iqtisadiyyatının  idxaldan  ciddi  asılılığı 

rublun  kursunun  aşağı  düşməsinə  və  Rusiya  bazarının  idxal  edilmiş  mallarla 

doldurulması  probleminin  kəskinləşməsinə  gətirib  cıxardı.  Nəticədə  ixrac 

azaldı, inflyasiya isə gücləndi. 

Valyuta  bazarındakı  vəziyyəti  sabitləşdirmək  məqsədı  ilə  dövlət  öz 

tənzimləyici rolunu gücləndirdi. 

6 iyul 1995-ci ildə Rusiya Bankı və RF Hökuməti valyuta dəhlizi,  yəni 

birja  və  banklararası  valyuta  bazarlarında  rublun  cari  mübadilə  kursunun 

dəyişmə  hədləri  rejimini  tətbiq  etdi.  Dollara  münasibətdə  rublun  valyuta 

kursunun  enib-qalxmasının  qəti  müəyyən  olunmuş  hədd  qiymətləri  Rusiya 

Bankı tərəfindən valyuta bazarına müdaxilələr vasitəsilə saxlanılırdı. 

Bu tədbir nəticəsində valyuta kursu uzun müddət ərzində nəzərdə tutul-

duğundan  əhəmiyyətli  dərəcədə  uzaqlaşmırdı,  ayrı-ayrı  dövrlərdə  isə  hətta 

dolların kursunun rubla münasibətdə aşağı düşməsi müşahidə olunurdu. 

1997-ci  ilin  oktyabrında  Cənub-Şərqi  Asiya  ölkələrində  baş  vermiş 

maliyyə  böhranı  Rusiyanın  daxili  valyuta  bazarına  güclü  təsir  göstərmiş  əsas 

hadisə oldu. Böhran nəticəsində xeyli məbləğdə kapitalın inkişaf etməkdə olan 

bazarlara malik ölkələrdən inkişaf etmiş ölkələrin dövlət kağızlarına yerləşməsi 

baş  verdi.  Rusiya  hökumətinin  qısamüddətli  dövlət  istiqrazlarında 

yerləşdirilmiş xarici kapitalın geriyə axını başladı. 

Vəsaitlərin əhəmiyyətli dərəcədə çıxarılması və xarici valyutaya tələbatın 

artması nəticəsində valyuta bazarında rublun qiymətdən düşməsi gözlənilməyə 

başladı.  Rusiya  Bankı  müəyyən  tədbirlər  görsə  də,  onlar  kifayət  etmədi  və 

nəticədə  17  avqust  1998-ci  il  tarixdə  dollara  münasibətdə  rublun  kursunu  bir 

dollar üçün 6-9,5 rubl həddində müəyyənləşdirməklə siyasi valyuta dəhlizindən 

imtina etdi. 

Dövlət istiqrazları bazarının yenidən formalaşması və qeyri-rezidentlərin 

vəsaitlərinin qaytarılmasına 30-günlük moratori elan edilməsi ilə eyni zamanda 

həyata  keçirilmiş  bu  tədbir  nəticəsində  Rusiya  valyuta  bazarının  sabitlıyi 

pozuldu və rublun valyuta kursu əhəmiyyətli dərəcədə aşağı düşdü. 

Rusiya valyuta bazarını qismən sabitləşdirmək məqsədı ilə Rusiya Bankı 

1999-cu ildə rublun «üzən» valyuta kursu rejıminə keçdi. Həmin rejim bu gün 

də qüvvədədir. 

Sovet  ttifaqı  1991-ci  ildə  süquta  uğradıqdan  sonra  Rusiya  Federa-

siyasının pul sistemi Mərkəzi Bank (Rusiya Bankı) haqqında Federal Qanuna 

uyğun  olaraq  fəaliyyət  göstərir.  Bu  qanun  pul  sisteminin  hüquqi  əsaslarını 

müəyyən etmişdir: 

1.  Rusiya Federasiyasının rəsmi pul vahidi rubldur; 




 

 

479



2.  Rusiya  Federasiyası  ərazisində  digər  pul  vahidlərinin  tətbiqi  qada-

ğ

andır; 



3.  Rublun qızıla nisbəti qanunla müəyyən olunmamışdır; 

4.  Rublun хarici pul vahidlərinə nisbətən rəsmi kursu RF MB tərəfindən 

müəyyən olunur; 

5.  Rusiya Bankı Rusiya Federasiyası ərazisində nağd pulun emissiyasını 

həyata  keçirmək,  onun  dövriyyəsini  təşkil  etmək  və  dövriyyədən  çıхarmaq 

müstəsna hüququna malikdir; 

6.  Rusiya Bankının bütün aktivləri ilə təmin edilən banknotlar və metal 

sikkələr qanuni ödəmə qüvvəsinə malik olan pul növləridir; 

7.   Kredit idarələri üçün nağd pulların saxlanma, daşınma və inkassasiya 

qaydalarının müəyyən edilməsi; 

8.  Banknot  və  sikkələrin  nümunələri  Rusiya  Bankı  tərəfindən  təsdiq 

edilir; 


9.  Rusiya  ərazisində  nağd  (banknotlar  və  sikkələr)  və  nağdsız  (kredit 

idarələrində olan hesablardakı vəsaitlər şəklində) pullar fəaliyyət göstərir; 

10. Nağd pullar emissiya icacəsi əsasında dövriyyəyə buraхılır. Emissiya 

icazəsi  pul  banknotları  və  sikkələrin  ehtiyat  fondları  hesabına  RF  MB-yə 

dövriyyə kassasını qüvvətləndirmək hüququ verən sənəddir. 

 

Rusiya Mərkəzi Bankı 

 

Tarix:  Rusiya  Federasiyası  Mərkəzi  Bankının  tarixi  1860-cı  ildə  çar 

Aleksandr  II  tərəfindən  Dövlət  Kommersiya  Bankının  yenidən  qurulması 

ə

sasında  Rusiya  Dövlət  Bankını  yaradılmasından  başlayır.  27  dekabr  1917-ci 



ildə inqilab nəticəsində hakimiyyətə gələn sovet hökuməti “Kommersiya bank-

ların  milliyələşdirilməsi  haqqında  sərəncam“  qəbul  etmişdir.  Bütün  səhmdar 

kommersiya  bankları  milliləşdirilməklə  Rusiya  Dövlət  Bankı  ilə  birləşərək 

RSFSR-in Milli Bankı yaradılmışdır.  

1921-ci  ildə  RSFSR-in  Dövlət  Bankı,  1923-cü  ildən  isə  SSR   Dövlət 

Bankı  kimi  fəaliyyət  göstərirdi.  13  iyul  1990-cı  ildə  SSR   Dövlət  Bankının 

Rusiya Respublika Bankı əsasında RSFSR Ali Şurasına hesabat verən RSFSR 

Dövlət  Bankı  yaradılmışdır.  Bu  Rusiya  Mərkəzi  Bankının  yaradılma  tarixi 

hesab  edilir.  20  dekabr  1991-ci  ildə  SSR   Dövlət  Bankı  ləğv  olunaraq  bütün 

aktiv  və  passivləri,  həmçinin  Rusiya  ərazisində  olan  əmlakı  RSFSR  Mərkəzi 

Bankına  verilmişdir.  1991-ci  ildən  adını  dəyişərək  Rusiya  Federasiyasının 

Mərkəzi  Bankı  adı  altında  fəaliyyətini  davam  etdirməkdədir.  1991-1992-ci 

illərdə  Rusiya  Mərkəzi  Bankın  nəzarəti  altında  xüsusi  bankların  kommersiya 

filialları əsasında kommersiya bankları yaradılmışdır. Bank rubla qarşı valyuta 

mübadiləsini  müəyyən  edir  və  valyuta  bazarını  yaradaraq  valyutanın  alqı-

satqısını aparmağa başlayır. 1992-ci ildə Mərkəzi Bank dövlət büdcəsinin kassa 

ə

məliyyatlarının  aparılması  funksiyasını  yeni  yaradılan  Federal  Xəzinədarlığa 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə