Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə226/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   222   223   224   225   226   227   228   229   230

 

 

485



həcmi 18,6 milyard rubl azalaraq passivlərin 42%-i təşkil etmişdir. Lakin qeyd 

etmək  lazımdır  ki,  böhranm  güclənməsinə  baxmayaraq,  əhali  kifayət  qədər 

fəallıq  nümayiş  etdirmirdi.  Bankların  apardığı  fəal  reklam  kampaniyası  və 

hökumətin  devalvasiyanın  baş  verməyəcəyinə  dair  təminatları  tələbli  əma-

nətləri azaldaraq ortamüddətli əmanətlərin həcmini artırdı. Bu proseslər inflya-

siyanın 11% təşkil etməsi şəraitində 40-50%-li dərəcələr cəlb edilməklə həyata 

keçirilirdi.  Bununla  belə,  Rusiyada fıziki şəxslərdən cəlb  edilmiş resurs  ən  az 

stabilliyə malik olan resursdur, vəsaitlərin cəlbedilmə müddətlərinin uzadılması 

bank  sisteminin  resurs  bazasının  stabilliyinin  artmasından  xəbər  vermir.  Bu, 

defoltun elan olunduğu ilk günlərdə təsdiq edildi, o zaman əmanətçilər kütləvi 

surətdə öz pullarını banklardan çıxarmağa çalışırdı. 

Böhran  əvvəlcə  iri  sistem  təşkil  edən  banklara  toxundu.  Sistem  təşkil 

edən banklara elə banklar aiddir ki, onlarm ləğvi xeyli sosial və iqtisadi məs-

rəflərə gətirib çıxara bilərdi. Bu banklar geniş  yayılmış filiallar şəbəkəsinə və 

beynəlxalq  kredit  təşkilatları  ilə  əlaqələrə  malikdir.  Onların  xidmət  göstərdiyi 

müştərilərin sayı daha çoxdur. 

1998-ci ilin sentyabr ayında bankların yenidən qurulma dövrü başlandı. 

Kommersiya  banklarının  yenidən  qurulması  yolunu  müəyyən  edən  Ru-

siya Bankı onlan dörd qrupa bölməyi zəruri hesab etdi. Bununla, bankların böh-

randan  çıxarılması  imkanları  və  onların  böhrandan  sonrakı  sistemdə  yeri 

müəyyən edildi. 

Birinci qrupa maliyyə cəhətdən sabit olan bütün banklar daxil edildi. Bu 

qrupa  maliyyə  böhranı  ilə  şərtləndirilən  müəyyən  çətinlikləri  olan,  lakin 

müstəqil surətdə böhranın nəticələrini aradan qaldırmağa qadir olan banklar da 

daxil  idi.  Birinci  qrupa  daxil  olan  banklar  RF  Mərkəzi  Bankının  müvəqqəti 

yardımına güvənə bilərdi. 

kinci qrupa yalnız RF-nin subyektlərı olan regionlar üçün böyük iqtisadi 

və  sosial  əhəmiyyət  kəsb  edən  banklar  daxil  idi.  Bu  banklar  xüsusı  maliyyə 

sağlamlaşdırılması  planlarını  işləyib  hazırlamalı  idi.  Onlar  Rusiya  Bankının 

kapitalın  artırılmasında  iştirakı  yolu  ilə,  habelə  bankların  səhmlərinin  idarə 

olunması,  yeni,  o  cümlədən  xarici  investorların  cəlb  edilməsi,  kreditlərin 

verilməsi  yolu  ilə  yardıma  güvənə  bilərdilər.  kinci  qrupa  daxil  olan  banklar 

regional banklar sistemində «dayaq» banklarına çevrilməli idi. 

Üçüncü qrupa ayrı-ayrı iri (struktur əmələ gətirən), müstəqil surətdə bank 

ə

məliyyatlarını aparmaq imkanı olmayan banklar daxil edildi. Olduqca böyük 



sosial və iqtisadi xərclərlə əlaqədar onları bağlamaq məqsədəuyğun deyildi. Bu 

qrupa  daxil  olan  hər  bir  bank  üçün  fərdi  maliyyə  sağlamlaşdırılması  planının 

mövcudluğu  nəzərdə  tutulmuşdu.  Onların  yenidən  qurulması  RF  Mərkəzi 

Bankı və Kredit Təşkilatlarınm Yenidən Qurulması üzrə Agentliyin (KTYQA) 

idarəçiliyi ilə həyata keçirilməli idi. 

Dördüncü  qrupa  öz  fəaliyyətlərini  müstəqil  surətdə  bərpa  etməli  olan 

banklar  daxil  edildi.  Əgər  buna  müvəffəq  olmazlarsa,  o  zaman  onlar  öz 



 

 

486



fəaliyyətlərini  dayandırmalıdırlar.  Bu  bankların  əmanətçi  və  kreditorlarının 

ə

manətlərini  digər  banklara  köçürmək  yolu  ilə  onlara  yardım  göstərilməsi 



nəzərdə tutulmuşdur. 

1998-ci  ildə  Rusiyanın  400-dən  artıq  bankı  problemli  banklar  kimi 

tanındı.  Onların  bir  çoxu  üçün  müflislik  və  ya  qarışma  reallığa  çevrildi. 

Cəmiyyət nöqteyi-nəzərindən qarışma müflislikdən daha məqbuldur. Müəyyən 

məqamadək  bankın  başqa  bank  qarışması  və  ya  ona  birləşməsi  onu  müf-

lisləşdirməkdən  daha  ucuz  başa  gəlir.  Lakin  bu  uzun,  əzablı  və  ziddiyyətli 

prosesdir, çünki mənfəət labüd itkiləri hər zaman ödəmir. 

Bankların qarışma və  ya  birləşmə şəklində  yenidən qurulması haqqında 

metodik göstərişlər bank böhranı ərəfəsində işlənib hazırlanmış və daha sonra 

dəqiqləşdirilmişdir. 

1998-ci  ilin  avqust  ayında  baş  vermiş  bank  böhranından  sonrakı 

yenidənqurma  dövrü  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  Rusiyanın  bank 

sistemi böhranının nəticələrini müvəffəqiyyətlə aradan qaldıraraq zəruri sabitlik 

ə

ldə etmişdir.  



Rusiyanın  dövlətlərarası  maliyyə  təşkilatlarında  iştirakı.  Rusiyada 

bazar  iqtisadiyyatınən  təşəkküllünün  mühüim  aspektlərindən  biri  onun 

beynəlxalq əmək bölgüsündə bərabərhüquqlu iştirak məqcədilə dünya iqtisadi 

sisteminə  inteqrasiya  olunmasıdır.  Şübhəsiz,  belə  bir  inteqrasiya  Rusiyanın 

dövlətlərarası maliyyə təşkilatlarında tam iştirakını nəzərdə tutur. 

Dünya  əhəmiyyətli  belə  təşkilatlara  ilk  növbədə  Birləşmiş  Millətlər 

Təşkilatının  kinci Dünya müharibəsindən sonra yaradılmış üç ixtisaslaşdırılmış 

maliyyə-kredit  istitutu  aiddir,  həmin  təşkilatlara  üzvlük  Rusiya  üçün  xüsusilə 

aktualdır. Bu təşkilatlar aşağıdakılardır: 

1. Beynəlxalq Valyuta Fondu (BVF); 

2. Dünya Bankı Qrupu (DB); 

3. Avropa Yenidənqurma və  nkişaf Bankı (AY B). 

Beynəlxalq  Valyuta  Fondu  dövlətlərin  valyuta-kredit  münasibətlərinin 

tənzimlənməsi və ictimai dünya valyutası ilə qısamüddətli kreditlərin verilməsi 

yolu  ilə  onlara  maliyyə  yardımının  göstərilməsi  üçün  nəzərdə  tutulmuşdur. 

BVF-nin  yarandığı  1944-cü  ildən  ABŞ-ın  dolların  qızıla  mübadiləsini  ləğv 

etdiyi 1971-ci ilədək ABŞ dolları dünya valyutası rolunda çıxış edirdi. 

Dollar  qızılla  əlaqəni  itirdikdə,  ABS  və  Beynəlxalq  Valyuta  Fondu  isə 

fəal  demonetizasiya  siyasətini  həyata  keçirməyi  başladıqda  dünya  valyuta 

sisteminin yenidən qurulması obyektiv zərurəti meydana gəldi. 

Belə  bir  şərait  dünya  valyuta  sistemində  ayrı-ayrı  ölkələrin  iqtisadi 

vəziyyətinə qarşı neytral mövqe tutacaq, BVF-nin bütün üzvləri üçün məqbul 

olacaq elə qızılı biləcək pul vahidinin istifadə üçün müəyyən edilməsi ilə bağlı 

fəaliyyətə təkan verəcəkdi. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə