Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə228/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   222   223   224   225   226   227   228   229   230

 

 

489



XIII FƏS L. UKRAYNANIN BANK S STEM

 

 



 

Müstəqil Dövlətlər Birliyi ölkələri içində Rusiyadan sonra iqtisadi gücə 

malik  olan  ikinci  ölkə  Ukraynadır.  1992-ci  il  yanvar  ayında  ölkədə  qiymət 

islahatları  aparılıb  və  nəticədə  bank  sektorunda  faiz  dərəcələri  inflyasiya 

dərəcələrindən  yüksək  olmuşdur.  1991-ci  il  may  ayında  Ukrayna  Milli  Bankı 

Qosbankdan  ayrılaraq  əvvəllər  Qosbanka  aid  olan  bütün  səlahiyyətləri  öz 

üzərinə götürüb. Ukrayna bank sistemi ixtisaslaşmış dörd kommersiya bankın-

dan  ibarətdir:  Dövlət  Əmanət  Bankı,  Aqrosənaye  Bankı,  Tikinti  Bankı  və 

Sosial  nvestisiya Bankı. Bank sistemi içində ümumi əmanətin 80 %-i Dövlət 

Ə

manət  Bankına  aiddir:  17  avqust  1998-ci  il  Rusiyada  başlanan  maliyyə 



böhranı  Ukrayna  pul-kredit  sisteminə  mənfi  təsir  göstərmiş  və  nəticədə  milli 

pul vahidi olan qrivna xarici valyutalar qarşısında dəyərini itirmişdir. 

Ukrayna Milli Bankı Ukraynanın mərkəzi bankıdır. Ukrayna Milli Bankı 

haqqında Qanuna əsasən Milli Bank dövlətin xüsusi mülkiyyətindədir.  

Bank  1839-cu  ildə  Rusiya  Dövlət  Kommersiya  Bankının  Kiyev  ofisi 

kimi  yaradılmışdır.  Ukrayna  Milli  Bankının  təşkili  və  fəaliyyətinin  hüquqi 

statusu Ukrayna Konstitusiyası və Ukrayna Milli Bankı haqqında Ukraynanın 

Qanunu ilə tənzimlənir. 20 mart 1991-ci ildə Ukrayna Radası Banklar və Bank 

fəaliyyəti haqqında Qanunu qəbul etmişdir. Məhz bu tarixdən etibarən Ukrayna 

Milli Bankı Ukraynanın mərkəzi bankı kimi fəaliyyət göstərməyə başlamışdır.  

Ukrayna  Milli  Bankının  əsas  funksiyası  milli  pul  vahidi  Qrivnanın  və 

ölkənin  bank  sisteminin  sabitliyini  təmin  etməkdir.  Bundan  əlavə  Ukrayna 

Milli Bankı aşağıdakı funksiyaları da həyata keçirir: 

•  Monetar siyasətin həyata keçirilməsi; 

•  Ukrayna milli pul vahidinin tədavülə buraxılması; 

•  Bank köçürmələrinin, ödəniş və hesablaşma qaydalarının tərtib edilməsi; 

•  Monetar,  kredit  və  statistik  informasiya  və  tədiyyə  balansına  metodoloji 

dəstəyin təmin edilməsi; 

•  Bank nəzarətinin həyata keçirilməsi; 

•  Banklar, onların filial və nümayəndəlikləri, valyuta mübadiləsi, maliyyə və 

kredit təşkilatlarının qeydiyyata alınması və bank fəaliyyəti üçün lisenziyaların 

verilməsi; 

•  Tədiyyə balansının toplanması, təhlili və proqnozlaşdırılması; 

•  Qızıl və valyuta ehtiyatlarının saxlanılaraq toplanılmasını, həmçinin onlarla 

köçürmə şərtlərinin təmin edilməsi; 

•  Monetar,  kredit,  maliyyə,  qiymət  və  valyuta  əməliyyatlarının  statusunun 

təhlil edilməsi; 

•  Ukrayna bank sistemi üçün kadrların treyninqlərdə iştirak edilməsi. 




 

 

490



Ukrayna Milli  Bankının  ali  idarəetmə orqanı  darə Heyətidir.  darə  Heyətinin 

tərkibinə Sədr, birinci vitse-sədr, 3 vitse-sədr, 4 icraçı direktor, 6 departament 

direktoru və bir filial müdiri daxildir.  

Ukrayna  Milli  Bankının  beynəlxalq  əməkdaşlığı  aşağıdakı  istiqamətlər  üzrə 

həyata keçirilməkdədir:  

•  Dünya Bankı; 

•  Avropa Yenidənqurma və  nkişaf Bankı; 

•  Beynəlxalq Valyuta Fondu; 

•  MDB Dövlətlərarası Bankı; 

•  Alman-Ukrayna Fondu Proqramı; 

•  Digər beynəlxalq təşkilatlar (Avropa  ttifaqı, Ümumdünya Ticarət Təşkilatı 

və s.). 


 


 

 

491



XIV FƏS L. QAZAXISTANIN BANK S STEM  

 

 

Qazaxıstanın Mərkəzi Bankının 1997-ci ildə milli pul vahidi olan tanqe 

ilə  açdığı kreditlərin  faiz dərəcəsi  49  %,  valyuta  üçün tətbiq etdiyi  faiz 20  % 

olmuşdur.  Qazaxıstanda  fond  birjası  fəaliyyətinə  1995-ci  ildən  başlanmışdır. 

Ümumiyyətlə,  Qazaxıstan  Orta  Asiya  ölkələri  içində  ölkəyə  axan  xarici  sər-

mayə  miqdarına  görə  birinci  yerdədir.  Ölkədə  müxtəlif  ölkələrin  banklarının 

ş

öbələri və nümayəndəlikləri mövcuddur. Türkiyənin iki bankı Ziraət Bankı və 



Ə

mlak Bankının filialı Alma-Atada fəaliyyət göstərir. Türk Eksimbank Qaza-

xıstan iqtisadiyyatına 240 milyon dollarlıq kredit ayırmışdır. 

Qazaxıstan  Milli  Bankı  Qazaxıstan  Respublikasının  mərkəzi  bankı 

olmaqla ölkənin ikipilləli bank sisteminin üst pilləsini təşkil edir.  

Sovet  ttifaqı  dövründə  Qazaxıstan  Milli  Bankı  (QMB)  SSR   Dövlət 

Bankının  respublika  kontoru  olaraq  fəaliyyət  göstərmişdir.  Bununla  belə,  Qa-

zaxıstan  SSR-də  pul  dövriyyəsinin  idarə  olunması  mərkəzləşdirilmiş  qaydada 

həyata keçirilmişdir. 16 aprel 1991-ci il tarixində “Qazaxıstan Respublikasının 

dövlət müstəqilliyi haqqında” qanunun qəbul edilməsindən sonra QMB özünün 

maliyyə-kredit, pul sistemlərini, qızıl ehtiyatlarını almaz və valyuta ehtiyatlarını 

saxlamaq  hüququ  əldə  etmişdir.  13  aprel  1993-cü  il  tarixində  qəbul  olunan 

“Qazaxıstan  Milli  Bankı  haqqında”  qanun  QMB-nin  fəaliyyət  prinsipləri, 

hüquqi  statusu  və  səlahiyyətlərini  müəyyənləşdirmişdir.  Qazaxıstan  Preziden-

tinin  30  mart  1995-ci  il  tarixli  Sərəncamı  əsasında  QMB  özlüyündə  mərkəz-

ləşdirilmiş  struktura  çevrilmişdir.  Prezidentin  31  avqust  1995-ci  il  tarixli 

Sərəncamı  ilə  Qazaxıstanda  ikipilləli  bank  sisteminə  keçid  oldu  və  QMB  bu 

sistemin üst pilləsini təşkil etməyə başladı.  

Fəaliyyət: QMB aşağıda qeyd olunan funksiyaları həyata keçirməkdədir:  

• Ölkənin pul-kredit siyasəti; 

• Ölkə ərazisində əskinaz və sikkələrin emissiyası; 

• Banklar bankı funksiyası; 

• Hökumətin bankı, maliyyə məsləhətçisi və agenti funksiyası; 

• Ödəniş sistemlərinin fəaliyyət göstərməsinin təşkili; 

• Ölkədə valyuta tənzimlənməsi və nəzarəti; 

• Ölkənin qızıl-pul aktivlərinin idarə olunması; 

• Maliyyə təşkilatlarına nəzarət funksiyası; 

• Ölkənin Milli Fondunun idarə olunması.  

Təşkilati  struktur:  Qazaxıstan  Milli  Bankının  darə  Heyəti  Sədr  və  üç 

müavindən  ibarətdir.  Bundan  əlavə  Direktorlar  Şurası  mövcuddur  ki,  Bura 

darə Heyətinin üzvləri və 9 departament direktoru daxildir.  

Qazaxıstan Milli Bankı mərkəzi aparat, 11 departament (1-i Astanada ol-

maqla), 10 ayrı idarə və 1 şöbədən ibarətdir. Bundan əlavə, 16 ərazi filialı və 

Alma-Ata şəhərində 2 filial fəaliyyət göstərməkdədir. QMB-nin tək xarici nü-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə