Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə23/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   19   20   21   22   23   24   25   26   ...   230

 

 

47



qalıqlar fond axtaranların qısamüddətli ehtiyaclarının ödənilməsində böyük rol 

oynayır. 

Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasə-

tini  təyin  etməkdə  sərbəstdirlər.  Kommersiya  banklarının  bu  cür  siyasətinə 

müəyyən  amillər  təsir  göstərir.  Bankların  faiz  dərəcəsinə  təsir  göstərən  əsas 

amillərdən  biri  Mərkəzi  Bankların  apardığı  uçot  siyasətidir.  Çünki  uçot 

siyasətinin  aşağı  düşməsi  və  ya  qalxması  kommersiya  banklarının  ssuda  və 

depozitləri  üzrə  faizlərinin  aşağı  düşməsinə  və  ya  qalxmasına  səbəb  olur. 

Mərkəzi  bankların  açıq  bazarda  apardığı  əməliyyatlar  da  kommersiya  bank-

larının  faiz  siyasətinə  təsir  göstərən  pul-kredit  tənzimlənməsinin  əsas  me-

todlarından biridir. 

Ümumiyyətlə, qeyd etmək olar ki, kommersiya banklarının səmərəli fə-

aliyyət göstərməsi onun faiz dərəcəsinin nə qədər səmərəli olduğundan asılıdır. 

Bildiyimiz  kimi  bank  öz  gəlirlərini  bir  tərəfdən  faiz  dərəcəsini  artırmaqla 

çoxalda bilər (indiki şəraitdə faizlərin bazarda tələbdən və təklifdən asılı olaraq 

formalaşdığı  şəraitdə  bu  qeyri-mümkündür).  Digər  tərəfdən  isə  kommersiya 

bankları  apardıqları  əməliyyatların  kəmiyyətini  artırmaqla  əldə  etdiyi  faiz 

dərəcələrinin həcmini və öz gəlirlərini artıra bilər. Bu baxımdan indiki şəraitdə 

yerli  kommersiya  bankları  öz  gəlirlərini  artırmaq  üçün  son  istiqaməti  üstün 

tutmalıdırlar. Banklar əlavə vəsaitləri cəlb etmək üçün özlərinin uzunmüddətli 

öhdəliklərini, yəni istiqraz vərəqlərini də buraxa bilərlər. Bu vaxt bank qiymətli 

kağızların emitenti kimi çıxış edir.  ndiki şəraitdə banklar resurs çatışmazlığı ilə 

üzləşməmək  üçün,  cəlb  etdiyi  müddətli  qoyuluşların  xüsusi  çəkisini  artırmaq 

üçün öz passivlərinin strukturunu təkmilləşdirməlidirlər. 

Bank  hesabları  növlərindən  biri  də  müddətli  hesablardır.  Bu  hesablarda 

bankların bəlli bir müddət üzrə cəlb etdiyi vəsaitlər yerləşdirilir. Müddətli he-

sablar bank resurslarının formalaşmasında önəmli rol oynayır. Bu hesablardakı 

vəsait  tədiyyə  rolunu  oynaya  bilməz.  Müddəti  bir  ilə  qədər  olan  hesablar  pul 

bazarı  aləti,  müddəti  bir  ildən  yuxarı  olan  hesablar  isə  kapital  bazarı  alətidir. 

Son  vaxtlar  inkişaf  etmiş  ölkələrin  təcrübəsində  vəsaitlərin  maksimum  cəlb 

olunması  məqsədilə  banklar  tərəfindən  daha  geniş  spektrli  xidmətlər  göstə-

rilməkdədir.  

Banklar  tərəfindən  emissiya  edilən  depozit  sertifikatları  da  son  illərdə 

maliyyə bazarlarında daha çox əməliyyat görməkdədir. Depozit sertifikatı ban-

ka  pul  vəsaitinin  yerləşdirilməsi  barədə  əmanətçinin  hüququnu  təsdiq  edən 

şə

hadətnamədir. Onun sahibi sertifikatı digər şəxsə verməklə həmin hüquqları, 



yəni  əmanəti  və  onun  faizini  almaq  hüququnu  ona  ötürmüş  olur.  Bankın  de-

pozit  sertifikatları  qiymətli  kağızların  bir  növü  kimi  çıxış  edir  və  müvafiq 

qanunvericilik əsasında tənzimlənir. Depozit sertifikatları təkrar bazara çıxarıla 

və  orada  əməliyyat  görə  bilir.  Onlar  müddətli  hesablara  nisbətən  likvidli  alət 

hesab edilir. Lakin depozit sertifikatları tədiyyə rolunu oynaya bilməzlər. 



 

 

48



Maliyyə bonusu - pul bazarında əməliyyat aparan qısamüddətli pul aləti-

dir. 


Təminat  məktubları  -  bankların  fırmalara,  xüsusilə  də  xarici  ticarətlə 

məşğul  olan  firmalara  verdikləri  sənəddir.  Bank  təminat  məktubu  isə  bankın 

müştərisi olan şirkətin öhdəliklərini yerinə yetirməməsi halında ortaya çıxacaq 

olan borcu ödəməyi qəbul etdiyi öhdəlikdir. 



Repo - qiymətli kağızların geri satın alınmaq öhdəliyi ilə satılması, əks-

repo isə qiymətli kağızları geri satmaq öhdəliyi ilə satın alınması kimi tərif edi-

lir.  Əməliyyatın  başlanğıcında  borc  pul  verilərək  qarşılığında  qiymətli  kağız 

satın  alınır,  sonunda  isə  qiymətli  kağız  borc  verənə  geri  verilir  və  borcu  alan 

aldığı pulu əlavə faizlə geri qaytarır. Reponun müddəti 1 gecədən 30 günədək 

və ya daha çox müddətə ola bilər. 



Poliçə - alacaqlının borcluya xitabən imzaladığı bir ödəmə əmridir. Əmrə 

yazılı sənədi imzalayan borclu, poliçəni imzalayan alacaqlıdır. Poliçə iki borcu 

eyni vaxtda ödəməyə yarayan bir kredit alətidir. Məsələn, topdansatan, mal sat-

mış  olduğu  pərakəndiçiyə  xitabən  imzaladığı  poliçə  ilə  borclu  olduğu 

sənayəçiyə alacağını transfer edir. 

Varrant - özəlliyi mal qarantisinə dayanan bir kredit alətidir. Mağazalara 

malı kredit verən bir kommersanta iki ayrı sənəd verilir. Bu sənədlərin biri mal 

alınmasını  göstərən  sənəd,  digəri  isə  varrantdir.  Qaimə  malın  mülkiyyət  ser-

tifikatıdır. Varrant isə mal üzərində ipotek haqqıdır. Kommersant özünə kredit 

açan şəxsə və ya müəssisəyə qaranti olaraq varrant verir. Qaimə isə özündə qa-

lır. Kommersant borcunu ödəmədən mal satarsa, alıcıya yalnız qaiməni verə bi-

lir.  Qaiməyə  varrantın  əlavə  edilməsi, malın bir borc  qarantisi olaraq tutuldu-

ğ

unu isbat edir. Alıcı, dəyəri ödərkən bu borcu da diqqətə almaq imkanını əldə 



edir, ancaq borcunu ödəmək şərti ilə varrantı geri ala bilər. Mağazalar qaimə ilə 

varrantı  bərabər  gətirən  şəxsə  malı  təslim  edir.  Varrant  metodu  kənd  təsər-

rüfatında, otelçilikdə, sənayedə və neft ticarətində istifadə edilir. 

Kənd təsərrüfatı varrant tarladakı və ya fermerin əlindəki məhsulu qaranti 

göstərərək kredit alınmasını təmin edə bilər.  

Xəzinə bonusu - pul bazarında əməliyyat görən pul alətidir. Xəzinə bo-

nusu 3, 6 və 12 ay müddətli, büdcə kəsirini maliyyələşdirmək üzrə dövlət tərə-

findən çıxarılan borc sənədləridir. Xəzinə bonusu adsız olduğu üçün tam likvid 

aktivdir.  Ancaq  dövlətə  qarşı  etibarın  zəif  olduğu  ölkələrdə  müddət  daha  da 

qısadır. 

Kredit  kartları  istehlak  xərcləmələrində,  çekin  yerini  alan  bir  ödəmə 

alətidir. Bank kartları kredit kartlarından fərqlidir. Kredit kartının sahibi müəy-

yən bir miqdara qədər ödəmə həyata keçirmədən xərcləmələri edə bilər. Bank 

kartı  isə  kredit  əməliyyatını  aparmaq  haqqını  verməz.  Kredit  kartının  işləmə 

sxemi  aşağıdakı  kimidir:  Müştəri  banka  bank  kredit  kartoçkasının  alınması 

üçün ərizə təqdim edir. Şirkətin kredit qabiliyyəti yoxlanıldıqdan sonra, şirkətin 

ödəmə  borc  təsbit  edilərək  limit  çərçivəsində  özəl  kart  hesabı  açılır  və  ona 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə