Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə24/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   20   21   22   23   24   25   26   27   ...   230

 

 

49



plastik kart hazırlanır. Kart sahibi mal və xidmət alarkən kartını satıcıya təqdim 

edir və satıcı ticarət hesabı hazırlayır (slip) və bu prosesə impintinq (imprinting) 

deyilir. Hesab üç nüsxədə hazırlanır, 1-ci nüsxə kart sahibinə, 2-ci satıcıya, 3-cü 

isə banka, yəni bank - ekvayerə göndərilir. Bank ekvayer günlük və ya müştəri 

ilə  bağladığı  müqavilə  əsasında,  ticarət  hesabı  olan  kimi  orada  qeyd  edilən 

məbləği  satıcının  hesabına  köçürüb  və  bunun  qarşılığında  məbləğin  2-5%-ni 

komisyon haqqı olaraq özündə saxlayır. Bank-ekvayer pulları bank-emitent va-

sitəsilə,  yəni  informasiya  mübadiləsi  interchange  sistemi  ilə  alır  və  məlumat 

qarşılığında  ekvayer  emitentə  komisyon  haqqı  ödəyir.Hər  ayın  sonu  tarixinə 

bank emitent kart sahibinə onun kart hesabının xüsusi çıxarışını göndərir. Alıcı, 

yəni kart sahibi müqavilədə nəzərdə tutulmuş komisyon haqqını və ay ərzində 

həyata keçirdiyi xərcləri də ödəyir. 

Ə

gər kart sahibi ilə satıcının hesabı bir bankda olarsa, o zaman hesablaş-



malar sadələşir.  

Debet kartoçkasına sahib olan şəxs onun cari hesabında tutulan vəsait li-

mitində xərcləmə həyatı keçirə bilər. Dünyada ilk bankomat 1967-ci ildə Lon-

donda fəaliyyətə başlamışdır. Hal-hazırda dünyada ən böyük bankomat istifa-

dəçiləri  Sakit  okean  -  Asiya  regionu  ölkələrinin  payına  düşməkdədir.  Banko-

matlar apardıqları əməliyyatlarına görə bir neçə növə bölünür: 

Sadə  bankomatlar  və  tam  funksiyalı.  Tam  funksiyalı  bankomatlar  daha 

mürəkkəb  əməliyyatlar  həyata  keçirə  bilər:  pul  köçürməsi,  xarici  valyutaların 

dəyişməsi.  Bankomat  aparatları  həm  küçələrdə,  həm  də  ofislərdə  yerləşdirilə 

bilər. Bankomatların çalışma rejimi aşağıdakı kimidir: on line rejimi; avtonom 

rejim (off line); cədvəl rejimi. 

Kart sahibinə bank pul verərkən, bank ondan pin kodunu tələb edir. Kartı 

ə

lində  tutan,  ancaq  kodu  bilməyən  şəxsin  bankomatdan  pul  alması  mümkün 



deyildir.  Kredit  kartları,  nağd  puldan  istifadə  edilmədən,  mal  və  xidmət 

satınalma  imkanı  saxlayan  kartlardır.  Digər  tərəfdən  isə  kredit  kartları  ödəmə 

prosesində və ya alış-verişlərdə kreditdən istifadə etməni genişləndirir.  

Kredit  kartları  "indi  al,  sonra  ödə"  amerikan  həyat  tərzi  fəlsəfəsinin  bir 

məhsuludur.  Başlanğıcda  yalnız  ticarəti  asanlaşdırmasına  baxmayaraq,  günü-

müzdə  bankçılıq,  işlətmə  və  fərdi  pul  menecmentinin  təməl  ünsürü  halına 

gəlmişdir.  Günümüzdə  kredit  kartları  effektiv  və  çekin  yerini  alan  bir  ödəmə 

vasitəsi  alətinə  çevrilmişdir.  Kart  sahibinin  yanında  pul  daşıması  vacib  deyil, 

ona  çekin  qəbul  edilməməsindən  doğa  biləcək  problemləri  aradan  qaldırmaq, 

bəlli bir miqdara qədər bütün ehtiyaclarını bu  yolla ödəyə bilməkdir. 1994-cü 

ildən  etibarən  dünyada  başlıca  kredit  kartları  arasında  yer  alan  Eurocard 

/Mastercard  dünya  bazarlarında  140  milyon,  American  Exirress  30  milyon, 

Diners  club  kredit  kartı  5.7  milyon  və  Visa  190  milyon  kredit  kartını  istifa-

dəsinə almış və bu kartları ödəmə vasitəsi olaraq qəbul edən ticarət qurumları-

nın sayı 17.5 milyona çatmışdır. Kredit kartlarının müxtəlif növləri mövcuddur: 

ödəmə,  borclandırma  (charge  cards,  kreditli  kart  (credit  cards),  səyahət  və 




 

 

50



ə

yləncə  kartları  (travel  and  entertaiment  cards),  mağaza  kartları  (store  cards), 

firma  kartları,  beynəlxalq  və  ölkə  daxili  kartlardır.  Kredit  kartları  ilə  sürətlə 

artan  əməliyyat  həcminə  diqqət  yetirdikdə,  kredit  kartları  sisteminin  inkişaf 

etmiş ölkələrdə oturmuş bir sistem olduğunu qəbul etmək məcburiyyətindəyik.  

Kredit  kartından  istifadə  etmənin  üstünlükləri  aşağıdakılardır:  nağd  pul 

daşımamaq, uyğun bir mal və ya xidmətin satınalınması zamanı böyük miqdar 

pulun itirilmə və ya oğurlanma riskini ortadan qaldırır; yolçuluq sırasında plan-

laşmamış olayların sonda təşkil edilən proqram dəyişikliklərinin ödəmə gücünə 

təsir etməməsi; beynəlxalq keçərli kart sahibinin xaricə  gedərkən hədsiz miq-

darda  valyuta  daşıma  məcburiyyətinin  olmaması,  ödənişlərdə  müəyyən  faizin 

olması, kartların bir hissəsinin nağdçəkmə imkanı olması, təklif edilən bəzi xid-

mətlərdən aşağı qiymətlərlə yararlanmaq və bunlara bənzər bir çox xidməti bə-

rabərində təklif etməsidir.  

Kredit kartları mövzusundakı yeniliklərdən biri də bu kartın eyni zaman-

da telefon kartları əvəzinə telefonlarda da istifadə edilməsidir. Kredit kartları ilə 

bağlı ən önəmli problem kartlar mövzusunda yetərli qanunların olmamasıdır. 

Overdraft hesabları xüsusilə inkişaf etmiş ölkələrin bank işində daha ge-

niş  yayılmışdır.  Overdraftla  kontokorrent  hesabları  bir-birinə  çox  oxşardır. 

Overdraft  hesabından  silinənlər  qalıqlardan  çox  olduqda  kredit  münasibətləri 

ortaya  çıxır.  Lakin  overdraft  hesablarında  passiv  saldo  təsadüfi  hallarda  və 

qeyri-müntəzəm  şəkildə  yaranır.  Bundan  başqa,  kontokorrent  hesabları  yalnız 

təsərrüfat subyektləri üçün açıldığı halda, overdraft hesabları fiziki şəxslər üçün 

də açılır. 

Kapital bazarının başlıca alətləri istiqraz və səhmlərdir. Bunlara qoyulan 

investisiya  risklidir.  Qeyd  etdiyimiz  kimi,  dövlət  uzunmüddətli  ehtiyaclarını 

sərmayə  bazarına  çıxarmaqla  ödəyir.  qtisadiyyatın  inkişaf  səviyyəsi  ilk  növ-

bədə  sərmayə  bazarının  inkişaf  səviyyəsindən  asılıdır.  Çünki  sərmayə  bazarı 

investisiyaların  maliyyələşmənin  mühüm  mənbəyidir.  Sərmayə  bazarı  alətləri 

pul bazarı alətlərinə nisbətən az likvidlidir və onların riski yüksəkdir. Sərmayə 

bazarı  iqtisadi  və  siyasi  cəhətdən  stabil  olan,  adambaşına  milli  gəliri  yüksək 

olan ölkələrdə inkişaf edir. Sərmayə bazarı alətlərinə səhm, istiqraz, uzunmüd-

dətli kreditlər, həyat sığortası polisləri və s. aiddir.  

Kapital  alətlərinin  geniş  yayılmış  növü  sahibinə  iştirak  hüququ  verən 

səhmdir. Səhm sahibinə səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divident 

şə

klində almaq, cəmiyyətin idarə olunmasında iştirak etmək və müəssisə ləğv 



olduqdan sonra onun əmlakından pay almaq hüququ verir. 

Səhmin  sahibi  cəmiyyətin  bütün  təsərrüfat  müvəffəqiyyətsizliyinə  görə 

malik olduğu səhmin həcmi qədər məsuliyyət daşıyır. Səhmdə ifadə olunınuş 

pul məbləği onun nominal dəyərini təşkil edir. Səhmin üzərində göstərilmiş no-

minal, daha doğrusu onun qiyməti hələ onun real dəyəri deyildir. Səhmin real 

dəyəri yalnız bazarda müəyyən olunur. Səhmin bazarda alınıb-satıldığı qiymət 

onun kursu adlanır. Səhmin kursu və nominal qiyməti onun bazar və emission 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə