Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə28/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   24   25   26   27   28   29   30   31   ...   230

 

 

57



Qiymətli kağızlar bazarının strukturu və növləri. Qiymətli kağızlar baza-

rının strukturunda əsas 2 bazar götürülür: qiymətli kağızların birinci bazarı və 

qiymətli kağızların ikinci bazarı. 

Birinci bazara şirkətlər və bələdiyyə orqanları tərəfindən ilk ixrac edilmiş 

qiymətli kağızlar çıxarılır. Birinci bazarda istiqrazlar və aksiyalar kimi qiymətli 

kağızlar  alınıb-satılır.  Birinci  bazarın  özəyi  qiymətli  kağızların  ixracdan  satın 

alınmasıdır. Birinci bazardan alınan qiymətli kağızlar ikinci bazarda satıla bilər, 

yeni əl dəyişdirilə bilər.  kinci bazar qiymətli kağızların hər an pula çevrilmə-

sini saxlayan bazardır.  kinci bazar qiymətli kağızların likvidliyini artıraraq bi-

rinci bazara tələbi artırır və onun inkişafını təmin edir.  

kinci bazarın özü dörd bazara bölünür: birja; qeyri-birja bazarı; üçüncü 

bazar və dördüncü bazar. 



Fond birjası.  kinci bazarın ən vacib elementlərindən biri fond birjasıdır. 

Fond birjası qiymətli kağızlar bazarının likvidliyini və onun tənzim olunmasını 

təmin edir. Fond birjası qiymətli kağızların bazar qiymətini müəyyən edir, qiy-

mətli kağızlara olan tələb və təklif arasında tarazlığı  əks etdirməklə  həmçinin 

onlar haqqında lazımi informasiyanın yayılmasını təşkil edir. 

Qeyri-birja  bazarında  qiymətli  kağızlar  birjada  qeydiyyatdan  keçmir. 

Qeyri-birja  bazarı avtomatlaşdırılmış  şəkildə  fəaliyyət  göstərir ki, bu da  alıcı-

lara və satıcılara qiymətli kağızların cari qiymətlərini izləmək imkanı verir. 

Üçüncü  bazar  qeyri-birja  bazarıdır  ki,  burada  qiymətli  kağızların  alqı-

satqısı  vasitəçilər  tərəfindən  qeydiyyata  alınaraq  yüksək  komisyon  məbləği 

tələb olunur. Bu bazar ən çox ABŞ-da inkişaf edib.  

Dördüncü  bazar  və  yaxud  da  kompyterləşdirilmiş  bazar.  Bazar 

dördüncü bazarın əsasında aksiyaların elektron ticarət sistemi fəaliyyət göstərir. 

Bu  bazar  investorlara  sazişləri  güclü  kompyuter  sisteminin  vasitəsilə  imza-

lamaq  imkanı  verir  ki,  burada  da  birjaya  toxunmadan  böyük  komisyon  xərc-

lərinə  qənaət  etmək  olar.  nvestor  istənilən  vaxt  şəbəkə  vasitəsilə  öz  istədiyi 

qiyməti fayla göndərir və əgər qarşılıqlı təklif alınarsa, sövdələşmə baş tutmuş 

hesab edilir. 

Yuxarıda adları  çəkilən  qiymətli kağızlar  bazarını  müxtəlif əlamətlərinə 

görə də seqmentləşdirmək olar. Qiymətli kağızlar öz növlərinə görə aşağıdakı 

bazarlara bölünürlər. 

1. Aksiya bazarları. 

2.  stiqraz bazarları. 

3. Veksel bazarları. 

4. Opsion bazarları. 

5. Depozit və əmanət sertifikatları bazarı. 

Emitentlərə  görə  də  qiymətli  kağızlar  bazarını  aşağıdakı  bazarlara  böl-

mək olar: 

1. şəxsi qiymətli kağızlar bazarı; 

2. dövlət qiymətli kağızlar bazarı; 



 

 

58



3. beynəlxalq qiymətli kağızlar bazarı. 

nvestorlara  görə  də  qiymətli  kağızlar  bazarı  aşağıdakı  bazarlara  bölü-

nürlər: 

1. institusional investorların qiymətli kağızlar bazarı; 

2. fərdi investorların qiymətli kağızlar bazarı; 

3.  ərazi  meyarına  görə  qiymətli  kağızlar  bazarının  aşağıdakı  növləri 

vardır: regional; milli və qlobal. 

Qiymətli kağızlar bazarı işlədilən ticarət "texnologiyasına" görə aşağıdakı 

növlərə bölünürlər: 

1. Kassa bazarları; 

2. Təcili bazarlar; 

3. Auksion bazarları; 

4. Diler bazarları. 

Ə

gər maraqlı tərəflər öz qiymətli kağızlarını təcili alıb-satmaq istəyirlər-



sə, onda onlar kassa bazarlarından istifadə edirlər. Bu bazarda sövdələşmələr 12 

gün ərzində həyata keçirilir. 

Auksion bazarları aşağıdakı bazarları özündə birləşdirir: 

- Sadə auksion bazarları; 

- Holland auksion bazarları; 

- ikili auksion bazarları; 

- Onkol bazarları;  

Fasiləsiz auksion bazarları. 



Sadə auksion bazarları əsasən fond alətlərinə qarşı yüksək alıcılıq tələbi 

olduğu  zaman  işləyir  və  satıcı  monopoliyası  yaranır.  Burada  ən  yaxşı  vəziy-

yətdə satıcılar olurlar ki, alıcılar həmin qiymətli kağızın alınması üçün yüksək 

qiymətlər verirlər. 



Holland  auksion  bazarlarının  fəaliyyəti  alıcıların  ərizələrinin  əvvəl-

cədən  yığılması vasitəsi ilə həyata keçirilir. Bundan sonra isə ərizələr emitent 

və  ya  vasitəçilər  tərəfindən  qiyabi  analiz  edilir  və  son  olaraq  bu  qiymətli  ka-

ğ

ızları almaq istəyən alıcıları razı salacaq qiymət müəyyənləşdirilir. 



kili  auksion  bazarlarının  sadə  auksion  bazarlarından  fərqi  odur  ki, 

burada  çoxlu  sayda  alıcılar  və  satıcılar  iştirak  edirlər  ki,  onlar  burada  öz  qiy-

mətli kağızlarını alıb-satmaq hüququnu qazanmaq üçün öz aralarında yarışırlar. 

Qnkol bazarlarından isə qiymətli kağızlara olan tələb və təklifin təmər-

küzü tələb olunan səviyyəyə çatmadıqda istifadə edilir. Onkol ticarət sistemində 

müəyyən vaxt ərzində qiymətli kağızların alınıb-satılması üçün sifarişlər yığılır. 

Sonra sifarişlər içində ən yüksək qiymət verən ərizəyə üstünlük verilir. Bundan 

sonra  əgər  müxtəlif  ərizələrdə  qiymətli  kağızların  alınıb-satılmasına  eyni 

qiymətlər  göstərirlərsə,  bunların  içində  həcmi  böyük  olana  üstünlük  verilir. 

Qərb ölkələrində onkol bazarları əsasən fond birjalarında geniş yayılmışdır. 

Fasiləsiz auksion bazarlarının əsasən fərqi ondan ibarətdir ki, bu bazara 

qiymətli  kağızların  alınıb-satılması  haqda  ərizələr  daxil  olduqda  tez  bir 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə