Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə29/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   25   26   27   28   29   30   31   32   ...   230

 

 

59



zamanda həyata keçirilir. Əgər daxil olmuş sifarişlər şəxsi razı salmırsa, ərizəni 

verən  tərəf  ya  qiymət  şərtlərini  dəyişə  bilər,  ya  da  ki,  onun  təzədən  icra 

edilməsini qeydiyyatdan keçirib icrasını gözləyər. Fasiləsiz auksion bazarının iş 

mexanizmi sazişi bağlayan hər iki tərəfin razı salınmasına yönəldilmişdir. 



Diler bazarı birjadan kənarda fəaliyyət göstərir və qiymətli kağızlar ba-

zarında  mühüm  yer  tutur.  Öz  şəxsi  hesabına  fond  alətlərini  almaq  və  satmaq 

imkanına malik olan şəxs diler bazarını təşkil edə bilər. Dilerlərin qiymətli ka-

ğ

ızların alqı-satqısında rəsmən elan etdikləri elan bütün investorlarla imzalanan 



sazişlər zamanı qüvvədə qalmalıdır. Diler rəsmən elan etdiyi sazişin şərtlərin-

dən yayına bilməz. 

Yuxarıda qeyd etdiyimiz bütün bazarlar müəyyən faktorlar əsasında yara-

dılır və bu bazarların hamısının yeganə məqsədi gəlirlərini maksimum səviyyə-

yə qaldırmaq və öz təsir gücünü artırmaqdır.  nvestor bütün bu bazarları analiz 

edərək öz qiymətli kağızını hansı bazarda satacağına qərar verir. Əlbəttə, hər bir 

investor özünə sərf edəcək bazarı seçəcəkdir. Bütün bu bazarların funksiyaları 

və vəzifələri normativ aktlarda göstərilmişdir. 



Fundamental  təhlil.  Birja  kurslarının  müəyyən  edilməsində  birbaşa  və 

ya  dolayısı  ilə  ona  təsir  edən  müxtəlif  amilləri  və  ya  tez-tez  baş  verən 

gözlənilməz dəyişiklikləri necə təhlil etməliyik sualına cavab vermək üçün bey-

nəlxalq fond bazarlarının nəzəriyyə və təcrübəsi əsasında hazırlanan metod və 

təhlillərdən istifadə etmək olar. 

nvestisiya fond alətlərinin qiymətləndirilməsində iki metod vardır:  

1) bazar konyunkturları baxımından kurs dinamikasının izlənilməsi;  

2)  emitentin  fəaliyyət  göstərdiyi  sahədə  onun  maliyyə  vəziyyətini 

öyrənməklə qiymətli kağıza investisiya xarakteristikasının verilməsi.  

Beləliklə də, fond bazarının təhlil edilməsində iki cərəyan meydana gəl-

mişdir.  Birinci  cərəyanın  tərəfdarları  fundamental  təhlil  məktəbini  yaratmış, 

ikinci cərəyanın tərəfdarları isə texniki təhlil məktəbini yaratdılar. 

  Fundamental təhlil emitentin qiymətləndirilməsinə əsaslanır: yəni onun 

gəlirlərini,  bazardakı  yerini,  şirkətin  aktiv  və  passivlərini  və  emitentin  bütün 

növ fəaliyyətini xarakterizə edən digər göstəricilər. Balanslar, mənfəət və zərəri 

ə

ks  etdirən  hesabatlar,  şirkət  tərəfindən  nəşr  olunan  digər  sənədlər  təhlil 



bazasının əsasını təşkil edir. Burada həmçinin sahələrin artım tempini, aktivlə-

rin  rentabelliyini,  istehsal  və  maliyyə  vasitələrinin  səviyyəsini  və  digər  gös-

təriciləri  qeyd  etmək  olar.  Bundan  başqa,  şirkətin  idarə  olunma  praktikası  və 

idarəetmə orqanının tərkibi də öyrənilir. Təhlil zamanı, həmçinin, şirkətin alıcı 

və satıcı kimi iştirak etdiyi bazarlar da araşdırılır. Adətən, bu çox saylı və ciddi 

araşdırmalar  aşağıdakı  nəticələrə  gətirib  çıxarır:  şirkətin  qiymətli  kağızlarının 

qiyməti ilə onun aktivlərinin real qiymətini tutuşdurduqda artma və ya azalma 

meylini və gələcək gəlirlərin proqnozunu vermək olar. 




 

 

60



  Beləliklə  də,  fundamental  təhlilin  köməkliyilə  gəlirlər  barəsində  proq-

noz vermək olur ki, bu da nəticə etibarı ilə aksiyanın gələcək qiymətinə də təsir 

edə bilir. 

  Makroiqtisadi fundamental təhlil. Ölkənin ümumi iqtisadiyyatını və 

onun  mühüm  sahələri  olan  sənaye,  kənd  təsərrüfatı,  tikinti  sahələrini 

xarakterizə  edən  ümumi  tendensiyaların  üzə  çıxarılması  məqsədini  daşıyır. 

Haqqında danışdığımızı aşağıdakı kimi qruplaşdırmaq olar: 

•   ÜDM, istehsal və xidmət; 

•   əmək bazarı, gəlirlik və məşğulluq; 

•   tədiyyə balansı; 

•   pul sferası və pul kredit siyasəti, valyuta kursu; 

•   maliyyə siyasəti, büdcə və vergi siyasəti; 

•   inflyasiya səviyyəsi; 

•   fond bazarının vəziyyəti. 



ÜDM, istehsal və xidmət.  stehsal və xidmətin ümumi göstəricisi ÜDM-

in  əsas  tərkib  hissəsi  hesab  edilir.  Onun  dinamikası  ümumi  iqtisadi  təmayül 

tendensiyasının  və  biznes  silsiləsinin  mərhələsini  göstərir.  ÜDM-in  artımı 

ümumilikdə  ölkədəki  inevestisiya  mühitinin  yaxşılaşdığını  xarakterizə  edir  və 

xarici sərmayənin cəlb olunmasında stimul olur. 

  Əmək  bazarı,  gəlirlik  və  məşğulluq.  Əmək  bazarının  təhlil  edilməsi 

real sektorda fəaliyyət göstərən investor üçün xüsusi əhəmiyyət kəsb edir. Bu 

sahədə ən aktual mövzular aşağıdakılardır: 

•  sahə nöqteyi-nəzərindən əməkhaqqının səviyyəsi; 

•  adambaşına düşən gəlirlik səviyyəsi; 

•  əhalinin pul gəlirlərinin istifadə olunduğu sahələr; 

•  işsizliyin səviyyəsi və dinamikası. 

Ə

məkhaqqı xərcləri. Bu xərclər əmtəənin maya dəyərinin bir elementidir. 

nvesitisiya  layihəsinin  hesabatını  apararkən  investor  məhsulun  istehsalı  üçün 

çəkiləcək  xərcləri  nəzərə  alaraq  kapitalını  yatıracaq  yeri  seçir.  Əməkhaqqı 

xərcləri,  adətən,  bütün  xərclərin  yarısından  çoxunu  təşkil  edir.  Buna  görə  də, 

ə

məkhaqqı  xərclərinin  sahələr  və  regionlar  üzrə  hesabatının  aparılması  invest-



tisiya təhlili üçün böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alan investor 

çətin satılan və bahalı əmtəələrin istehsalı üçün investisiya yatırdıqda, o, əhalinin 

alıcılıq qabiliyyətini mütləq qiymətləndirməlidir. Bu məqsədlə də investor aylıq 

adambaşına  düşən  gəliri  təhlil  etməlidir.  Bu  informasiyadan  istifadə  etməklə 

bazarda bu növ malların istehsalının həcmini müəyyən etmək olar. 

Tədiyyə balansı. Müəyyən dövlət və digər dövlətlər arasında pul axınını 

xarakterizə edən statistik hesabatdır. O, xaricdən nə qədər pul vəsaiti alındığı və 

digər dövlətə nə qədər pul vəsaiti ödənildiyini göstərir. Tədiyyə balansının əsas 

elementləri  cari  əməliyyatlar  üzrə  hesabat  (cari  hesabat),  kapital  əməliyyatlar 

üzrə  hesabat,  maliyyə  hesabatlarından  ibarətdir.  Cari  hesabat  idxal-ixrac  axı-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə