Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə30/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   26   27   28   29   30   31   32   33   ...   230

 

 

61



mını,  xaricdən  alınan  və  xaricə  ödənilən  kapital  və  əmək  xidmətindən  daxil 

olan gəlirləri əks etdirir. 

Kapital  əməliyyatlarının  hesabı  isə  kapital  transferti  əməliyyatlarını  əks 

etdirir.  Maliyyə  hesabı  rezidentlərin  qeyri-rezidentlərə  maliyyə  tələbi  əməliy-

yatları və rezidentlərin qeyri-rezidentlər qarşısında olan öhdəlikləridir. Aktivlər 

və öhdəliklər 4 qrup üzrə təsnif edilir: birbaşa investisiya, portfel investisiyası, 

müxtəlif investisiyalar və ehtiyat aktivlər. 

nvestisiya  təhlilinin  həyata  keçirilməsində  ilk  öncə  tədiyyə  balansının 

aşağıdakı  mövqeləri  maraq  kəsb  edir:  cari  əməliyyatların  saldosu,  xalis  in-

vestisiya  gəliri,  ölkədə  və  ya  xaricdə  olan  birbaşa  və  ya  portfel  investisiya, 

həmçinin digər investisiyaların strukturu və dinamikası. Bir şeyi də qeyd etmək 

lazımdır  ki,  xarici  investisiya  yalnız  onun  səmərəli  istifadə  olunan  zaman  tə-

diyyə balansına müsbət təsir göstərir. Səmərəli istifadə yalnız əmtəə və xidmət 

sahəsində  ixrac  artıb,  idxal  isə  azalmağa  doğru  gedəndə  olur.  Belə  ki,  portfel 

investisiyası  köhnə  borcların  yenidən  maliyyələşdirilməsi  üçün  istifadə 

edildiyindən onların artırılması gec-tez maliyyə iflasına gətirib çıxarır. 



Pul  sferası  və  pul  kredit  siyasəti.  Pul  sferasının  vəziyyəti  şübhəsiz 

olaraq investisiya abı-havasına öz təsirini göstərir. Bu, ilk öncə onun nominal 

faiz  tarifinə  təsir  etməsi  ilə  bağlıdır.  Yüksək  faiz  dərəcələri  uzunmüddətli 

investisiya layihələrinə mənfi təsir göstərir. 

Makroiqtisadi  fundamental  təhlil  zamanı  pul  sferasının  göstəriciləri 

arasında aşağıdakılara diqqət yetirmək lazımdır: 

•   pul kütləsi, pul aqreqatları haqqında məlumat; 

•   iqtisadiyyatın pulla dolğunluğu (monetizasiya); 

•   qızıl  valyuta  ehtiyatının  vəziyyəti  və  onun  pul  bazası  ilə  qarşılıqlı 

münasibəti; 

•   valyuta məzənnəsi. 

  Maliyyə siyasəti, büdcə və vergi.  nvestisiya təhlili zamanı investor, 

həmçinin  büdcə  göstəricilərinin  investisiya  mühitinin  göstəricilərinə  təsir 

ölçülərini də araşdırmalıdır: 

•   ÜDM-in faizində büdcə kəsiri; 

•   dövlət borclarının ödənilməsi ilə büdcə gəlirlərinin münasibəti; 

•   keçənilki dövr ilə müqayisədə vergi ödənişlərindəki artım tempi; 

•   istehsalçılarla əhalinin ödədiyi vergi arasındakı qarşılıqlı münasibət. 

  Fond  bazarı.  Belə  ki,  maliyyə  investorlarının  fəaliyyəti,  adətən,  fond 

bazarlarında  gedir,  məhz  elə  çox  hallarda  da  bu  bazarda  reallaşdırılır.  Fond 

bazarının  həcmi  bilavasitə  olaraq  maliyyə  aktivlərinin  dəyərinə  təsir  göstərir. 

Bazar  vəziyyətini  təhlil  etdikdə  fond  indeksləri  barədə  olan  məlumatlardan 

istifadə etmək olar. 

Sahəvi  təhlil.  Sahəvi  fundamental  təhlil  sahələr  investisiya  cazibədar-

lığını qiymətləndirir.  nvestisiya  cazibədarlığını bir sıra parametrlərlə xarakte-

rizə etmək olar ki, bunlardan da ən vacibi aşağıdakılardır: 



 

 

62



•   istehsal həcmi tempinin artırılması; 

•   sahələrdə istifadə olunan istehsal faktura qiymətlərinin artım tempi; 

•   istehsalın və aktivlərin gəlirliyi; 

•   kapital dövriyyəsinin sürəti; 

•   istehsal və maliyyə vasitələrinin səviyyəsi. 

stehsal  həcminin  artım  tempinin  təhlili  məhsulun  alışı  və  bazarın 

genişlənmə perspektivlərinin başa düşülməsində mühüm əhəmiyyət kəsb edir. 

Bir şeyi də qeyd etmək lazımdır ki, həmişə makroiqtisadi təhlil sahəvi təhlildən 

ə

vvəl aparılmalıdır. 



Belə  ki,  yuxarıda  söylənənlərdən  başqa  elə  dövri  sahələr  də  vardır  ki, 

onlar ümumi iqtisadi konyunktura ilə inkişaf edir. 

Dövri sahələrə aşğıdakılar aid edilir və onlar: 

•   Avtomobil  sənayesi  –  iqtisadi  konyunkturun  inkişafını  qabaqlayır. 

Onun inkişafı əsasən faizlərin hərəkətindən, alıcılıq qabiliyyətinin dinamikasın-

dan və dolların kursundan asılı olur; 

•   kimya sənayesi – burada silsilə demək olar ki, konyunktur ilə paralel 

hərəkət edir. Bu sahədə, nəinki milli valyuta kursu, həmçinin dollar kursunun 

güclü ixrac meyilləri də mühüm rol oynayır; 

•   enerji  sənayesi  –  bu  sahə  azacıq  olaraq  iqtisadi  silsilədən  geri  qaldı-

ğ

ından  daha  aşağı  silsilə  amplituduna  malikdir.  Əsasən  ona  innovasiya  və 



bazarın inkişafı təsir göstərir; 

•   maşınqayırma  sənayesi–ümumi  iqtisadi  inkişafın  ardından  inkişaf 

edən sahədir və əsasən də valyuta və investisiyaya təsir edən faiz dərəcələrin-

dən asılıdır; 

•   tikinti  sənayesi  –  geri  qalan  sahədir  ki,  əsasən  də  faiz  dərəcələrinin 

hərəkətinə və dövlət hakimiyyət orqanlarının investisiya siyasətinə reaksiya verir; 

•   əmtəə malları sənayesi və toxuculuq sənayesi – öncül sahələrdir.  Bu 

sahələr  daha  çox  fərdlərin  tələbatından  asılı  olduğundan,  əhalinin  gəlirləri 

onların  səviyyəsinə  mühüm  təsir  göstərir.  Bundan  başqa,  burada  həmçinin, 

xammalın qiyməti və inflyasiyanın səviyyəsi də mühüm rol oynayır; 

•   banklar və sığorta firmaları – bu maliyyə sahəsi ümumi konyunkturu 

qabaqlamağına baxmayaraq faiz dərəcələrinin hərəkətindən asılı olur. 

Beləliklə  də,  sahələr  konyunkturdan  asılı  olaraq  qabaqlama,  paralel  və 

yaxud geri qalmalarla inkişaf edir ki, bu da onların aksiya kurslarının hərəkəti-

nə təsir göstərir. Birja kurslarının hərəkət etməsi üçün sahəvi gəlirdən başqa iki 

göstəricidən  (  sahəvi  sifarişlərin  daxil  olması  və  sənaye  istehsalının  həcmi) 

istifadə  edilir  ki,  bunlar  da  öz  növbəsində  investora  qabaqcadan  investisiya 

mövzusunda qərar verməyə imkan verir. Onlar gözlənilən əmtəə dövriyyəsinin 

dinamikasını və müvafiq sahələrin gəlirliyini özündə əks etdirir.  

Gəlir dinamikası  aksiya kurslarının hərəkətinə təsir göstərən  ən mühüm 

faktorlardan  biridir.  Göstərilən  indikatorlardan  başqa  valyuta  kurslarının, 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə