Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə32/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   28   29   30   31   32   33   34   35   ...   230

 

 

65



bazarın  əsas  indiqatoru  kimi  baxa  bilərik.  Qiymətlərin  qalxıb-enməsi  trend 

təhlilinin əsasını təşkil edir və bütün texniki təhlilin təməli kimi hesab olunur. 

Trend  qiymətlərin  yuxarı  və  yaxud  aşağı  hərəkət  etməsinin  müəyyən 

edilməsidir. 

Üç növ trend vardır: 

•   «öküz» trendi – qiymətlər yuxarı hərəkət edir; 

•   «ayı» trendi – qiymətlər aşağı düşür; 

•   «köndələn»  –  qiymətlər  nə  yuxarı,  nə  də  aşağı  hərəkət  edir,  bu  hə-

rəkəti «flat» (flat, daha doğrusu «whipsaw») adlandırılar. Əminliklə söyləmək 

olar ki, uzun «flat» bazarda qiymət fırtınasının müjdəçisinə çevrilir. 

Bir qayda  olaraq qiymətlər xətti olaraq  yuxarı  və  ya  aşağı  hərəkət  edir. 

«Öküz» trendində qiymətlər sürətlə artır, «ayı» trendində isə sürətlə azalır.  

Trend xətlər (trend lines) – bu bazarın uzunmüddətli maksimum və mini-

mumlarını  birləşdirən  düzxətlərdir.  Trend  xəttinin  yuxarı  və  aşağı  təmayülü 

artım və ya azalma tendensiyasını göstərir. Trend xətti bazar dəyişiklikləri za-

manı texniki təhlilin əsas aləti hesab olunur. 

Trendin  hərəkət  müddətləri  vardır.  Trendlər  qısamüddətli,  ortamüddətli 

və  uzunmüddətli  olur.  Uzunmüddətli  trend  bir  ildən  çox  davam  edir.  Uzun-

müddətli trend 2-2,5 il davam edir. Ortamüddətli trend 3 aydan 6 aya qədər, bə-

zən isə  1 ilə qədər davam edir. Qısamüddətli trend isə 1  gündən 3 aya qədər 

olan trendlər adlandırılır. 

Trendin həyat müddətini trendin mövcud olan həyat silsiləsi ilə müəyyən 

etmək  olar.  Bu  zaman  silsilənin  uzunluğunu  və  amplitudunu  müəyyən  etmək 

lazımdır.  Trendin  başlanğıcı  silsilənin  ümumi  uzunluğunun  üçdə  birini  əhatə 

edir. Trendin həyat silsiləsinin ilk dövründə qiymətlər orta hesabla ümumi enib-

qalxmanın  dörddə  biri  ilə  üçdə  biri  arasında  və  müvafiq  olaraq  beşdə  biri  ilə 

dörddə biri arasında dəyişir. 

Trendin həyat silsiləsinin ortalarında bazarın ilk  «yorğunluq» əlamətləri 

meydana gəlir. Qismən aktivliyin azalması da baş verir ki, amma bu bir qayda 

olaraq  əvvəlki  kotirovkalara  qayıtmaqla  nəticələnmir.  Artıq  deyildiyi  kimi 

silsilənin  ortalarında  trendin  həyat  silsiləsinin  başlanğıcı  ilə  müqayisədə  çox 

vaxt  kəskin  qiymət  fərqləri  olur.  Trendin  həyat  silsiləsinin  ortalarında  bazarı 

«həddindən artıq qızdırmaqla» burada o, başlanğıcından fərqli olaraq daha əhə-

miyyətli olur. Bu da ikinci mərhələnin sonunda kotirovkaların aşağı düşməsinə 

gətirib çıxarır. Bir qayda olaraq kotirovkalar ikinci mərhələdə ümumi dəyişmə 

məbləğinin bir ilə ¾ arasında dəyişir, daha sonra müvafiq olaraq enməsi  ¾ ilə  

½  arasında olur 

Trendin həyat silsiləsinin sonuncu üçüncü mərhələsində azad spekulyativ 

kapitalın  məbləği  enməyə  başlayır.  Müvafiq  olaraq  sövdələşmələrin  sayı  da 

azalmağa başlayır. Qiymətlərin kəskin enib-qalxması praktiki olaraq baş verir. 

Qiymətlər  öz  ekstremumuna  (maksimum  və  ya  minimuma)  çatdıqda  cüzi 

olaraq  və  kiçik  bir  vaxt  ərzində  bu  səviyyədə  qalır  və  sonuncu  enib-qalxma 




 

 

66



maksimumun yanında baş verir. Trendin həyat silsiləsinin sonuncu mərhələsi-

nin axırında yeni trendə hazırlıqla bağlı bazarda əsəbilik artır.  

Trend təhlili çox diqqətlə aparılmalıdır, əks halda bu acınacaqlı nəticələrə 

gətirib çıxara bilər. 

Trend təhlilinin məqsədləri aşağıdakılardır: 

1. Qiymət dinamikasının istiqamətlərinin qiymətləndirilməsində mümkün 

variantlar: 

•   yuxarı hərəkət; 

•   aşağı hərəkət; 

•   «flat». 

2. Məlum istiqamətin hərəkətinin müddət və vaxtının qiymətləndirilmə-

sində: 


•   qısamüddətli hərəkətin trendi; 

•   uzunmüddətli hərəkətin trendi; 

•   trendin başlanğıcı; 

•   trendin yetkinliyi; 

•   trendin başa çatması. 

3.  Fəaliyyət  göstərən  istiqamətdə  qiymətin  qalxıb-enmə  amplitudunun 

qiymətləndirilməsində: 

 

•   kursun zəif dəyişməsi; 



•   kursun güclü dəyişməsi. 

Bu üç qiymət dinamikasını müəyyən etdikdən sonra əminliklə araşdırdı-

ğ

ımız aksiyanı ala və ya sata bilərik. 



Qrafiklərin tipi  və onların qurulma  qaydasını  bilən  investor üçün qrafik 

məlumatları təhlil etmək daha asandır. 

Treyderlər  tərəfindən  istifadə  olunan  əsas  qrafik  növləri  aşağıdakı  qra-

fiklərdə göstərilmişdir. Treyderlər arasında ən populyar xətti qrafik hesab edilir. 

Məsələn,  amerikalılar  öz  işlərində  «xaçlar-sıfırlar»  qrafikindən,  yapon  trey-

derləri «yapon şamları» qrafiklərindən istifadə edirlər.  

Hər bir treyder qrafiki aşağıdakı konsepsiyalar əsasında qurur: 

•   qiymətlərin trend dinamikasının müəyyən edilməsi;  

•   qiymətin qeyri-trend hərəkəti; 

•   ticarət həcminin dəyişilmə dinamikası; 

•   qiymətin dəyişmə qrafiki. 

Sözsüz ki, klassik texniki təhlil də təminat verə bilməz. Texniki təhlil nə 

qədər  yaxşı  olsa  da  birja  qiymətlərinin  hərəkəti  barədə  dəqiq  məlumat  verə 

bilməz. Bunu hətta professional ekspertlər də söyləyə bilməzlər. Əgər qiymətlə-

rin hərəkətini hesablamaq mümkün olsaydı, onda hər bir iri investor öz müvafiq 

hesabat  proqramını  işləyib  hazırlayardı.  Dünyada  heç  kəs  kursların  hərəkətini 

yaxın üç ay ərzində 100% düzgün proqnozlaşdıra bilməz. 

Bazar  iqtisadiyyatında  investisiya  qoyuluşunun  müxtəlif  imkanları 

mövcuddur.  Hüquqi  və  fiziki  şəxslərin  kapital  qoyuluşunun  seçilməsi  zamanı 

ə

n  əsas  kriterilərdən  biri  investisiya  riskinin  qiymətləndirilməsidir.  Qiymətli 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə