Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə33/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   29   30   31   32   33   34   35   36   ...   230

 

 

67



kağızlarla  əməliyyatlar  həmişə  risklə  bağlı  olduğundan  riskin  əsas  növlərinə 

aşağıdakıları aid etmək olar: 

•   sistematik risk – makro səviyyədə risk; 

•   qeyri-sistematik  risk  –  mikro  və  ya  qiymətli  kağızlarla  bağlı  bütün 

növ risklərin ahəngi. 

Sistematik  risk  ölkədə  və  dünyada  baş  verən  ümumi  iqtisadi  və  siyasi 

vəziyyət,  resursların  qiymətinin  artımı,  maliyyə  aktivlərinin  ümumbazar  qiy-

mətlərinin  aşağı  düşməsi  ilə  bağlı  olan  riskdir.  Sistematik  risk  kateqoriyasına 

aşağıdakılar aid edilir:  

1.  Valyuta riski valyuta kursunun dəyişməsi riski;  

2.  Faiz dərəcələrinin dəyişilmə riski;  

3.  Ümumbazar qiymətlərinin aşağı düşməsi və inflyasiya riski.  

Faiz  dərəcələrinin  dəyişmə  riski  əsasən  inflyasiya  dövründə  daha 

aktualdır.  Ümumi  bazarda  aşağıdüşmə  riski  qiymətli  kağızlar  bazarında  dövr 

edən  qiymətli  kağızların  qiymətinin  eyni  vaxtda  aşağı  düşməsi  ilə  bağlı  olur. 

Bu  risk  əsasən  aksiyalarla  aparılan  əməliyyatlarla  bağlı  olur.  nflyasiya  riski 

pulun  alıcılıq  qabiliyyəti  ilə  şərtləndirilir.  Bu  risk  bütün  dünyada  mövcuddur. 

Burada  fərq  yalnız  onun  müxtəlif  ölkələrdə  ayrı-ayrı  səviyyələrdə  olması  ilə 

bağlıdır. Qərbdə illik inflyasiya səviyyəsi 3% norma hesab edilir. 

Qeyri-sistematik  risk  –  konkret  qiymətli  kağız  emitentinin  maliyyə 

vəziyyəti  ilə  bağlıdır.  Qeyri-sistematik  risk  kateqoriyasına  likvidlik,  sahəvi, 

kommersiya və maliyyə riskləri aid edilir. 

Likvidlik  riski  –  qiymətli  kağızların  bazardakı  realizasiyası  zamanı 

gecikmələrlə  bağlı  olur.  nvestor  hər  zaman  əmin  olmalıdır  ki,  o,  öz  qiymətli 

kağızını sata bilər və öz kapitalını nağd pula çevirə bilər. 

Sahəvi risk - iqtisadiyyatın sahələrindəki dəyişikliklərlə bağlı kommersi-

ya  riski  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  konkret  fəaliyyəti  nəticəsində 

gəlir əldə edilməsi və ya zərər olması ilə bağlı olur. Kommersiya riskinin əsas 

faktorları aşağıdakılardır:  

1) alıcılıq qabiliyyətinin səviyyəsi, emitentin maliyyə sabitliyi, idarəetmə 

keyfiyyəti; 

 2) investorda kifayət qədər informasiyanın olması. 

Maliyyə riski – qiymətli kağız emitentinin gəlirsizlik və iflasa uğramaqla 

bağlı  zərər  riskidir.  Ümumilikdə  maliyyə  riskinin  iqtisadi  və  siyasi  qeyri-

müəyyənliyi aşağıdakı kimi xarakterizə edilə bilər: 

•   kəmiyyət üzrə risk: aşağı, orta və yuxarı; 

•   ehtimal olunma üzrə risk – gəlirin bir hissəsinin itirilməsi üzrə; 

•   kritik  risk  –  bu  zaman  gəlir  tamamilə  itirilir  və  xərclərin  yerini  dol-

durmaq zəruriyyəti yaranır;  

•   katastrofik risk – əmlakın tamamilə itirilməsi;  

 

•   obyektlər üzrə risk – sahibkarın, müəssisənin, bankın, sığorta şirkəti-



nin riski; 


 

 

68



•   fəaliyyət növü üzrə risk – istehsal, vasitəçi, ticarət, nəqliyyat, sığorta, 

mühasibat və digər fəaliyyət növlərinin riskləri; 

•   iqtisadi mahiyyəti üzrə risk; 

•   xarakter üzrə risk – əməliyyatı inflyasiya, kredit, faiz, valyuta əməliy-

yatı riski bu və ya digər müəyyən əməliyyatların həyata keçirilməsi metodunun 

düzgün seçilməsi ilə bağlıdır. Bu növ risklərə menecerlərin riskləri aid edilir.  

nflyasiya  riski  inflyasiyanın  dəqiq  proqnozlaşdırma  dərəcəsi  və  onun 

maliyyə  təsərrüfat  fəaliyyətinin  nəticəsinə  təsir  etməsi  ilə  müəyyən  edilir. 

Kredit  riskinə  kreditin  ödənilməməsi  və  faizlərin  ödənilməməsi  riski  kimi 

baxılır. 

nvestisiya riski - korporativ qiymətli kağızlar bazarında investisiya riski 

maliyyə  riskinin  müxtəlifliyi  ilə  bağlı  olur.  nvestisiya  riskinin  iki  növü  var: 

diferensial  və  qeyri-diferensial  risk.  nvestisiya  riskinin  səviyyəsi  siyasi,  iq-

tisadi, sosial, ekoloji, kriminal vəziyyətdən asılı olur. 



nvestisiya  riskinin  qiymətləndirmə  metodu.  Qiymətli  kağızlar  ba-

zarında investisiya riskinin qiymətləndirilməsi metodları müxtəlifdir. Eyni za-

manda  müxtəlif  qiymətli  kağızların  investisiya  güvənliyini  təhlil  etmək  və 

investisiya  riskini  qiymətləndirmək  üçün  ümumi  bir  metod  yoxdur  (statistik 

təhlil, faktor təhlili, ekspertlərin qiymətləndirilməsi metodu). 

Statistik təhlildə riskin səviyyəsi iki kriteriya ilə ölçülür: Orta gözlənilən 

ə

həmiyyətli (dispersiya) və tərəddüdlü (variasiya). 



Dispersiya  mümkün  olan  orta  nəticəni  ölçür,  variasiya  gözlənilən  orta 

ə

həmiyyətli  faktiki  orta  həcmdən  nə  qədər  uzaqlaşma  həddini  və  dərəcəsini 



göstərir.  

 

G



2

=(x -y)


2

/n 


Burada, G

– dispersiya; x – maliyyə resurslarına qoyuluş zamanı risk də-



rəcəsi; y – maliyyə riskinin orta gözlənilmə əhəmiyyəti; n- maliyyə resurslarına 

qoyuluşların sayıdır. 

Dispersiya maliyyə riskinin təkrarlanma, mütləq enib-qalxmasını tamamilə 

xarakterizə edir, lakin nisbi enib-qalxma dərəcəsini variasiya əmsalı göstərir. 

 

V= (r/ x) · 100 



Burada, V – variasiya əmsalı; r – orta kvadratura əyilməsi; x – maliyyə 

riskinin orta gözlənilmə mənasıdır. 

Variasiya  əmsalı  1-100%  arasında  dəyişir.  10%-ə  qədər  investisiyanın 

maliyyə  riskinin  zəif  enib-qalxması,  10-25%-ə  qədər  orta  enib-qalxma,  25%-

dən artıq maliyyə riskinin ən yüksək həddi hesab edilir. Statistik metod hazırkı 

dövrdə müəssisənin maliyyə riskinin qiymətləndirilməsi metodu hesab edilir. 

Maliyyə  riskinin  qiymətləndirilməsində  digər  analitik  metodlardan  da 

geniş istifadə edilir. Bunlar  arasında ən  geniş  yayılanı maliyyə  riskinin  faktor 

təhlilidir.  Fəaliyyət  aktivliyinin  əmsalı,  maliyyə  sabitliyi  və  müflisləşmə 

ehtimalının müəyyən edilməsi nəzərdə tutulur. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə