Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə34/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   30   31   32   33   34   35   36   37   ...   230

 

 

69



Son zamanlar ekspertlərin qiymətləndirmə metodu da daha aktiv olaraq 

istifadə  edilir.  Risk  səviyyəsinin  müxtəlif  müqayisəedici  xarakterləri  tərtib 

edilir, reytinqlər müəyyən edilir və ekspertlərin icmalı hazırlanır. 

Maliyyə  riskinin  qiymətləndirmə  metodlarından  biri  iqtisadi-riyazi 

modelləşdirmə metodudur. Bu zaman düzgün model seçilməsi böyük əhəmiy-

yət  kəsb  edir.  Bu  model  ümumi  konkret  vəziyyəti  proqnozlaşdırmağa  və 

maliyyə riski ehtimalını qiymətləndirməyə imkan verir. 

Mühüm perspektivlərdən biri də sosial-iqtisadi eksperiment modelidir. O, 

tipik maliyyə vəziyyətlərinin  ayrı-ayrı  eksperimentlərinin  həyata  keçirilməsini 

nəzərdə tutur.  

Praktikada  maliyyə  riskinin  qiymətləndirilməsi  zamanı  analogiya  meto-

dundan daha geniş istifadə edilir. Analogiya metodu əsasında çox sayda müəs-

sisələrin maliyyə strategiyası və taktikası qurulur. 

Sistematik  risk  fundamental  metodun  köməyi  ilə  bazar  vəziyyətini 

kifayət  qədər  dəqiq  proqnozlaşdırır.  Konyunkturun  təhlili  həm  bazarın  cari 

vəziyyəti, həm də onun inkişafının proqnozlaşdırılmasını izləyir. Fundamental 

metod  uzunmüddətli  proqnozlaşdırma  zamanı  istfadə  edilir  və  makroiqtisadi 

göstəricilərə əsaslanır. 



nvestisiya riskinin idarəetmə metodları. Dünyada investisiya riskinin 

azaldılması  məqsədilə  praktiki  fəaliyyət  həyata  keçirilir.  Riskin  idarə 

olunmasının  metodiki  bazası  sistem  təhlili  hesab  edilir.  nvestisiya  layihəsinə 

təsir edən real faktorlar müəyyən edilir. 

nvestisiya qərarının düzgün qəbul olunması üçün iqtisadi, sosial, ekoloji 

məsələlər və dövlət idarəçiliyinin aspektləri tam və hərtərəfli informasiya tələb 

edir. Bu informasiya investorların çoxu üçün mümkündür. Burada əsas maliyyə 

riskinin  səviyyəsinin  dəqiq  qiymətləndirilməsidir.  Sığorta  şirkətləri  riskin 

qiymətləndirilməsində  ekspertlərin  maliyyə  riskinin  səviyyəsini  peşəkarcasına 

qiymətləndirir. Korporativ qiymətli kağızlar bazarında riskin azaldılması onun 

iş fəaliyyətinin düzgün təşkil olunmasından da çox asılı olur. 

 

1.6. Fond birjası 

 

Qiymətli  kağızlar  birjası  (stock  exchange,  securities  bourse)  gerçəkdə 

sərmayə bazarının deyil, qiymətli kağızlar bazarının qurumudur. Ancaq bu ba-

zarlarda alqı-satqı mövzusu olan "Qiymətli kağızlar" deyilən aksiya və istiqraz 

kimi dəyərli kağızlar bilavasitə iqtisadi dəyər olmayıb, iqtisadi dəyərləri təmsil 

edən  sənədlərdir.  Qiymətli  kağız  bazarlarında  alqı-satqı  edənlərin  məqsədi 

mənfəət  əldə  etməkdir.  Aksiyanı  satın  alan  şəxsin  məqsədi  divident  və  ya 

aksiyanı daha yüksək qiymətə sataraq qazanc əldə etməkdir. 

Qiymətli kağızların ikinci bazarında əsas yerlərdən birini fond birjası tu-

tur. Birjanın meydana gəlməsinin əsas səbəblərindən biri bazar münasibətləri-




 

 

70



nin inkişaf etməsi olmuşdur.  lk dəfə birja anqlosakson dövlətlərində meydana 

gəlmişdir. 

Fond  birjası,  müstəqil  olaraq,  fəaliyyət  predmeti  qiymətli  kağızlar  üçün 

zəruri şəraitin  yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, ka-

ğ

ızlara olan tələb  və təklif  arasında  tarazlığı əks  etdirən, həmçinin  onlar haq-



qında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının 

yüksək  peşəkarlıq  səviyyəsini  nümayiş  etdirmək  üçün  şərait  yaradılması  olan 

təşkilatdır. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur, yalnız birja 

üzvləri arasında ticarəti təşkil edir. 

Fond  birjası  fəaliyyətini  müvafiq  icra  hakimiyyəti  orqanının  verdiyi 

xüsusi razılıq əsasında həyata keçirir, depozitari və klirinq fəaliyyəti istisna ol-

maqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamna-

məsinin, onun ticarət qaydalarının pozulması və fond birjasının digər daxili sə-

nədlərinin  pozulması  zamanı  cərimələr  müəyyən  edilir.  Fond  birjasının 

üzvlərinə aid olan daxili normativ aktlar fond birjası tərəfindən onun üzvlərinin 

təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşdirilir. 

Fond birjasının beş əsas funksiyası vardır: 

1) likvidlik ehtiyaclarını qarşılamaq; 

2) alıcı-satıcıları qiymətli kağızların alqı-satqısını etmək üçün bir məkan-

da qarşılaşdırmaq; 

3) qiymətli kağızların real kursunu müəyyən etmək; 

4) kapitalın bir sahədən digər sahəyə axmasını təmin etmək; 

5) real bazarın yaradılmasına xidmət etmək. 

Dünya praktikasında fond birjalarının 3 tipi mövcuddur: ictimai hüquqi; 

xüsusi birjalar; qarışıq birjalar. 

ctimai-hüquqi  birjalar  hər  zaman  dövlətin  nəzarəti  altında  saxlanılır. 

Dövlət birja ticarət qanunlarının tərtib edilməsində iştirak edir və onların həyata 

keçirilməsinə  nəzarət  edir,  ticarət  zamanı  birjada  qayda-qanunların  olmasını 

təmin edir. Bu cür tip birjalara Almaniyada, Fransada rast gəlmək olar. 

Xüsusi birjalar səhmdar cəmiyyət formasında yaradılır. Tam sərbəst birja 

ticarətini təşkil edirlər. Bu, o demək deyil ki, dövlət bir kənarda qalır. Dövlət birja 

ticarətinin  tənzim  edilməsində  öz  üzərinə  heç  bir  təminat  götürmür.  Buradakı 

bütün sazişlər qanun çərçivəsində olur, heç bir qanun pozuntusuna yol verilmir, 

ə

gər qanun pozuntusuna  yol verilərsə, onu pozanlar cinayət məsuliyyətinə  cəlb 



edilir. Bu tip birjalar Böyük Britaniya və ABŞ dövlətləri üçün xarakterikdir. 

Ə

gər fond birjası səhmdar cəmiyyət formasında yaradılırsa və onun kapi-



talının 50%-dən  az olmayaraq dövlətə  məxsusdursa, onda bu  cür  birjaları qa-

rışıq birjalar adlandırırlar. Bu cür birjaların başında seçilmiş birja orqanı durur. 

Birjanın fəaliyyətinə birja komissar nəzarət edir və rəsmi şəkildə birja kurslarını 

qeydiyyatdan keçirir. Bu cür birjalar Avstriya,  sveç və  sveçrə dövlətləri üçün 

xarakterikdir. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə