Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə35/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   31   32   33   34   35   36   37   38   ...   230

 

 

71



Fond  birjası,  həmçinin  birja  sazişlərində  iştirak  edəcək  iştirakçıların 

hamısına eyni səviyyədə məlumat verməlidir. Fond birjasının bir vasitəçi kim 

iştirak etməsinə baxmayaraq, o, müştəriyə alacağı qiymətli kağızın gəlir verib-

verməyəcəyi  barədə  təminat  verə  bilməz.  Birja  müştəriyə  yalnız  alacağı  qiy-

mətli  kağız  haqqında  dolğun  məlumat  verə  bilər.  Beləliklə,  qeyd  etmək 

lazımdır  ki,  birjada  yalnız  o  şirkətlərin  aksiyaları  kotirovka  edilir  ki,  onlar 

listinqdən  keçmiş  olurlar.  Birja  ekspertiza  qiymətini  müəyyən  etmək  və  qiy-

mətli kağızı qiymətləndirmək üçün qiymətli kağızı ixrac edən şirkətdən auditor 

tərəfindən  yoxlanılmış  mühasibat  balansını,  mənfəət  və  zərər  hesabat 

sənədlərini tələb edə bilər. Birja bu sənədləri aldıqdan sonra bir ay müddətində 

bu sənədlərlə tanış olur və öz rəyini bildirir. Listinqin bir üstünlüyü də ondan 

ibarətdir  ki,  listinqdən  keçmiş  şirkətlər  kredit  idarələrinin  etibarına  sahib 

olurlar. Listinqdən keçmiş şirkətlər müəyyən şöhrətə sahib olurlar. Buna misal 

olaraq  Nyu-York  fond  birjasında  listinqdən  keçmək  üçün  aşağıdakı  tələblərə 

cavab vermək lazımdır: 

1. aksiyaların bazar qiyməti 18 mln. dollar olmalıdır; 

2.  tədavüldə  olan  aksiyaların  ümumi  sayı  1100  ədəddən  az  olmayaraq, 

onların bazar dəyəri 18 mln. dollar olmalıdır; 

3.  şirkətin  100  və  daha  artıq  aksiyasını  əlində  tutan  2000  səhmdar 

olmalıdır; 

4.  son  maliyyə  ili  üçün  vergini  ödədikdən  sonra  gəliri  2,5  mln.  dollar 

olmalı və son iki il üçün isə 2.0 mln. dollar olmalıdır; 

5. şirkətin əmlakı 18 mln. dollardan aşağı olmamalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  hər  bir  birjanın  özünəməxsus  müxtəlif  şərtləri 

vardır.  Bir  birjadan  listinqdən  keçməyən  şirkət  digər  bir  birjadakı  listinqdən 

keçə bilər. Birjada listinqdən keçmiş qiymətli kağızların investorlar üçün fay-

daları  aşağıdakılardır:  birjada  listinqdən  keçmiş  şirkət  qanun  çərçivəsində  ak-

siya  və  istiqraz  ixrac  edir.  Bu  səbəbdən  də  investorların  bu  mövzuda  al-

danılması imkansızdır. 

Qiymətli kağızlar listinqdən keçmiş şirkətlər birjaya fəaliyyətləri ilə əla-

qədar,  o  cümlədən  maliyyə  durumlarına  yönəlik  ən  son  məlumatları  birjaya 

vermə məcburiyyətindədirlər. Buna görə də investor qiymətli kağız alarkən və 

ya satarkən əlaqəli şirkət haqqında doğru, yetərli və yeni məlumatları birjadan 

hər an saxlaya bilir. 

Birjada  listinqdən  keçmiş  qiymətli  kağızlar  üçün  sabit  bazar  vardır.  n-

vestorlar  portfellərindəki  bu  cür  aksiyaları  və  ya  istiqrazları  çox  qısa  vaxtda 

nağda çevirə bilərlər. Birjada qiymətlər günlük yayımlandığına görə, investorlar 

qiymət indeksini izləyə və özlərini riskə qarşı qoruma imkanı əldə edə bilərlər. 

Birjada qiymətli kağızlar  alınıb və  ya satılarkən investor  çox az bir ko-

misyon  haqqı  ödəyir.  Bu  səbəbdən  də  onun  qiymət  mövzusunda  aldanılması 

imkansızdır, çünki alış və ya satış qiyməti rəsmən bəllidir. 



 

 

72



Listinqdən keçmiş maliyyə səhmləri investorlar üçün əmanətli investisiya 

alətləridir. 



Birja iqtisadi barometr kimi. Yeni qurulan hər hansı bir birja həmən bir 

çalışma tempi göstərməz, bir müddət özlərini və təmsil etdiyi investisiya sahə-

lərini  xalqa  tanıtmaq  məcburiyyətindədir.  Bu  tanıtma  yavaş-yavaş  gerçəkləş-

dikcə birjaya qarşı xalqda bir güvən yaranmağa başlayır. 

 Fəaliyyətə  keçmə  (manipulation)  artan  bağlılığın  yetərli  bir  səviyyəyə 

çıxması  ilə  birjada  ilk  əməliyyatlar  görülür.  Lakin  bunların  miqdarı  azdır, 

birjada  investisiya  qoyanlar  zamanla  qazanclı  çıxdıqlarını  və  investisiyaların 

uzun müddətdə digər alətlərdən daha verimli olduğunu gördükcə yatırımlarını 

artırırlar. Buna paralel olaraq qiymətlər yüksəlməyə başlayır. Qiymətlərin yük-

səlməsilə isə hər kəs qazanır. Tələb bir az daha artır. Birjada mənfəət əldə edil-

diyini görən və duyan hər kəs birjaya can atır. 

Çaxnaşmanın  başlaması  ilə  öncə  qiymətlər  sürətlə  aşağı  düşür.  Daha 

sonra, alıcı olmadığı üçün iş həcmi də azalır. Azalma nə qədər davam edir? 

Qiymət və iş həcmindəki azalma başlanğıc nöqtəyə qədər azalmaz və bu 

nöqtədən az və ya çox ola bilər. Həmin nöqtədə bazarda qiymətlər sabitləşirmi? 

Təbiidir ki, yox. Xatırladılan on kritik nöqtədə dartışma başlayır və satıcılar artıq 

satmaqdan  əl  çəkirlər.  Beləliklə,  yeni bir təklif-tələb tarazlıgı meydana  çıxır və 

qiymətlər sabitləşir. Bazar bu təcrübədən zərər çəkir. Artıq səhmlərin sonsuzadək 

yüksəlməyəcəyi və düşərkən də sıfıra qədər enməyəcəyi öyrənilmişdir.  

Birjalar  yalnız  iqtisadi  həyatı  deyil,  bütün  sosial  siyasətin  barometridir. 

qtisadi olaylar, faktorlar və göstəricilər qədər, hətta onlardan daha çox sosial-

siyasət və sosial-psixoloji dəyişmələr birjaya təsir edir. 

 Kotirovka.  Fond  birjalarının  əsas  funksiyalarından  biri  onun  üzvləri 

olan  hüquqi  və  fiziki  şəxslərin  kotirovkaya  qəbul  edilmiş  qiymətli  kağızların 

kursu haqqında informasiyanın verilməsidir. Kotirovka sözü fransız sözü olub 

və mənası nömrələmək, irəli sürmək deməkdir. 

Hər  bir  fond  birjası  öz  nizamnaməsinə  uyğun  olaraq  kotirovka  komis-

siyasını yaradır və onun əsas funksiyaları aşağıdakılardır: 

1. qiymətli kağızların kursunu müəyyən etmək; 

2. kotirovka ediləcək qiymətli kağız üçün birja qiymət bülletenlərinin çap 

edilməsi; 

3. keçən birja ticarət gününün nəticəsi barədə informasiyanın təqdim edil-

məsi; 

4.  birja  şurası  və  rəhbərliyinə  qiymətli  kağızın  kotirovka  vərəqəsindən 



kənarlaşdırılması təklifinin təqdim edilməsi; 

5. qiymətli kağızların və onların emitentlərinin reytinqinin həyata keçiril-

məsi.  

Kotirovka komissiyasının tərkib hissəsi aşağıdakı kimidir: 



1. komissiyanın sədri bir il müddətinə seçilir; 

2. komissiya sədrinin müavini; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə