Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə40/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   36   37   38   39   40   41   42   43   ...   230

 

 

81



yələşdirmə  prinsiplərilə  işləməyə  çalışan  yeganə  bank  idi,  lakin  2006-cı  ilin 

dekabr  ayında  RF  MB  bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  lisenziyanı 

ondan  geri  almışdır.  30  sentyabr  2006-cı  il  tarixinə  Badr-Forte  bankının 

aktivləri  cəmi  703,4  milyon  dollar  (bütün  bank  sistemi  aktivlərinin  0,006%) 

təşkil  etmişdir  və  o,  Rusiya  bank  sistemində  aktivlərin  həcminə  görə  596-cı 

yerdə idi. Eyni zamanda bankın şəxsi kapitalı 517,1 milyon rubl təşkil edirdi. 

Aktivlərin  böyük  hissəsini  qeyri-bank  sektoruna  verilən  kreditlər  (77%), 

öhdəliklərin  böyük  hissəsini  isə  qeyri-bank  sektorunun  hüquqi  şəxslərin 

hesablaşma hesabları və depozitləri şəklində vəsaitləri (71%) təşkil edirdi.  

Rusiya Bankının Xarici və ictimai əlaqələr departamentinin məlumatına 

görə lisenziya bank tərəfindən bank fəaliyyətini tənzimləyən federal qanunların, 

həmçinin  Rusiya  Bankının  normativ  aktlarının  yerinə  yetirilməməsi  və 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  gəlirlərin  leqallaşdırılmasına  (yuyulmasına)  və 

terrorizmin  maliyyələşdirilməsinə  əks  təsir  haqqında”  qanunla  nəzərdə 

tutulmuş tələblərin pozulması ilə əlaqədar geri götürülmüşdür. Rusiyada islam 

maliyyə institutlarının xüsusi marağı Tatarıstana yönəlib. 21 iyun 2006-cı ildə 

Tatarıstan Respublikası Ticarət və Xarici  qtisadi Əməkdaşlıq Nazirliyi,  slam 

maliyyəsi üzrə Beynəlxalq Təhsil Mərkəzi (Malayziya) və “Linova” investisiya 

maliyyə  şirkəti  arasında  Tatarıstanda  islam  prinsiplərilə  fəaliyyət  göstərə 

biləcək  maliyyə  institutlarının  –  bank  və  sığorta  şirkətlərinin  yaradılması 

niyyətləri haqqında protokol imzalanmışdır. Tatarıstanın paytaxtında, həmçinin 

Qazaxıstanın “BTA Kazan” bankının filialı fəaliyyət göstərir, lakin lazımi qa-

nunvericiliyin  olmaması  ilə  əlaqədar  olaraq,  o,  lazımi  islam  maliyyə  xid-

mətlərini göstərmir.  



Azərbaycan.  Azərbaycan  iqtisadiyyatında  köklü  dəyişikliklər  davam 

edir: makro və mikro iqtisadi idarəetmə sistemlərindən tutmuş müasir maliyyə-

kredit siyasətinin bütün aspektlərinədək dərin və zəruri islahatlar baş vermişdir. 

Azərbaycan  Respublikasının  müasir  bank  sistemi  və  onun  idarəedilməsi,bank 

resurslarının təşkili və istifadəsi,bank menecmenti və marketinqi kimi məsələlər 

bugünkü günümüzdə xüsusi aktuallıq kəsb edir. 

Azərbaycan  müxtəlif  investisiya  layihələrinin  həyata  keçirilməsi  üçün 

kreditlər verən  slam  nkişaf Korporasiyasının üzvüdür.  lk bu cür layihələrdən 

biri  Azərbaycan  Beynəlxalq  Bankı  tərəfindən  2003-2004-cü  illərdə  həyata 

keçirilmişdir. Layihənin maliyyələşdirilməsi üçün mənbə  slam  nkişaf Korpo-

rasiyasının  Azərbaycan  Beynəlxalq  Bankı  üçün  açdığı  4,5  milyon  dollar 

məbləğində  kredit  xətti  olmuşdur.  1989-cu  ildə  təsis  edilmiş  “Kövsər  Bank” 

(2003-cü  ildən  bank  slam  Bankları  Assosiasiyasının,  o  cümlədən  islam  ma-

liyyə  institutlarının  əməliyyatlarının  uçotu  və  auditi  üzrə  Təşkilatların  üzvü) 

Azərbaycanda  şəriət  qaydalarına  uyğun  fəaliyyət  göstərən  yeganə  kredit 

təşkilatı  idi.  ranın  özündə  şəriət  qaydaları  ilə  işləyən  “Melli”  ran  bankının 

Azərbaycanda filialı fəaliyyət göstərir.  



 

 

82



Azərbaycanda hal-hazırda  slam bankçılığının müştəri seqmenti mövcud-

dur və ilk növbədə aşağıdakı amillərə bağlıdır: Azərbaycan əhalisinin əksəriyyəti 

müsəlmandır;  Azərbaycanda  investisiyayönümlü  sahələr  çoxdur  və  bu  nədənlə 

Azərbaycanda  slam bankçılığının inkişafı üçün çox böyük imkanlar var. 

Bundan  başqa  slam  nkişaf  Bankı  islam  münasibətləri  prinsipi  çərçi-

vəsində  Azərbaycan  kommersiya  banklarına  öz  dəstəyini  davam  etdirir. 

Azərbaycan  Beynəlxalq  Bankı  islam  prinsipləri  çərçivəsində  slam  nkişaf 

Bankı  ilə  artıq  bir  çox  layihələrdə  fəal  əməkdaşlıq  edir.  Xatırladaq  ki,  hələ 

2011-ci  ildə  Beynəlxalq  Bankda  islam  bank  məhsul  və  xidmətlərinin  tətbiqi 

üzrə  müvafiq  konsepsiya  qəbul  olunub.  Həmçinin  bank  islam  bankçılığının 

tətbiqi  çərçivəsində  2009-cu  ildə  " slam  pəncərə"  bölməsinin  açılmasına  dair 

xüsusi  işçi  qrupu  yaradıb.  Elə  o  vaxt  da  məlum  olmuşdu  ki,  konsepsiya  çər-

çivəsində  qüvvədə  olan  qanunvericilik  əsasında  işlərin  başlanması  və 

qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlanıb. Artıq 

Beynəlxalq  Bankın  islam  bank  işi  sahəsində  ixtisaslaşan  yeni  strukturu 

fəaliyyət göstərir.  

Hazırda  bankın  islam  bankcılığı  çərçivəsində  tətbiq  etdiyi  maliyyə 

alətlərinə "Murabaha", "2 pilləli Murabaha" və " jarə"ni aid etmək olar. 

Nəzərə alsaq ki, Azərbaycanda həm vətəndaşların, həm də bankların ənə-

nəvi formada hissəli ödənişlərlə bağlı praktiki vərdişləri və təcrübələri var, onda 

zənnimcə  ilkin  olaraq  xüsusilə  Murabaha  və  jara  maliyyələşmə  üsullarının 

tətbiqi Azərbaycan bazarı üçün münasib olardı.  

Ancaq,  AR  Banklar  haqqında  qanunun  33-cü  maddəsinə  görə,  bank 

ticarətlə məşğul ola bilməz. Amma islam bankçılığının fəlsəfəsi budur ki, bank 

öz müştərisi ilə riskləri və gəlirləri bölüşür.  

  



Dünya üzrə ən iri islam bankları 

 

Adı 

Ölkə 

Aktivlərin həcmi , 

ABŞ mln.dol. 

Ar-Rajhi  Banking  &  Investment 

Corporation 

Səudiyyə Ərəbistanı 

7711 

slamic Development Bank 



Səudiyyə Ərəbistanı 

5054 


Kuwait Finance House (KSC) 

Küveyt 


4273 

Muslim Kommersial Bank 

Pakistan 

3206 


Faisal Islamic Bank of Egypt 

Misir 


1572 

Allied Bank of Pakistan 

Pakistan 

1541 


Dubai Islamic Bank 

BƏƏ 


1492 

Bank  slam Malaysia 

Malayziya 

1143 


Qatar Islamic bank 

Qətər 


876 

Jordan  Islamic  bank  of  Finance  & 

Investment 

ordaniya 

795 

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə