Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə41/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   37   38   39   40   41   42   43   44   ...   230

 

 

83



II FƏS L. BANK S STEM  

 

 

2.1. Azərbaycanın bank sistemi haqqında icmal məlumat 

 

Banklar  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  (4  mart 

2005-ci  il,  6  mart  2007-ci  il,  17  aprel  2007-ci  il,  19  oktyabr  2007-ci  il,  2 

oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla 

qəbul edilmiş dəyişikliklər və əlavələrlə) 2.1. maddəsində deyilir: Azərbaycan 

Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından 

və  kredit  təşkilatlarından  ibarətdir.  Azərbaycan  Respublikasında  kredit 

təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  «Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  haqqında»  və  «Kredit  ttifaqları  haqqında»  Azərbaycan 

Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq, qəbul edilmiş 

normativ  aktları,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktları, 

habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

tənzimlənir. 

Bank sisteminin sabit, normal iş şəraitini təmin edən amillərdən biri qa-

nunvericilikdir. Bank qınunvericiliyi bu sistemin zəruri bir hissəsidir.  

Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə 

bütün  banklar,  bank  olmayan  kredit  təşkilatları,  habelə  digər  şəxslər  üçün 

məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. 

Mərkəzi  Bank  Azərbaycan  dövlətinin  bankıdır.  Mərkəzi  Bank  Azər-

baycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. 

Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları 

dövlət  hakimiyyəti  və  bələdiyyə  orqanlarından  asılı  deyildir  və  onlar  kredit 

təşkilatlarının fəaliyyətinə qarışa bilməz. 

Kredit  təşkilatları  qanunla  onların  fəaliyyət  növlərinə  aid  edilməyən 

fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz. 

Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən,  kredit  təşkilatları 

dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təş-

kilatlarının fəaliyyətinə qarışa bilməz. 

Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik  götürdüyü  hallardan 

başqa,  bütün  digər  hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit 

təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır. Banklar haqqında Azərbay-

can Respublikasının Qanunu  Azərbaycanda bank sisteminin hüquqi bazasının 

beynəlxalq  standartlara  tam  uyğunlaşdırılması,  iqtisadiyyatda  bank  xidmətlə-

rinin rolunun  artırılması,  bank əmanətçilərinin və  kreditorlarının müdafiəsinin 

gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin 

təmin  edilməsi  məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi,  fəaliyyətinin 

tənzimlənməsi  və  ləğv  edilməsi  prinsiplərini,  qaydalarını  və  normalarını 




 

 

84



müəyyən edir. “Banklar haqqında” yeni Qanun beynəlxalq standartlara, o cüm-

lədən bank nəzarəti üzrə Bazel prinsiplərinə tam uyğun olmaqla ölkənin bank 

sisteminin  etibarlılığının  artırılması  istiqamətində  əsaslı  islahatların  aparıl-

masına təkan vermiş, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli 

qorunmasına zəmin yaratmışdır. Bank qanunvericiliyi tarixində ilk dəfə olaraq 

inzibatçıların  mənəvi  keyfiyyətləri  ilə  bağlı  tələblər  önə  çəkilmişdir.  Bu  da 

inzibatçıların  “məqbul  və  lazımi  keyfiyyətlərə  malik  şəxs”  və  “vətəndaş 

qüsursuzluğu” göstəricilərinə malik olmasını və bank sistemi üçün daha layiqli 

namizədlərin seçilməsini şərtləndirir. 

Bank  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan 

vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini, 

habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını 

məcmu halda həyata keçirən hüquqi şəxsdir. 

Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu  Azərbaycan  Respublikasında  hüquqi  və  fiziki  şəxslərin  maliyyə  re-

surslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən 

istifadəsi  üçün  əlverişli  şəraitin  yaradılması  məqsədilə  bank  olmayan  kredit 

təşkilatlarının  təsis  edilməsi,  idarə  olunması  və  fəaliyyətinin  tənzimlənməsi 

qaydalarını müəyyən edir. 

Bank olmayan kredit təşkilatı xüsusi razılıq əsasında kreditlərin verilməsi 

və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qa-

nununda nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış 

kredit təşkilatıdır. 

Azərbaycan Respublikasının ərazisində banklar və bank  olmayan kredit 

təşkilatları  bank  fəaliyyətini Mərkəzi  Bankın  verdiyi xüsusi  razılıq  (lisenziya) 

ə

sasında  həyata  keçirilə  bilər.  Depozit  əməliyyatları  yalnız  banklar  və  poçt 



rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər. 

Bank  ən  azı  üç  hüquqi  və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar  cə-

miyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər 

qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı 

səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola 

bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nis-

bətən  hər  hansı  əlavə  üstünlüklərə  malik  ola  bilməz  və  ya  hər  hansı  əlavə 

vəzifələr daşıya bilməzlər. 

Banklar  məcmu  kapitalını  və  likvid  ehtiyatlarını  daimi  olaraq  müəyyən 

olunmuş  səviyyədə  saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol 

verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, 

mühasibat  sənədlərini  və  digər  zəruri  sənədləri  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini for-

malaşdırmalı və tətbiq etməli, zərərin əmələ  gəlməsi riskini maksimal şəkildə 

azaltmaq  məqsədi  ilə  aktivlərin  diversifikasiyasını  (bölüşdürülməsini)  təmin 

etməlidirlər. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə