Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə42/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   38   39   40   41   42   43   44   45   ...   230

 

 

85



Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan 

başqa,  bütün  digər  hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit 

təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır. 

1991-ci il 18 oktyabr tarixdə Azərbaycan öz dövlət müstəqilliyini bərpa 

etdi.  Maraqlıdır  ki,  müstəqil  Azərbaycan  Respublikasının  bank  sisteminin,  o 

cümlədən Milli Bankın yaradılması üçün hüquqi baza bundan bir qədər əvvəl 

formalaşmışdır. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin 

ə

sasları  haqqında”  Azərbaycan  Respublikasının  1991-ci  il  25  may  tarixli 



Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü mad-

dəsi bütövlükdə məhz bu məsələləri əhatə edirdi. Azərbaycanda müstəqil bank 

sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə 

yanaşı  həmin  maddə  Milli  Bankın  da  statusunu  və  səlahiyyətlərini  müəyyən 

etmişdir.  Belə  ki,  Milli  Bank  kredit,  pul  tədavülü,  hesablaşmalar  və  valyuta 

münasibətləri sahəsində dövlət siyasətini  yeridən, bütövlükdə  bank sisteminin 

fəaliyyətini  tənzimləyən  və  ehtiyat  bank  funksiyalarını  icra  edən  ali  emissiya 

idarəsi elan edilmişdir. 

Bununla  belə  həmin  dövrdə  Milli  Bank  hələlik  yaradılmamışdı.  Eyni 

zamanda  “Respublikanın  iqtisadi  və  ictimai-siyasi  həyatını  sabitləşdirmək 

sahəsində  əlavə  tədbirlər  haqqında”  Azərbaycan  Respublikasının  1991-ci  il  8 

oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mər-

kəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanları  ilə  müəyyən  olunurdu.  Məhz  “Azər-

baycan  Respublikası  Milli  Bankının  yaradılması  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Azərbaycan 

Respublikasının  Milli  Bankı  yaradılmışdır.  Fərman  fevralın  12-də  qüvvəyə 

minmişdir. 

Artıq 1992-ci il 7 avqust tarixli “Azərbaycan Respublikasında banklar və 

bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı “Azər-

baycan  Respublikasının  Milli  Bankı  haqqında”  Qanun  da  qəbul  olunmuşdur. 

Həmin ayın 15-də Azərbaycan Respublikasının milli valyutası – manat tədavü-

lə  buraxılmışdır  (rublla  bərabər).  1992-ci  il  1  dekabr  tarixdə  isə  Azərbaycan 

Respublikasının  Milli  Məclisi  “Azərbaycan  Respublikasının  Milli  Bankının 

Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul etmişdir. Bank işi üçün 

ə

həmiyyətli dərəcədə  vacib olan  bu  qanunvericilik aktları milli bank hüququ-



nun təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğun-

laşmasına şərait yaratmışdır. Sözügedən aktlarda Milli Bank tədavülə pul nişan-

ları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yeti-

rən dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Milli Ban-

ka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir. 

1994-cü  il  yanvarın  1-dən  manat  ölkənin  yeganə  ödəniş  vasitəsi  elan 

olundu.  1995-ci  il  12  noyabr  tarixdə  keçirilən  referendumda  qəbul  olunmuş 

müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyasının  19-cu  maddəsinin 




 

 

86



II bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması 

hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni 

zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması 

da təsbit edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət 

quruculuğu  sahəsində  keyfiyyətcə  yeni  mərhələnin  başlanmasından  xəbər 

verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi 

sahəsində də yeniliklər zəruri idi. 

Buna  görə  də  1996-cı  il  10  iyun  tarixdə  “Azərbaycan  Respublikasının 

Milli  Bankı  haqqında”,  14  iyun  tarixdə  isə  “Azərbaycan  Respublikasında 

banklar və bank fəaliyyəti haqqında” Qanunlar  yeni redaksiyada qəbul edildi. 

Yeni  bank  qanunları  respublikanın  bank  sisteminin  qabaqcıl  dünya  bank 

təcrübəsinə yaxınlaşmasına, kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. 

Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  26  dekabr  tarixli 

Fərmanı  ilə  verilən  tapşırıq  əsasında  2002-2004-cü  illər  ərzində  hazırlanan 

“Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”  və  “Banklar  haqqında” 

Azərbaycan Respublikasının qanunları 2004-cü ildə qəbul edilib qüvvəyə min-

mişdr. Yeni qanunların hazırlanması prosesində keçmiş nəsil qanunların üstün 

cəhətlərinin  saxlanılması  ilə  yanaşı,  həm  də  müasir  dövrün  tələbləri  nəzərə 

alınmışdır. 

“Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”  Qanun  10  dekabr 

2004-cü ildə qəbul edilmiş və 22 dekabr 2004-cü ildə qüvvəyə minmişdir. 12 

fəsil,  66  maddədən  ibarət  olan  yeni  qanun  Milli  Bankın  hüquqi  vəziyyətini, 

onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha 

dəqiq müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının 

artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur. 

Yeni  qanun  Milli  Bankın  bütün  funksional  sahələri  üzrə  fəaliyyətinin 

daha  səmərəli  və  effektiv  həyata  keçirilməsi  üçün  imkan  yaratmışdır.  Pul  və 

valyuta siyasətinin müəyyənləşdirilməsi  və həyata keçirilməsi, ölkənin ödəniş 

sisteminin  tənzimlənməsi  və  inkişafı,  bank  nəzarətinin  həyata  keçirilməsi, 

dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi – 

bunlar Milli Bankın mühüm funksiyalarından yalnız bir hissəsidir. 

 “Azərbaycan Respublikasının  Konstitusiyasına əlavələr və dəyişikliklər 

edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Re-

ferendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respubli-

kası  Milli  Bankı”  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı”  adlandı-

rılmışdır. 

Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Milli Bankı haq-

qında” Qanuna və digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər 

edilmişdir. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  (AMB)  ödəniş  sis-

temləri  sahəsində  fəaliyyəti  onun  struktur  bölməsi  olan  Ödəniş  sistemləri  və 

hesablaşmalar  departamenti  tərəfindən  həyata  keçirilir.  Ödəniş  sistemləri  və 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə