Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə43/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   39   40   41   42   43   44   45   46   ...   230

 

 

87



hesablaşmalar  departamentinin  missiyası  müasir  standartlara  cavab  verən 

elektron ödəniş sistemlərinin yaradılması, onların sabit və fasiləsiz istismarının 

təşkil  edilməsi,  beynəlxalq  aləmdə  bu  istiqamətdə  baş  verən  meyillər  nəzərə 

alınmaqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsidir. 

AMB  tərəfindən  beynəlxalq  təcrübə  əsasında  beynəlxalq  maliyyə 

qurumlarının texniki yardımı və maliyyə köməyindən istifadə edilməklə son on 

il ərzində Milli  Ödəniş Sisteminin  yaradılması  və inkişafı istiqamətində  geniş 

islahatlar aparılmışdır. 

1998-ci  ildə  Milli  Ödəniş  Şurasında  Milli  Ödəniş  Sisteminin  yaradıl-

masının konseptual əsasları və strategiyası hazırlanmışdır. 

2001-ci  ilin  əvvəllərində  Milli  Ödəniş  Sisteminin  arxitekturasının 

ə

sasını  təşkil  edən  Real  Vaxt  Rejimində  Banklararası  Hesablaşmalar  Sistemi 



yaradılaraq  istifadəyə  verilmişdir.  AZ PS  sisteminin  istismara  verilməsi  nə-

ticəsində banklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata 

keçirilməsinə,  pul  dövriyyəsinin  sürətinin  nəzərəçarpacaq  dərəcədə  artmasına, 

banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yaranmışdır. 

2002-ci ilin sonlarından etibarən Milli Telekommunikasiya Şəbəkəsinin 

bazasında Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan 

Xırda  Ödənişlər  üzrə  Hesablaşma  Klirinq  Sistemi  yaradılaraq  istifadəyə 

verilmişdir.  Beləliklə,  kiçik  həcmli,  lakin  daim  təkrarlanan  xırda  ödənişlərin 

(əməkhaqqı,  sosial  müdafiə  ödənişləri,  telefon,  qaz,  su,  elektrik  enerjisi  üzrə 

kommunal  ödənişlər  və  s.)  elektron  daşıyıcılar  əsasında  həyata  keçirilməsinə, 

eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəs-

sisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn, vergi, gömrük və sosial 

müdafiə ödənişləri) aparan hökumət qurumlarının Milli Ödəniş Sisteminin in-

frastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı. 

AZ PS və XÖHKS sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı 

fəaliyyətini  təmin  etmək  məqsədilə  onların  Sumqayıt  Ehtiyat  Mərkəzində 

ehtiyat surətləri yaradılmışdır. Sistemlərin əsas və ehtiyat mərkəzlərdə yerləşən 

serverləri arasında real vaxt rejimində informasiya mübadiləsi təşkil edilmişdir. 

Ödəniş  sistemləri  sahəsində  aparılan  islahatların  əhatə  dairəsinin 

genişləndirilməsi  və  regionlara  istiqamətləndirilməsi,  yaradılmış  Milli  Ödəniş 

Sisteminin imkanlarından daha aktiv istifadə olunması, bütün ölkə üzrə vahid 

elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xid-

mətlərinə çıxış imkanlarının daha da artırılıması zərurətini nəzərə alaraq, Azər-

baycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli Fərmanı ilə Azər-

baycan  Respublikasında  Milli  Ödəniş  Sisteminin  nkişafı  üzrə  2005-2007-ci 

illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. 

Dövlət Proqramına uyğun olaraq ölkədə kart ödənişlərinin daha da in-

kişaf  etdirilməsi  və  Milli  Ödəniş  Sisteminin  arxitekturasının  tamamlanması 

üçün  yeni  infrastrukturun  –  “MilliKart”  Prosessinq  Mərkəzi  yaradılaraq 



 

 

88



respublikada  fəaliyyət  göstərən  18  bankın  idarəçiliyinə  və  istifadəsinə 

verilmişdi. 

Kommunal  xidməti  müəssisələrinin  daxili  informasiya  sistemlərinin 

beynəlxalq  standartlar  əsasında  təkmilləşdirilməsi  və  ödəniş  sistemləri  infra-

strukturuna texnoloji inteqrasiyasının tamamlanmasının icrası ilə əlaqədar ola-

raq kommunal xidməti haqlarının yığımı üzrə Kütləvi Ödənişlər üzrə Mərkəz-

ləşdirilmiş  nformasiya  Sisteminin  yaradılaraq  2008-ci  ilin  11  iyul  tarixindən 

etibarən istismara verilmişdir. Sistem vasitəsilə KÖM S-ə qoşulmuş kommunal 

xidməti  müəssisələri  üzrə  ödənişləri  həm  nağd,  həm  də  bankomatlarda  və 

KÖM S-in internet xidmətindən (www.apus.az) istifadə etməklə ödəniş kartları 

vasitəsilə həyata keçirmək mümkündür. 

2011-ci ilin 8 avqust tarixindən etibarən KÖM S vasitəsilə yol hərəkəti 

qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələr 

haqqında məlumat almaq və ödəniş aparmaq mümkündür. 

Dövlət  büdcəsinə  ödəniləcək  vəsaitlərin  vahid  platforma  üzərindən 

qəbul  edilməsinin  təmin  edilməsi  məqsədilə  KÖM S-in  texniki  və  funksional 

imkanlarının  genişləndirilərək  “Hökumət  Ödəniş  Portal”ı  yaradılmışdır. 

Vergilər  və  Maliyyə  nazirliklərinin  aktiv  iştirakı  ilə  bu  qurumlar  tərəfindən 

toplanılması təmin edilən vergi və tədiyyə növlərinin 90 iqtisadi təsnifat kodu 

üzrə  ödənişlərinin  “Hökumət  Ödəniş  Portalı”  vasitəsilə  toplanması  təmin 

edilmişdir. Yaradılmış imkan nəticəsində 11 aprel 2012-ci il tarixdən etibarən 

vergi  ödəyiciləri  KÖM S-in  ödəniş  məntəqələrində  və  eyni  zamanda  internet 

səhifəsində  (www.apus.az),  həmçinin  Vergilər  Nazirliyinin  nternet  Vergi 

darəsi  portalında  ödəniş  kartları  vasitəsilə  vergi  və  tədiyyə  növləri  üzrə 

ödənişlərini apara bilərlər. Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya 

sisteminin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunması üzrə işlər uğurla 

yekunlaşdırılmışdır.  nteqrasiya  nəticəsində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan  fiziki  şəxslər,  torpaq  pay  mülkiyyətçiləri  və  digər  sığorta  edənlərin  ödə-

nişlərinin  “Hökumət  Ödəniş  Portalı”nın  infrastruktur  imkanlarından  istifadə 

edilməklə qəbul edilməsi imkanı yaradılmışdır. Digər dövlət qurumlarının da-

xili  informasiya  sistemlərinin  “Hökumət  Ödəniş  Portalı”na  inteqrasiyası 

istiqamətində işlər görülür. 

Respublikasında  əhalinin  yaşayış  şəraitini  yaxşılaşdırmaq,  mənzil 

tikintisinin  səmərəli  maliyyələşdirmə  mexanizmini  yaratmaq,  bu  sahədə  for-

malaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və 

ipoteka  kreditləşməsinə  yerli  və  xarici  investorları  cəlb  etmək  məqsədi 

ilə "Azərbaycan  Respublikasında  ipoteka  kreditləri  sisteminin  yaradılması 

haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 

299  nömrəli  Fərmanına  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı nəzdində  Azərbaycan  poteka  Fondu  yaradılmışdır. 2005-ci il dekabrın 

22-də  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  "Azərbaycan 

Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan  poteka Fondu haqqında 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə