Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə44/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   40   41   42   43   44   45   46   47   ...   230

 

 

89



Ə

sasnamə"  təsdiq  edilmişdir.  Azərbaycan  poteka  Fondu  dövlət  təsisatıdır, 

hüquqi şəxsdir. Azərbaycan  poteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin 

verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsi Azərbaycan 

Respublikası  Mərkəzi  Bankı  tərəfindən  seçilmiş  müvəkkil  kredit  təşkilatları 

tərəfindən həyata keçirilir. 

Azərbaycan  poteka Fondunun əsas funksiyaları aşağıdakılardır: 

1. Müvəkkil  kredit  təşkilatları  tərəfindən  verilmiş  ipoteka  kreditlərini 

yenidən maliyyələşdirir; 

2. Yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən 

edir; 

3. Maliyyə  vəsaitlərinin  cəlb  olunması  məqsədilə  ipoteka  ilə  təmin 



olunmuş qiymətli kağızlar emissiya edir; 

4. Öz fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə 

risklərini idarə edir; 

5. poteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması və Fonda 

ucuz maliyyə resurslarının cəlb olunması məqsədilə öz səlahiyyətləri daxilində 

tədbirlər görür. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə  Mo-

nitorinqi Xidməti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral 

tarixli  66  nömrəli  Fərmanı  ilə  yaradılmışdır.  Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  yanında  Maliyyə  Monitorinqi  Xidməti  Azərbaycan  Respub-

likasında  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının  alınması 

sahəsində  qanunvericiliklə  və  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə» ilə müəyyən edil-

miş səlahiyyətləri həyata keçirən dövlət orqanıdır. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə 

Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

ə

mlakın  leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının 



alınması sahəsində dövlət siyasətini həyata keçirir, bu sahədə nəzarət sistemini 

təkmilləşdirir və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir. 

Azərbaycan Respublikasının Mərkəzi Bankı  yanında Maliyyə Monito-

rinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının  alınması 

sahəsində  fəaliyyəti  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə  hesabat 

verir. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə  Mo-



nitorinqi Xidmətinin funksiyaları: 

• 

cinayət  yolu ilə  əldə  edilmiş pul  vəsaitlərinin və  ya digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sa-

həsində  müvafiq  məlumatları  toplayır,  təhlil  edir,  aparılmış  təhlil  nəticəsində 




 

 

90



həyata  keçirilən  əməliyyatda  cinayətin  əlamətlərini  müəyyən  etdikdə  mə-

lumatları aidiyyəti dövlət orqanlarına göndərir; 

• 

cinayət  yolu ilə  əldə  edilmiş pul  vəsaitlərinin və  ya digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

sahəsində normativ tənzimləməni həyata keçirir; 

• 

cinayət  yolu ilə  əldə  edilmiş pul  vəsaitlərinin və  ya digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sa-

həsində nəzarət funksiyalarını həyata keçirir; 

• 

cinayət  yolu ilə  əldə  edilmiş pul  vəsaitlərinin və  ya digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sa-

həsində vahid informasiya sisteminin tətbiqini təmin edir; 

• 

cinayət  yolu ilə  əldə  edilmiş pul  vəsaitlərinin və  ya digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrini təmin edir. 

 Mərkəzləşdirilmiş  Kredit  Reyestri  Xidməti.  Mərkəzləşdirilmiş  Kredit 

Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılmışdır. MKR-də ölkənin 

bank  sektorunda  kredit  öhdəliyi  olan  fiziki  və  hüquqi  şəxslərin  məbləğindən 

asılı  olmayaraq  bütün  kreditlər  haqqında  məlumatlar  toplanılır.  Bu  məlumat-

lardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız 

banklara,  bank  olmayan  kredit  təşkilatlarına  (BOKT),  habelə  haqqında 

məlumat toplanmış şəxslərə məxsusdur. 

MKR bankların  və  “Bank olmayan kredit təşkilatları  haqqında”  Azər-

baycan  Respublikasının  Qanununa  əsasən  fəaliyyət  göstərən  bank  olmayan 

kredit  təşkilatlarının  cari  və  potensial  borcalanlarının  ödəmə  qabiliyyəti  haq-

qında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun 

qorunmasını  təşviq  etmək,  habelə  bankların  və  BOKT-lərin  kredit  risklərini 

azaltmaq məqsədi daşıyır. 

 “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  35.4-cü 

maddəsinə uyğun olaraq MKR-in iş rejimi, o cümlədən məlumatların xarakteri, 

verilməsi  və  alınması  qaydaları  və  şərtləri  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankı  darə Heyətinin 11 mart 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mər-

kəzləşdirilmiş  kredit  reyestrinin  aparılması  və  istifadəsi  haqqında  Qaydalar”-ı 

ilə tənzimlənir. 

Reyestrdə  borcalanların  həm  aktiv,  həm  də  tam  ödənilmiş  kreditləri 

haqqında  məlumatlar  saxlanılır.  Məlumatların  tərkibi  borcalanın  eyniləşdirmə 

məlumatları, kredit və kreditin təminatı haqqında məlumatlardan ibarətdir. Re-

yestrdə məlumatlar ayda bir dəfə hər ayın ilk 4 (dörd) iş günü ərzində yenilənir. 

Yeni verilmiş kreditlər isə 2 (iki) iş günü ərzində MKR-ə göndərilir. 

Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini 

təmin  etməlidirlər.  Hər  bir  şəxsin  onun  haqqında  toplanmış  məlumatlardakı 

qeyri-dəqiq  məlumatlardan  şikayət  etmək  hüququ  vardır.  Borcalanlar  şika-

yətləri  yazılı  formada  bilavasitə  Mərkəzi  Banka  təqdim  edirlər.  Şikayətçi  öz 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə