Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə45/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   41   42   43   44   45   46   47   48   ...   230

 

 

91



ş

ikayət ərizəsində onun fikrincə düzgün olan kredit öhdəliyini və ya şikayətin 

digər  səbəbini  dəqiq  göstərməlidir.  Fiziki  və  hüquqi  şəxslərin  şikayətlərinə 

Mərkəzi  Bank  tərəfindən  baxılır  və  araşdırılma  tələb  olunduqda  şikayət 

məlumat təchizatçısına göndərilərək şikayətin araşdırılması tələb edilir. Şikayət 

ə

saslı  olduqda  bank  və  ya  BOKT  həmin  şəxsin  kredit  məlumatlarında  dərhal 



müvafiq  dəyişiklik  aparır,  şikayət  əsassız  olduqda  isə  bu  barədə  MKR-ə 

ə

saslandırılmış cavab verir. 



MKR-də  borcalanlar  haqqında  toplanan  və  əldə  edilən  məlumatlara 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  “Banklar  haqqında”  Azər-

baycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilən  bank  sirri  rejimi  tətbiq 

edilir.  MKR-ə  sorğular  banklar  və  BOKT-lər  tərəfindən  cari  borcalanları 

haqqında sorğu edilən şəxsin razılığı tələb olunmadan, potensial borcalanları və 

zaminləri  haqqında  isə  yalnız  barəsində  sorğu  edilən  şəxsin  (şəxslərin) 

imzaladığı yazılı razılıq əsasında edilir. 

Ə

manətlərin  sığortalanması  haqqında  Azərbaycan  Respublikasının 



Qanunu  29  Dekabr  2006-cı  ildə  ölkə  parlamenti  tərəfindən  qəbul  edilmiş  və 

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2007 ci il tarixli Fərmanına 

ə

sasən  Əmanətlərin  Sığortalanması  Fondu  yaradılmış,  2007-ci  ilin  12  avqust 



tarixindən  isə  fəaliyyətə  başlamışdır.  Əmanətlərin  Sığortalanması  Fondunun 

yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabi-

liyyətini  itirdikdə  fiziki  şəxslərdən  əmanətə  qəbul  olunmuş  pul  vəsaitinin  iti-

rilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank 

sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 

Fondun  sığorta  ehtiyatları  Fonda  üzv  olan  banklardan  rüblük  olaraq 

yığılan təqvim haqlarının hesabına formalaşdırılır. ƏSF hüquqi şəxsdir, qeyri-

kommersiya  təşkilatıdır  və  öz  əmlakının  mülkiyyətçisidir.  Fond,  üzərində  öz 

adı  olan  möhürə,  habelə  Mərkəzi  Bankda  və  bu  Qanunla  müəyyən  olunmuş 

qaydada  digər  banklarda  hesablara  malikdir.  Fondun  əsas  məqsədi  mənfəət 

götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta 

ehtiyatlarının  artırılmasına  yönəldilir.  Dövlət  və  Mərkəzi  Bank  Fondun 

öhdəlikləri  üzrə,  Fond  isə  dövlətin  və  Mərkəzi  Bankın  öhdəlikləri  üzrə  mə-

suliyyət daşımır. 

Fiziki  şəxslərin  əmanətlərinin  cəlb  edilməsi  üçün  bank  lisenziyasına 

malik  olan  bütün  banklar  və  xarici  bankların  yerli  filialları  Fondun  məcburi 

iştirakçılarıdır.  ştirakçı  bankların  Azərbaycan  Respublikası  ərazisindən  kə-

narda  yerləşən  filiallarındakı  əmanətlər  Fond  tərəfindən  sığorta  olunmur  və 

onlar üzrə kompensasiya ödənilmir. 

Ə

manətlərin  Sığortalanması  Fondunun  bugünə  olan  əsas  hədəfi  üzv 



banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır. 

Fond yarandığı gündən etibarən qorunan əmanətlərə görə faiz dərəcələri 

bir  neçə  dəfə  dəyişdirilmişdir.  1  avqust  2013-cü  il  tarixindən  etibarən  10 

faizdən  çox  olmayan  faizlə  yerləşdirilən  hər  bankdakı  30.000  manata  qədər 




 

 

92



ə

manətlər  sığortalanır.  Kompensasiyanın  maksimum  həddi  30.000  manatdır. 

Ə

manətçilər  əmanətlərin  sığortalanması  üçün  heç  bir  ödəniş  etmir  və  sığorta 



haqları yalnız üzv banklar tərəfindən ödənilir.  

 

2.2. Bank infrastrukturu 

 

Bank  sisteminin  fəaliyyətini  təmin  edən  müəssisələr,  agentliklər  və 

xidmət sahələri Bank infrastrukturuna aiddir. Bank infrastrukturu özündə məlu-

mat,  metodik,  elmi,  kadr  təminatı,  həmçinin  rabitə  vasitələri  və  kommuni-

kasiyanı birləşdirir. 

Bazar  iqtisadiyyatı  şəraitində  banklar  hər  şeydən  əvvəl  ölkə  iqtisadiy-

yatının, onun sahələrinin, həmçinin xidmət göstərdiyi fıziki və hüquqi şəxslərin 

fəaliyyəti barədə geniş və operativ məlumatlara ehtiyac duyurlar. Bu banklara 

müştərilərin  kredit  qabiliyyətliliyi,  iqtisadi  və  işgüzar  bazarın,  əmlakın  idarə 

edilməsi  vəziyyətinin  düzgün  qiymətləndirilməsi  və  müştərilərin  vaxtlı-

vaxtında məlumatlandırılmasını təşkil etmək üçün vacibdir. 

Bazar  iqtisadiyyatında  mövcud  olan  güclü  rəqabət,  baş  verə  biləcək 

iqtisadi  böhran,  müəssisələrin  və  dövlətin  qeyri-sabit  maliyyə  vəziyyəti 

şə

raitində düzgün qərarlar qəbul etməkdən ötrü məlumat təminatı banklar üçün 



günün  tələbinə  çevrilir.  Bunsuz  banklar  hətta  müvəqqəti  maliyyələşmə  fəa-

liyyətini həyata keçirə bilməz, müştərilər üçün lazımi xidmətləri vaxtlı-vaxtında 

keyfiyyətlə icra edə bilməzlər. Eyni zamanda kapital itkisinə yol verə bilərlər.  

Banklar lazım olan məlumatları müxtəlif mənbələrdən - xüsusi agentlik-

lərdən, çoxsaylı məlumat kitablarından, jurnal və operativ nəşrlərdən, mərkəzi 

banklardan  və  s.,  beynəlxalq  aləmdə  baş  verən  mühüm  dəyişikliklər  barədə 

məlumatları isə internet vasitəsilə əldə edə bilər.  

Metodiki təminat bank infrastrukturunun mühüm elementlərindən biridir. 

ndi  bankların  fəaliyyətinə  dair  bütün  lazım  olan  sənədlər  toplusu  Mərkəzi 

Bank  tərəfındən  hazırlanır  və  fəaliyyətə  buraxılır.  Azərbaycan  Mərkəzi  Bank 

strukturunda  Tədqiqatlar  və  nkişaf  Mərkəzi  Makroiqtisadi  və  maliyyə  sa-

bitliyinə  dair  aşağıdakı  modelləri  hazırlamışdır:  Manatın  real  effektiv  valyuta 

məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə uyğunsuzluğunun qiymətləndiril-

məsi;  Manatın  məzənnəsinin  inflyasiyaya  ötürücülük  qabiliyyətinin  qiy-

mətləndirilməsi;  Daşınmaz  əmlak  bazarında  “köpüyün”  proqnozlaşdırılması; 

nflyasiya Dinamik stoxastik ümümi tarazlıq Məcmu buraxılış kəsiri; Pula tələb 

Makro  stress-testləşmə  (hüquqi  və fiziki şəxslər üzrə) və Maliyyə sabitliyinin 

qiymətləndirilməsi məqsədilə istifadə edilən indekslər. 

Bank  ifrastrukturunun  mühüm  elementlərindən  biri  də  elmi  təminatdır. 

O, həm ayrı-ayrı bankları, həm də bütövlükdə bank sistemini əhatə etməlidir.  

Elmin  nailiyyətlərinin  vaxtlı-vaxtında  praktikada  tətbiqinə  şərait  yarat-

maq  üçün  mütləq  kifayət  dərəcədə  yüksək  səviyyəli  təhlil  mərkəzləri  yara-

dılmalıdır. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə