Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə46/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   42   43   44   45   46   47   48   49   ...   230

 

 

93



Kadr  təminatı  bank  infrastrukturunun  ən  vacib  elementidir.  85  ildən 

yuxarı  ölkəmizdə  maliyyə  və  bank  orqanları  üçün  kadrlar  hazırlayan  Azər-

baycan  Dövlət  qtisad  Universitetinin  fəaliyyəti  təqdirəlayiqdir.  Azərbaycan 

Dövlət  qtisad  Universitetində  «Beynəlxalq  valyuta,  kredit  və  maliyyə 

münasibətləri», «Bank işi», «Qiymətli kağızlar bazarı» və bir çox digər fənlər 

tədris  olunur  ki,  son  məqsəd  iqtisadi  sistemlər  üçün  yüksəkixtisaslı  kadr 

hazırlığından ibarətdir. 

Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  subyektlərinin  artması  banklar 

tərəfindən  göstərilən  xidmətlər  çeşidinin  və  həcminin  çoxalmasına  gətirib 

çıxarır. Öz növbəsində bu, bankları keyfıyyətcə yeni, texniki cəhətdən yüksək-

səviyyəli  ödəmələrin  və  hesablaşmaların  sürətli  icrasını  təmin  edən  rabitə  və 

digər texniki vasitələrin əldə edilməsini təmin edir.  

Bank sisteminin sabit, normal iş şəraitini təmin edən amillərdən biri qa-

nunvericilikdir. Bank qınunvericiliyi bu sistemin zəruri bir hissəsidir.  

Hal-hazırda Azərbaycanda bank sisteminin fəaliyyətini tənzimləyən bir 

neçə əsas qanunlar qüvvədədir:  

1)  Banklar  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (4  mart 

2005-ci  il,  6  mart  2007-ci  il,  17  aprel  2007-ci  il,  19  oktyabr  2007-ci  il,  2 

oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla 

qəbul edilmiş dəyişikliklər və əlavələrlə)  

2)  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azərbaycan 

Respublikasının  Qanunu  (17  aprel  2007-ci  il,  9  oktyabr  2007-ci  il,  6  noyabr 

2007-ci il, 26 may 2009-cu il, 19 iyun 2009-cu il və 30 iyun 2009-cu il tarixli 

qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və  əlavələrlə).  Banklar  haqqında  Azər-

baycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 

2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 

iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə);  

3) Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası-

nın Qanunu (25 dekabr 2009-cu il); Əmanətlərin sığortalanması haqqında Azər-

baycan  Respublikasının  Qanunu  (08  may  2009-cu  il  və  30  iyun  2009-cu  il 

tarixli qanunla qəbul edilmiş dəyişikliklər və əlavələrlə);  

4)  Valyuta  tənzimi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  27 

noyabr  2001-ci  il  tarixli,  220-IIQD  nömrəli;  30  aprel  2002-ci  il  tarixli,  317-

IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 17 aprel 2007-ci il 

tarixli, 320-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 507-IIIQD nömrəli; 30 

iyun 2009-cu il tarixli, 856- IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD 

nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə;  

5)  Kredit  ittifaqları  haqqında  Azərbaycan  Respublikasının  qanunu 

(2001-ci il 23 noyabr və 30 sentyabr 2010-cu il tarixli əlavə və dəyişikliklərlə);  

6) Poçt haqqında Azərbaycan Respublikasının Qanunu (1 may 2007-ci 

il, 2 oktyabr 2008-ci il və 30 iyun 2009-cu il tarixli qanunlarla edilmiş əlavə və 

dəyişikliklərlə);  




 

 

94



7)  Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublika-

sının Qanunu 25 dekabr 2009-cu il); 

8) “ poteka haqqında” Azərbaycan Respublikası Qanunu.15 aprel 2005-

ci il; 


9) “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının 

Qanunu 29 dekabr 2006-cı il; 

10) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanunu 25 fevral 2009-cu il.  

Beynəlxalq təcrübə göstərir ki, bank sisteminin səmərəli fəaliyyəti üçün 

bank  birlikləri  və  konsorsiumları,  holdinqləri,  xüsusi  təyinatlı  banklar,  kredit 

kooperasiyaları haqqında qanunlar işlənib hazırlanmalıdır. Həmçinin bankların 

fəaliyyətini  nizamlayan  qanunlar  toplusuna  kredit  işi,  elektron  ödəniş  sistemi, 

bank  sirri,  bankların  iflası  qanunları  da  daxil  edilməlidir.  Maliyyə-kredit 

sistemində  banklarla  bərabər  fəaliyyət  göstərən  digər  maliyyə  institutları-

qiymətli kağızlar və fond birjası, faktorinq və trast şirkərləri, investisiya fondlan 

haqqında qanunlar da az əhəmiyyət kəsb etmir. 

 

2.3. Bank sistemində nəzarət modelləri 

 

Dünyada  bank  sferasına  nəzarətə  və  bu  sferanın  tənzimlənməsinə  ciddi 

ehtiyac  ötən  əsrin  20-30-cu  illərində  baş  vermiş  Böyük  depressiyadan  sonra 

formalaşmağa başlamışdır.  kinci Dünya müharibəsindən sonra bank biznesinin 

beynəlmiləlləşdirilməsi  və  kapitallaşmanın  sürətləndirilməsi  beynəlxalq  bank 

nəzarəti qayda və normalarının formalaşmasını şərtləndirdi. Bununla belə, bank 

sferasında  nəzarət  səlahiyyətləri  hər  bir  ölkədə  qanunvericiliklə  müəyyən 

olunmuş  institusional  formalarda  həyata  keçirilir.  Bu  sistemlərin  müxtəlif 

ölkələr üzrə fərqlərinə baxmayaraq, onların hamısı aşağıdakı əsas məqsədlərin 

həyata keçirilməsinə istiqamətlənib: 

1. Pul və maliyyə sabitliyinin saxlanması. Bu da bankların iflasına yol ve-

rilməməsi  və  aktiv  və  passivlərin  səmərəli  idarə  edilməsinə  yönəldilmiş  bank 

tənzimlənməsi ilə bağlı tədbirlərin görülməsi deməkdir. 

2. Bank sisteminin səmərəliliyinin təmin olunması. Bu isə aktivlərin key-

fiyyətinin  artırılması  və  potensial  risklərin  azaldılması  hesabına  əldə  olunur. 

Bank nəzarətinə həmçinin daxili bank əməliyyatlarının və maliyyə vəziyyətinin 

qiymətləndirilməsi daxildir ki, bu da bankların həyati əhəmiyyətli iqtisadi əmə-

liyyatları  və  institutları  maliyyələşdirmək  qabiliyyətini  qiymətləndirməyə 

imkan verir. 

3. Əmanətçilərin maraqlarının müdafiəsi: əmanətçilər qarşısında öz öhdə-

liklərini yerinə yetirə bilməyən bankların fəaliyyətinə müvafiq orqanların əma-

nətçilərə münasibətdə öz öhdəliklərini yerinə yetirə bilməyən bankların fəaliy-

yətinə nəzarəti gücləndirilməlidir. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə