Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə47/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   43   44   45   46   47   48   49   50   ...   230

 

 

95



Ayrı-ayrı ölkələrdə bank nəzarətini həyata keçirən orqanların növləri də 

müxtəlifdir ki, bu da bir sıra institusional, mədəni və inzibati şərtlərlə, habelə 

iqtisadiyyatın  inkişaf  səviyyəsi  və  kapital  bazarlarının  həcmi  ilə  izah  olunur. 

Bəzi  ölkələrdə  Mərkəzi  Banka  nəzarət  və  bu  bankların  tənzimlənməsi  vahid 

orqan tərəfindən həyata keçirilir, digər ölkələrdə bu funksiyaları öz aralarında 

sıx  əməkdaşlıq  edən  xüsusi  nəzarət  orqanları  icra  edir,  çünki  pul-kredit 

siyasətinin və bank nəzarətinin işlənib hazırlanması funksiyaları kəsişir. 

Elə  ölkələr  var  ki,  burada  nəzarət  funksiyası  tamamilə  Mərkəzi  Bankın 

ə

lindədir. Məsələn, Rusiyada, bəzi ölkələrdə Mərkəzi Bank özünün nəzarət və 



tənzimləyici  funksiyalarından  qismən  məhrum  olunub  (Fransa,  Almaniya, 

Avstraliya, Kanada,  sveçrə, Türkiyə və s.). Nəhayət, elə ölkələr də vardır ki, 

onlarda  mərkəzi  banka  və  ya  oxşar  funksiyalara  malik  orqana  nəzarət  və 

tənzimləyici səlahiyyətlərin bir hissəsi verilir. Belə orqanın tipik nümunəsi kimi 

ABŞ-ın Federal Ehtiyatlar Sistemini göstərmək olar.

 

Beləliklə, nəzarət oqanları arasında  funksiyaların bölünməsinin bir neçə 



modelini fərqləndirmək olar: 

Bununla,  nəzarət  orqanları  arasındakı  funksiya  bölgüsünün  bir  neçə 

modelini ayırmaq olar:  

Model 1. Bank fəaliyyətinə nəzarət və onun tənzim olunması sahəsində 

istisna səlahiyyətlərə malik olan mərkəzi banklar üzrə qanunverici təhkimçiliyə 

ə

saslanır. Bank işi sahəsində nəzarət təcrübəsinin yarandığı ilk gündən bəri bu 



modelin  yeganə  model  olmamasına  baxmayaraq  məhz  bu  model  tarixən 

üstünlük təşkil edib. Özünün hakim mövqeyini itirməsinə baxmayaraq, bu gün 

də, o, hələ də əvvəlki kimi həyat tərəfindən tələb edilir.  

Model  2.  “Qarışıq”.  Nəzarət  və  idarə  funksiyaları  Mərkəzi  Bankın  və 

Maliyyə Nazirliyinin bilavasitə iştirakı ilə ixtisaslaşdırılmış orqanlar tərəfindən 

həyata keçirilir.  

Model  3.  Bank  fəaliyyəti  üzərində  nəzarət  Maliyyə  Nazirliyi  ilə  sıx 

qarşılıqlı  əlaqədə  olan  ixtisaslaşdırılmış  sərbəst  orqanlar  tərəfindən  Mərkəzi 

Bankın iştirakı ilə həyata keçirilir.  

Model 4. Maliyyə xidmətləri bazarında meqa - tənzimləyici orqanların 

yaradılması haqqında qanunverici qərar qəbul edən ölkələri birləşdirir.  

Model  5.  Beynəlxalq  və  ya  milli.  Nəzarət  sahəsində  mövcud  olan 

nöqteyi-nəzərdən  bütün  beynəlxalq  maliyyə  təşkilatları  arasından  ən 

ə

həmiyyətli  olanları  bunlardır:  Mərkəzi  Avropa  Bankı  (MAB),  bank  nəzarəti 



üzrə Bazel Komitəsi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı. 

Bu gün Azərbaycanın bank sektorunda səmərəli bank nəzarəti və tənzim-

lənmənin  daha  böyük  əhəmiyyət  kəsb  etdiyi  yeni  inkişaf  mərhələsi  başlayır. 

Azərbaycanda bank nəzarətinin və tənzimlənməsinin əsas məqsədləri bank sis-

temində  sabitliyin  saxlanması,  əmanətçilərin  və  kreditorların  maraqlarının 

müdafiəsidir.  




 

 

96



Azərbaycanda  bank  tənzimlənməsinin  qanunverici  əsasını  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında  Qanun”  təşkil  edir.  Həmin  qanuna 

ə

sasən, Azərbaycanda kredit təşkilatlarına nəzarəti Azərbaycan Respublikasının 



Mərkəzi Bankı həyata keçirir. 

Qanunvericiliklə Mərkəzi Banka bank əməliyyatlarının keçirilmə qayda-

larının  təyin  olunması,  kredit  təşkilatlarının  dövlət  qeydiyyatı,  onların 

fəaliyyətlərinin lisenziyalaşdırılması, kredit təşkilatlarının (bank və qeyri-bank) 

fəaliyyətinə nəzarətin həyata keçirilməsi üzrə funksiyaların həvalə olunması ilə 

ə

laqədar Mərkəzi Bank tərəfindən normativ aktlar işlənib hazırlanır.  



Azərbaycan  Respublikasının  bank  sisteminin  sabit  işləməsini  təmin  et-

mək,  bank  kreditorlarının  və  əmanətçilərin  maraqlarını  müdafiə  etmək  məq-

sədilə  Mərkəzi  Bank  qüvvədə  olan  qanuna,  “Banklar  haqqında”  və  ”Kredit 

ittifaqları  haqqında”  AR  qanunlarına,  Mərkəzi  Bankın  normativ  aktlarına  və 

səmərəli  bank  nəzarəti  üzrə  beynəlxalq  təcrübəyə  müvafiq  olaraq,  bank 

fəaliyyətinin  lisenziyalaşdırılması,  tənzimlənməsi  və  bank  fəaliyyəti  üzərində 

nəzarət funksiyalarını həyata keçirir. 

Bank  nəzarətinin  və  tənzimlənməsinin  təşkilinin  konkret  üsulunun 

seçilməsi bir sıra amillərin məcmusu ilə təyin olunur ki, bu amillərin də özünə-

məxsus müxtəlifliyi onların hər birinə təkrarolunmaz milli səciyyə qazandırır. 

Bir  mübahisəsiz  faktı  qeyd  etmək  lazımdır  ki,  maliyyə  bazarlarının  bütün 

seqmentlərinin  artan  inteqrasiyası  şəraitində  nəzarət  funksiyalarının  meqatə-

nzimləyicinin  əlində  cəmlənməsi  tendensiyası  özünü  daha  dolğun  şəkildə 

büruzə verir. 

Vaxtilə bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr maliyyə ba-

zarının  meqatənzimləyicisini  yaratmaqla  maliyyə  bazarının  dövlət  tənzimlən-

məsi  sistemində  islahatların  aparılması  yolunu  seçmişdilər.  Onların  sırasına 

Norveç  (1986),  Kanada  (1987),  Danimarka  (1988),  sveç  (1991),  Böyük  Bri-

taniya  (1997),  Yaponiya  (1998),  Koreya  (1998),  Avstraliya  (1998),  slandiya 

(1999), Cənubi Afrika (1990), Macarıstan (1996), və Sinqapuru aid etmək olar. 

Meqatənzimləyici, mahiyyətcə  sveçrədə də yaradılıb.  

Maliyyə bazarının bütün bölmələri üzərində nəzarətin və yoxlamanın bir-

ləşdirilməsi  nadir  hadisə  deyil.  Britaniyada  təxminən  10  il  əvvəl  yaradılmış 

Maliyyə  Xidmətləri  darəsi  (FSA)  ilk  vaxtlardan  həm  investisiya  xidmətləri 

sektorunu  tənzimləyir,  həm  də  banklara  nəzarət  edirdi  (bank  sistemi  üzərində 

nəzarət ona  ngiltərə Bankından keçmişdi). Sonralar ipoteka kreditləşməsi sek-

toruna, 2005-ci ildən isə sığorta sektoruna nəzarət də bu quruma verildi.  

Beləliklə,  etiraf  etmək  olar  ki,  bir  çox  xarici  ölkələrdə  meqatənzim-

ləyicilərin yaradılması və ya ən azı maliyyə bazarlarında fəaliyyət göstərən bir 

neçə  tənzimləyici  orqanın  funksiyalarının  birləşdirilməsi  tendensiyası  kifayət 

qədər diqqətlə izlənir. Lakin müxtəlif ölkələrdə maliyyə bazarlarının meqatən-

zimləyicilərinin yaradılması prinsipləri bir-birindən fərqlənir. Meqatənzimləyi-

cilərin  formalaşma  prinsipləri  hətta  Avropa  ttifaqı  çərçivəsində  də  fərqlənir. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə