Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə48/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   44   45   46   47   48   49   50   51   ...   230

 

 

97



Məsələn, tam inteqrasiya olunmuş meqatənzimləyicilər üç ölkədə mövcuddur, 

iki  dövlətdə  tənzimlənmə  əsasən  bir  institutda  mərkəzləşib,  bir  ölkədə 

konfederal  sistem,  altı  ölkədə  üç  idarədən  ibarət  tənzimlənmə  strukturu  möv-

cuddur,  daha  ikisində  isə  mövcud  sistem  dəyişiklik  prosesindədir.  Mərkəzi 

bankların iştirakına gəlincə, yeddi dövlətdə bank nəzarəti Mərkəzi Bankın daxi-

lindədir  və  ya  onunla  sıx  əlaqədədir,  beş  ölkədə  banklara  nəzarət  orqanının 

Mərkəzi  Bankdan  heç  bir  asılılığı  yoxdur,  ikisində  əsasən  müstəqildir,  bir 

dövlətdə isə sistem yenidən nəzərdən keçirilməkdədir.  

Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrin  heç  də 

hamısı  öz  maliyyə  bazarlarının  meqatənzimləyicilərinin  yaradılması  yolu  ilə 

getməyiblər.  Məsələn,  ABŞ-da  maliyyə  sektorunun  seqmentlərinə  nəzarəti 

müxtəlif təşkilatlar həyata keçirir. Onlardan heç biri hökumət strukturuna daxil 

deyil,  sığorta  sahəsinin  isə,  ümumiyyətlə,  federal  tənzimləyicisi  yoxdur. 

Maliyyə bazarı dünyanın ən çox inkişaf etmiş bazarlarından olan ABŞ maliyyə 

bazarının  tənzimlənməsi  istiqamətində  islahatların  gedişində  (1999-cu  ilin 

ikinci  yarısında  qəbul  edilmiş  maliyyə  qanunvericiliyinin  modernizasiyası 

haqqında  qanun)  meqatənzimləyicinin  yaradılmasından  imtina  edib.  ABŞ 

funksional  tənzimləmə  prinsipinin  inkişaf  etdirilməsi  yolu  ilə  getmiş  və  ma-

liyyə bazarlarının bir neçə idarəetmə orqanını qoruyub saxlamışdır. Sözügedən 

qanuna görə, ABŞ-ın qiymətli kağızlar bazarında fəaliyyət göstərən kredit təş-

kilatlarının lisenziyalaşdırılması və nəzarəti SEC tərəfindən həyata keçirilir. 

Qəbul  olunmuş  bir  faktdır  ki,  bank  işi  etimada  əsaslanır.  Biz  artıq 

müştərilərin bir çox hallarda ayrı-ayrı bankların və bütövlükdə bank sisteminin 

ə

manətləri qorumaq qabililyyətinə etimadını itirdiyinin şahidi olmuşuq. Sərt və 



ciddi bank nəzarəti özlüyündə maliyyə sabitliyinin təmin olunması üçün kifayət 

deyil. Maliyyə qeyri-sabitliyinin bank sektorundan kənarda çox sayda digər po-

tensial  mənbələri  var,  odur  ki,  nəzarətin  məqsədləri  böhranın  qarşısının 

alınması üçün daha irəli getməlidirlər.  

Maliyyə  qloballaşması  özündə  ölkələr  arasındakı  maliyyə  əlaqələrinin 

dərinləşməsini, qiymətlərin liberallaşmasını və investisiya axınlarının artmasını, 

millətlərarası  maliyyə  institutlarının  (idarələrinin)  yaranmasını  ifadə  edir. 

Valyuta və avro-valyuta bazarlarının, xarici valyutada olan bank depozitlərinin, 

beynəlxalq maliyyə bazarlarından cəlb edilən vasitələrin, institusional investor-

ların müştərək ehtiyatlarının, ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişafında xarici 

ehtiyat  paylarının  artan  həcmi  və  yüksək  dinamikası  maliyyə  qloballaşması 

proseslərinin güclənməsini təsdiq edir.  

Bank  nəzarətini  həyata  keçirən  orqanların  növləri  müxtəlif  ölkələrdə 

fərqlidir ki, bu da müxtəlif institusional, mədəni və inzibati şərtlərlə, həmçinin 

iqtisadiyyatın  inkişaf  dərəcəsi  və  kapital  bazarının  həcmi  ilə  izah  edilir.  Bəzi 

ölkələrdə vahid Mərkəzi Bank nəzarəti və tənzimi orqanı mövcuddur, digər bir 

sıra  ölkələrdə  isə  bu  funksiyanı  bir-biriləri  ilə  sıx  əməkdaşlıq  edən  xüsusi 



 

 

98



nəzarət  orqanları  icra  edir,  belə  ki,  pul-kredit  siyasətinin  və  bank  nəzarətinin 

təkmilləşdirilməsi funksiyaları yenidən qurulur.  

Müxtəlif  ölkələrdə  istifadə  olunan  institusional  yanaşmalardan  asılı 

olaraq  ölkənin  maliyyə  sektorunun  fəaliyyətinə  nəzarətin  həyata  keçirilməsi 

göstərilən funksiyaya əsasən və ya başqa şəkildə hökumət tərəfindən bu iş üzrə 

səlahiyyətləndirilən  müxtəlif  orqanlar  arasında  bölüşdürülür.  Digər  bəzi 

ölkələrdə  koordinasiya  problemləri  idarələrarası  işçi  qruplarının,  şuraların  və 

digər  konsultativ  orqanların  yaranması  yolu  ilə  həll  edilir  ki,  yaradılan  bu 

qrupların, şuraların tərkibinə tənzimləyici (nizamlayıcı) və nəzarət orqanlarının 

nümayəndələri  daxil  edilir.  Bir  çox  ölkələrdə  maliyyə  təşkilatlarının  fəaliyyə-

tinin  tənzim  olunması  və  ona  nəzarət  mərkəzi  bankların,  maliyyə  nazirlik-

lərinin,  həmçinin,  banklara,  sığorta  şirkətlərinə  və  qiymətli  kağızlar  bazarının 

iştirakçılarına  nəzarət  üzrə  komissiyalar  və  s.  bu  kimi  digər  təşkilatlar 

tərəfindən həyata keçirilirdi. 

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, ölkələrin 76 %-ində 

bank nəzarəti mərkəzi banklar, 4 %-ində Maliyyə Nazirliyi, 20 %-ində qarışıq 

tipli  orqanlar  tərəfindən  həyata  keçirilir.  Sonuncu  üsul,  məsələn,  Fransada 

həyata  keçirilir  ki,  burada  nəzarət  xüsusi  olaraq  yaradılan  orqan-Bank 

Komissiyası tərəfindən Fransanın Milli Bankı ilə birgə icra edilir. Yalnız milli 

banklara təhkim edilən prudensial nəzarət fikrini Mərkəzi Avropa Bankı israrla 

dəstəkləyir.  

Bir  çox  ölkələrdə  fond  bazarlarını  nizamlayan  orqanlar  bankları 

nizamlayan  orqanlar  ilə  paralel  olaraq  işləyirlər.  Buna  misal  olaraq  Rusiyanı 

göstərmək  olar  ki,  burada  nəzarət  orqanları  sistemindəki  rəhbər  bənd  rolunu 

Rusiya  Federasiyasının  Mərkəzi  Bankı  və  Maliyyə  Bazarları  üzrə  Federal 

Xidməti bərabərhüquqlu şəkildə icra edir. Həmçinin Fransada da Bank Komis-

siyası, Birja Əməliyyatları üzrə Komissiya və Maliyyə Bazarları üzrə Şura ilə 

paralel  olaraq  işləyir.  Yaponiyada  fond  bazarları,  Financial  Services  Agency 

(FSA)–Maliyyə Xidmətləri Agentliyi tərəfindən müşahidə olunur, Yaponiyanın 

Mərkəzi Bankı isə bank sektorunu tənzimləyir. 

Avropa Birliyində bank nəzarəti orqanları Avropa Birliyi səviyyəsində 

necə  olmalıdır,  onun  səlahiyyətlərinə  nələr  daxildir,  bu  orqan  mərkəzi  bank 

yanında fəaliyyət göstərməlidir, ya da tamamilə sərbəst, heç bir orqandan asılı 

olmayan  bir  orqan  olmalıdır  və  s.  bu  kimi  mövzularda  geniş  müzakirələr 

getməkdədir.  22  sentyabr  2010-cu  il  tarixində  Avropa  Parlamenti  tərəfindən, 

həmçinin  Avropa  Birliyinin  (AB)  maliyyə  sistemində  islahatların  keçirilməsi 

ilə  bağlı  qərar  da  bəyənilmişdir  ki,  bu  islahatlar  çərçivəsində  maliyyə 

bazarlarının  tənzimi,  risklərin  milli  səviyyədə  fraqmentləşdirilmiş  fərdi  təhlil 

problemlərinin  aradan  qaldırılması,  həmçinin  sistem  risklərin  erkən  aşkar 

edilməsi  və  qarşısının  alınması  sisteminin  inkişaf  etməsi  arxitekturasının  və 

institusional  quruluşunun  təkmilləşməsi  hesabına  onun  davamlılığını  və 

sabitliyini təmin etməyə yönəlmiş bir sıra qanunverici təşəbbüslər qəbul olun-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə