Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə5/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   2   3   4   5   6   7   8   9   ...   230

 

 

10



luluqları Komissiyası tərəfindən müştərək hazırlanmışdır. Bununla rəsmi olaraq 

dünya miqyasında statistikaların müqayisə edilə biləcək duruma gəlməsi təmin 

edilmişdir. 1993-cü ildəki SNA iqtisadi varlıqları maliyyə iqtisadi varlıqlar və 

qeyri-maliyyə iqtisadi varlıqlar olaraq ikiyə ayırmışdır. 

 Maliyyə iqtisadi varlıqlar aşağıdakı komponentlərdən təşkil olmaqdadır: 

Bono; istiqraz; səhm; qızıl; kassa-bank; avanslar; debet hesabları. 

Ümumi olaraq investisiyaları aşağıdakı şəkildə təsnif etmək mümkündür: 

etüd-layihə  investisiyaları;  yeni  investisiyalar;  fəaliyyəti  davam  etdirmə  və 

yeniləmə investisiyaları; ekspansiya investisiyaları; tamamlama və çətin situa-

siyaları açmaq üçün ekstremal investisiyalar; modernləşdirmə və təkmilləşdir-

mə  investisiyaları;  araşdırma-inkişaf  etdirmək  (research  and  development 

R&D) investisiyaları.  

qtisadiyyatda  gəlir  və  məşğulluğu  artıran  təməl  ünsür  olan  investisiya 

anlayışına, bəzi hallarda  yanlış tərif verilir. Məsələn, mövcud bir fabrikin,  bir 

ə

razi və  ya tarlanın satın  alınması xalq  arasında investisiya  adlandırılır. O isə 



iqtisadiyyatda  yeni  bir  istehsal  gücü  təşkil  etmir,  sadəcə  mövcud  mal  və 

xidmətlər  bir  əldən  başqa  ələ  keçir.  Mövzuya  mikrosəviyyədə  baxsaq,  bu 

hadisə  mövcud  bir  fabrikə  satın  alan  şirkət  baxımından  bir  investisiyadır. 

Ancaq mikrosəviyyədə düşünsək bunun bəsit  bir  əldən-ələ dəyişmə olduğunu 

görərik.  Bunun  kimi,  qiymətli  kağızların  satın  alınması  halı  da  investisiya 

çərçivəsi  xaricindədir.  Səhm,  istiqraz  satın  alan  şəxsin  etdiyi  xərcləmə  də  bir 

investisiya  xərcləməsi  deyildir.  Buna  iqtisad  dilində  playsmant  (ingiliscə 

placement) deyilir,  yəni playsmant sadəcə mövcud yatırımların əldən-ələ keç-

məsidir,  yeni  bir  investisiya  deyildir.  nvestisiya  isə  sadəcə  sərmayə  həcminə 

qoyulan əlavə kapitaldır.  

Plasman pulun, gəlir gətirən daşınar və daşınmaz mallara və ya digər sə-

rvət  ünsürlərinə  qoyularaq  dəyərləndirilməsidir.  Plasman  mövcud  investisi-

yaların  əl  dəyişdirməsidir,  yəni  bir  investisiya  deyildir.  Adətən,  sənayeləşmiş 

ölkələrdə plasman aksiyalara qoyulmaqdır.  

Bunların  alqı-satqısı  iqtisadiyyatda  mövcud  istehsal  gücləri  üzərindəki 

mülkiyyət haqqının bir əldən başqa ələ keçməsi prosesidir.  

qtisadi anlamda investisiya fondların sərmayə mallarına (real varlıqlara) 

yönəlməsidir. Ümumiyyətlə, hər hansı bir ölkədə yığımın həcmi real investisi-

yalar  təşkil  edir,  real  investisiyaların  həcmi  isə  bu  investisiyaların  gerçəkləş-

dirilməsi üçün yetərli fondların olmasına, digər bir ifadə ilə desək, yığım fond-

larının  axtarılmasına  bağlıdır.  Real  varlıq  investisiyaları  yenidənqurmaya  və 

istehsal gücünün artımına yönəldilmiş investisiyalardır. 

Ümumiyyətlə, iqtisadçıların sərmayenin marjinal təsiri adlandırdıqları və 

maliyyə  nəzəriyyəsində  daxili  səmərəvermə  nisbəti  (internal  rate)  olaraq 

tanınan  investisiyanın  səmərəlilik  nisbəti,  şübhəsiz  investisiyaya  yönəlik 

planların qərara alınmasında önəmli amildir. 




 

 

11



nvestisiyanın  stimullaşdırılmasına  təsir  edən  2  önəmli  amil  vardır:  in-

vestisiyanın  gəlirlilik  nisbəti  və  investisiyanın  maliyyə  mənbələrinin  ortalama 

xərcləri. 

Maliyyə bazarında fondların xərclərinin aşağı və ya yuxarı səviyyədə ol-

masına  təsir  edən  başlıca  amillər:  Mərkəzi  Bankın  apardığı  pul  siyasəti,  ölkə 

iqtisadiyyatının yığım potensialı və onun kapital bazarındakı fəaliyyətinin əhatə 

dairəsi təşkil edir. 

Beləliklə, iqtisadi sistemlərdə bəzi şəxslər məlum zaman kəsiyində əldə 

etdikləri  gəlirlərinin  bir  hissəsini  daimi  yığıma  ayırır  və  yığımlarının  qarşı-

lığında müəyyən bir  gəlir əldə  etmək istəyirlər.  Bəzi şəxslər isə  əldə etdikləri 

gəlirlərdən daha çox xərcləməyə meyillidirlər.  

Yığım və investisiyanın müxtəlif şəxslər tərəfindən həyata keçirildiyi bir 

toplumda yığımların investisiyaya transformasiyası maliyyə sisteminin varlığını 

meydana  çıxarır.  Maliyyə  sistemi  şirkət  və  fərdlərdən  əmanətləri  (depozitlər) 

cəlb  edir  və  toplanmış  vəsaitləri  sonradan  dövlət,  şirkət  və  fərdlər  arasında 

yenidən  bölüşdürür.  Beləliklə,  öz  vəsaitlərini  təklif  edən  əmanətçilər 

(kreditorlar) və bu vəsaitlərə ehtiyacı olanlar (borclular) kimi iki qrup yaranır. 

Maliyyə  sisteminin  ən  vacib  çalışma  mexanizmi  borc  alan  və  borc 

verənlər arasında əməliyyatları asanlaşdırmaq və nizamlı bir şəkildə işləməsini 

təmin etməkdir.  



 Risk paylaşımı - əgər bir yığım sahibi əlindəki bütün fondları digər bir 

şə

xsə borc olaraq verib və borcunu geri ala bilməzsə, böyük bir zərərə uğrayar. 



Amma eyni şəxs tək bir şəxsə borc verərsə,  yükləndiyi riskə qarşı çox böyük 

gəlir əldə edərək borclanmanın qiymətini çox yüksəldə bilər. Amma eyni şəxs 

minlərcə şəxsə borc verərsə və bunlardan sadəcə bir neçəsi geri dönməzsə, qu-

rumun fəaliyyətinə çox da ciddi təsir göstərməz. Buna görə də maliyyə vasitəçi 

qurumları  riski  düşürmək  məqsədi  ilə  toplanan  maliyyə  mənbələrini  diver-

sifikasiya  edər  və  riski  düşürməklə  sistemin  az  xərclərlə  daha  məhsuldar 

çalışmasına səbəb olurlar. 

Fondların böluşdürülmə prosesi - yığımlar nə qədər gəlirli sahələrə qoyu-

larsa,  ölkənin  iqtisadi  artım  səviyyəsi  də  o  qədər  yüksələr.  qtisadiyyatın 

inkişafı  güclü maliyyə sisteminin varlığına bağlıdır. Kredit sisteminin inkişafı 

ilə  iqtisadi  artım  bir-birlərini  tamamlayır  və  bir-birlərinin  inkişafına  kömək 

edirlər.  

Beləliklə,  maliyyə  sisteminin  strukturuna  təsir  edən  başlıca  amillər:  qu-

rumların sayı və ölçüləri; təklif edilən xidmətlərin xüsusiyyəti; sektora giriş və 

çıxış  şərtləri  (mobilitə);  istehsal,  marketinq  və  istehlak  proseslərinin  xüsu-

siyyətləri  (şəffaflıq);  texnoloji  dəyişikliklər;  qanun  dəyişiklikləri;  müştəri 

seçimləri; faiz nisbəti, qloballaşma və qiymətli kağızların geniş istifadəsi. 

 

 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə