Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə50/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   46   47   48   49   50   51   52   53   ...   230

 

 

101



hadisələrdən olmuşdur. Bu, tamamilə sərbəst olan və maliyyə bazarının bütün 

iştirakçıları  tərəfindən  yüksək  etibarlılıqla  istifadə  edilən  bir  quruluşdur. 

Böhrana  qədər  BDDK  ölkənin  xəzinə  quruluşunun  daxilində  idi.  Hal-hazırda 

BDDK müstəqil şəkildə fəaliyyət göstərir və qanunla ona növbəti səlahiyyətlər 

verilmişdir:  bankların  fəaliyyətlərinə  nəzarət  etmək;  kredit  təşkilatlarının 

işlərini nizama salmaq; qanuni əsaslara görə bankların fəaliyyətlərinin (banklar 

bağlananadək)  müxtəlif  aspektləri  üzrə  qərarlar  qəbul  etmək  və  əmanətçilərin 

hüqularının  qorunması;  maliyyə  sisteminin  effektli  işləməsi  üçün  şəraitin 

yaradılması  və  depozitlərin  sığortasının  Türkiyə  Fondu  tərəfindən  (TMSF) 

idarə olunması. 

 

BDDK  özünün  idarə  funksiyalarını  bütün  bank  idarələri  üzərində,  o 



cümlədən  islam  bankları  üzrərində  cəmləmişdir.  Bununla  belə,  “Banklar  üzrə 

Nəzarət  və  Tənzimləmə  Şurasının”  sədrinə,  həmçinin  bankların  maliyyə 

fəaliyyətlərinin təsdiq olunması və onların ləğv edilməsi sxemlərinin seçilməsi 

məsələlərində də istisna səlahiyyətlər verilmişdir.  

 

Bununla  yanaşı  onu  da  qeyd  etmək  lazımdır  ki,  heç  də  bütün  inkişaf 



etmiş  ölkələrin  hamısı  özlərinin  maliyyə  bazarlarının  meqanizamlayıcılarını 

yaratmaq yoluna baş vurmadılar. Tam şəkildə inteqrallaşdırılmış nəzarət orqan-

larının yaradılmasına yönəlik tendensiyaların mövcud olmasına baxmayaraq bir 

çox  ölkələrdə  maliyyə  nəzarətinin  ənənəvi  funksional  quruluşu  qorunub 

saxlanılmaqdadır  ki,  həmin  ənənəvi  funksional  quruluş  ayrı-ayrı  sahələrə  aid 

edilən nəzarət orqanlarının mövcudluğunu tələb edir. 

 

2007–2008-ci illərdə ABŞ–da yaranan maliyyə böhranı sistem riskin və 



maliyyə  idarələrinin  tənzimində  mövcud  olan  çatışmamazlıqların  üstünü  bir 

daha açdı ki, bu da öz növbəsində maliyyə tənzimi və nəzarəti üzrə olan idarə 

quruluşlarında yenidən islahatların keçirilməsinin vacibliyini vurğuladı.  

 

Sistem risklərin aradan qaldırılması və monitorinqi üzrə səlahiyyətlərin 



icra  edilməsi  üçün  yeni  Maliyyə  Sabitliyi  Üzərində  Nəzarət  Şurası  (The 

Financial  Stability  Oversight  Council–FSOC)  yaradıldı,  həmçinin  Federal 

Ehtiyat  Sisteminin  səlahiyyətləri  dəyişdirildi.  FSOC–in  əsas  funksiyaları: 

tənzimlənmədə  sistem  cəhətdən  önəmli  olan  idarələrin  və  boşluqların  təyin 

olunması; məlumatların toplanması və potensial riskləri üzə çıxartmaq məqsədi 

ilə maliyyə xidməti bazarının monitorinqi; sistem əmələ gətirən bank və qeyri-

bank maliyyə idarələrinin və maddi vəsaiti 50 milyarddan çox olan holdinqlərin 

fəaliyyətinin  tənzimlənməsinin  daha  sərt  standartlarını  işləyib  hazırlamaq; 

özündə  bütün  maliyyə  sistemi  üçün  təhlükəli  olan  yüksək  riskləri  daşıyan 

təşkilatların ləğv edilməsi və onların yenidən qurulması.  

 

Rusiyada  makroprudensial  tənzimləmə  sisteminin  qurulması  üzrə 



təşəbbüslərin həyata keçirilməsi  yalnız 2011-ci ildə Rusiya Bankında maliyyə 

sabitliyi  Departamentinin  yenidən  qurulması  ilə  başlamışdır.  Bundan  başqa, 

qiymətli  kağızlar  bazarında,  o  cümlədən  sığorta  sahəsində  də  tənzimlənmə 

funksiyalarının  qanunvericilik  cəhətdən  parçalanması  baş  verdi:  tənzimlənmə 




 

 

102



funksiyaları  Maliyyə  Nazirliyinə,  nəzarət  və  idarə  vəzifələri  isə  Maliyyə 

Bazarları  üzrə  Federal  Xidmətə  2012-ci  ilin  yanvar  ayında  bank  sahəsində 

nəzarət  metodologiyasını  təcrübi  nəzarətdən  (konkret  bankların  və  nəzarət 

reaksiyalarının maliyyə vəziyyətlərinin qiymətləri) ayırmaq məqsədi ilə Rusiya 

Bankının  Bank  Tənzimi  və  Nəzarəti  Departamentinin  iki  müstəqil  departa-

mentdə  yenidən  qurulması  fikri  təsdiq  edildi.  Bu,  tənzimləyici  və  nəzarət 

finksiyalarının  birləşdirilməsi  zamanı  meydana  çıxaraq  maraq  mübahisələrinə 

səbəb olan bütün əsasları şərtsiz olaraq ləğv edirdi.  

 

 Belarus Respublikasının Milli Bankı ölkənin maliyyə bazarı üzərindəki 



nəzarəti,  tənzimi  və  maliyyə  bazarının  inkişafı  üzrə  olan  funksiyalarını 

genişləndirməyi  planlaşdırır.  Bununla  əlaqədar  olaraq  irəli  sürülür  ki,  Belarus 

Respublikasında  qüvvədə  olan  modelə  əsasən  ölkənin  maliyyə  bazarlarının 

fəaliyyətinə nəzarət və onların tənzimlənməsi Belarus Respublikasının Maliyyə 

Nazirliyinin  tərkibinə  daxil  olan  üç  orqan–Belarus  Respublikasının  Milli 

Bankının Bank Nəzarəti üzrə Baş  darəsi, Qiymətli Kağızlar üzrə Departament 

və  Sığorta  Nəzarəti  üzrə  Baş  darə  tərəfindən  həyata  keçirilir.  Belarus 

Respublikasının  Maliyyə  Nazirliyi  qiymətli  kağızlar  bazarının  inkişafına, 

sığorta bazarına, lombardların fəaliyyətinə nəzarət edir. Lizinq fəaliyyətinin və 

investisiya fondlarının inkişafına isə Belarus Respublikasının  qtisad Nazirliyi 

cavabdehdir. Eyni zamanda Belarus maliyyə bazarının bəzi iştirakçıları heç bir 

dövlət orqanının nəzarəti altına düşmür. 

 

Azərbaycanın  indiki  nəzarət  sistemi  maliyyə  bazarlarındakı  nəzarətin, 



idərənin  və  tənzimin  vahidlik  prinsipini  təmin  etmir.  Fond  bazarının  peşəkar 

iştirakçılarına  Azərbaycanın  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi,  sığorta 

ş

irkətlərinə  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi,  Dövlət  Sığorta 



Nəzarəti  Xidməti,  pensiya  yığımlarına  qoyulan  kapitala  Dövlət  Sosial  Fondu, 

banklara isə, Azərbaycanın Mərkəzi Bankı nəzarət edir. Hesab edirik ki, bütün 

riskləri ümumi nəzarət çərçivəsində tənzimləmək daha məqsədəuyğundur.  

 

 Hesab  edirik  ki,  2013-cü  ildə  bank  sisteminin  tənzim  edilməsinin  ən 



son  beynəlxalq  standartlar  və  təcrübəyə  əsaslanaraq  müasirləşdirilməsi 

Azərbaycanın  maliyyə  sistemində  ən  böyük  yenilik  olacaqdır.  Vahid  maliyyə 

nəzarəti  sistemi  maliyyə  təşkilatlarının  öz  risklərini  idarə  etmək  keyfiyyətinin 

artırılmasına,  həmin  təşkilatların  risklərini  vaxtında  aşkar  etmək  və  onları 

aradan qaldırmaq qabiliyyətinin qiymətləndirilməsinə yönəlməlidir.  

 

Beləliklə,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  son  illər  Azərbaycanın 



Mərkəzi Bankı beynəlxalq bank nəzarəti üzrə Bazel komitəsinin tələblərini və 

beynəlxalq  standartları  nəzərə  almaqla  prudensial  tənzim  metodlarının  və 

yanaşmalarının təkmilləşdirilməsi sahəsində müəyyən  uğurlara nail  olmuşdur. 

Mərkəzi Bankın əsas nailiyyəti kimi distant nəzarətin həyata keçirilməsi zamanı 

ancaq rəsmi meyarlardan istifadə etməkdən imtina üzrə məzənnəni göstərmək 

olar.  Bank  nəzarəti  təcrübəsinə  tədricən  “iş  etibarı”,  “stress–test  sistemi”, 

“davranış  modeli”,  “risk  dərəcəsi  və  maddi  vəsaitlərin  –  aktivlərin  keyfiyyəti 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə