Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə53/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   49   50   51   52   53   54   55   56   ...   230

 

 

107



5. Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan bu 

qanunla  müəyyən  edilmiş  lazımi  məlumatı  (o  cümlədən,  əmanət  siyasəti 

haqqında) və hesabatları alır;  

6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul edir;  

7. öhdəliklərini  yerinə  yetirmək  üçün  vəsaiti  çatışmadıqda,  maliyyə  ba-

zarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri 

cəlb edir;  

8. öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qay-

dasında iştirakçı bankdan tələb edir;  

9. iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə 

pulunun ödənilməsini tələb edir və bu barədə Mərkəzi Banka məlumat verir; 

10. əmanətlərin  sığortalanması  sisteminin  fəaliyyətini  təmin  edən  digər 

funksiyaları həyata keçirir. 

Fondun sığorta ehtiyatları  

Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır:  

1. iştirakçı bankların üzvlük haqları;  

2. iştirakçı bankların təqvim haqları;  

3. iştirakçı bankların əlavə haqları;  

 Fondun  buraxdığı  uzunmüddətli  borc  öhdəlikləri  hesabına  cəlb  olunan 

vəsait;  

5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;  

6.  cari xərclər  çıxılmaqla, Fondun vəsaitinin idarə  olunması nəticəsində 

ə

ldə edilmiş gəlir; 7. qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş 



digər mənbələrdən daxil olan vəsaitlər;  

8. kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc 

vəsaitləri;  

9. reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici bankın yerli 

filialından alınan vəsaitlər.  

ş

tirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü 



müddətində  Fondun  Mərkəzi  Bankda  olan  hesabına  10  (on)  min  manat  məb-

ləğində  birdəfəlik  üzvlük  haqqı  ödəyirlər.  Üzvlük  haqqını  ödəmiş  iştirakçı 

banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki 

şə

xslərdən  əmanətlərin  cəlb  edilməsi  hüququ  Mərkəzi  Bank  tərəfindən  bərpa 



edildikdə,  üzvlük  haqqı  ödəmədən  iştirakçı  bankların  bu  qanunla  müəyyən 

olunmuş hüquq və vəzifələrini əldə edir. 

 Fondun sığorta ehtiyatları aşağıdakı məqsədlərə istifadə edilə bilər: kom-

pensasiyaların ödənilməsinə; illik büdcə çərçivəsində Fondun idarə edilməsinə 

və əmlakının alınmasına; borc öhdəliklərinin ödənilməsinə. 

Fond  risklərin  bölüşdürülməsi  (diversifikasiyası)  məqsədi  ilə,  habelə 

aktivlərin təhlükəsizliyini, yetərli likvidliyini və ağlabatan gəlirliyini təmin et-

mək  üçün  sərbəst  pul  vəsaitlərini  yalnız  aşağıdakı  maliyyə  alətlərində  yerləş-

dirir:  dövlət  qiymətli  kağızlarında;  mərkəzi  bankların  qiymətli  kağızlarında; 



 

 

108



mərkəzi  banklarda  və  yüksək  reytinqli  digər  banklarda  depozitlərdə,  habelə 

yüksək reytinqli başqa maliyyə alətlərində. 

Fond  tərəfindən  hər  bir  iştirakçı  bankda  sığortalanmış  əmanət  üzrə 

ə

manətin  100  faizi  həcmində,  lakin  30  (otuz)  min  manatdan  çox  olmamaq 



şə

rtilə kompensasiya ödənilir. Mərkəzi valyutada olan əmanətlər üzrə kompen-

sasiya  manatla,  xarici  valyutada  olan  əmanətlər  üzrə  isə  əmanətlərin  valyu-

tasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya 

bu  valyutaların  biri  ilə  sığorta  hadisəsinin  baş  verdiyi  günə  Mərkəzi  Bankın 

müvafiq valyutalar üzrə  müəyyən etdiyi  rəsmi məzənnələr  əsasında hesablan-

mış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Bir əmanətçinin bir bankda, o 

cümlədən  bankın  yerli  filiallarında  və  şöbələrində  bir  neçə  əmanəti  olduqda, 

yaxud həm mərkəzi, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır 

və bir əmanət kimi manatla kompensasiya olunur. Sığorta hadisəsi əmanətçinin 

ə

manəti  olan  bir  neçə  iştirakçı  bankda  baş  verdikdə,  kompensasiya  hər  bir 



bankda  olan  əmanət  üzrə  ayrı-ayrılıqda  ödənilir.  Birgə  əmanət  hesabı  olan 

ə

manətçinin  həmin  bankda  digər  əmanəti  olduqda,  birgə  əmanət  üzrə  ona 



məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya 

ödənilir. 18 yaşı tamam olmamış övladının adına əmanət hesabı üzərində sərən-

cam  vermək  hüququ  qanunvericiliyə  uyğun  olaraq  valideynə  və  ya  övladlığa 

götürənə məxsus olduqda, kompensasiya onlara ödənilir. Bu zaman valideynin 

və  ya  övladlığa  götürənin  həmin  bankda  əmanəti  olduqda,  bu  əmanət  üzrə 

ayrıca  kompensasiya  ödənilir.  Əmanət  üzrə  sərəncam  vermək  hüququ  qanun-

vericiliyə  uyğun  olaraq  qəyyuma  və  ya  himayəçiyə,  yaxud  müqaviləyə  və  ya 

etibarnaməyə  müvafiq  olaraq  üçüncü  şəxsə  məxsus  olduqda,  kompensasiya 

həmin şəxsə ödənilir.  Bu  zaman qəyyumun və  ya  himayəçinin həmin bankda 

ə

manəti  olduqda,  bu  əmanət  üzrə  ayrıca  kompensasiya  ödənilir.  ştirakçı 



banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin 

varis  banka  keçmiş  hər  bir  əmanətinə  müqavilə  müddəti  qurtaranadək  ayrıca 

ə

manət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.  



Beləliklə, əmanət sığorta sisteminin məqsədi – makro baxımdan əmanət 

sahiblərinin bank sistemlərinə olan güvəni gücləndirir və əmanətlərin bankcılıq 

sistemi kənarında qalmasını və  ya sistem kənarına  çıxarılmasının qarşısını al-

maq  ücün  fəaliyyət  göstərir.  Eyni  zamanda,  ƏSS  yıgım  sahiblərinin  əmanət-

lərini topluca və ani olaraq banklardan çəkmələri durumunda bu sektorda yaşa-

nabiləcək  böhranların  da  qarşısını  alır  və  ya  ola  biləcək  mənfi  təsirləri 

minimuma endirilməsində böyük xidməti vardır. 

 

2.5. Bank sistemində böhran 



 

Maliyyə  böhranı  sadəcə  olaraq  geniş  spektrə  malik  böhranın  bir  parça-

sıdır,  iqtisadiyyatın  ümumi  böhranı  zamanı  yaranır.  “Maliyyə  böhranı”  ter-

mininin son vaxtlar istifadəsi genişlənib. Adətən əvvəllər “pul böhranı” termini 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə