Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə6/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   2   3   4   5   6   7   8   9   ...   230

 

 

12



1.1. Maliyyə institutları 

  

Maliyyə  vasitəçiliyi  -  Biznes  və  dövlət  təşkilatları  kimi  kapital  istifa-



dəçilərini və pensiya  fondları və şəxsi investorlar  kimi kapital tədarükçülərini 

ə

laqələndirən  vasitəçilik  fəaliyyəti.  Bu  termin,  adətən,  kommersiya  və  in-



vestisiya banklarının fəaliyyətlərini təsvir etmək üçün istifadə olunur. 

Maliyyə vasitəçiliyinin ən çoxsaylı növləri inkişaf etmiş ölkələrdə inkişaf 

etmişdir.  Maliyyə  vasitəçilərinin  hər  növünün  öz  fəaliyyət  dairəsi  və  xidmət 

sferası olsa da onlar arasında kəskin rəqabət şəraiti hökm sürür. 

 Maliyyə vasitəçilərinin ölkə iqtisadiyyatında və fond axıınında rolu həm 

mütləq,  həm  də  nisbi  mənada  xeyli  dəyişməkdədir.  Artıq  tarixən  qədim 

maliyyə  vasitəçiliyi  olan  banklar  öz  yerlərini  digər  maliyyə  qurumlarına  ver-

məkdədir.  Maliyyə  aktivləri  içərisində  pensiya  fondlarının  xüsusi  çəkisi 

artmaqdadır.  Bu proses əsasən  dezintermediasiya  prosesi ilə bağlıdır.  Banklar 

getdikcə kapital bazarından investisiya institutları tərəfindən sıxışdırılmaqdadır. 

Sistem  riskləri  maliyyə  sisteminin  fəaliyyətinin  pisləşməsi  nəticəsində 

maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  məhdudlaşdırılması  və  real  sektora 

neqativ təsir kimi qiymətləndirilir. Sistem risklərinin qiymətləndirilməsi zamanı 

sistem əhəmiyyətli maliyyə institutları mühüm rol oynayır. 

Maliyyə institutlarının sistem əhəmiyyətliliyinin müəyyən edilməsində 

üç  meyar  seçilir.  Meyarlar  birbaşa  və  dolayı  təsir  kanallarını  özündə  əks 

etdirirlər. Ölçü və əvəzetmə dərəcəsində birbaşa təsir, dolayı təsir qarşılıqlı əla-

qədə özünü göstərir. Bu meyarlar aşağıdakılardır: 

1.  Ölçü.  Maliyyə  institutlarının  göstərdikləri  xidmətlərin  maliyyə 

sistemində  xüsusi  çəkisi  sistem  əhəmiyyətini  əks  etdirən  amillərdən  biridir. 

Maliyyə  institutlarının  apardıqları  əməliyyatların  xüsusi  çəkisinin  yüksək 

olması onun bazarda sistem əhəmiyyətli olmasının göstəricisidir. 

2.  Əvəzetmə.  Bəzi  maliyyə  institutları  iqtisadiyyatda  vacib  rol  oyna-

yırlar. Onlar böyük həcmə və ya digər institutlarla əlaqədə olduqları üçün deyil, 

bu institutlar xüsusi xidmətlər göstərdikləri üçün sistem əhəmiyyəti daşıyırlar. 

Belə institutlara ödəniş və klirinq sistemləri, kastodial xidmətlər və s. aid etmək 

olar. 

3. Qarşılıqlı əlaqə. Maliyyə sisteminin komponentləri arasında qarşılıqlı 



ə

laqə  nəticəsində  fərdi  maliyyə  institutunda  yaranan  problemlərin  maliyyə 

sisteminə yayılmasıdır. 

Bank sistemi ikipilləli təşkil olunur. Ölkənin bank sisteminin mərkəzində 

duran Mərkəzi Bank “Banklar Bankı” kimi çıxış edir və ona iqtisadi baxımdan 

bir çox vəzifə və funksiyalar verilmişdir. Hər şeydən əvvəl, Mərkəzi Bank son 

kredit  instansiyasıdır.  Qanunvericiliklə  ona  verilmiş  hüquqdan  istifadə  edərək 

bank  sistemini  tənzimləyir,  onların  iqtisadiyyata  təqdim  etdiyi  kreditləri  və 

depozit  qəbulunu  dolayı  yolla  müəyyən  edir.  Mərkəzi  banklar  dövriyyədəki 

nağd  pulun  emitentidir  və  iqtisadiyyata  pul  təklifinin  əsasını  təşkil  edən  pul 




 

 

13



bazasını əlində olan pul siyasəti alətləri ilə müəyyən edir. Milli pulun daxili və 

xarici dəyərini qoruyur. Hökumətə maliyyə və iqtisadi məsələlərdə müşavirlik 

edir. Göründüyü kimi, bir dövlət orqanı kimi, onun bir çox vəzifələri vardır. 

Kredit-  maliyyə  qurumlarının  ən  ilkin  və  geniş  yayılmış  forması  bank-

ların da daxil olduğu depozit institutlarıdır. Depozit institutu olan kommersiya 

bankları,  demək  olar  ki,  bütün  ölkələrdə  iqtisadiyyatın  əsası  üçün  başlıca 

mənbədir.  

Maliyyə  bazarlarında  əmanət  toplayan  qurumlar  aşağıdakılardır:  Kom-

mersiya bankları, Əmanət bankları, Əmanət və Kredit birlikləri, Kredit ittifaqla-

rı və Pоçt-bank qurumları olmaqla beş qrup altında toplaya bilərik. 

Bank  -  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan 

vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, ha-

belə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını 

məcmu  halda  həyata  keçirən  hüquqi  şəxsdir.  qtisadi  subyektlərin  pul  vəsait-

lərini müvəqqəti cəlb edən, sərəncamında olan pul vəsaitlərini (xüsusi və cəlb 

etdiyi  pul  və  saitlərini)  müddətlilik,  qaytarılmaqlıq,  ödənclilik  və  təminatlılıq 

şə

rti  ilə  öz  hesabına  və  öz  adından  yerləşdirən,  fiziki  və  hüquqi  şəxslər  üçün 



hesablar  açan,  bu  hesablarla  bağlı  əməliyyatlar  aparan,  iqtisadi  subyektlərə 

müxtəlif  maliyyə  xidmətləri  göstərən  müstəsna  hüquqa  malik  maliyyə-kredit 

institutu.  

Ə

manət  bankı  -  əhalinin  müvəqqəti  pul  vəsaitlərini  toplayan  kredit 



təşkilatıdır.  Əmanət  bankları  region,  yaxud  şəhər  səviyyəsində  fəaliyyət  gös-

tərən  kiçik  kredit  institutu  kimi  meydana  gəlmişdir.  Onlar  ABŞ,  Britaniya, 

Avstraliya  və  bir  sıra  Skandinaviya  ölkələrində  inkişaf  etmişdir.  Hazırda 

ə

manət banklarının fəaliyyətinə dövlət nəzarət edir, bu onların əməliyyatlarına 



qarant durmaq üçün lazımdır. Əhali öz pullarını cari, investisiya və digər hesab-

lara  yatırır.  Vəsaitlərin  yerləşdirilməsi,  bank,  ipoteka  və  istehlak  kreditlərinin 

verilməsi,  aksiya  və  sənaye  istiqrazların  alınması,  müxtəlif  kredit  kartlarının 

buraxılması  yolu  ilə  həyata  keçirilir.  Bəzi  ölkələrdə  (Avstraliya,  Britaniya) 

ə

manət  bankları  toplanmış  vəsaitlərin  mühüm  bir  hissəsini  dövlət  qiymətli 



kağızlarının  alınmasına  sərf  edir.  Öz  portfellərinin  diversifikasiyası  və  kredit 

qabiliyyətini  artırmaq  üçün  onlar  kommersiya  banklarının  fəaliyyət  sferasına 

nüfuz edərək passiv və aktiv əməliyyatları rəngarəngləşdirməyə çalışırlar. 

Ə

manət və kredit birlikləri (ƏKB) ev, avtomobil kimi istehlak kreditləri 



sahəsində  ixtisaslaşırlar.  Əmanət  və  kredit  birlikləri,  əhalidən  topladıqları 

ə

manətləri inşaat-mənzil sahəsinə yönəldən quruluşlardır. ƏKB mənzil tikintisi 



sahəsinin  maliyyəsi  mövzusunda  ixtisaslaşır  və  bunların  xidmətindən  başlıca 

olaraq orta gəlirə sahib olan fərdlər istifadə edir.  

Kredit  ittifaqları  -  mənafe  ümumiliyi  əsasında  könüllü  birləşən  fiziki 

şə

xslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul 



vəsaitlərini  cəmləşdirmək  yolu  ilə  özlərinin  qarşılıqlı  kreditləşdirilməsi  üçün 

yaratdıqları  bank  olmayan  kredit  təşkilatıdır.  Qarşılıqlı  kreditləşmə  Kredit 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə